Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
14-02-2023, 16:53
Ermənistanın müdaifə naziri hindistanlı həmkarı ilə görüşdü


Ermənistanın müdaifə naziri hindistanlı həmkarı ilə görüşdü

Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan Hindistanın müdafiə naziri Racnat Sinq ilə görüşüb. Ölkələr arasında müdafiə və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Görüş Brutyanın işgüzar səfəri çərçivəsində “Aero India 2023” hava sərgisində iştirakı çərçivəsində baş tutub. Qeyd edək ki, bu gün həm də Ermənistanın XİN başçısı Ararat Mirzoyanla Hindistanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri arasında görüş olub. Nazir Hindistanla əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib. O, diplomatik fəaliyyətini başa vurmaqda olan səfir Kişan Dan Deval ilə ikitərəfli əlaqələri müzakirə edib. Həmçinin əməkdaşlığın daha da möhkəmləndirilməsi və regional təhlükəsizliyin təmin edilməsindən danışılıb.
14-02-2023, 15:41
Cənubi Koreya parlamentindən Türkiyə və Suriyaya dəstək


Cənubi Koreya parlamentindən Türkiyə və Suriyaya dəstək

Cənubi Koreya parlamentinin millət vəkilləri maaşlarının üç faizini Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə bağışlayacaq. Bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Təbii fəlakət qurbanlarına dəstək tədbirlərini ehtiva edən qətnamə parlamentdəki 229 deputatdan 228-i tərəfindən təsdiqlənib. Bir deputat isə səsvermədə bitərəf qalıb. Qərar həmçinin Türkiyə və Suriyada axtarış-xilasetmə və yenidənqurma işlərinin dəstəklənməsini, zəlzələ bölgəsində koreyalı mühacir, tələbələr və turistlər üçün təhlükəsizlik tədbirlərinin görülməsini nəzərdə tutur. Cənubi Koreya Prezidenti Yun Suk Yeol Türkiyəyə yardım üçün bütün mövcud resursları səfərbər etməyi tapşırıb.
14-02-2023, 14:46
İsraillə əlaqələrimizin qarşılıqlı inkişafına səy göstəririk - Çavuşoğlu


İsraillə əlaqələrimizin qarşılıqlı inkişafına səy göstəririk - Çavuşoğlu

"Bu gün Türkiyəyə göstərdiyi dəstəyə görə İsrailə təşəkkürümüzü bildiririk". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrail XİN rəhbəri Eli Kohenlə birgə mətbuat konfransında deyib. "İlk dəfədir ki, İsrail XİN başçısı Eli Kohenlə üz-üzə görüşürəm. İki dəfə telefonla danışmışıq. Qeyd edim ki, İsraildə yeni hökümət qurulandan sonra əlaqələrin möhkəmlənəcəyinə əmin olmuşuq. Bundan sonra yeni səhifənin açılmasına ümid edirik. Hər iki ölkənin səfirləri əlaqələrin inkişafı üçün səy göstərirlər, bu təqdirəlayiqdir", - deyə XİN başçısı vurğulayıb.
14-02-2023, 14:43
Türkiyəyə ilk yardım göstərənlərdən biri İsraildir - Çavuşoğlu


Türkiyəyə ilk yardım göstərənlərdən biri İsraildir - Çavuşoğlu

"Türkiyəyə zəlzələ zamanı ilk dəstək verən ölkələrdən biri İsrail idi, buna görə onlara təşəkkür edirik". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrail XİN rəhbəri Eli Kohenlə birgə mətbuat konfransında deyib. "İsrail tərəfi sadəcə zənglə kifayətlənmədi, bizə hərtərəfli yardım etdilər. İsrail-Fələstin münaqişəsinə bundan sonra diqqət yetirmək lazımdır. Bu məqamda həll prinsipinə xələl gətirəcək addımlardan çəkinmək lazımdır. Hər iki ölkənin səfirləri əlaqələrin inkişafı üçün səy göstərirlər",- deyə türkiyəli nazir bildirib.
14-02-2023, 14:19
Rusiyadan Moldovaya çağırış dolu mesaj


Rusiyadan Moldovaya çağırış dolu mesaj

"Kişinyovun Rusiyanın Moldovada vəziyyəti destabilizasiya etmək planı ilə bağlı bəyanatları əsassızdır". Bu, Rusiya XİN-in Moldova prezidenti Maya Sandunun dünənki açıqlamasına cavabında bildirilib. "Kiyev Kişinyovu Rusiya Federasiyası ilə şiddətli qarşıdurmaya cəlb etməyi hədəfləyir. Moskva Moldova hakimiyyətini dövlət müdrikliyi göstərməyə, kənardan gələn təxribatlara uymamağa çağırır", - deyə məlumatda vurğulanıb. Rusiya XİN-in açıqlamasında ABŞ-ın Suriyadakı zəlzələ ilə bağlı addımlarına da münasibət bildirilib. "Qərb Suriyadakı zəlzələdən zərər çəkmiş insanların ehtiyacları barədə spekulyasiya edir, sərhədyanı yardım mexanizmini genişləndirmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət edir", - deyə qeyd olunub.
14-02-2023, 14:15
Dağıntılar altından külli miqdarda pul aşkarlandı


Dağıntılar altından külli miqdarda pul aşkarlandı

Türkiyəyə göndərilmiş rusiyalı xilasedicilər dağıntılar altından külli miqdarda pul aşkarlayıblar. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” hesabında məlumat paylaşılıb. “Türkiyəyə göndərilən axtarış-xilasetmə əməkdaşlarımız yaşayış binasının dağıntılarını təmizləyərkən külli miqdarda pul tapıblar”, - deyə məlumatda bildirilib. Qeyd olunub ki, daha bir dağıntı qatını açan zaman içərisində yüz dollarlıq əskinaslarla dolu qazan aşkarlanıb. Qazanda olan pulun məbləğinin 150 min dollar olduğu müəyyən edilib. Həmin vəsait polis əməkdaşlarına təhvil verilib. Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələlər nəticəsində 31 643 nəfər həlak olub, 80 mindən çox insan zərər çəkib.
14-02-2023, 14:06
İran prezidenti Çinə 3 günlük səfər edir


İran prezidenti Çinə 3 günlük səfər edir

İran prezidenti İbrahim Rəisi Çinə səfər edib. O, Çin lideri Si Tsinpinin şəxsi dəvəti ilə Pekinə yollanıb. Bildirilib ki, Rəisinin səfəri üç gün davam edəcək. Onun burada yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub. Təhlilçilərin fikrincə, bu səfər ABŞ-la gərginliyin artması fonunda iki ölkə arasında əlaqələrin gücləndirilməsindən xəbər verir.
13-02-2023, 23:37
Hatayda zəlzələ nəticəsində dağılan binanın podratçısı həbs edildi


Hatayda zəlzələ nəticəsində dağılan binanın podratçısı həbs edildi

Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində dağılan daha bir binanın podratçısı həbs edilib. Bu barədə DHA agentliyi məlumat yayıb. Bildirilir ki, Ömər Cihan adlı podratçı zəlzələ qurbanı kimi qaldığı 5 ulduzlu oteldə saxlanılıb. Şübhələnin işinin artıq məhkəməyə göndərildiyi deyilir. Qeyd edək ki, Türkiyədə zəlzələ ilə əlaqədar bir neçə nəfər həbs olunub.
13-02-2023, 22:08
Hatayda zəlzələ nəticəsində dağılan binanın podratçısı həbs edildi


Hatayda zəlzələ nəticəsində dağılan binanın podratçısı həbs edildi

Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində dağılan daha bir binanın podratçısı həbs edilib. Bu barədə DHA agentliyi məlumat yayıb. Bildirilir ki, Ömər Cihan adlı podratçı zəlzələ qurbanı kimi qaldığı 5 ulduzlu oteldə saxlanılıb. Şübhələnin işinin artıq məhkəməyə göndərildiyi deyilir. Qeyd edək ki, Türkiyədə zəlzələ ilə əlaqədar bir neçə nəfər həbs olunub.
13-02-2023, 21:45
Vardanyanın Xankəndində olmasıyla bağlı məlumat yayılıb


Vardanyanın Xankəndində olmasıyla bağlı məlumat yayılıb

Qarabağ separatçılarının qondarma “dövlət naziri” postunu tutan milyarder Ruben Vardanyanın Xankəndidə olduğu barədə məlumat yayılıb. “Hraparak”ın məlumatına görə, Vardanyan fevralın 13-də tabeliyindəki “rəhbər heyətin” iştirakı ilə işçi məsləhətləşmə keçirib. Bildirilir ki, mövcud vəziyyəti təqdim edən R.Vardanyan görüləcək çox işin olduğunu söyləyib. Onun separatçıların rəhbər heyətində təmsil olunan şəxslərə müxtəlif tapşırıqlar verdiyi deyilir. Qeyd edək ki, Ermənistan KİV-ləri ötən həftə Ruben Vardanyaın Moskvaya getdiyini yazmışdı. Həmin məlumatlarda bildirilirdi ki, Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün əvvəlcə Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan, ardınca isə Ruben Vardanyan Moskvaya gedib. Mətbuat bu iki şəxsin son vaxtlar yola getmədiyi və aralarındakı gərginliyin dərinləşdiyini yazır. Ehtimal olunur ki, Moskva onlardan hansı ilə işləyəcəyinə tezliklə aydınlıq gətirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!