Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
7-02-2023, 23:02
Ukrayna xilasedicilər Türkiyədə


Ukrayna xilasedicilər Türkiyədə

Ukrayna Türkiyəyə 90 xilasedici göndərib. Bu barədə Ukraynanın Rusiyadakı səfiri Vasil Bodnar məlumat yayıb. O qeyd edib ki, Türkiyəyə zəlzələnin yaratdığı fəsadları aradan qaldırmaq üçün yardımlar davam edəcək.
7-02-2023, 22:59
Paşinyan Ərdoğanla telefonda danışdı


Paşinyan Ərdoğanla telefonda danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Bildirilib ki, Paşinyan Türkiyə Prezidentinə başsağlığı verib və zəlzələdə xəsarət alanların tezliklə sağalmasını arzulayıb. O, Ərdoğana bildirib ki, fəlakət zonasına gedəcək xilasediciləri daşıyan təyyarə artıq İrəvanın Zvartnots hava limanından qalxmağa hazırlaşır. Türkiyə lideri köməyə görə Paşinyana təşəkkür edib. O, həmçinin Türkiyə hökumətinin Ermənistanın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib, iki ölkə arasında dialoqun daha da dərinləşməsi üçün bu addımın vacibliyini vurğulayıb.
7-02-2023, 22:49
Tələbərimizin axtarışı davam edir


Tələbərimizin axtarışı davam edir

“Türkiyədə zəlzələ baş verən andan bizə daxil olan zənglərin araşdırılmasına başlamışıq”. Bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib. Səfir qeyd edib ki, zəlzələ baş verən bölgələrdə təhsil alan tələbələrin sayı çoxdur: “Artıq ikinci zəlzələ baş verəndə biz həmin bölgələrdə olan tələbələrin sayını müəyyənləşdirməyə və onlardan dağıntılar arasında qalanların olub-olmamasını dəqiqləşdirməyə başlamışdıq. Bizə daxil olan məlumatlardan Malatyada 4 tələbənin dağıntılar arasında qaldığı deyildi. Biz onların ad və soyadını dəqiqləşdirərək bütün xəstəxanalarda axtarış apardıq. Amma bu günə qədər hələ onlarla bağlı bir məlumat yoxdur. Biz yenə araşdırırıq. Türkiyənin rəsmi qurumlarının hər gün yaydığı ölən və xəsarət alanlar arasında da həmin tələbələrin adı çıxmayıb. Nəzərinizə çatdırım ki, bu məlumatlar hər gün yenilənir. Araşdırmalarımız davam edir”. Səfir bildirib ki, zəlzələnin təsirinə az məruz qalan iki vilayət – Mersin və Elazığda təhsil alan tələbələrimiz var: “Amma orada da bizim tələbələrimiz çoxdur. Təxminən 700-800 tələbəmiz də həmin vilayətlərdədir. Amma onlardan da getmək istəyən olsa, təxliyə olunacaq. Zəlzələ baş verən bölgədə olan tələbələr - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbakırda 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Antepdə 86, Adanada 169, Kilisdə 2, Malatyada 136 azərbaycanlı tələbə təhsil alır. Onların hamısı ilə əlaqə saxlanılmağa çalışılır. Yaradılmış Operativ qərargahlarımıza daxil olan bütün müraciətlər araşdırılır”.
7-02-2023, 18:11
Hatayı zəlzələdən sonra su basdı


Hatayı zəlzələdən sonra su basdı

Türkiyədə baş verən zəlzələdən sonra Aralıq dənizinin səviyyəsi qalxıb. Hatay vilayətinin İskenderun rayonunda küçələri su basıb.



7-02-2023, 18:03
Türkiyəylə danışıqlarda irəliləyiş var - Mirzoyan


Türkiyəylə danışıqlarda irəliləyiş var - Mirzoyan

Ermənistanla Türkiyə arasında danışıqlarda müəyyən irəliləyiş var. Bunu Berlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan almaniyalı həmkarı Annalena Burbok ilə birgə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ətrafında dialoq aparılır. Nazir qeyd edib ki, Ermənistan tərəfinin nöqteyi-nəzərindən proses bir qədər ləng templə gedir, eyni zamanda, müsbət irəliləyişlər var və bu, yaxşıdır. O xatırladıb ki, bu yaxınlarda Ermənistan və Türkiyə hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırmaq qərarına gəliblər ki, bu da növbəti müsbət addımdır. İrəvan ümid edir ki, proses daha da əhəmiyyətli nailiyyətlərlə davam edəcək. 2023-cü il yanvarın əvvəlində məlum olub ki, Türkiyə tərəfi birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın götürülməsi barədə Ermənistanı məlumatlandırıb.
7-02-2023, 17:53
Türkiyənin zəlzələdən əvvəlki və sonrakı görüntüləri təqdim edilib


Türkiyənin zəlzələdən əvvəlki və sonrakı görüntüləri təqdim edilib

Türkiyədə güclü zəlzələdən sonra böyük insan tələfatı və dağıntılar meydana gəlib. "The New York Times" nəşri zəlzələ bölgəsində yerləşən bir neçə məşhur tikilinin hadisədən əvvəlki və sonrakı fotolarının müqayisəsini təqdim edib.
7-02-2023, 17:43
İbrahim Kalın “Charlie Hebdo” jurnalına sərt cavab verdi


İbrahim Kalın “Charlie Hebdo” jurnalına sərt cavab verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidmətinin rəhbəri İbrahim Kalın "Charlie Hebdo" jurnalının zəlzələ ilə bağlı çəkdiyi karikaturaya münasibət bildirib. Kalın bu barədə twitter səhifəsində yazıb. "Modern barbarlar! Kin və nifrətinizdə boğulun", - deyə o qeyd edib. Xatırladaq ki, sözügedən karikatura Türkiyədə böyük hiddətə səbəb olub.

7-02-2023, 17:38
Zelenski Türkiyəyə yardım göndərilməsiylə bağlı qərar imzaladı


Zelenski Türkiyəyə yardım göndərilməsiylə bağlı qərar imzaladı

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə zəlzələ ilə bağlı yardım göndərilməsi barədə qərar imzalayıb. Bu barədə Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Vasili Bodnar tviter səhifəsində paylaşım edib. "Ukrayna xalqı olaraq türk xalqının kədərini paylaşırıq. Bu gün prezident Zelenski bu qorxunc təbii fəlakətin nəticələrinin öhdəsindən gəlmək üçün Türkiyəyə humanitar yardım təmin olunması barədə qərar imzalayıb", - deyə diplomat yazıb.

7-02-2023, 17:36
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı


Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı

Ukrayna Ali Radası prezidentin hərbi vəziyyətin və ümumi səfərbərlik müddətinin daha 90 gün uzadılması haqqında fərmanlarının təsdiq edilməsi barədə qanun layihələrini təsdiqləyib. Bu haqda Ukrayna Ali Radasının yaydığı məlumatda deyilir. Hərbi vəziyyət 2023-cü il fevralın 19-dan uzadılacaq və yenidən 90 gün davam edəcək.
7-02-2023, 17:22
Estoniyanın Rusiyadakı səfiri ölkəni tərk etdi


Estoniyanın Rusiyadakı səfiri ölkəni tərk etdi

Estoniyanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Marqus Laydre ölkəni tərk edib. Bu barədə "Current Time" məlumat yayıb. Bildirilib ki, səfir diplomatik nümayəndəliyin inzibati binası tərk edib, daha sonra Estoniyaya yola düşüb. Qeyd edək ki, bir müddət əvvəl ölkələr arasında diplomatik münasibətlərinin səviyyəsinin aşağı endirilməsi barədə qərar qəbul edilmiş və səfirlər qarşılıqlı olaraq geri çağırılmışdı. Həmçinin digər Baltikyanı dövlətlər, habelə bir sıra Şərqi Avropa ölkələri Rusiya ilə münasibətlərin səviyyəsini endirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!