16-01-2023, 17:39
Peskov yenilənmiş konsepsiyayla bağlı açıqlama verdiRusiya Federasiyasının yenilənmiş xarici siyasət konsepsiyası hazırlanır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, layihə üzərində iş gedir və konsepsiya sənədinin hazırlanması tezliklə yekunlaşdırılacaq. "Rusiya Federasiyasının xarici siyasətinin yeni konsepsiyası Putinin fərmanı ilə Təhlükəsizlik Şurasının iclası keçirilmədən təsdiq oluna bilər", - deyə o bildirib. Bundan əlavə, Kreml rəsmisi Ukraynaya görə Qərb ölkələrini tənqid edib: "Rusiya Federasiyası Avropa ölkələrinin Ukraynaya ağır texnika tədarük etmək qərarını çox mənfi qiymətləndirir, onları ukraynalıların gələcəyi maraqlandırmır. Qərbin Ukraynaya ağır zirehli texnika verməsi vəziyyəti dəyişdirmək iqtidarında deyil". Vaqner qrupu ilə rəsmi Moskva arasında fikir ayrılığı barədə yayılan məlumatları təkzib edən D.Peskov bunun ancaq informasiya sferasında olduğunu iddia edib.
16-01-2023, 17:32
Peskov Dneprdə baş verən hadisəyə münasibət bildirdiKremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynanın Dnepr şəhərində yaşayış binasına raket zərbələri endirməsinə münasibət bildirib. Peskov faktı təkzib edib. "Rusiya hərbçiləri yaşayış binalarına və Ukraynanın sosial infrastrukturuna zərbə endirmir", - deyə sözçü bildirib.. Qeyd edək ki, Dneprə hücum nəticəsində azı 36 dinc sakin həyatını itirib, 70-dən çox adam yaralanıb.
16-01-2023, 16:56
İranda bu münasibətlə qadın məhbuslar azadlığa buraxıldıİranda Məhəmməd peyğəmbərin qızı həzrət Fatimənin doğum günü münasibətilə 975 qadın məhbus azadlığa buraxılıb. Bunu İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi bildirib. O bildirib ki, həbsdə olan 6 min qadına məzuniyyət verilib. Qərara əsasən, İranın 15 əyalətində 502 məhbus azadlığa buraxılıb, 4 mindən çox məhbusun işində müxtəlif güzəştlər tətbiq olunub. Qeyd edilib ki, son bir ayda 4 mindən çox məhbus azadlığa çıxıb.
16-01-2023, 16:45
Qazaxıstanda parlament seçkiləri başa çatdıQazaxıstanda parlamentin yuxarı palatasına - Senata seçkilər başa çatıb. Bu barədə "Kazinform" məlumat yayıb. Bildirilib ki, Qazaxıstanın bütün regionlarını təmsil edən 20 parlamentari seçilib. Namizədliyini irəli sürən 130 şəxsdən 55-i seçkiyə buraxılıb. Qeyd edək ki, Qazaxıstanda Senata seçkilər 3 ildən bir keçirilir və palatanın tərkibi yarıya qədər yenilənir.
16-01-2023, 16:42
“ABŞ-la olan müzakirələr müsbət şəkildə davam edir” - ÇavuşoğluTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin ABŞ-dan F-16 qırıcıları almasından danışıb. Nazir bu barədə bosniyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında söz açıb. "ABŞ Konqresində görüşlər və müzakirələr davam edir, proses müsbət şəkildə irəliləyir", - deyə Çavuşoğlu bildirib. Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışı üçün konqresdən icazə almağa çalışır. “The Wall Street Journal”ın məlumatına görə, söhbət 40 yeni qırıcının, eləcə də Türkiyədəki bu tipli 79 təyyarənin modernləşdirilməsi üçün dəstlərin satışından gedir.
16-01-2023, 16:33
Krım səmasında Ukrayna PUA-sı vurulduRusiya Krım səmasında Ukraynaya məxsus dronu sıradan çıxarıb. Bu barədə Sevastopolun "qubernatoru" Mixail Razvojaev (Rusiya Krımı 2014-cü ildə ilhaq etdikdən sonra ərazidə yerli icra orqanlarının rəhbərlərini Moskva təyin edir) məlumat verib. O bildirib ki, Belbek aerodromu istiqamətindən gələn PUA-nı dənizin üzərində hava hücumundan müdafiə sistemləri vurub. Qeyd olunub ki, bu, sutka ərzində Krımda vurulan ikinci Ukrayna dronudur.
16-01-2023, 16:17
Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq - ƏrdoğanTaxıl dəhlizində problemi həll edən ölkə Türkiyə olub. Bunu gənclərlə görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Türkiyənin qlobal siyasətdəki yeri və mövqeyi çox fərqlidir. “Amma işimiz bitməyib. Hamı Rusiyayanın üzərinə gedir, ancaq biz bunu etmədik. Əksinə, biz cənab Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq”, - deyə Ərdoğan bildirib. Ərdoğan vurğulayıb ki, daşınan məhsulların 44 faizi Avropaya, 14 faizi isə Afrikaya göndərilib.
15-01-2023, 23:52

15-01-2023, 23:50

15-01-2023, 23:46
İran Rusiyadan hərbi texnikalar almağı planlaşdırırİran Rusiyadan müdafiə sistemləri, raketlər və helikopterlər alacaq. Bunu "Tansim" xəbər agentliyinə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Kəşfiyyat Komissiyasının üzvü Şəhriyar Heydəri deyib. Onun sözlərinə görə, Rusiyadan sifariş edilən silahlar 2023-cü ilin martında təhvil alınacaq. Deputat bildirib ki, İrana eyni zamanda Rusiyanın Su-35 qırıcıları da gətiriləcək. “Biz Rusiyaya müdafiə sistemləri, raketlər və helikopterlər sifarişlər vermişik və bu silahların əksəriyyəti tezliklə ölkəyə daxil olacaq”, - deyə Heydari bildirib. Ötən ilin sentyabr ayında İran Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahedi Rusiyadan Su-35-lərin alınmasının gündəmdə olduğunu açıqlamışdı.