10-01-2023, 22:31
Ukraynadan alınan raket kompleksini geri qaytarmayacayıq - Gürcüstan rəsmisiGürcüstan Ukraynadan “Buk” zenit-raket komplekslərini 2008-ci ildə alıb və pulsuz almadığı üçün onları qaytarmayacaq. Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Xatırladaq ki, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun sözlərinə görə, Kiyev Gürcüstandan “Buk” zenit-raket komplekslərini geri qaytarmağı xahiş edib. Diplomat bildirib ki, rəsmi Kiyev Tbilisidən Gürcüstanın ABŞ-dan aldığı “Javelin” tank əleyhinə raket komplekslərinin də təhvil verilməsini istəyib. Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili raket sistemlərinin Ukraynaya verilməməsini xəyanət adlandırıb. "Buk” sistemlərinin Ukraynaya verilməsindən imtina etmək ayıbdır. Prezident Yuşenkonun yardımı ilə biz onları həmin dövrdə minimal qiymətə aldıq. Yanukoviç hakimiyyətə gəldiyi zaman "Buk"un Gürcüstana verilməsinə görə, Yuşenkoya qarşı məhkəmə işi açıldı və onlar bunu Rusiyanın təlimatları ilə etdilər", - eks-prezident deyib.
10-01-2023, 22:19
Almaniyanın xarici işlər naziri Xarkova səfər etdiAlmaniyanın xarici işlər naziri Annalena Berbok Xarkova gözlənilmədən səfər edib. Səfər təhlükəsizlik baxımından gizli saxlanılıb. Berboku Xarkovda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Ukraynanın Almaniyadakı səfiri Oleksiy Makeyev müşayiət edib. Kuleba ilə görüşdən əvvəl verdiyi açıqlamada xanım Burbok Ukraynaya dəstək ifadə edib. O, Ukrayna Silahlı Qüvvələrinə daha çox silah vəd edib.
10-01-2023, 20:18
“Taliban” rəhbərliyindən yeni qadağa - Gözəllik salonları bağlansınƏfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatının rəhbərliyi ölkədəki qadın gözəllik salonlarının bağlanması barədə göstəriş verib. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. “Taliban”ın yaratdığı müvəqqəti hökumət bunun üçün 10 gün vaxt verib. Bundan başqa, Əfqanıstanda qadınların ticarət mərkəzlərində işləməsinə qadağa qoyulduğu iddia edilir.
10-01-2023, 20:07
Dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır - Paşinyan"Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. Baş nazir əlavə edib ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün tanınması barədə razılıq əldə olunub. Hökumət başçısı onu da qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya düzəni uğrunda böyük mübarizə gedir: "Və bu yeni düzəndə biz Ermənistanı qurban verə bilmərik. Biz beynəlxalq ictimaiyyətə müharibə elan edirik? Bizim seçimimiz var: inkişafın məntiqinə inteqrasiya etmək və ya onun əleyhinə getmək. Biz sülh üçün seçim edirik".
10-01-2023, 20:04
Pultla hərəkət edən namizədə səs vermək milləti ələ salmaqdır - ƏrdoğanTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətə müraciət ünvanlayıb. Ərdoğan bu barədə sahibkarlıqla bağlı tədbirdə çıxışında danışıb. "6 kapitan bir gəmini batırar, 1 kapitan isə onu xilas edər. Pultla hərəkət edən namizədə "səs verin" demək millətin ağlını ələ salmaq olar. Bir nağaraya 6 toppuz vurmazlar", - deyə Ərdoğan bildirib. "Mən "Cümhur İttifaqı"nın namizədi olaraq aylardır ki, millətimizin hüzurundayam. Amma ər meydanı olan seçki meydanında mübarizə 1 namizədlə olmur. Seçkiyə 4-5 ay qalıb, amma qarşımıza çıxa və ya çıxarıla bilən namizəd yoxdur", - deyə Ərdoğan müxalifəti namizədini açıqlamağa çağırıb. Qeyd edək ki, Türkiyə növbəti prezident seçkilərinə hazırlaşır. Bu il baş tutacaq prezident seçkilərində iqtidar düşərgəsinin namizədi artıq bəllidir. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dönəmdə də ölkəyə rəhbərlik etmək üçün seçki marafonuna qoşulacaq. O, AKP və MHP-nin təmsil olunduğu Cümhur ittifaqının namizədi kimi irəli sürüb. İqtidardan fərqli olaraq müxalifət hələ Ərdoğana qarşı namizədini açıqlamayıb. Ehtimal olunur ki, Ərdoğanın rəqibi “Altılı Masa”dan və ya kənardan seçiləcək. Hazırda 6 müxalifət partiyasının birləşdiyi “Altılı masa”da Kamal Kılıçdaroğlunun sədrlik etdiyi Cümhuriyyət Xalq Partiyası (CHP), Meral Akşenerin sədrlik etdiyi İyi Partiya (İYİ), Temel Karamollaoğlunun sədrlik etdiyi Səadət Partiyası (SP) və Gültekin Uysalın sədrlik etdiyi Demokrat Partiyası (DP), həmçinin AKP-dən istefa verib yeni partiyalar yaradan keçmiş baş nazir Ahmet Davutoğlunun Gələcək Partiyası və sabiq xarici işlər və iqtisadiyyat naziri olmuş Ali Babacanın Demokratiya və Atılım Partiyası (DEVA) təmsil olunur.
10-01-2023, 19:59
Rusiyayla heç vaxt indiki kimi etibarlı münasibətimiz olmayıb - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə münasibətlərindən danışıb. Paşinyan bu barədə keçirdiyi mətbuat konfransında söz açıb. "Bizimlə Rusiya arasında heç vaxt indiki kimi etibarlı münasibət olmayıb. Sizi əmin edirəm ki, tərəflər bütün məsələləri açıq şəkildə müzakirə edirlər", - deyə Ermənistan baş naziri bildirib. O, brifinqdə danışdıqlarından da Rusiya tərəfinin xəbərdar olduğuna eyham vurub: "Məsələn, bu gün dediklərim də rusiyalı tərəfdaşlar üçün yeni agah olduqları mövzular olmayacaq". Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə Rusiya ilə bağlı narazılıığını ifadə edib.
10-01-2023, 19:54
Ərdoğan CHP liderinə qalib gəldiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna məhkəmədə qalib gəlib. Bu barədə prezidentin vəkili Hüseyn Aydın sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, Ərdoğanın hüququnun pozulması iddiası ilə Kılıçdaroğlunu verdiyi məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin qərarına əsasən, Kılıçdaroğlu partiyasının parlamentdəki fraksiya iclasında Ərdoğan haqqında səsləndirdiyi fikirlərə görə 50 min lirə mənəvi təzminat ödəməli olacaq.
10-01-2023, 19:51
Sülh müqaviləsini Moskvanın təklif etdiyi əsasda imzalamağa hazırıq - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə münasibət bildirib. Paşinyan sülhməramlılar haqqında fikirlərinin tənqidi olmadığını bildirib. "Biz Rusiya sülhməramlılarını tənqid etmirik, narahat olduğumuzu bildiririk. Bu narahatlıqların uzun tarixi var. Mən bu məsələləri Rusiya Federasiyasının sülhməramlı kontingentinin komandiri ilə deyil, onun ali baş komandanı ilə müzakirə edirəm və bu, düzgün formatdır", - deyə o qeyd edib. Paşinyan hansı halda Azərbaycanla sülh müqaviləsinin imzalanmayacağını da açıqlayıb: "Sənəd Ermənistanın maraqlarına cavab verməsə, ondan imtina ediləcək. Razılaşmanın hazır olması barədə mütləq məlumat verəcəyimə əmin edirəm. Amma hələlik heç bir xəbər yoxdur. İrəvan sazişin mətni ilə bağlı öz şərhlərini Bakıya göndərib, lakin hələ də cavab almayıb. Ermənistan müqavilə bağlamağa hazırdır və əlindən gələni edəcək. Sənədin imzalanması yaxşı xəbər olacaq, çünki bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək. Amma indi problem sənədin məzmununda deyil, onun həyata keçirilməsi mexanizmindədir", - deyə baş nazir bildirib. O bəyan edib ki, Ermənistan tərəfi sülh müqaviləsini Moskvanın təklif etdiyi əsasda imzalamağa hazırdır, həm də Qərb ölkələrinin təkliflərinə baxıla bilər. Paşinyan, həmçinin KTMT-lə münasibətlərdən də danışıb. O vurğulayıb ki, Ermənistan KTMT ilə müttəfiqlik münasibətlərini institusional əsasda qurmaq istəyir: "Amma KTMT məsuliyyət zonasının harada olduğunu demədikdə, bu, Ermənistan üçün fundamental problem yaradır. KTMT-nin məsuliyyət sahəsini dəqiqləşdirmək lazımdır, bundan sonra təşkilatla münasibətlər institusionallaşa bilər". Bundan əlavə, Ermənistan baş naziri Jurnalistlər Birliyinin çağırışına cavab verib: "Bütün jurnalistlərin çağırılmaması logistika problemi ilə bağlıdır. Ermənistanda mətbuat orqanlarının sayı gündən-günə artır. Bu qədər jurnalisti yerləşdirmək lazımdır. Əgər siz etiraz etməsəniz, gələn dəfə sizsiz - onlarla konfrans keçirərik. Yalnız müxalif jurnalistlər üçün".
10-01-2023, 19:27
Akar Suriyayla olan normallaşma prosesindən danışdıTürkiyənin milli müdafiə naziri Suriya və Türkiyə arasında olan normallaşma prosesindən danışıb. Nazir bu barədə hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. "Bu, prosesdir. 11 il sonra müdafiə nazirləri səviyyəsində görüş oldu. Arzumuz odur ki, qarşılıqlı görüşlər yolu ilə münasibətlər normallaşar, bölgə sülhünə töhfə verilər. Türkiyə terrorla mübarizə və miqrasiya problemini çözməyə çalışır", - deyə Akar bildirib. Nazir Ukraynadakı müharibə mövzusuna da toxunub. "Türkiyə əvvəldən bəri bu savaşın başlamasını önləmək üçün səylər göstərdi. Prezidentimiz Ərdoğan humanitar yardım göstərilməsi, atəşkəs və digər mövzuları gündəmə gətirdi. Bunun üçün tərəflər arasında dialoq olduqca böyük önəm daşıyır", - deyə Hulusi Akar əlavə edib.
10-01-2023, 19:24
Rusiyanın hərbi mövcudluğu təhlükəsizliyi təmin etmir, təhdid edir - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan Rusiyanın ölkəsindəki hərbi mövcudluğunu təhdid adlandırıb. Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında danışıb. Baş nazir qeyd edib ki, Ukraynadakı hadisələrin fonunda Qərb ölkələrinin münasibəti dəyişib. "Belə şəraitdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu nəinki Ermənistanın təhlükəsizliyini təmin etmir, həm də ona təhdid yaradır", - deyə Paşinyan bildirib.