Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
28-08-2022, 20:05
Ruslar Slavyanska zərbələr endirdi


Ruslar Slavyanska zərbələr endirdi

Bu gecə və səhər saatlarında Rusiya qüvvələrinin Ukraynanın şərqində yerləşən Slavyansk şəhərinə hücumları davam edib. Butov.az xəbər verir ki, Ukraynanın şərqində yerləşən Donetsk Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibədə hücumların intensivləşdiyi bölgələrdəndir. Qeyd edәk ki, cəbhə xəttinə yaxın bölgədə yerləşən Slavyansk şəhəri də Rusiya qüvvələrinin hədəf aldığı yerlərlәrdәn biridir. Mәlumata görә, Rusiya qüvvәlәri şәhәrdәki bir evi vә keramika fabrikini vurub. Daha sonra hәmin bölgәlәrdә yanğın baş verib. Hücum zamanı ölәn vә ya yaralanan olmayıb.
28-08-2022, 19:32
4 milyona yaxın ukraynalı Polşadan qayıtdı


4 milyona yaxın ukraynalı Polşadan qayıtdı

Fevralın 24-dən bəri Ukraynadan Polşaya 5,8 milyondan çox insan gedib, əks istiqamətə təxminən 4 milyon nəfər qayıdıb. Bu barədə Ukrinform agentliyi Polşa sərhəd xidmətinə istinadla məlumat yayıb. “Rusiyanın Ukraynaya hücumunun başlanğıcından bəri polşalı sərhədçilər Ukraynadan 5 milyon 835 nəfərin gəlişini qeydə alıblar, sərhədin əks tərəfinə 3 milyon 996 min nəfər keçib”, - məlumatda deyilir. Son günlər geri qayıdanların sayı gələnlərin sayını üstələyir. Belə ki, avqustun 26-da Polşaya 24,8 min ukraynalı gəldiyi halda, geri dönənlər 33,2 min nəfər olub.
28-08-2022, 19:23
Çin döyüş gəmilərini hazır vəziyyətə gətirdi


Çin döyüş gəmilərini hazır vəziyyətə gətirdi

Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə məxsus 2 döyüş gəmisinin Tayvan boğazındakı beynəlxalq sulardan keçməsi Çini hiddətləndirib. Butov.az xəbər verir ki, ABŞ-ın bu addımından sonra Çin Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Hərbi gəmilərin artıq gücləndirilmiş döyüş növbətçiliyinə başladığı vurğulanır. ABŞ Hərbi Dəniz Qüvvələri esmineslərin Tayvan boğazından keçməsi ilə bağlı məlumatı təsdiqləyib.
28-08-2022, 19:20
İrəvanda seçki - Paşinyanın reytinqi düşdü


İrəvanda seçki - Paşinyanın reytinqi düşdü

Sentyabrın 25-də İrəvanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Butov.az xəbər verir ki, seçki öncəsi "JAM" Monitorinq Mərkəzi müxtəlif ərazilər üzrə sorğu keçirib. Məlum olub ki, əvvəlki seçki ilə müqayisədə hazırkı baş nazir Nikol Paşinyanın komandasına etimad edənlərin sayı 14,3 faiz azalıb. Buna baxmayaraq, Paşinyana etimad edənlərin sayı yenə də müxtəlifət tərəfdarlarına nisbətən bir qədər yüksəkdir.
28-08-2022, 19:10
ABŞ gəmiləri Tayvan boğazına daxil oldu


ABŞ gəmiləri Tayvan boğazına daxil oldu

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Tayvan boğazından keçməyə başlayıb, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Vaşinqton və Pekin arasında gərginliyi artıran Taypeyə səfərindən sonra ilk dəfə belə manevrlər edilir. Butov.az xəbər verir ki, manevrdə beynəlxalq sularda fəaliyyət göstərən “Antietam” və “Chancellorsville” esminesləri iştirak edir. Daha əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının Hind və Sakit okean regionları üzrə koordinatoru Kurt Kempbell Tayvan ətrafındakı vəziyyətlə bağlı brifinqdə deyib ki, ABŞ beynəlxalq hüququn icazə verdiyi yerlərdə hava və dəniz məkanında fəaliyyətini davam etdirəcək.
28-08-2022, 18:50
“Rusiya son alətindən də məhrum olacaq” - Saakaşvili


“Rusiya son alətindən də məhrum olacaq” - Saakaşvili

"Yaxın aylarda ABŞ və Almaniyanın hava hücumundan müdafiə sistemləri işə salınacaq ki, bu da Ukrayna səmasını demək olar ki, tamamilə qoruyacaq və bununla da Rusiyanı son alətindən məhrum edəcək". Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. Onun sözlərinə görə, hər şey Ukraynanın xeyrinə çoxlarının düşündüyündən də yaxşı gedir: “Ən gözlənilməz hadisə cəbhədə baş verir - yaxın vaxtlara qədər Rusiyanın tam üstünlüyə malik olduğu Donbasda hər şey dəyişib. Artilleriya pariteti quruldu və son günlər ukraynalılar silah anbarlarını intensiv şəkildə məhv etməyə başladılar. Şoyqu etiraf edib ki, rus ordusu artıq irəliləyə bilməz". Saakaşvilinin fikrincə, əraziyə nəzarət planı uğursuz olduğu üçün referendum planları da ləğv edildi: "Söhbət praktiki olaraq rusların ala bilmədiyi Donetsk vilayətlərindən gedir. Donbasın digər hissələrini demirəm, Ukraynanın nəzarətində olan Donbas, Slavyansk və Kramatorsk kimi iri şəhərlərin ələ keçirilməsindən ümumiyyətlə danışmağa dəyməz. Deyə bilərəm ki, Zelenski həmişəkindən daha əmindir. Qələbəyə olan bu inam bir milyon Ukrayna əsgərinin fədakarlığına və peşəkarlığına əsaslanır. Pentaqon Ukrayna ordusunun effektivliyini "10 ballıq şkala üzrə 12" olaraq qiymətləndirib. Vaşinqtonun fikrincə, ukraynalılar Qərb silahlarından hər kəsin təsəvvür etdiyindən daha səmərəli istifadə edir. Bir sözlə, hər şey çoxlarının düşündüyündən də yaxşı gedir".
28-08-2022, 18:31
Paşinyana qarşı yenidən etiraz aksiyaları başlayır


Paşinyana qarşı yenidən etiraz aksiyaları başlayır

Gələn aydan Ermənistanda müxalifət yenidən hakimiyyətə qarşı aksiyalara başlayacaq. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, aksiyalar Baş nazir Nikol Paşinyanın Qarabağla bağlı fikirlərinə görə keçiriləcək. Məlumata görə, etiraz aksiyaları “Müqavimət” hərəkatının təşkilatçılığı ilə sentyabın 2-də İrəvanın “Fransa” meydanından başlayacaq. Qeyd edək ki, Ermənistanda hakimiyyətə qarşı aksiyalar əvvəlcə aprelin 25-də başlayıb yüzlərlə müxalifətçinin tutulması ilə yekunlaşmışdı.
28-08-2022, 18:23
Yaponiya silkələndi


Yaponiya silkələndi

Yaponiyanın İzu adalarının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Yeraltı təkanların 22 mindən çox sakinin yaşadığı Katsuura şəhərindən 358 kilometr məsafədə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi vurğulanır. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib. Məlumata görə, bu dəfə də sunami xəbərdarlığı elan olunmayıb.
28-08-2022, 02:33
Çin ABŞ-a növbəti dəfə xəbərdarlıq edib


Çin ABŞ-a növbəti dəfə xəbərdarlıq edib

Çin amerikalı siyasətçilərin Tayvana səfərləri ilə bağlı ABŞ-a növbəti dəfə xəbərdarlıq edib. Bu barədə Çin hökumətinin rəsmi nümayəndəsi Ma Xiaoguang məlumat verib. O qeyd edib ki, Çin ABŞ senatoru Marş Blekbernin adaya səfərinə kəskin etiraz edir. "Tayvanın qondarma müstəqilliyi üçün təxribatlar və xarici siyasi qüvvələrin dəstəyini qazanmaq cəhdləri qaçılmaz olaraq iflasa məhkumdur”, - bəyanatda deyilir. Rəsmi nümayəndə bildirib ki, ABŞ hökumət nümayəndələrinin Taypeyə qeyri-rəsmi səfərləri iki ölkənin ikitərəfli razılaşmalarını ciddi şəkildə pozur.
28-08-2022, 02:29
“Pakistana hər cür dəstək verməyə hazırıq” - Ərdoğan


“Pakistana hər cür dəstək verməyə hazırıq” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ərdoğan Pakistana güclü musson yağışlarının səbəb olduğu sel fəlakəti ilə bağlı başsağlığı verib. Türkiyə lideri Pakistan xalqına hər cür dəstək verməyə hazır olduğunu bildirib. Qeyd edək ki, Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1000-ə yaxınlaşıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!