Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
23-08-2022, 21:40
Almaniya kansleri Moskvanı hədələdi


Almaniya kansleri Moskvanı hədələdi

Qərb Rusiyaya qarşı sərt sanksiyalar kursunu davam etdirəcək, Kiyevə hərbi yardım göstəriləcək və Ukrayna ərazilərinin Rusiyaya qoşulmasını heç vaxt tanımayacaq. Bunu Almaniya kansleri Olaf Şolts Krım Platforması sammitində videoformatda çıxışı zamanı deyib. "Rusiyaya qarşı indiyədək görünməmiş miqyaslı sanksiyalara sadiq qalacağıq. Biz Ukraynanı maliyyə cəhətdən dəstəkləyəcəyik və silah tədarükünü davam etdirəcəyik. Hava hücumundan müdafiə sistemlərinin yeni tədarükü də daxil olmaqla, hərbi yardım paketi artıq işə salınıb. Bizim mesajımız ondan ibarətdir ki, hər hansı referendum və ya Ukraynanı ayırmaq üçün edilən digər cəhdlər heç vaxt tanınmayacaq. Bütün bu cür tədbirlər danışıqlar yolu ilə həllə imkan vermir və verməyəcək", - deyə Şolts qeyd edib.
23-08-2022, 21:07
27 ölkənin XİN başçıları Rusiyaya görə toplanır


27 ölkənin XİN başçıları Rusiyaya görə toplanır

Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri avqustun 30-da Praqada qeyri-rəsmi keçiriləcək görüşdə bir araya gələcək. Bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının (AK) nümayəndəsi Dana Spinant bildirib. Onun sözlərinə görə, nazirlər Rusiya vətəndaşlarına vizaların verilməsi məsələsində vahid yanaşmanı müzakirə edəcəklər.
23-08-2022, 21:03
“İnanıram ki, Ukrayna qalib gələcək” - Polşa prezidenti


“İnanıram ki, Ukrayna qalib gələcək” - Polşa prezidenti

"Ukrayna nəinki özünü müdafiə edəcək, həm də inanıram ki, qalib gələcək". Bunu Polşa Prezidenti Anjey Duda Kiyevdə Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib. Duda bildirib ki, Ukrayna Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri alacaq: "Ukrayna Polşanın dəstəyi ilə yenidən qurulacaq. Qərbi Avropa, Amerika Birləşmiş Ştatları və digər demokratik ölkələr, bütün vicdanlı dövlətlər və xalqlar Ukraynanı dəstəkləyir və dəstəkləyəcək”. O, qeyd edib ki, Ukrayna xalqı və hakimiyyəti Polşaya arxalana bilər.
23-08-2022, 20:54
Avropa ölkələri vəd edilən yardımları vermir - Podolyak


Avropa ölkələri vəd edilən yardımları vermir - Podolyak

Qərb dövlətləri nəzərə almalıdırlar ki, Rusiyanın Ukraynada qələbəsi onun həm də NATO üzərində qələbəsi olacaq. Ukraynanı lazımi silahlarla təmin etmək sülhü uzaqlaşdırmır, əksinə yaxınlaşdırır. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində deyib. "Soyqırımına, həbslərə, qırğınlara və dağıntılara silahdan başqa cavab yoxdur. Ərazini azad etmək üçün silah lazımdır. Dünya müharibədən yorulub, amma Avropa, Qərb, taleyindən asılı olmayaraq yaşamaq üçün mübarizə aparan ukraynalılar onu da nəzərə almalıdırlar ki, Moskvanın Ukraynada qələbəsi NATO üzərində qələbə demək olacaq. Və biz təəssüf hissi ilə bildirmək məcburiyyətindəyik ki, bütün Avropa ölkələri vəd edilən yardımı vermir”, -deyə Podolyak bildirib.
23-08-2022, 20:49
Prezidentlər Kiyevdə görüşdülər


Prezidentlər Kiyevdə görüşdülər

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan polşalı həmkarı Anjey Duda ilə görüşüb. Bu barədə Zelenski teleqram kanalında yazıb. O, Ukraynaya verilən dəstəyə görə polşalı həmkarına təşəkkür edib. Məlumata görə, görüşdən sonra prezidentlər Krım Platforması Sammitində iştirak edəcəklər. NATO-nun Baş katibi Yens Stoltenberqin də konfransda iştirak edəcəyi gözlənilir.
23-08-2022, 20:37
Paşinyan Qırğızıstana gedəcək


Paşinyan Qırğızıstana gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstan Respublikasına işgüzar səfər edəcək. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, Paşinyan avqustun 25-də Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının növbəti sessiyasında iştirak edəcək.
23-08-2022, 20:28
Ukraynada başqa ölkənin bayrağı dalğalanmayacaq


Ukraynada başqa ölkənin bayrağı dalğalanmayacaq

“Ukrayna heç vaxt öz torpağında və səmasında başqalarının bayraqlarını dalğalandırmayacaq”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Biz iki rəngin birləşməsini yüksək qiymətləndiririk. Biz heç vaxt torpağımızda başqa bayraqların rənglərini tanımayacağıq. Biz mavi və sarı bayrağımızı müdafiə etməyə hər zaman hazırıq. Azadlığın nə olduğunu bilməyənlərin bayrağı ola bilməz”, - Ukrayna lideri vurğulayıb.
23-08-2022, 20:24
Putin Tacikistan prezidentinə zəng etdi


Putin Tacikistan prezidentinə zəng etdi

Rusiya prezidenti Vladimir Putin Tacikistan prezidenti Emomali Rahmona zəng edib. Kremlin mətbuat xidmətinin məlumatına görə, prezidentlər telefon danışığı zamanı ikitərəfli münasibətlər, həmçinin Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin mövzusunu müzakirə ediblər. “Rusiya-Tacikistan dostluq münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələləri, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda Səmərqənddə keçiriləcək sammitinin mövzuları müzakirə edilib”, - məlumatda deyilir.
23-08-2022, 19:33
Ermənistandan bizə basqılar olur - Çavuşoğlu


Ermənistandan bizə basqılar olur - Çavuşoğlu

Azərbaycanın Zəfərindən sonra Qafqazda sülh üçün çalışırıq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. "Biz eyni zamanda Ermənistanla da münasibətləri yoluna qoymağa çalışdıq. Amma Ermənistan çox da istəkli deyil. Qafqazda uzun müddət sülh istəyiriksə, bu, sadəcə Azərbaycan və Ermənistan arasında bağlanan sülh müqaviləsi ilə mümkün olacaq. Ermənistan bəzən elə davranır ki, sanki üçtərəfli bəyanatı o bağlamayıb. Ermənistan sadəcə Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməlidir", - deyəÇavuşoğlu bildirib. XİN başçısı, həmçinin Ermənistandan Türkiyəyə təzyiqlərin olduğunu söyləyib: "Bəzən Ermənistanın daxilindən bizə qarşı basqılar olur. Ölkə içərisində fanatiklər var. Onlar bizə heç nə edə bilməzlər. Hazırda Ermənistanda Paşinyanın arxasında çox güclü qüvvələr var. Onada görə də Ermənistanda separatçı qüvvələr heç bir şey edə bilməz. Sadəcə biz əl-ələ verib Cənubi Qafqazı daha da gücləndirməliyik".
23-08-2022, 19:23
Rusiyaya mane olan ölkələr var - Türkiyə XİN


Rusiyaya mane olan ölkələr var - Türkiyə XİN

Ukrayna taxılının təhlükəsiz daşınmasının qarşılığında Rusiyanın da bəzi tələbləri var. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. "Rusiya bu yolda gübrə və taxılının yolunda əngəllərin aradan qalxmasını istəyir. Amma buna mane olan ölkələr var. Eyni zamanda iki ölkə arasında münasibətlərin normallaşmasını istəməyən qüvvələr də var. Türkiyə bu ölkələrlə də əlaqə qurmağa çalışır. Hazırda 33 gəmi Ukraynadan çıxıb, Afrikaya gedib", - XİN başçısı vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!