“Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                        Səməd Vəkilov din xadimi ilə görüşüb .....                        XİN Əliyev-Paşinyan görüşünün nəticələrini AÇIQLADI .....                        Xankəndi Zirvəsi məqsədlərə təkan verəcək .....                        Abşeron rayonunda təqdimat .....                        Ukraynada polkovnik qətlə yetirildi .....                       
31-07-2022, 17:56
Zelenski məcburi təxliyyə əmri verdi


Zelenski məcburi təxliyyə əmri verdi

Ukrayna Prezidenti Volodimir Zelenski şiddətli döyüşlərin getdiyi Donetsk vilayətində insanların məcburi təxliyəsinə göstəriş verib. Bu barədə ukraynalı lider videomüraciət yayıb. Zelenski bildirib ki, Donbass bölgələrində yüz minlərlə insan yaşayır. "Yüz minlərlə insan, on minlərlə uşaq var. Çoxları getməkdən imtina edir. Bunu həqiqətən etmək lazımdır. Bu nə qədər tez baş verərsə, Donetsk bölgəsini nə qədər çox insan tərk edərsə, rus ordusunun sizi öldürməsi üçün fürsəti bir o qədər az olacaq. Əgər belədirsə, lütfən, döyüş bölgələrində qalanlarla danışın. Xahiş edirəm, onları bölgəni tərk etməli olduqlarına inandırın",- Zelenski deyib. O, bölgəni tərk edən sakinlərə kompensasiya veriləcəyini vurğulayıb.
31-07-2022, 17:51
İraqda vəziyyət daha da pisləşdi


İraqda vəziyyət daha da pisləşdi

İraq parlamenti etirazçılar tərəfindən zəbt edildikdən sonra ölkədə siyasi gərginlik yaranıb. Butov.az xəbər verir ki, İraqın Baş naziri Mustafa Əl-Kazımi xəstəxanalardan başqa bütün dövlət qurumlarının fəaliyyətini dayandırdığını bəyan edib. O, siyasi və dini qrupları dialoqa çağırıb. Etirazçılar Baş nazirin istefa verməsini və yeni Baş nazirin seçilməsini tələb edirlər. İraq mətbuatı yazır ki, başqa dövlətlərin İraqın daxili işlərinə qarışması nəticəsində daxili siyasi mübarizə gərgin xarakter alıb. Siyasi partiya və dini qruplaşmalar konsensus əldə edib, yeni hökumət qura bilərlər. Lakin kənar qüvvələrin İraq uğrunda mübarizəsi gərginləşdikcə, daxili qüvvələrin də siyasi hakimiyyət uğrunda mübarizəsi gərgin xarakter alır və dialoq arxa plana keçib. Hələlik etirazlar davam edir və siyasi qüvvələr danışıqlar masası arxasında oturmaq fikrində deyillər.
31-07-2022, 17:47
Ərdoğanın sözçüsü: Gəmilər hazır vəziyyətdədir


Ərdoğanın sözçüsü: Gəmilər hazır vəziyyətdədir

“Ukrayna tərəfi ilə mütəmadi təmasdayıq. Rusiya tərəfi ilə də təmaslar davam edir. Gəmilər Odessa limanından çıxmağa hazır vəziyyətdədir” Butov.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. “Hansı koordinatdan necə çıxacaq, beynəlxalq ərazi sularına girdiyi zaman, Türkiyə ərazi sularına girdiyi zaman kim yükləyəcək kimi detallar var. İlk gəminin sabah səhər yola çıxması ehtimalı yüksəkdir”, - deyə İ.Kalın qeyd edib.
31-07-2022, 17:29
Koronavirusa yoluxanların sayı 576 milyonu ötüb


Koronavirusa yoluxanların sayı 576 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 576 milyon 81 min nəfəri keçib. Bu barədə beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bəyan edib. Bildirilib ki, dünyada koronavirusdan ölənlərin sayı isə 6 milyon 399 min 498 nəfərə çatıb. Ən çox yoluxma halları ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniyada qeydə alınıb.
31-07-2022, 17:24
Rusiya ordusunun Ukraynada verdiyi itkilər


Rusiya ordusunun Ukraynada verdiyi itkilər

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiya ordusunun 160 əsgərini zərərsizləşdirib. Həmçinin onlarla artilleriya sistemi sıradan çıxarılıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Rusiya ordusu ən böyük itkini Donetsk istiqamətində verib. Rus ordusunun müharibə ərzindəki ümumi döyüş itkiləri təxminən belədir: şəxsi heyət təxminən 40 830 (son sutkada daha 160 nəfər) nəfər zərərsizləşdirilib; tanklar - 1763 (4 yeni tank) ədəd; zirehli döyüş maşınları - 4 004 (+9) ədəd; artilleriya sistemləri - 916 (+10) ədəd, təyyarələr 223 (1), helikopterlər (190).
31-07-2022, 17:21
Ukrayna Qəhrəmanı arvadı ilə birgə öldürüldü


Ukrayna Qəhrəmanı arvadı ilə birgə öldürüldü

Ukrayna Qəhrəmanı, ən böyük taxıl ticarəti şirkəti “Nibulon”un sahibi Aleksey Vadaturski iyulun 31-nə keçən gecə həlak olub. Nikolayevin atəşə tutulması zamanı onun evinə mərmi düşüb. Bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim “Telegram” kanalında məlumat verib. Məlumata görə, mərhum həyat yoldaşı ilə birlikdə dünyasını dəyişib. Oliqarx biznesmen “Forbes”in Ukrayna milyonçuları siyahısına daxil edilib və reytinqdə 15-ci yerdə qərarlaşıb. Onun sərvəti 0,5 milyard dollar həcmində qiymətləndirilirdi. Xatırladaq ki, Ukraynanın Nikolayev şəhəri iyulun 31-nə keçən gecə saat 01:00-dan səhər saat 05:00 radələrinədək intensiv atəşə tutulub.
31-07-2022, 17:02
Eks-prezident virusdan öldü


Eks-prezident virusdan öldü

Filippinin keçmiş prezidenti Fidel Ramos 94 yaşında ölüb. Butov.az xəbər verir ki, eks-prezident ölkənin Makati Tibb Mərkəzində COVID-19-un ağırlaşması səbəbindən vəfat edib. O, 1992-1998-ci illərdə prezident vəzifəsini icra edib.
29-07-2022, 21:48
Gürcüstanda matəm elan edildi


Gürcüstanda matəm elan edildi

Gürcüstanda matəm elan olunub. Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qərar verib. Qərara əsasən, iyunun 30-u ölkədə matəm olacaq. Matəmə səbəb Qudauri dağ kurortu ərazisində Daxili İşlər Nazirliyinə məxsus helikopterin qəzaya uğraması və nəticədə 8 nəfərin ölməsidir. Matəm zamanı bayraqlar endiriləcək.
29-07-2022, 21:23
Ukrayna ordusu daha bir kəndi azad etdi


Ukrayna ordusu daha bir kəndi azad etdi

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə Ukrayna ordusu məlumat yayıb. Konkret olaraq hansı kəndin azad edildiyi açıqlanmayıb. Əməliyyat Donetsk istiqamətində keçirilib. Kəndin azad edilməsində 24-cü “Aydar” batalyonunun əsgərləri iştirak edib.
29-07-2022, 21:02
Türkiyə və Ukrayna nazirləri arasında taxıl müzakirəsi


Türkiyə və Ukrayna nazirləri arasında taxıl müzakirəsi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Tərəflər taxıl daşınmasına hazırlıqla bağlı son vəziyyəti müzakirə edib. Nazirlər texniki işlərin yekunlaşma üzrə olduğunu və ən qısa müddətə daşınmanın planlaşdırıldığını bildiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!