13-02-2023, 21:12
Vizaların qarşılıqlı ləğvində Rusiyanın fikrini gözləyirik - İran səfiriRusiya və İran iki ölkə vətəndaşları üçün vizanı qarşılıqlı şəkildə ləğv edə bilər. Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib. O qeyd edib ki, Tehran vizaların qarşılıqlı ləğv edilməsi üçün müraciət edib və Rusiya rəsmilərindən cavab gözləyir. “Belə bir perspektiv var. İran iki ölkə arasında vizaların ləğvinə razıdır. Hətta bu məsələ ilə bağlı ölkəmizdə də addımlar atılıb. Rusiya rəsmilərinin fikrini gözləyirik. Əgər Rusiya razı olsa, biz qısa zamanda vizasız rejimə keçə bilərik”, - deyə Cəlali mətbuat konfransında vurğulayıb.
13-02-2023, 15:40
Zəlzələ qurbanlarının sayı 31 mini keçibTürkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 643 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
13-02-2023, 15:34
Ermənistan müxalifəti Türkiyəyə humanitar yardıma görə Paşinyanı tənqid etdiErmənistan müxalifəti Paşinyan hakimiyyətini Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verdiyinə və humanitar yardım göndərdiyinə görə tənqid edib. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın liderliyi ilə qurulan parlamentdəki "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan İrəvanın zəlzələ ilə bağlı addımlarını "qədərindən artıq" adlandırıb. O, Türkiyənin 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycana göstərdiyi fəal dəstəyi xatırladıb və Ankaranın İrəvana "düşmən münasibəti" göstərdiyini bəyan edib. "Ankaraya qarşı bu cür münasibət indi heç bir məntiqi çərçivəyə sığmır. Türkiyənin Ermənistan istiqamətində bundan sonrakı siyasəti ona göstərilən humanitar yardım və ya Ermənistanın ali rəhbərliyinin çoxsaylı başsağlığı ilə müəyyən edilməyəcək", - deyə erməni deputat hakimiyyəti tənqid edib.
13-02-2023, 15:29
Ermənistan tərəfinin heç bir ilkin şərti yoxdur - Deputat"Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün təşkili üçün Ermənistan tərəfinin heç bir ilkin şərti yoxdur". Bunu Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı Sarkis Xandanyan deyib. "İrəvan hər hansı vasitəçinin təkliflərini nəzərdən keçirməyə hazırdır və Tbilisinin səyləri müsbət qiymətləndirilir", - deyə o bildirib. "Ermənistan tərəfinin iştirakı konkret andakı vəziyyətdən, görüşün gündəliyindən asılıdır", - deyə deputat əlavə edib. Qeyd edək ki, bundan əvvəl İrəvan Moskvada keçirilən üçtərəfli görüşdən imtina etmişdi.
12-02-2023, 19:08
Hatay hava limanındakı fəsadlar aradan qaldırıldıTürkiyənin Antakya vilayətində yerləşən Hatay hava limanında zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılıb. Bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb. Bildirilib ki, aparılan təmir-bərpa işləri ilə aeroport uçuşlar üçün tam hazırdır və işlək vəziyyətə gətirilib. Qeyd edək ki, Hatay hava limanının zəlzələ nəticəsində uçuş-enmə zolağı tamamilə dağılmışdı. Bu, bölgəyə hava yolu ilə yardımların daşınmasında və xilasedicilərin cəlb olunmasında çətinliklər yaradırdı.
12-02-2023, 19:01
Zəlzələ qurbanlarının sayı 30 minə çatırTürkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 29 605 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Həmçinin 147 934 nəfərin təxliyə edildiyi bildirilib.
12-02-2023, 18:58
Türkiyədə 18 nəfərin yaralanmasıyla nəticələnən partlayış baş veribTürkiyənin Balıkesir vilayətində partlayış baş verib. Hadisə vilayətin Susurluk rayonunda qeydə alınıb. Belə ki, ərazidə yerləşən istehsal müəssisələrindən birində qaz sızması nəticəsində partlayış olub. Nəticədə 18 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.
12-02-2023, 18:49
Zəlzələylə bağlı 134 şübhəli şəxslə bağlı tədbir görülüb"Zəlzələ ilə bağlı araşdırmalar nəticəsində134 şübhəli şəxs barəsində tədbir görülüb". Bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib. Nazirin sözlərinə görə, onlardan 3-ü həbs edilib, 7-si saxlanılıb, daha 114 şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam edir. "Zəlzələ zonasında məhkəmə prosesləri 2 ay müddətinə dayandırılıb", - deyə Bozdağ bildirib.
12-02-2023, 18:44
Türkiyə prezidenti Qətər əmiri ilə görüşdüPrezident Rəcəb Tayyib Ərdoğan "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlər səbəbi ilə Türkiyəyə gələn Qətər əmiri Şeyx Təmim Bin Hamed Al Sani ilə görüşüb. Bu barədə Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyasının rəsmi saytında məlumat verilib.
12-02-2023, 18:41
Zəlzələ bölgəsindəki məktəblər marta qədər bağlanıbTürkiyənin 10 vilayətində orta məktəblər 1 mart tarixinə qədər bağlanıb. Bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özer məlumat verib. "Başqa regionlarda isə 20 fevraldan dərslər başlayacaq", - deyə o əlavə edib.