Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
10-02-2023, 17:01
Zəlzələ 12 mindən çox binanı sıradan çıxarıb


Zəlzələ 12 mindən çox binanı sıradan çıxarıb

Türkiyədə baş vermiş zəlzələ nəticəsində 12 mindən çox bina dağılıb. Bu barədə Türkiyənin şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib. Onun sözlərinə görə, zəlzələ bölgələrində ümumilikdə 12 141 bina dağılıb. "Həmin bölgələrdə ölkə tarixində ən böyük quruculuq, bərpa işlərinə başlanılacaq", - deyə nazir vurğulayıb. Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələ Türkiyənin daha 10 şəhərinə ziyan vurub. Ümumilikdə 7 minə yaxın bina çöküb.


10-02-2023, 16:54
ÜST Türkiyə və Suriyaya maddi dəstək ayırdı


ÜST-dən Türkiyə və Suriyaya maddi dəstək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) zəlzələnin fəsadları ilə mübarizə işində Türkiyə və Suriyaya dəstək olmaq üçün Fövqəladə Hallar üzrə ehtiyat fondundan 3 milyon dollar ayırıb. Ayrılan məbləğə dərmanlar yüklənmiş üç çarter reysinin göndərilməsi də daxildir. Bundan əlavə, hər iki ölkəyə dünyanın hər yerindən olan tibb işçilərindən ibarət 77 milli və 13 beynəlxalq təcili yardım briqadası göndərilib. Təşkilatdan bildirilib ki, hazırda səylərin hara yönəldilməli olduğunu müəyyən etmək üçün zərərin “xəritəsi”nin qiymətləndirilməsi üzərində iş aparılır. Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 maqnitudalı zəlzələ baş verib. Güclü yeraltı təkanlar və ondan sonra baş verən afterşoklar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla qonşu dövlətlərdə hiss olunub. Artıq Türkiyənin 10 vilayətində 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib. Ölkədə həlak olanların xatirəsinə 7 günlük matəm elan edilib.
10-02-2023, 16:50
Ukrayna Belarusla həmsərhəd olan bütün yolları minaladı


Ukrayna Belarusla həmsərhəd olan bütün yolları minaladı

Ukrayna Silahlı Qüvvələri Belarusla həmsərhəd olan bütün yolları və meşə zonalarını minalayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin polkovniki Yevgeni Silkin bildirib. “Ukrayna hərbçiləri Ukrayna, Belarus və Rusiya arasındakı sərhədin böyük hissəsini minalayıblar. Belarusla sərhəddə hər yolu və bütün meşə zonasını minaladıq”, – Yevgeni Silkin “Vashington Post” qəzetinə deyib. O, həmçinin bəyan edib ki, Ukrayna yaxın gələcəkdə Rusiya Federasiyası və ya Belarusla dostluq etmək niyyətində deyil.
10-02-2023, 16:46
Ərdoğana xidmət edən təyyarə yaralılar üçün istifadə olunur


Ərdoğana xidmət edən təyyarə yaralılar üçün istifadə olunur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istifadəsində olan təyyarə zəlzələ bölgəsindən yaralıların daşınması işlərinə cəlb olunub. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyasına məxsus "TUR" təyyarəsi ilə zəlzələ bölgəsindən 14 yaralının paytaxt Ankaraya nəql olunması həyata keçirilib.
10-02-2023, 16:42
Türkiyədə 4 gündə 1509 zəlzələ qeydə alınıb


Türkiyədə 4 gündə
1509 zəlzələ qeydə alınıb


Türkiyədə fevralın 6-dan bu günədək 1509 zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb, 74 242 nəfər yaralanıb.
10-02-2023, 00:00
Zəlzələ qurbanlarının sayı 18 000-ə yaxınlaşır


Zəlzələ qurbanlarının sayı 18 000-ə yaxınlaşır

Türkiyədə zəlzələdə həlak olanların sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Bölgələr üzrə itki statistikası:
Hatay - 5 111 nəfər
Kahramanmaraş - 4 879
Adıyaman - 3 105
Qaziantep - 2 141
Osmaniye - 878
Adana - 408
Şanlıurfa - 304
Malatya - 289
Diyarbəkir - 212
Kilis - 74
Elazığ - 5
9-02-2023, 23:52
Müharibəni biz başlatmamışıq, amma bitirməyə çalışırıq - Putin


Müharibəni biz başlatmamışıq, amma bitirməyə çalışırıq - Putin

Biz hər hansı müharibəyə başlamamışıq, lakin onu bitirməyə çalışırıq. Bunu Rusiya Prezidenti Vladimir Putin aviasiya sənayesinin nümayəndələri ilə görüşdə deyib. O, müharibənin başlamasına görə Ukraynanı ittiham edib. Putin iddia edib ki, müharibəni 2014-cü ildə dövlət çevrilişi həyata keçirən millətçilər və onlara dəstək verənlər başlayıb. "Hər şey bununla başladı, sonra Krım və Donbasda hadisələr oldu”, - deyə Putin bildirib.
9-02-2023, 23:22
Kiyevdə insan ölümüylə nəticələnən partlayış baş verib


Kiyevdə insan ölümüylə nəticələnən partlayış baş verib

Ukraynanın paytaxtı Kiyev şəhərində partlayış baş verib. Bu barədə Kiyev Şəhər Hərbi Adminstrasiyası məlumat yayıb. Bildirilir ki, keçmiş zavodun ərazisində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub. Hadisə zamanı daha 6 nəfər yaralanıb. Beş nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, paytaxtın Darnitsa rayonunda qeydə alınan hadisəyə səbəb qaz balonu partlayışı olub.
9-02-2023, 23:20
Novosibirsk vilayətində matəm elan olundu


Novosibirsk vilayətində matəm elan olundu

Rusiyanın Novosibirsk vilayətində matəm elan olunub. Bu gün səhər saatlarında vilayətin Zayeltsevsk rayonunda beşmərtəbəli binada qaz sızmasından partlayış baş verib. Nəticədə binanın iki girişi dağılıb, 8 nəfər həlak olub. Daha 8 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. Hadisə yerinə fövqəladə hallar naziri Aleksandr Kurenkov gəlib. Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov fevralın 10-nu matəm günü elan edib.
9-02-2023, 21:40
Ermənistan prezidenti İran səfiri ilə bir sıra məsələləri müzakirə etdi


Ermənistan prezidenti İran səfiri ilə bir sıra məsələləri müzakirə etdi

İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zöhuri Ermənistan prezidenti Vahaqn Xaçaturyanla görüşüb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, regional məsələlər, habelə qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub. İran səfiri iki ölkə arasında ticarət-iqtisadi dövriyyənin böyümə tempini artırmağın vacibliyindən danışıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!