Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 5-10-2017, 10:37


Həyat boyu həyatları qoruyar,
Keşiyində möhkəm durar həkimlər.
Gələn xəstələri yoxlamaq üçün
Aparatın tezcə qurar həkimlər.

Aşıq Əkbər Cəfərov


Bir neçə gün əvvəl Dədə Ədalət haqqında yazılan “Kərəmi” çal ay dədə həzin-həzin” şeiri məni lap ovsunlamışdı. Şeirin müəllifi Lalə Bayramlı idi. Facebook səhifəsində Lalə Bayramlını tapıb hansı sənədin sahibi olduğunu öyrəndim. Leyla xanımla ilk tanışlığımız belə başladı.

Leyla xanım o yerdəndir ki, o elin, o obanın yüzlərlə adlı-sanlı tanınmış şairləri, yazıçıları var. Səməd Vurğunu, Osman Sarıvəllini, Hüseyn Arifi, İsmayıl Şıxlını, Mirvarid Dilbazini, Mehdi Hüseyni, Nəriman Həsənzadəni, Yusif Səmədoğlunu, Akif Səmədi yetişdirib bəxş edən Qazax rayonunda böyüyüb boya-başa çatıb.
Leyla Bayramlı 1969-cu ildə Qazax rayonunda anadan olub. 1975-ci ildə Qazax rayonunda 1 saylı tam orta məktəbinə daxil olub, 1985-ci ildə həmin məktəbi Qızıl medalla bitirib. Eyni zamanda, həm də musiqi məktəbində piano sinfini bitirib.

Leyla xanım həmin il, yəni 1985-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuş, 1991-ci ildə Tibb Universitetini bitirib, Bakı şəhərindəki poliklinikaların birində həkim kimi işə başlamışdır.

Leyla xanım hələ Tibb Universitetində oxuduğu vaxtlardan şeir yazmağa başlayıb, ancaq heç kimə bildirməyirdi. Elə ilk şeirini də anasına həsr edib. “Bu gecə yuxuma gəlmişdi Anam…” şeiri ilə başlayan Leyla xanım bir-birindən gözəl şeirlər yazmağa başlayır. Və şeir yazmağı özünə xobbi kimi qəbul edib. Dövrü mətbuatda şeirləri arada bir dərc olunur.

Leyla xanımın həyat yoldaşı hərbiçi olub. O, torpaqlarımızın azadlığı uğrunda döyüşüb, mayor rütbəsinə qədər yüksəlib. Qarabağ müharibəsi iştirakçısı kimi təqaüdə çıxıb.

Hörmətli qəzetimizin oxucuları, Leyla xanımın son vaxtlar yazdığı şeirlərindən bir neçəsini sizlərə təqdim edirəm.

Bu gecə yuxuma gəlmişdi Anam…


Bu gecə yuxuma gəlmişdi Anam,
Anam elə mənim yaşıdım idi.
O qədər yaxındı… Əlim çatmırdı,
Arada olan yol bir addım idi.

Gülüşü, söhbəti qulağımdadı,
Necə məlhəm idi söhbəti, sözü.
Nəfəsi canımda-ocağımdadı,
Qəlbimdə odlanır ruhunun közü.

Bu gecə yuxuma gəlmişdi Anam,
Kaş yuxum çin ola - evinə dönə.
Başına dolanam gündə min kərə,
Öpəm, tumarlayam mən dönə-dönə.

Dinləyin! Ədalət “Kərəmi” çalır…


Yenə sinəsinə basıb sazını,
Dinləyin! Ədalət “Kərəmi” çalır.
Oxumur - eşidin xoş avazını,
Dinləyin! Ədalət “Kərəmi” çalır.

Xəyalında gəzir Lələylə Kərəm,
Qara Keşiş deyir - qızı vermərəm.
Sazın pərdəsində qüssə, qəm, ələm,
Dinləyin! Ədalət “Kərəmi” çalır.

Xan oğlu olubdu divanə-dəli,
Yarın vüsalına yetməyib əli.
Bəlkə saz deyəcək - hardadır Əsli?
Dinləyin! Ədalət “Kərəmi” çalır.

Yandı Kərəm! Oldu dillərə dastan,
Döndüyü küllər də oxuyar azan.
“Kərəmi” havası çalınan zaman,
Dinməyin! Ədalət “Kərəmi” çalır,
Dinləyin! Ədalət “Kərəmi” çalır.

15 sentyabr 2017

Yenə yaşıllaşar bağlar


Yenə yaşıllaşar bağlar,
Yenə axar buz bulaqlar.
Əzəmətlə durar dağlar,
Gedən köç geri qayıdar.

Sürü yaylağa yayılar,
Çoban tütəyini çalar.
Nənələr nəhrə çalxalar,
Gedən köç geri qayıdar.

Dağlar sinəsini gərər,
Yaylaq xalısını sərər.
Yenə o qəmginlər gülər,
Gedən köç geri qayıdar.

Qarabağda saz səslənər,
Aşıq avazla dillənər.
Gözlər yollara zillənər,
Gedən köç geri qayıdar…

Mənfur yağı

Başın göyə dəysin GÖYƏZƏN dağı,
Eşitsin qoy göylər çəkilən ahı.
İgidlər qanıyla suvarıb - bir bax,
Laləzara dönüb Vətən torpağı!
Çəkilsin yurdumdan o mənfur yağı!

Uzaqdan boylanır bax Əskipara,
Bağanis Ayrımı çəkiblər dara.
Torpağın naləsi çatmır dağlara,
Silkələn, nərə çək Göyəzən dağı,
Çəkilsin yurdumdan o mənfur yağı!

Qaçaq Kərəm üçün sən yuva oldun,
Namərd gülləsindən onu qorudun.
Qeyrət qalasısan sən doğma yurdun,
Sipər ol Qazaxa GÖYƏZƏN dağı,
Çəkilsin yurdumdan o mənfur yağı!


Vətən torpağı

Aprel şəhidlərinin ölməz xatirəsinə

Bir şəhidin ruhu göylərdən baxır,
Narahat, nigaran, qüssəli, qəmli.
Bir şəhidin ruhu ulduz tək axır,
Anası ağlayır gözləri nəmli…

Əlində bir parça Vətən torpağı,
Ovcunda qoruyub son ana qədər.
ÇİNGİZİM-ŞƏHİDİM-VƏTƏN ÖVLADI
Cihadın vuruşun heç getməz hədər…

Qurbanı olduğum VƏTƏN torpağı,
Üstünü bürüyər yorğanın olar.
İgidlər böyüdür Vətən torpağı,
Qarabağı alar - ruhun şad olar.

Bir də gəl

Sənsiz bu dünyanın qalmayıb rəngi,
Yolun düşsə bu dünyaya bir də gəl.
Pozulub cərgəsi - solub ahəngi,
Yolun düşsə bu dünyaya bir də gəl.

Sənsiz mənası yox günün, saatın,
Sənsiz qəlbi durub bu kainatın.
Sənsiz ağrısı çox acı həyatın,
Yolun düşsə bu dünyaya bir də gəl.

Qüssədən, kədərdən qaçmaq istərəm,
Yollarda yeni iz açmaq istərəm.
Sənin gözlərinə baxmaq istərəm,
Yolun düşsə bu dünyaya bir də gəl…

Şəhidim

Bahar gəlib! Çəmənlərdə gəzmədin,
Anan üçün gözəl güllər üzmədin.
Vətən dedin! Fəda oldun! Bezmədin!
Cənnət sənə halal olsun, igidim,
Yeni yurdun rahat olsun, Şəhidim!

Nərə çəkdin səfi pozdun, dağıtdın,
Mənfurların it qanını axıtdın,
Öz arxanca milyonları ağlatdın,
Cənnət sənə halal olsun, igidim,
Yeni yurdun rahat olsun, Şəhidim!

Anan, bacın daha deməsin ağı,
Yüksəklərə ucaltdın sən Bayrağı.
Ruhun deyər: Azad et Qarabağı,
Cənnət sənə halal olsun, igidim,
Yeni yurdun rahat olsun, Şəhidim!

Şəhidlərimizin ruhu qarşısında baş əyərək, ürəyimdən keçənləri yazdım.

2 aprel 2016

O evdən hənirti gəlir

O evdən hənirti gəlir,
Tüstüsü göyə yüksəlir,
Orda biri var - dincəlir,
Tənhalığa qaçan adam…

Meşə olub dərd sirdaşı,
Cığırlardı yol yoldaşı,
Bir özüdür - bir göz yaşı,
Tənhalığa qaçan adam…

Səhər təkdi - gecə təkdi,
Ətrafına çəpər çəkdi,
Bəlkə tənha öləcəkdi,
İşıq tək nur saçan adam,
Tənhalığa qaçan adam...

Hüseyn Məmmədov,
“Bütöv Azərbaycan”


Şairə Şəfqət bacısı


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!