Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 1-02-2018, 18:29
Yalan adıyla bəzədilən yeganə gerçək - DÜNYA




Dünya-yalan adıyla bəzədilən yeganə gerçək. Kimlər sənin qoynunda var olmadı,kimlər nakam,kimlər yox olmadı kı?! Şanlı və qanlı tarixlər yaşandı. Hər bir canlıya mənzil oldun.Dedilər,dünya dəyişilib.Dəyişilən sən deyilsən məgər. Qoynunda böyüyən fərqli yolları seçən və seçdikləri yolların bəlasına düçar olanlar imiş.

İnkişaf etdikcə,"cılız beyinlər" şər-böhtan atdılar,sənə.Axı, sən nə edə bilərsən. Vəzifən bir-birinin ardınca gecəni yola salıb,gündüzü qarşılamaq deyilmi?Cahilə yol göstərməkdən usanan dünya. Dərdi-səri sinəsinə yığan dünya. Nələr görmədinki?! Ağlayan ana,tərk edilən qadın,unudulan kişi. Soyuq küçələrdə böyüyən kimsəsiz, biçarə körpə. Bizlər fani, sən isə bizlərə nəzər daimisən.Elə deyilmi?! Qısa zaman içərisində sinəndə böyüyən hər bir faniyə ev sahibliyi edirsən. Əzəldən, gələn qonağı qarşılayıb,yola salmaqla vəzifələnmisən. Bizlər gəlirik, böyüyüb,inkişafa qol çəkirik. Bacarıqla addım atıb,mənim dünyam deyərək,irəli gedirik.Əslində gedəcək yerimizdə olduğunu səndən yaxşı bilirik.Hara getsək də, sənin ayrılmaz bir hissən olduğunu dərk edirik. Amma yenə də işlər tərs getdiyi zaman səni və sənə uyğun zəmanəni qınayırıq.Səndə səsiz səmirsiz bizləri dinləyirsən.Sənə məxsus torpağın üstündə xəritələr çəkilir,sərhədlər yaranır,düşüncələr irəli sürülür. Hələ bu da azmış kimi sənə təsəlli olsun deyə şeirlər yazılır. Nəğmələr bəstələnir. Amma kimsə gözündən axan bir damla yaşı görüb,silmir.Gözlərinin önünü kin,nifrət,xəsislik hissi almış adam sənin dərdini necə anlasın axı. Deyirsən, yaxşılarımda var. Elə hey pislərdən yazırsan. Düzdü yaxşılar olmasa,yaşanmaz bu həyat. Amma dünya yaxşılarında ədalətsiz bir dünyadan nə gözləsin.Bax, yenə səni günahlandırdım. Məgər məndə sənin bir zərrən deyiləmmi? Deyirsən mübarizə apar, məni təbliğ elə. Adımla bərabər çəkilən "ədalətsiz" kəlməsini sil yaddaşlardan. İnan bacarmaq çətin olacaq.Bilirsən niyə? Nə qədər ki, körpələr südsüz döşdən süd yalvaracaq, nə qədər ki, səhər tezdən biçarə insanlar küçələrdə intara yol axtaracaq, nə qədər ki, sevgini pul alacaq, nə qədər ki, yardım edib başa qalxılacaq, nə qədər ki, başlar ayaq, ayaqlar baş olacaq və nə qədər ki, təhsili əlimizdən alıb, ərə veriləcək, əzilənlərə arxa durulmayacaq, haqq deyib dil töküləcək. Bax o zaman sənə sevmədiyin sözlə xitab edəcəklər.Ədalət harayını gəzən, ədalətsiz dünya. Yalan adı altında gerçək məkan.

Günel Ağayeva


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!