"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 26-10-2021, 15:57
CƏNUBİ AZƏRBAYCAN ELİTASI DA SƏHNƏDƏN UZAQLAŞDIRILIR

İRANDA AZƏRBAYCAN DİLİNİN ARDINCA CƏNUBİ AZƏRBAYCAN ELİTASI DA SƏHNƏDƏN UZAQLAŞDIRILIR
26 xordad 1400/16 iyun 2021-ci il tarixində Təbrizdə seçiciərlə görüşündə “Azərbaycan bir kəlam, Rəisi vəssalam!!!” şüarı hayqıran tərəfdarlarından dəstək alan, 28 xordad 1400/18 iyun 2021-ci il tarixində prezident seçilən və 14 mordad 1400/5 avqust 2021-ci il tarixində and içərək fəaliyyətə başlayan yeni 13-cü İran prezidenti ayətulla dr. İbrahim Rəisinin Cənubi Azərbaycana və azərbaycanlılara ilk “hədiyyəsi” Qərbi və Şərqi Azərbaycan ostanlarına (əyalətlərinə) təyin etdiyi kürd ostandarlar (valilər) oldu.
Cənubi Azərbaycan İranda sonuncu prezident seçkilərindən sonra tarixin ən ziddiyyətli mərhələsinə qədəm qoymişdur. İslam rejimi ilk günlərdən Pəhləvi rejiminin zorakı assimilyasia və millətçi şovinist siyasətini davam etdirərək Azərbaycan dilini ictimai həyatın bütün sahələrindən sıxışdırıb çıxarmağa, Azərbaycan xalqına qarşı etnosid/etnik kimliyi və linqvosid/etnik dili məhvetmə sahəsində əsaslı uğur qazanmağa paralel olaraq azərbaycanlıları hakimiyyətin bütün qollarından sıxışdırıb kənarlaşdırmaq siyasətini də davam etdirmişdir. 1978-1979-cu illər inqilabın gedişində və İran-İraq müharibəsi zamanı azərbaycanlıların xidmətindən müxtəlif sahələrdə və səviyyələrdə, ilk növbədə döyüş cəbhəsində geniş şəkildə istifadə edən rejim müharibədən sonra meydana gələn nisbi təhlükəsizlik şəraitində ruhanilikdən/dindarlıqdan/islamçılıqdan şovinistliyə, millətçiliyə, panfarsizmə keçidi sürətləndirdikcə və ya farslaşdıqca əsas rəqibləri olan azərbaycanlıları hakimiyyətdə iştirakdan kənarlaşdırmağa əsasən nail olmuşdu. Belə ki, İran-İraq müharibəsindən bu günə kimi keçən zaman ərzində üç hakimiyyət qolundan heç birinə azərbaycanlı başçılıq etməmişdir. Ölkə əhalisinin 30-40%-ni təşkil edən azərbaycanlılar hakimiyyətdə bir-iki nazir və ostandarla təmsil olunurdular. Yeni seçilmiş 13-cü prezident İbrahim Rəisi zahirən ruhani, lakin mahiyyətcə qatı fars şovinisti olmaqla azərbaycanlıları icra hakimiyyətinə buraxmamağı qərara alıb. O, azərbaycanlıları nə nazirlər, nə də prezidentin çoxsaylı müavinləri arasında görmək istəmədi. Özünün bu qərarına qarşı heç bir müqavimətlə rastlaşmayan prezident bir qədər də qabağa gedərək, Qərbi və Şərqi Azərbaycan əyalətlərinə kürd ostandarlar/valilər təyin etdi.
Əslində azərbaycanlıların gəlmə ostandarlara münasibətini hələ əvvəllər də yoxlamışdılar. Belə ki, istənilən şəxsi Azərbaycan vilayətlərinə ostandar təyin edirdilər. Azərbaycanı parçalamaq məqsədi ilə hələ 1993-cü ildə o vaxtkı Şərqi Azərbaycan ostanından Ərdəbil şəhristanını ayıraraq onun əsasında yeni yaradılan Ərdəbil ostanına heç kimə tanış olmayan, amma Rəhbərin etibarlı adamlarından olan sepahçı M.Əhmədinejad ostandar təyin edilmişdi.
Bir ənənə olaraq Qərbi və Şərqi Azərbaycan ostanlarına azərbaycanlı ostandarlar təyin edilirdi. Lakin 2017-ci ildə prezident Həsən Ruhani Qərbi Azərbaycana Xorasndan gətirdiyi bir kürdü ostandar təyin etdi. Qərbi Azərbaycandan olan deputatların bəzilərinin etiraz etməsinə heç bir dəstək olmadığından təyinat dəyişmədi. İndi də Qərbi Azərbaycana kürd ostanı olan Kermanşahdan ostandar təyin edilməsi heç bir etirazla qarşılaşmadı. Bunu nəzərə alan İbrahim Rəisi Şərqi Azərbaycana da kürd ostandar təyin etdi və həmin təyinata qarşı da heç bir etiraz özünü göstərmədi. Daxili işlər naziri təqdimat mərasimində bildirdi ki, əyalət valisi/ostanın ostandarı onun prezidentidir və bütün idarə başçıları onun rəyi ilə təyin ediləcək.
Beləliklə, Cənubi azərbaycanlılar nəinki öz dili, milli kimliyi, mərkəzi, o cümlədən icra hakimiyyətində iştirakdan, eləcə də həmin hakimiyyətə başçılıq edən prezidentin əyalətlərdə əsas nümayəndəsi olan ostandar vəzifəsindən də məhrum edildilər. Bunula da azərbaycanlıların hakimiyyətin əsas mərkəzi və yerli səviyyələrindən uzaqlaşdırılması başa çatmış oldu. İndi azərbaycanlılar nəinki etnik/milli və mədəni hüquqlardan məhrum edilmiş xalq, eyni zamanda da xaraktersiz, marginallaşmış elitası siyasi cəhətdən ayrı-seçkiliyə uğrayan məhkum bir xalq kimi təsbit edilmiş oldu.
Qeyd etmək lazımdır ki, azərbaycanlılar mərkəzi hakimiyyətin zorakı assimilyasiya siyasəti həyata keçirməyə başladığı XX əsrin 30-cu illərindən bu yana hələ belə acınacaqlı duruma düşməmişdilər. Belə ki, istər Rza şahın, istərsə də Məhəmməd Rza şahın hakimiyyəti illərində azərbaycan etnosuna qarşı etno və linqvosid məhvetmə siyasəti həyata keçirilərkən, azərbaycanlı elita hakimiyyətin bütün qollarında geniş şəkildə təmsil olunurdu. O zaman belə fikirləşilirdi ki, Cənubi Azərbaycan elitası özünün dar siyasi, iqtisadi maraqlarını təmin etmək üçün öz xalqının, etnik birliyinin, öz millətinin əsas, köklü maraqlarını – bir xalq kimi mövcud olma maraqlarını qurban veridrdi. Hazırki vəziyyətdə isə elita nəinki milli maraqları qurban verir, hətta özünün dar siyasi, iqtisadi maraqlarını təmin etməyə belə qadir deyil. Yəni artıq hakim millətçi fars rejimi azərbaycanlı elitanın belini tamamilə sındırmışdır.
Bu arada Cənubi Azərbaycanın son yüz ildə düşdüyü vəziyyətə haqq qazandıran manqurt, zahirən azərbaycanlı adlandırılan “azəri” ziyalıların “xidmətini” də unutmaq omaz.
Məlum olduğu kimi, həmin azsaylı ziyalılar qeyd edilən dövrün başlanmasından əvvəl antimilli fəaliyyətə başlamış və özlərinin bu yöndə fəaliyyətlərinə də azərbacanlı elitanın maraqlarının təmin edilməsinin vacibliyi ilə haqq qazandırmağa çalımışlar. Belə manqurt ziyalıların sayı istər Pəhləvi və istərsə mollakratiya rejiminin səyi və “qayğısı” ilə daim artıış və son illərdə mütəşəkkil/institusional forma kəsb etmişdir. Manqurtluq/milli satqınlıq və xəyanət yolu tutmuş ziyalıların sistemdən asılı vəziyyətini nəzərə alaraq onların halına acımaq və qismən başa düşmək olar. Lakin onların Şimali Azərbaycanda dindarların hüququnu müdafiəyə qalxması, artıq onların rəzaləti və şərəfsizliyindən xəbər verir. Onlar özlərinin kölə vəziyyətindən narazılıq və narahatlıq ifadə etmək əvəzinə, dünyəvi dövlətdə tam dini azadlıq şəraitində yaşayan dindarların hüquqlarını müdafiəyə qalxdıqda kölə vəziyyətlərini bir daha təsdiqləmiş olurlar. Məşhur siyasi bir xadim demişdir ki, kölə vəziyyətindən narazı olan kölə əsil insandır, ona acımaq lazımdır, lakin köləliyi ilə fəxr edən, köləlikdən ötrü ağzının suyu axan kölə isə ən yaramaz, ən şərəfsiz və hər cür lənətə layiq olan kölədir ki, kölədir. İndi Cənubi Azərbaycanda belə kölələrin tam bir nəsli yetişmiş və onlar köləlikləri ilə fəxr etməklə kifayətlənməyərək azad insanlara da köləlik ruhu təlqin etməyə çalışırlar.
Bunlar doğrudan da köləliyi ilə fəxr edən “ziyalılar”dır. Əlbəttə, bunlar dırnaqarası ziyalılardır. Çünki ziyalı hüququ pozulan, iqtisadi, ictimai vəziyyəti ağır olan xalqın, etnosun, sosial təbəqənin, ayrı-ayrı fərdlərin, yəni başqalarının həqiqi maraqlarına təmənnasız xidmət edən insanlardır. Dar mənada ziya sözündən çıxış edilərsə, ziyalı hadisə və proseslərə elm və obyektivlik, həmçinin yüksək əxlaqi-mənəvi dəyərlər işığında baxa bilən, düzü düz, əyrini əyri görən və gördüklərini olduğu kimi göstərən insandır. Ona görə Cənubi Azərbaycanda mövcud olan və öz xalqının maraqlarının əleyhinə xidmət etməkdə dəridən-qabıqdan çıxan “ziyalılar”ı əsl və könülü kölə adlandırmaq olar. Çünki onlar öz xalqının varlığı uğrunda mübarizə aparmağa qadir deyillərsə, heç olmasa, onun varlığına qarşı mübarizə aprmağa can atmayıb başqa bir işlə məşğul ola bilərlər. Onların şüurlu şəkildə öz köləliyinə haqq qazandırmaları və öz kölə vəziyyətləri ilə fəxr etmələri, eyni zamanda azad və müstəqil ölkənin azad və müstəqil insanlarını da özləri kimi kölə görmək istəmələri və köləlik buxovları geyməyə təşviq etmələri isə artıq ən böyük MƏNƏVİYYATSIZLIQ, ƏXLAQSIZLIQ VƏ RƏZALƏTDİR.

Vidadi Mustafa,
Bakı, 26 oktyabr 2021


Paylaş



Bölmə: Güneyin sesi / Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!