Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 10-10-2015, 14:20
TELLİ ZƏRİN DASTANI

Eluca Atalı
Esse

I

Analar övlad doğur -- oğul doğur, qız doğur!
Analar döyüşçü doğmur.
Döyüş -- insanın ruhundan doğulur, beynində kök atmış düşüncəylə, ürəyində bəslənmiş istəklə.
İnsan ruhuyla nizamlayır həyatını, yazır öz taleyini.
Döyüş -- ölümün gözünə göz qırpmadan baxmaqdır.
Hansı ana ölümü qıyar övladına?!
Ana istəyi ilə ölüm həyatın ayrı-ayrı qütbündə durur, cənubla şimal kimi.
Biri ağdı, biri qara.
Biri gündüzdü, biri gecə.
Biri işıqdı, biri zülmət.
Biri sevgidi, biri nifrət.
Biri ümmandı, biri tükənmiş boşluq.
Bu birinci bir sonsuzdu, dibi görünmür, axar çay kimi, safdı, bulaq kimi.
Yarandığı mənbəni, qurtardığı nöqtəni görməyibdi hələ heç kim.
Amma hər kəs bilir, o çoxluğun bir nişanəsi, bir ünvanı var -- övlad!
Ölümsə gəlir, aparır. Onun üçün də qədəmləri acıdı, ağrı salır duyanların qəlbinə.

II
Uzun, qara zülfünə əl çəkərdi külək, hər dəfə örpəyini açanda Zərin.
Külək gücü çatdıqca qaldırardı havaya, darayardı sərin dişli darağıyla.
Küləyin nizamıyla Zərinin nizamı düşməzdi üst-üstə, qarışardı zülflər bir-birinə.
Bu, o zaman idi ki, Təbriz bulaşmışdı öz qanına.
Silkələyib, oyatmışdı onu Səttari Milli.
O, inanmırdı alın yazısına. O, özü yazırdı əlindəki tüfəngiylə taleyini Ulu Təbrizin, Uca Təbrizin!
Təbriz azad olmalıydı, doğmalıydı istiqlal!
Təbriz söykənmişdi tarixə, sabahına dik baxırdı.
Əllərini uzadırdı ürəyinə gələcəyin.
Görünmürdü diləyinin sərhədləri, sədləri.
Ah, gələcək!!! Əvvəlcədən bəlli olmaz, duracağın son diyar!
III

Təbriz oğlu can verirdi istiqlalın yolunda!
Uzanırdı onun gəlişi, hər ölən bir fəda idi qədəminə.
İstiqlal içindəydi, dərindəydi, bətnindəydi Təbrizin.
Addımı asta, yolu uzun istiqlalın yolunda saçlarını qayçıladı Telli Zərin.
Geydi kişi paltarını Təbrizinə oğul olub, kişi kimi Səttar ilə çiyin-çiynə vermək üçün.
O, döyüşür! İstəyirdi, Təbrizinin qolundakı zəncirini özü qıra!
İstəyirdi, torpaq altda çürütsün, zəncirdəki dairəvi halqaları.
O, özü də tuzaq oldu bir dairədə, yara aldı köksün­dən. İsti qanı vurub çıxdı üzərinə.
Amma izin vermədi kimsə məlhəm qoyub yarasına, dada çata, sarğı vura.
Dedi: "Gəlsin Səttarxan!" -- çağırdı inandığı silah­daşı­nı. Təkbətəkdə qulağına pıçıldadı. Susdu Səttar, kilid­lən­di dili, ağzı, çaşqın qaldı, qulağına qəfil girən bu sirdən. Amma Təbriz çalxalandı, qıy vurub, haray saldı, yolub ağ saçlarını, atdı səmum yelinə. İstədi ki, yara­sına məlhəm etsin öz damarlı əlləriylə!
Istədi ki, Vətən yolunda ölən oğulların, yaşamaq haqqını qaytarsın özünə! Amma...

VI

Başdan düşdü papağı, sirri əyan oldu hər kəsə. Amma uzun tellərini tapıb, daraya bilməyən külək, Telli Zərinin al qana boyanmış vücudunu döyəclədi, soyutdu.
Ana Təbriz bu dəfə də azad olmadı, doğmadı istiqlalını.
Öz qanında boğuldu istiqlal!

V

Telli Zərin dastanını öyrənmiş nəsillər, on illərdi onu barlı ağac tək düşüncəsində suvarır. İmkan vermir payız rüzgarı yarpağını saraltsın, gövdəsini çürütsün.
Yaxşı düşün, sən vicdanın, özün de!
Telli Zərin övladı deyilmi, İyirmi iki May, Demokratik Hökumət?!
Unutma, o da anaydı!
Analar, ölümçün yox, sonsuzluq üçün doğur övladını!

8 Murad Günü, Yağış Ayı, 30-cu il,
08.11.08 Stokholm

"Bütöv Azərbaycan" qəzetinin " 277-ci sayında çap olunub.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!