Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 31-08-2015, 11:26
ATİLLANIN AÇIQ  PƏNCƏRƏSİ

Eluca Atalı


ATİLLANIN AÇIQ PƏNCƏRƏSİ

( Sənədli hekayə. Tələbəlik dostum Təbrizli Atilla Maralanlı üçün)

Bu da mənim tələbəlik dövründə qeyd apardığım dəftər. Təsadüfən əlyazmalarımın içindən tapdım. Üstü sadə, elə sadəcə qara qələmlə yazılıb: "altıncı dəftər". On dördüncü səhifədəki qeydi oxudum: "Qızı və oğlu zin¬dana salınandan sonra namazı atdı". Bu cümlə Dani¬mar¬¬kada yaşayan, əslən Cənubi Azərbaycandan olan Rza Fərməndin elə soyuq Skandinaviya ölkəsində çap olun¬muş "Anam gözəlləşmədi" kitabından apardığım qeydlə¬r¬dəndir. Bunu mənə qardaşı oxuyurdu: - illərlə zindanda yatmış, sonra Müstəqil Azərbaycana gəlib təhsil almış kiçik qardaşı. Kitab özgə dildə idi, fars dilini bilməyən oxuya bilməzdi və Rzanın kiçik qardaşı Atillanı tanıma¬yan çətin ki, ordakı aləmin içinə düşə bilərdi. O, bir cümləlik qeyddə göstərilən ananın qız balası isə indi Kanadada yaşayır. Zindana salınaraq doqquz ay oradakı məşəqqətlərə dözəndən sonra oradan çıxarılmış və ailə qur¬duqdan sonra ölkəni tərk etmiş digər qız övladı da indi Kanadada yaşayır. Atillanın başqa bir bacısı da zindan görmüşdü. Özü də nə az, nə çox. Günlə, ayla yox, illərlə günəş işığına həsrət, qaranlıq, rütubətli daş otaqda oturmuşdu. Daş ağırlığını çiynində saxlayaraq. Ordan çıxandan sonra o da bacısı kimi adı doğma, lakin ab-havası özgə, ruhunu sıxan Vətəni Güney Azərbaycanı tərk etmiş, zindanın daş yükünü bu dəfə təkcə çiynində yox, elə ürəyində də demokratik Avropaya aparmışdı.
Bu, nə bir ölkənin hekayəti, nə də bir ailənin fəlakəti deyil. Əslində, dünyaya səpələnmiş millətimin taleyidir...
-Evdə tikiş maşınını bir küncə qoyub üstünü ağ mələfə ilə örtdük. - Ani fikrə gedib, gözlərini uzağa zillə¬yə¬rək nə düşündüsə əlavə etdi: - Anamdan sonra...
Onun danışdığını təsəvvür etmirdim. Mənə elə gəlirdi ki, sanki onun ağzından özü boyda ağırlıq çıxıb üstümə yeriyir, bədənimi, qol-qıçımı məngənə kimi sıxırdı. Dos¬tum bu sözləri deyəndə gözləri dolmuşdu. Üzünü yana çevirdi, gözlərini məndən gizlətdi. Bəlkə də, fikirləşdi ki, kişilər ağlamazlar.
-Biz anamızın ömrünü uzada bilmədik. Yox, səhv edirəm. Biz ömür uzadan da deyilik. Əslində ömrünü başa çatdırmağa imkan verməyib qırdıq...
Anam dünyasını dəyişəndən sonra əlimi o maşına vura bilmirdim.Anam sağlığında bu maşınla paltar tikə¬rdi. Hamımız - bütün ailəmiz üçün. O maşın indi heç kəsin toxuna bilmədiyi bir əşyadır. Əslində əl toxun¬dur¬maqla keçmiş hisslərin qayıdacağından bu evdə hər kəs qorxur. Anamı xatırlamaq, analı günlərə qayıt¬¬maq o qədər də asan deyil. Anamın ruhu, nəfəsi evimiz¬də, hər şeydə yaşayır. Amma o maşın məxsusi onun idi. O, maşın arxa¬sın¬da oturub bizə paltar tikəndə mənə elə gəlir¬di ki, bəstəkar özünün sevimli əsərini yaradır. Maşının ritmik taqqıltısı məndə bu fikirləri yaradırdı.
Anam qışda soyuqda, yayda istidə pay-piyada mənim və bacımın yanına gələrdi. Bilmirəm qışın şaxta¬sın¬dan idi, yoxsa, yayın hədsiz istisindən, əllərinin üstü daim çat-çat idi. O yollarda ürəyi qubarladı. Elə ürək ağrısından da öldü.
Atilla Azərbaycanın qədim paytaxtı, inqilablar beşiyi Təbriz şəhərinin özündən, lap mərkəzindən idi. Mən Təbrizdə olarkən hara gedirdimsə, ora dostumun gözü ilə baxırdım. Indi uzun ayrılıqdan sonra onun bu yerləri görüb hansı duyğunu keçirməsini fikirləşirdim. Evlərinin yerini bilmədiyim üçün Təbrizin bütün məhəllə və evlərinə baxanda bir vaxt bu yerlərdə onun yaşadığını, gəzdiyini, ömrünün yüksüz dövrünü - uşaqlığını oynaya-oynaya burda başa vurduğunu xəyallarımda bir-birinə qatıb, sonra da əvvəl-axır edib, bir-birinin ucuna caladım. Amma evlərini tanısaydım, yalnız o evin şəklini göz¬lərimə alardım. Gözlərimdəki canlı albomu isə Bakıya qayıdanda Atilla üçün vərəqlərdim. Təbriz televiziyası üçün məndən müsahibə alan, yaxın illərdə Bakıdan bu şəhərə gəlin köçmüş Elmira adlı jurnalist qız gözlənil¬mə¬dəm mənə sual verdi: "Təbriz səndə hansı hissləri yara¬dır"? Ağlıma gələn ilk cümlə bu oldu: "Təbriz mənim nağıl dünyamdı. Bu gün o nağıl gerçəkləşib". Onu mənim üçün nağıllaşdıranlardan biri də Atilla idi. Onun bu şəhərlə bağlı danışdıqları xəyal dünyamda xəritə cızmış¬dı. Mənim Təbrizi görmək istəyim dostlarımın xa-tirə¬lərinin izinə düşdüyümü göstərirdi. Həm də xəritədə gözlə görünən balaca miqyaslar o yerə ayaq qoyanda dəfələrlə böyüyür. Bəzən də min, milyon dəfə... Təbrizi tanıdıqca, onun ruhunun heç bir kağız xəritəyə köçürül¬mədiyini gördüyüm kimi.
Bacısının və özünün salındığı zindanın evlərindən nə qədər aralı olduğunu bilməsəm də, anasının əzəblarını təsvir edəndə hiss etdim ki, o zavallı qadın övladlarına apardığı iki ağır azuqə zənbili ilə mənzil başına çatanda yorulub, əldən düşürmüş.
-Bizə görüş veriləndə anam çatlı əlləri ilə başıma sığal çəkərdi, saçımı oxşayardı. Mənsə hər görüşdə ana¬mın bir az da əridiyini, qocalıb yığıldığını görəndə xəca¬lət çəkərdim.
Onun söhbətinə heç nəylə müdaxilə etmək istəmir¬dim. Nə sual verir, nə fikirlərinə şərik çıxarkən təsdiqləyir, nə də qarşısındakı çayı soyutmadan içməsini işarə edirdim. Onsuz da aramla danışır, ürəyini boşaldırdı - anasının yanında qoyduğu ürəyini.
Rza öz anasının portretini kitab boyu çəkə-çəkə get¬mişdi. Iyirminci səhifədə qardaşı Atillanın vərəq üstün¬dəki əli əsdi. Sağ əlindəki siqaretin tüstülənə-tüstü¬lə¬nə yanan tütünü ətrafa xoş iy yaymasa da, bu dəfə külünü də kitab üstünə tökdü. Vərəq üstündən külü təmizləyib öz-özünə pıçıldayırmış kimi açıq kitabdan oxudu: " Quran" adlı aynada anamın sifəti görünmür". O, deyə¬sən, doğru¬dan da otaqda mənim varlığımı unutmuşdu. Özünü ələ almaq¬da çətinlik çəkən dostum durub pəncərə önünə keç¬di. Gözünü şüşəyə zilləyib əllərini qoynunda çarpazladı. Bir ah çəkib:
-Övladları zərbə ala-ala inamını itirdi, - dedi. Sonra nə düşündüsə, yavaşcadan dodaqlarını bir-birindən ayırdı. Amma, nəinki danışmadı, bu dəfə heç pıçıldamadı da. Yəqin demək istəyirdi: "Ana özünü övladlarında təs¬diq¬ləməlidir. Mənim anam özünü görmək üçün hansı ünvana yol getməliydi"?!
Tələbə yataqxanasının otaqlarındakı pəncərələr böyük şüşəbəndli idi. Elə tələbələrin dünyaya böyük ümidləri kimi. Otaqdakı tüstü səbrimi daraltdığı üçün durub pəncərənin bir layını tam açdım. Qışın soyuq sazağı içəri dolduqca tüstü iyi çəkilirdi. Bir anlıq mənə elə gəldi ki, Təbrizə, Danimarkaya, Kanadaya səpələnmiş ana ruhu Bakıda bir ünvana yığışıb Atillanın pəncə¬rə¬sin¬dən içəri doldu. Onun sifətindəki nisgil çəkiləndə fikrim beynimə tam hakim oldu.

22-23 Arzu Günü, Şölə Ayı, 25-ci il,
22-23.06.03, Bakı
Yazı "Bütöv Azərbaycan" qəzetinin 274-cü sayında (20 avqust 2015-ci il) dərc olunub


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!