Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 29-11-2018, 12:33
Azərbaycanın və Latviyanın müstəqilliklərinin 100 illiyi Riqada qeyd edilib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqada “Birləşmiş Avropa layihəsinə yeni baxış” adlı konfrans keçirilir.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, toplantıda Mərkəzin İdarə Heyətinin həmsədrləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Mərkəzin Qəyyumlar Şurasının sədri Nazim İbrahimov, sabiq dövlət başçıları Valdis Zatlers, Petar Stoyanov, İvo Yosipoviç, Hikmət Çətin, Ekmeleddin İhsanoğlu, həmçinin Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov və digərləri iştirak edirlər.
Konfransın ilk günü Azərbaycanın və Latviyanın müstəqilliklərinin 100-cü ildönümünə həsr olunmuş ziyafət təşkil olunub.
Ziyafətdə çıxış edən Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin həmsədri Vayra Vike-Frayderberqa hər iki ölkənin müstəqilliyə gedən çətin və şərəfli yolundan bəhs edib. O qeyd edib ki, hər iki ölkə ikinci dəfə müstəqilliklərini bərpa edəndən sonra sürətli inkişaf yoluna qədəm qoyub və bu gün beynəlxalq nüfuza sahibdirlər.
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov tədbirdə çıxış edərək 2012-ci ildə yaradılan, dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin adını daşıyan Mərkəzin öz fəaliyyətindən ətraflı bəhs edib. Qeyd edib ki, dünyanın tanınmış simalarını bir araya gətirən Mərkəz müasir dövrün qlobal çağırışları və bəşəriyyətin üzləşdiyi aktual məsələlərin müzakirə olunduğu mühüm platformadır.
Bu ilin həm Azərbaycan, həm də Latviya üçün əlamətdar olduğunu deyən səfir 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin də qeyd edildiyini diqqətə çatdırıb. Cavanşir Axundov Azərbaycan-Latviya münasibətlərinin strateji əhəmiyyət daşıdığını bildirib və əlaqələrimizin bütün sahələr üzrə inkişaf etdiyini məmnunluqla qeyd edib.
Konfrans işini noyabrin 29-da yekunlaşdıracaq.
Azərbaycanın və Latviyanın müstəqilliklərinin 100 illiyi Riqada qeyd edilib


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!