Maşını əzib sürücünü döyənlər həbs olundu .....                        Ukraynada seçki nə vaxt keçiriləcək? - Zelenskidən cavab .....                        Ukraynada seçki nə vaxt keçiriləcək? - Zelenskidən cavab .....                        Ukraynada seçki nə vaxt keçiriləcək? - Zelenskidən cavab .....                        Türk dünyasının yeni bayrağı qaldırıldı .....                        Bayramov iranlı həmkarı ilə danışdı .....                        Heç birimiz ruslara güvənmirik - Zelenski .....                        İlham Əliyev Baş katibi qəbul edib .....                        Ərdoğandan DEM partiyaya mesaj: “...istəsələr, razılıq verərəm” .....                       
Tarix : 4-06-2019, 16:31
Etibar Etibarlıya son məktub...

Əzizim Etibar, uzun illər 210 nömrəli marşrutda yol yoldaşı olduq.
Binəqədidən avtobusa minən kimi, gözlərin məni axtarırdı. Elə mənim də gözlərim dayanacaqdakıların arasında səni gəzirdi. Birlikdə gedəndə başımız söhbətə elə qarışardı ki, mənzilbaşına necə çatdığımızdan xəbərimiz olmazdı. Qayğısız günlərimizin ömrü az oldu. Müharibələr, torpaq itkiləri, məmləkətimizi bürüyən şəhid xiyabanları arzularımızın, istəklərimizin üstündən qara xətt çəkdi.
Qayğılar, problemlər yollarımızı ayırdı. Bir-birimizi yalnız qəzet səhifələrində görə bildik. Təəssüf ki, sağalmayan xəstəlik səni sevimli peşəndən, doğma kollektivindən vaxtsız ayırdı. Virtual aləmdə bir dost məclisi qurdun. Şeir-sənət məclisinin qonaqları çoxaldı. İnternet vasitəsilə xeyli yazışmalarımız oldu. ”Bütöv Azərbaycan” qəzetinin ən etibarlı oxucusuna, ən qızğın təəssübkeşinə çevrildin. Məruz qaldığımız haqsızlıqlara üsyan elədin. Qələminin işığını ürəyimizdə, dost nəfəsinin istisini kürəyimizdə hiss elədik. Fəqət heç arzu eləmədiyim günlərin birində qabağıma çəliklə çıxdın. Sən yeridikcə elə bildim çəliyi yerə deyil, ürəyimin başına basırsan. Ürəyim şan-şan, bağrım qan oldu. Amma çarəsiz idim. Dərdinə şərik, ağrına ortaq olmağım mümkün deyildi. Redaksiyada yer göstərdim, oturmadın. Dedin, oturmağa gəlməmişəm. Gəlmişəm “Bütöv Azərbaycan” qəzetinin “Mediamızın sifəti” adlı xüsusi buraxılışına görə səni bağrıma basam. Ürəyimdən tikan çıxartdığını, ağrılarımı səngitdiyini bildirəm...
Bu gəlişin səhhətinə görə məni nə qədər sarsıtmışdısa da, niyyətinə görə bir o qədər təpərləndirmişdir. Çünki sən adın kimi etibarlı, sənətin qədrin bilən, sözü yerində işlətməklə urvata mindirən bir qələməhliydin. Sənli günlərimizin bütün acılı-şirinli xatirələrini özün bilirsən. Bu məktubu yazıram ki, səndən sonra olub bitənləri ruhun duya...
... Mayın 6-da kompüteri açan kimi gözümə sataşan qara xəbər gözlərimi qarsaladı:” Tanınmış şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Etibar Etibarlı vəfat edib.”Gözlərim bu xəbəri oxuya –oxuya ürəyimdən bir səs gəldi: Etibar Etibarlı ölməyib. O, dostlarının söhbətində-sözündə, şeirin- sənətin özündə yaşayır. Etibarın ömrü tarixləşən sətirlərinin ömrü uzandıqca uzanacaq. Etibar onu sevənlərin qəlbində əbədi yaşayacaq.”
Bir də biləsən ki, yarımçıq qalmış Bəxt” kitabın çapa hazırlanır. Onu çapa gəlin-qızın Ülkər hazırlayır. Ülkər xanımın ön söz əvəzinə yazdığı imzasız yazını oxudum. Yazıb ki, həsrətli günlərinin şahidi olaraq yarımçıq qalan kitabını çapa hazırlamaqla Etibar Etibarlının ruhu qarşısında son borcumu yerinə yetirmək istədim.
Əziz qardaşım, elə bu etibarına görə Ülkərin yazısına sənin təxəllüsünü imza olaraq mən qoydum. Ülkər Etibarlı imzasını ona görə qoydum ki, Etibarın itməsin...Əlvida, daha sənə məktub yazmayacağam. Yolumu gözlə! Gələcəyəm, amma hələ yarımçıq işlərim var. Azərbaycanımızın yaraları məlhəm gözləyir...
Ruhuna ehtiramla: Tamxil Ziyəddinoğlu


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!