Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 29-09-2021, 09:37
Markov : Azərbaycan bu acı təcrübəni artıq bilir

Prezident İlham Əliyevin mövqeyinin mahiyyəti ondan ibarətdir ki, Dağlıq Qarabağın heç bir statusu Azərbaycanın ərazisində olmayacaq.
Erməni əhalisi Qarabağda yalnız Azərbaycana inteqrasiya etməklə, Azərbaycan Respublikasının digər vətəndaşları kimi eyni hüquqlara malik olmaqla qala bilər. Bu fikirləri Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov bildirib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası kimi Qarabağ erməniləri üçün heç bir muxtariyyət verilməyəcək. Çünki ermənilər bunu belə haqq etməyib:
“Burada da tarixə əsaslanan tamamilə rasional, düzgün məntiq var. Əgər ermənilərin separatizmi olmasaydı, bəlkə də bu müharibə də olmazdı. Azərbaycan bu acı təcrübəni artıq bilir və o, ermənilərə heç bir muxtariyyət verməyəcək. Çünki Bakı bu muxtariyyətin hansısa bir mərhələsində separatçı tendensiyalar üçün, yeni müharibəyə başlamaq üçün, bu ərazilərdə Azərbaycanın suverenliyini şübhə altına salmaq üçün istifadə olunacağını bilir. Ona görə bütün Azərbaycanda olduğu kimi, Qarabağda da müxtəlif millətlərin nümayəndələri yan-yana yaşamalıdırlar. Digər variantları Azərbaycan heç yaxınına belə buraxmayacaq.
Əgər Ermənistan üçtərəfli sazişi yerinə yetirməsə, müəyyən müddətdən sonra Azərbaycan heç bir çıxış yolu görmədiyi üçün bir hərbi sıçrayış edə və Qarabağda qalan əraziyə nəzarəti əlinə götürə bilər. Bakı bir sıçlayışla Xankəndi də daxil olmaqla, bütün ərazilərini qaytara bilər. Əgər Ermənistan üçtərəfli bəyanatın yerinə yetirilmədiyini bəyan etsə, Bakı bütün ərazilərinin müstəqil şəkildə qaytarılması barədə qərar qəbul edəsi olacaq”.


Paylaş



Bölmə: Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!