3 gün sonra məktəblərdə dərslər başlayır .....                        İrəvanda Ermənistan-Aİ sammiti keçiriləcək .....                        ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari .....                        İran mənə yeni Ali Lider olmağı təklif edib - Tramp .....                        Azərbaycana soyuqlar gəlib .....                        Bakının ən rahat iş tapılan rayonları - SİYAHI .....                        Afrika ölkəsinin 15 vətəndaşı Ukraynada öldürülüb .....                        Qarabağda açılan iş yerlərinin sayı sürətlə artır .....                        Üçdən çox mənzili olanlar əlavə vergi ödəyəcək .....                       
10-08-2024, 13:33
1 ildən çoxdur quraşdırılıb, amma istifadə edilmir - VİDEO


1 ildən çoxdur quraşdırılıb, amma istifadə edilmir - VİDEO

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində iki küçənin kəsişməsindəki işıqfor 1 ildən çoxdur istifadə edilmir.
Bu barədə “Xəzər TV” sujet hazırlayıb.
Sürücülər qəzaları azaltmaq və sıxlığı aradan qaldırmaq üçün quraşdırılmış işıqforun tezliklə istifadəyə verilməsini istəyirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır.
Daha ətraflı videomaterialda:

10-08-2024, 13:12
Paşinyan işə qayıdır - COP29-la bağlı qərar verəcək


Paşinyan işə qayıdır - COP29-la bağlı qərar verəcək

Avqustun 12-də Ermənistan Baş naziri Nikol Paşinyanın məzuniyyəti başa çatır. O, işə qayıtdıqdan sonra hökumətdə bir sıra dəyişikliklər etməyi planlaşdırır.
Bu barədə Ermənistanın "Joğovurd" qəzetində dərc edilən məqalədə bildirilir.
Qəzet hökumətə yaxın mənbələrə istinadən yazır ki, Paşinyanın bir sıra məmurları işdən çıxaracağı və yenilərini təyin edəcəyi gözlənilir.
Nəşr, həmçinin bildirir ki, Paşinyan mətbuat konfransı keçirməyi, sülh müqaviləsi, konstitusiyanın dəyişdirilməsi ilə bağlı Azərbaycanın tələbləri barədə açıqlama verməyi planlaşdırır.
Məlumata əsasən Ermənistanın Bakıda keçiriləcək COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə də yekun qərar verilməlidir.
Qeyd edək ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. İrəvan hələlik tədbirdə iştirak edib-etməməcəyi barədə qərar verməyib.
10-08-2024, 12:54
Məhkəmədən Elnarə Qasımova ilə bağlı qərar


Məhkəmədən Elnarə Qasımova ilə bağlı qərar

Xətai Rayon Məhkəməsi “Abzas Media” saytının əməkdaşı Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib.
Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin müddəti 1 ay 7 gün uzadılıb.
Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.
10-08-2024, 12:42
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.
10-08-2024, 11:18
Bakıda yanğın - 10 nəfər təxliyə olundu


Bakıda yanğın - 10 nəfər təxliyə olundu

Bakı şəhərinin Nərimanov rayonunun Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə sözügedən ünvanda yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının şaxtasında baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtası boyunca 51p.m elektrik kabelləri, 16 ədəd plastik şaxta qapısı, 5 ədəd qoruyucu açar və liftin idarəetmə lövhəsi yanıb.
Mənzillər yanğından mühafizə olunub.
10-08-2024, 11:15
Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi


Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi

Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətindən videolar yaymağa başlayıb.
Ukrayna ordusuna yaxın teleqram kanallarında Rusiyanın Sudja şəhərinin ələ keçirildiyi barədə xəbərlər və görüntülər paylaşılıb.
Axşam saatlarında teleqram kanallarında bir qrup ukraynalı əsgərin Sudjada "Qazprom" şirkətinin yerli filialının qapıları qarşısında bayraqla videosu yayılıb.
“Şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Şəhər sakitdir, bütün evlər tamdır. Strateji obyekt - Sudja şəhərindəki "Qazprom" 61-ci briqadanın 99-cu motoatıcı batalyonu tərəfindən idarə olunur", - hərbçilərdən biri deyir.
Videoda atışma, partlayış və digər səslər eşidilmir. Cümə günü internetdə yayılan ikinci videoda ukraynalı əsgərin Lyubimovka kəndinin girişində dayandığı görünür. Bu kənd Sudjadan 20 km şimal-qərbdə, Ukrayna sərhədinin ən yaxın nöqtəsindən 8 km məsafədə məsafədə yerləşir. Maşından çəkilmiş üçüncü videoda Kursk vilayətinə daxil olan ukraynalı hərbçilər əks olunub.
Qeyd edək ki, "Qazprom" ofisi Sudjanın şimal kənarında yerləşir, bəzi rus hərbi təbliğat teleqram kanalları şəhərin şərq hissəsinin Rusiyanın nəzarəti altında qaldığını iddia edir.
Sudja şəhərinin meri Vitali Slaşçev "TASS" agentliyinə bildirib ki, şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında deyil. “Təxliyə gedir, Sudja bizimdir”, - o qeyd edib.
Qeyd edək ki, Ukrayna ordusunun bir neçə gün əvvəl Rusiyanın Kursk vilayətinə daxil olduğu, bölgədə döyüşlər getdiyi bildirilir. Ukrayna tərəfi döyüşlərlə bağlı rəsmi mövqe bildirməyib. Ancaq Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı Rusiyanın müharibəni hiss etməli olduğunu vurğulayıb. “Ukraynalılar öz məqsədlərinə necə çatacaqlarını bilirlər. Və müharibədə məqsədlərimizə çatmağı seçən biz deyildik. Rusiya torpağımıza müharibə gətirib və nə etdiyini hiss etməlidir”, – Ukrayna lideri qeyd edib. Vladimir Putin isə Ukraynanın hücumunu “böyük təxribat” kimi qiymətləndirib.
Rusiyanın Milli Antiterror Komitəsi Kursk, Bryansk və Belqorod vilayətlərində “antiterror əməliyyatı rejimi”nin tətbiq edildiyini açıqlayıb. Kursk vilayətinin regional mərkəzi olan Rılsk bölgəsində əhal təxliyə edilir.
10-08-2024, 10:57
Bakıda əcnəbinin 100 min manatı oğurlandı


Bakıda əcnəbinin 100 min manatı oğurlandı

Paytaxtın Xəzər rayonunda xarici ölkələrdən birinin vətəndaşının 100.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rüfət Bəkirov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalarla müəyyən olunub ki, R.Bəkirov zərərçəkənin sürücüsüdür. O, iyulun 25-də həmin şəxsin bağ evi almaq üçün avtomobildə saxladığı 700.000 manatın yüz minini talayaraq ələ keçirib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
10-08-2024, 10:20
Zərdabda faciə: 3 nəfər öldü, 5 yaralı var


Zərdabda faciə: 3 nəfər öldü, 5 yaralı var

Avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Daha sonra xəsarət almış daha bir nəfər səhər saatlarında dünyasını dəyişib.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
9-08-2024, 17:53
İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı


İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri avqustun 9-da başa çatıb.
Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər yola saldılar.
9-08-2024, 17:40
Kursk döyüşü: Rusiyanın hərbi karvanı məhv edildi, onlarla ölü və yaralı var


Kursk döyüşü: Rusiyanın hərbi karvanı məhv edildi, onlarla ölü və yaralı var

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində hərbi maşın karvanını atəşə tutub.
Bu barədə Ukrayna və Rusiyaya məxsus teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, zərbələr nəticəsində 26 nəfər hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb. Hücumun ABŞ istehsalı HIMARS raket sistemi ilə həyata keçirildiyi qeyd olunur. Məlumata görə, Rusiya tərəfindən döyüşən bir batalyon sıradan çıxarılıb.
Zərbələr nəticəsində sıradan çıxan hərbi karvanın görüntüləri də yayılıb. "BBC Verify" platforması görünütlərin Kurskda çəkildiyini təsdiqləyib. Qeyd olunur ki, görüntülər Kursk vilayətinin Rılsk bölgəsinin Oktyabrskoye kəndi yaxınlığında lentə alınıb.
Qeyd edək ki, Ukrayna ordusunun bir neçə gün əvvəl Rusiyanın Kursk vilayətinə daxil olduğu, bölgədə döyüşlər getdiyi bildirilir. Döyüşlərin Kursk vilayətində yerləşən Sudja yaşayış məntəqəsində getdiyi qeyd olunur. Bu şəhər Rusiya qazının Ukrayna üzərindən Avropaya ixracı üçün son əməliyyat daşıma məntəqəsidir. Burada cəmi 60 km aralıda Rusiyanın Kursk atom elektrik stansiyası yerləşir. Rusiyalı hərbi bloqçular Ukraynanın yeni cəbhə açdığını iddia edib və gərgin döyüşlər olduğunu bildiriblər.
Ukrayna tərəfi döyüşlərlə bağlı rəsmi mövqe bildirməyib. Ancaq Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı Rusiyanın müharibəni hiss etməli olduğunu vurğulayıb.
“Ukraynalılar öz məqsədlərinə necə çatacaqlarını bilirlər. Və müharibədə məqsədlərimizə çatmağı seçən biz deyildik. Rusiya torpağımıza müharibə gətirib və nə etdiyini hiss etməlidir”, – Ukrayna lideri qeyd edib.
Putin isə ötən gün Ukraynanın hücumunu “böyük təxribat” kimi qiymətləndirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!