Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
15-04-2023, 08:44
Tehran Yusifli yazır: "Orucun xatirəsinə ithafən"

Tehran Yusifli yazır: "Orucun xatirəsinə ithafən"

Əsrlərlə davam edən Ermənistan Azərbaycan münaqişəsi, bədnam qonşularımızın törətdiyi bəlalar cavabsız qalmadı. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
10 noyabra qədər davam edən bu müharibədə vətənimizin 2904 igid övladı şəhadət şərbətini içərək zirvəyə ucalmışdır. İndi isə o igidlərdən sadəcə birindən danışmağı özümə borc bildim.
Cabbarov Oruc Akif oğlu 1999-cu ilin 6 dekabrında Yevlax rayonunun Nərimanabad kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra hərbi qulluğa yollanan Oruc müddətdən artıq hərbi xidmətdə qalmağa qərar verdi. Azərbaycan Ordusunun əsgəri olan Oruc Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Oruc Cabbarov oktyabrın 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapılmamışdır. 2021-ci ilin ilk günlərində tapılan nəşi həmin ilin 2 yanvar tarixində doğulduğu Yevlax rayonunun Nərimanabad kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Cabbarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Məkanın cənnət olsun şəhidim.


Tehran Yusifli

15-04-2023, 00:23
XİN-dən İrəvandakı təxribatla bağlı cavab


XİN-dən İrəvandakı təxribatla bağlı cavab

“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "twitter" hesabında yazıb. O qeyd edib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir: “Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.
14-04-2023, 22:07
Esmira Günəşin kitab təqdimatı

Esmira Günəşin kitab təqdimatı

Sumqayıtda İnternat tipli gimnaziyada şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi kitabların təqdimatı keçirilib.
Aprelin 14-ü Sumqayıt şəhər İnternat tipli gimnaziyada şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi kitabların təqdimatı keçirilib. Şəhidlər haqqında 15 fərqli kitabın müəllifi olan şairə Esmira Günəş bu dəfə "44 günün Sumqayıt qəhrəmanları" və "Qəlbimizdə yaşayanlar" kitabını oxuculara təqdim edib.
Tədbirdə şəhid Tacəddin İsmayılzadənin anası Aygün xanım, şəhid Vüsal Muradovun anası Kəmalə xanım, şəhid Rüfət Mustafayevin anası Afət xanım, şəhid Anar Qocayevin anası Asya xanım, şəhid Elmar Nəsibovun anası Sürəyya xanım, şəhid Ülvü Məhərrəmovun anası Xatirə xanım, şəhid Məhəmmədəli Həsənzadənin anası Vüsalə xanım, şəhid Sərxan Əliyevin anası Esmira xanım, şəhid Səmid Əliyevin anası Əsmər xanım, şəhid Elçin Hüseynovun anası Mətanət xanım, şəhid Əbil Cəbizadənin anası İradə xanım, şəhid Ruslan Məmmədovun anası Rəna xanım, şəhid Qubad Əliyevin yoldaşı Xanım xanım, müğənni Ruslan Əkbərov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər şairə Esmira Günəşin kitabında yer alan şeirləri səsləndirib, monoloqlar, səhnəciklər və rəqslərlə qonaqların qarşısında çıxış ediblər. Tədbirin gedişatında müğənni Ruslan Əkbərov da öz çıxışı zamanı şairənin sözlərinə bəstələnmiş musiqini ifa edib. Şəhid Ruslan Məmmədovun xatirəsinə həsr olunmuş musiqi hər kəsi kövrəltdiyindən qonaqlar göz yaşlarını saxlaya bilməyiblər.
Tədbirin sonunda gimnaziyanın direktoru Səbinə Əhmədova çıxış edərək, şəhid ailələrinə xüsusi qayğı və diqqətin vacibliyindən, eyni zamanda şəhidlərimizin tanıdılması üçün kitabların faydasından danışaraq, bu nəcib işdə şairə xanıma uğurlar arzulayıb və sözü Esmira Günəşə verib. Esmira Günəş şəhidlərimizin tanıdılmasında əziyyəti olan hər kəsə təşəkkürünü bildirib və qeyd edib ki, hər zaman tədbirlərində xüsusi istedadı olan, gözəl qiraəti olan şagirdləri diqqətində saxlayır. Onları müəyyən müsabiqələrə və tədbirlərə dəvət edərək, gələcək uğurlarında yardımçı olmağa çalışır. Dəstək olduğu ikinci sinif şagirdi Leyla Məmmədovanı da səhnəyə özü dəvət edərək çıxış üçün sözü Leylaya verib.
Daha sonra isə kitablarını təqdim etmək üçün şəhid analarını səhnəyə dəvət edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra qonaqlar məktəb rəhbərliyi tərəfindən çay süfrəsinə dəvət olunublar.
14-04-2023, 22:00
Zabux kəndində ölümlə nəticələnən qəza baş verib


Zabux kəndində ölümlə nəticələnən qəza baş verib

Laçın rayonunun Zabux kəndi ərazisində "Şaqman" markalı yük avtomobili aşıb, ölən var. DİN-in mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində avtomobilin sürücüsü 1987-cil il təvəllüdlü Samir Zülfüqarov hadisə yerində ölüb. Araşdırma aparılır.
14-04-2023, 21:36
"Narkomaniya  ümumbəşəri bəladır"


Bakı şəhəri Yasamal rayonu 167 nömrəli tam orta məktəbdə "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirilib.

Şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla başlayan tədbirdə Yasamal rayon Polis İdarəsindən Polkovnik Orxan Mansurzadə, Polkovnik- leytenant Nəbi Nəcəfov, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rasim Əliyev, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin Sədri Vidadi Fətullayev, məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak edib. Çıxış edənlər, dövlətimizin vətəndaşların və xüsusilə də gənc nəslin sağlam inkişafına göstərdiyi qayğı,Daxili İşlər Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının(NMDK) İşçi Qrupu tərəfindən həyata keçirilən mübarizə və profilaktik tədbirlər,qanunvericilikdə edilmiş yeni dəyişikliklər, narkomaniya və onun törətdiyi fəsadlar, həmçinin narkomaniya ilə mübarizə sahəsində 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı,102 və 802 qısa çağrı nömrələri barədə ətraflı məlumat verdilər.

Narkomaniya ilə mübarizədə təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin bütün üzvlərinin birlikdə iştirakının vacibliyinin qeyd edildiyi tədbirin sonunda maarifləndirici materiallar paylandı və şagirdləri maraqlandıran suallar cavablandırıldı.
14-04-2023, 21:30
Azərbaycana qarşı növbəti təxribat


Azərbaycana qarşı növbəti təxribat

İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Səhnəyə çıxan erməni oğlan Azərbaycan bayrağını yandırmağa cəhd edib. Yanan bayraq səhnədən yığışdırılıb və yenisi ilə əvəz olunub. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. Qeyd edək ki, Avropa çempionatında iştirak edən Azərbaycan ağırlıqqaldırma yığması İrəvandadır. Ölkəmiz yarışda 12 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur.
14-04-2023, 21:00
“Neftçi” “Qəbələ”yə məğlub oldu


“Neftçi” “Qəbələ”yə məğlub oldu

Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində “Neftçi” klubu “Qəbələ” ilə üz-üzə gəlib. Görüş “Bakcell Arena”da keçirilib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xallarının sayını 42-yə çatdıran “Qəbələ” 4-cü pillədəki mövqeyini qoruyub. Üçüncü yerdə qərarlaşan “Neftçi”nin isə aktivində 60 xal var.
14-04-2023, 20:52
Xəyalım qanadlandı - Zəngəzuru gəzib dolaşdım...


Xəyalım qanadlandı - Zəngəzuru gəzib dolaşdım...

Onu 40 ildən artıq tanıdığım bir həmkar və dost kimi deyil, alim kimi “Bütöv Azərbaycan”a təqdim edəcəyimi bilməzdim. Budur, Natiq Babayevin (Qubadoğlu) AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuş monoqrafiyası qarşımdadır. Kitabın adı araşdırmaların yetərincə ciddi mahiyyət daşıdığına bəri başdan dəlalət edir: “Şərqi Zəngəzur Oykonimlərinin coğrafiya, tarix və dilçilik baxımından tədqiqi”. Əvvəlcə dostumun yeni uğuruna sevindiyimi bildirərək, ardınca monoqrafiya barədə bəzi fikirlərimi bölüşmək istəyirəm.
Görün, Natiq müəllim necə dərin elmi (həm də publisistik) fəhmə malikdir ki, Zəngəzur adının diləzbərimizə çevrildiyi, soydaşlarımızın Qərbi Zəngəzura zəruri qayıdışının gündəmə gəldiyi və Prezident fərmanı ilə, erməni işğalından azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası ilə bağlı iqtisadi rayonların tərkibinə yenidən baxılaraq, beş ulusun Şərqi Zəngəzur adı altında birləşdirildiyi tarixi bir dövrdə daha da aktuallaşan mövzuya üz tutub və sanballı bir tədqiqata imza atıb. Doğrusu, onun gənclik illərimizdə tapışdığımız və şəxsi, həm də ədəbi yaxınlığımıza ünvan olmuş Sumqayıtdan Bakıya köçməsi üzündən son illərdə bir qədər aralı düşdüyümüzə görə Natiqin elmi uğurlarından elə də ardıcıl xəbərim olmayıb. Dissertasiya müdafiə edərək, coğrafiya üzrə fəlsəfə doktoru adı aldığını da xeyli sonra bilmişəm. (Yəqin, o qədər sevincək olub ki, bu uğuru daha sıx ünsiyyətdə olduğu dostlarla qeyd edərkən mən də yadına düşməmişəm. Eybi yox, təki dostların sayı daim piramidik şəkildə artsın və hansısa gözəl tədbir zamanı kimsə unudulsun).

Natiqlə AzTV-də birlikdə çalışmışıq. Tale qismətimiz olan jurnalistika, eləcə də poeziya barədə çoxlu söhbətlərimiz, mübahisələrimiz olub. Beləcə, mötəbər sözün qədirbilən qulluqçusu olmuş, bişə-bişə bərkimişik. Sonra o, İTV-yə transfer edib, mənsə “Xalq qəzeti”nə keçmişəm və əlaqələrimiz bir qədər zəifləyib. Ara-sıra onun “Torpaq”, “Bir kəndin nağılı”, “Toponimlər”, “Danışan tarix” kimi verilişlərinə də baxmışam. Dönə-dönə əmin olmuşam ki, zəhmətdən qorxanlardan, öyrənməkdən usananlardan deyil. Amma, sən demə, bölgələrə ezamiyyətə təkcə maraqlı teleproqramlar hazırlamaq üçün getmirmiş, həm də qədim ünvanlarımızın tarixi adları haqqında bilgilər toplayırmış və bu da sonda elmi iş üçün əsas “xammal” olub. Hər bir halda, fədakar yurdsevərlik örnəyidir.
Şəxsi kitabxanamda Natiq Qubadoğlunun “Bəlkə bir də görüşdük”, “Mənsiz dözə bilsən”, “Ömür doyumluq deyil” adlı şeir topluları yer alır. Artıq bir neçə gündür ki, oykonimlər haqqında elmi monoqrafiyası da bu sıraya iddialıdır. O mənada ki, hələ oxunma mərhələsindədir, beş-altı günə digərləri ilə çiyin-çiyinə duracaq.
Hələliksə, fikrimcə, özlüyündə böyük dəyər daşıyan yeni nəşrin mütaliəsi gözümü, könlümü sevindirir, zəkamı nurlandırır. Əslən qədim türk oylağı Yardımlıdan olsam da, monoqrafiyanın bəhs etdiyi Şərqi Zəngəzur ərazisi qəlbimdə uşaqlıqdan “taxt” qurmuş bir yerdir. Natiq də bilir ki, mənim anam laçınlıdır və o yerlərdə çox dincəlmiş, çox gəzib-dolanmışam. Bir də ki, mənsubiyyət bölgəsi vacib deyil, hamımızın Azərbaycan adlı bütöv bir diyarı var və hər qarışı canımızın bir parçası kimi çox dəyərlidir.
Müəllifin tarixinə və ad mənşəyinə aydınlıq gətirdiyi yer adlarından bir neçəsini yada salım: Ağanus, Ağoğlan, Alxaslı, Cicimli, Fərəcan, Baldıqğanlı, Bozlu, Əhmədli, Fətəlipəyə, Güləbird, Hocaz, Qazıdərəsi, Mığıdərə, Malxələf, Məlikpəyə, Səfiyan, Suarası, Şəlvə, Tərxanlı, Zabux... Əksəriyyətində olmuşam. On-on iki yaşımda ilk dəfə Mığıdərədə dayım uşaqları ilə quzu da otarmışam, at da minmişəm. (Bu sıraya üzünü görmədiyim Ağcakəndi də əlavə edərdim. Çünki xatirələrimin bir ucunun gedib bağlandığı ana nənəmin adını daşıyır, elə bilirəm ki, məhz o kənddə yedditaxta tuman geyinmiş Ağca nənəmin dizinin dibində oturub söhbətlərini dinləmiş, ətirli dovğasından içmişəm).

...Hərdən anamdan zarafatla soruşardım ki, məgər kəndinizə ad tapılmayıb, Mığıdərə deyirlər? O da cavab verərdi ki, əslində bizim kəndimiz Çinarlı olub, sonra camaat ordan bura köçüb. Amma bu barədə heç bir mənbə yoxdur, - demişəm. Anam da qayıdıb ki, yəqin, yazmayıblar. Buna görə Natiqin kitabında da “Çinarlı” adını axtardım, yenə də heç nə tapmadım. Görünür, tarixi mənbələr yoxdur.
Nə isə, dediyim odur ki, dostumun monoqrafiyasının mütaliəsi məni qanadlarına alıb çox uzaqlara apardı. Buna görə ona böyük minnətdarlıq düşür.
Kitab bir-biri ilə tarixi bağlılığı olan, Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan, habelə uzun müddət 1861-ci ildə yaradılmış Zəngəzur qəzasında birləşən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın söz abidələri haqqında bitkin, dolğun bir əsərdir. Bu qədim yurd yerləri öz coğrafi mövqeyi, saf təbiəti, gözəl iqlimi, igid və mərd oğulları ilə hər zaman diqqətdə olsa da, Zəngəzur toponimiyasının əsas fondunu Azərbaycan (türk) mənşəli adlar təşkil etsə də və ədalət naminə desək, yetərincə tədqiq olunsa da, mövzuya dönə-dönə qayıdılması zəruridir. Çünki, araşdırdıqca, necə deyərlər, üstünü toz basmış nə qədər bilgilər üzə çıxır. O da var ki, Şərqi Zəngəzur regionu 30 il ərzində erməni nankorların işğalı altında olan zaman toponim soyqırımına da məruz qalıb və adları erməniləşdirilib.

Aşkar gerçəkdir ki, işğal faktı yer adlarımızın haylar tərəfindən kütləvi saxtalaşdırılmasına zəmin yaratmışdı. Laçın şəhəri – Berdzor, rayonu isə Kaşataq, Kəlbəcər – Karvaçar, Cəbrayıl – Djrakan, Zəngilan – Kovsakan, Qubadlı – Sanasar, Ağdərə - Mardakert, Şuşa – Şuşi, Xankəndi – Stepanakert, Füzuli – Varanda, Xocavənd – Martuni, Ağdam – Akna, Xocalı – İvanyan və sair və ilaxır... Dilə da, ağıla da yatmır. Haqqında bəhs etdiyimiz, milli qeyrət timsallı tədqiqatlarla yer-yurd adlarımızın öyrənilməsi isə həm dünyaya əsl həqiqətləri çatdırmaq, həm də Azərbaycana qarşı ərazi iddialarında olan haramzadə qonşularımıza tarixi faktlarla cavab vermək baxımından önəmlidir. Müəllif müxtəlif komponentli oykonimləri də qruplaşıdrıraq ətraflı izahını verib. Üstəlik, İrəvan xanlığında qeydə alınmış əsas Azərbaycan-türk tayfaları barədə bilgiləri də paylaşıb. Budaq Budaqov, Əlövsət Quliyev, Qiyasəddin Qeybullayev və digər alimlərin bu sahədəki araşdırmalarını da qədirşünaslıqla dəyərləndirib.
Mən dostumun monoqrafiyası haqqında ətraflı elmi təhlilə söykənən resenziya yazmaqdan uzağam. Bu, baş redaktor Zakir Eminov, elmi redaktor Mahirə Abbasova, rəyçilər Qasım Hacıyev, Nazim Tapdıqoğlu kimi alimlərin, coğrafiyaşünasların missiyasıdır. Yalnız onu deyə bilərəm ki, etnotoponimlərin bu cür hərtərəfli öyrənilməsi, oğuzların bu ərazilərin aborigen sakinləri olduğunun sübuta yetirilməsi təbii iftixar duyğusu yaradır. Bu, milli-mənəvi dəyərlərimizə sayğı baxımından xüsusilə zəruri bir işdir.
Bir də onu deyim ki, Natiq qardaşım “Babayev” soyadı və“Qubadoğlu” təxəllüsü ilə tanınır. Mənsə onu illərdir ki, “Babasoy” deyə çağırıram. İndi bu kitabının nəşri bir daha sübut etdi ki, gerçəkdən soykökünə sıx bağlı ziyalı, milli kimliyi ilə canı-dildən fəxr edən alim-publisistdir.
Deməli, səhv etməmişəm.
Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist

"Bütöv Azərbaycan" qəzeti
14 aprel 2023

14-04-2023, 20:30
Ukraynanın Slovyansk bölgəsi raket atəşinə tutuldu


Ukraynanın Slovyansk bölgəsi raket atəşinə tutuldu

Rusiya Silahlı Qüvvələri Ukraynanın Slovyansk bölgəsini raket atəşinə tutub. Raketlərdən biri yaşayış binasına düşüb. Zərbə nəticəsində 5 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir. Dağıntılar altında biri uşaq olmaqla, 7 nəfərin qaldığı deyilir. İlkin məlumatlara görə, atəş S-300 raket sistemindən açılıb.
14-04-2023, 20:30
Fransada etirazlara səbəb olan qanun təsdiq edildi


Fransada etirazlara səbəb olan qanun təsdiq edildi

Fransada milyonlarla insanın etirazına səbəb olan pensiya islahatı haqqında qanun təsdiq edilib. Qanun ölkənin konstitusiya şurası tərəfindən təsdiqlənib. Beləliklə, əhalinin narazılığına baxmayaraq, Fransada pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. Bununla da orta ömür müddəti 82 yaş olan Fransa pensiyaçıları 20 il yox, 18 il pensiya ala biləcək. Hökumətin pensiya islahatı ölkədə kütləvi etirazlara və iğitşaşlara səbəb olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!