5-04-2023, 13:24
Krımı 5-7 aya geri qaytaracayıq - Podolyak"Ukrayna Krımı 5-7 aya geri qaytaracaq". Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Krım. Reali”yə müsahibəsində deyib. O qeyd edib ki, Rusiya Federasiyasının ələ keçirilən yarımadanı saxlamaq üçün resursları yoxdur və onun sözlərinə görə, müharibənin məntiqi Krımın işğaldan azad edilməsinin bu müddət ərzində baş tutacağını göstərir. “Biz mütləq çox qısa müddətdə Krımda olacağıq, tarixi baxımdan 5-7 aya geri alacağıq”, - o əlavə edib. Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.
5-04-2023, 13:22
Sabahın hava proqnozuBakıda və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Sabah Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 4-7° isti olacaq.
5-04-2023, 13:20
İlham Əliyev İsmoili Somoni abidəsini ziyarət etdiAprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib. Dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
5-04-2023, 13:14
Prezident Tacikistanda səfərdədirAprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.
5-04-2023, 13:11
Azərbaycan ilə Qazaxıstan arasında bir sıra sazişlər imzalandıBakıda Azərbaycan ilə Qazaxıstan arasında bir sıra sazişlər imzalanıb. İmzalanma mərasimi Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyası çərçivəsində baş tutub. Sazişlər Qazaxıstandan Azərbaycana metal məhsullarının və təbəqə poladın, akkumulyatorların, qida və qənnadı məmulatlarının, eləcə də transformatorların tədarükünü nəzərdə tutur.
5-04-2023, 13:08
Qazaxıstandan Putinin həbsiylə bağlı açıqlamaQazaxıstan hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfəri baş tutacağı təqdirdə onu həbs etməyəcək. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qazaxıstan xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevin sözlərinə görə, rəsmi Astana Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu imzalamayıb və məhkəmənin son qərarlarına baxmayaraq, bu sənəd respublikaya şamil edilmir. Qeyd edək ki, bundan əvvəl Macarıstan Putinin ölkəyə gələcəyi halda onu həbs etməyəcəyini, Almaniya isə həbs edəcəyini elan etmişdi. Ermənistan Konstitusiya Məhkəməsi isə martın sonunda BCM qarşısında öhdəliklərini tanıyı, bu da Putini öz ərazisində həbs etməyə imkan verir. Amma Ermənistan parlamentindən bildirilib ki, hakim partiya və komandanın Putini beynəlxalq məhkəməyə təhvil vermək niyyəti yoxdur.
5-04-2023, 13:04
İranda hicab qaydalarına əməl etməyən qadınlar metroya buraxılmadıİranda hicab qaydalarına riayət etməyən qadınlara qarşı təzyiqlər artıb. Aprelin 4-də İsfahan şəhərində hicab qaydalarına riayət etməyən qadınların metroya girişinə icazə verilməyib. İsfahan metro dayanacaqlarının girişində "Hicabsız şəxslərə bilet satılmayacaq" məzmunlu xəbərdarlıq bildirişləri yerləşdirilib. Məlumata görə, bir neçə stansiyada metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşanıb.
4-04-2023, 23:14
Deputata qarşı sui-qəsd təşkil edənlər hakim qarşısına çıxarılıbDeputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdlə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb. Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan 3 şəxs barəsində 4 ay müddətinə, 1 şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
4-04-2023, 23:11
Amerikada bunun baş verdiyinə inana bilmirəm - Trampdan həbsinə ilk reaksiya"Manhetten məhkəmə binasına doğru gedirik". Bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində yazıb. "Məni həbs edəcəklər. Mən Amerikada bunun baş verdiyinə inana bilmirəm”, - keçmiş prezident vurğulayıb. Qeyd edək ki, bu gün yerli məhkəmə ABŞ-ın sabiq prezidenti Donald Trampın qiyabi həbsinə qərar verib. Bu qərar onun həbsxanaya salınması demək deyil. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır.
4-04-2023, 23:08
Sabiq ABŞ prezidenti həbs olunduABŞ-ın keçmiş prezidenti Donald Tramp həbs olunub. Bu barədə CNN telekanalı məlumat yayıb. Bildirilib ki, həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. İttihama görə, Donald Tramp 2016-cı il prezident seçkiləri kampaniyası zamanı porno aktrisa Stormi Danielsə aralarındakı münasibətləri gizlətmək üçün ona seçki fondundan 130 min dollar ödəyib. ABŞ-ın keçmiş prezidenti qərarı “siyasi təqib” adlandırıb. Bugünkü qərar Trampın hələ həbsxanaya salınması demək deyil. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır.