4-04-2023, 14:21
Türk dövlətləri arasında gömrük dəhlizi yaradılacaqTürk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq. Bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
4-04-2023, 14:18
“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təsdiqləndiMilli Məclis “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiq edib. Məsələ parlamentin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilir. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
4-04-2023, 13:33
Erməni özlərinin basdırdığı minaya düşdüXocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı qeydə alınıb. Xocavənddə qanunsuz məskunlaşan ermənilərdən biri özlərinin basdırdıqları minaya düşüb. Xəstəxanaya yerləşdirilən şəxsə sol ayağın travmatik amputasiyası diaqnozu qoyulub. Məlumata görə, həmin gün 3 erməni Qırmızı Bazar istiqamətində qulançar yığmağa gedib. Onlardan biri minaya düşüb.
4-04-2023, 13:30
Sabahın hava proqnozuSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
4-04-2023, 13:24
Azərbaycana qarşı yönəlmiş konfransla bağlı bəyanat hazırlandıMilli Məclis Fransa Senatında martın 16-da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş konfransla bağlı bəyanat hazırlayıb. Bəyanatı deputat Sevil Mikayılova səsləndirib. Bəyanatda bildirilir: “Fransa Senatı növbəti dəfə martın 16-da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı addımlar atıb. Fransanın bu addımı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinə zərbə vurur. Azərbaycanda yaşayan ermənilərin hüquqlarından narahat olan Fransa parlamentinə daxili işlərinə baxmağı tövsiyə edirik. Azərbaycanın daxili işlərinə qarışan Fransanın öz qanunlarına hörmətlə yanaşmağını bildiririk. Fransa parlamentarilərinin bu mövqe ilə Cənubi Qafqaza qarşı ikili mövqe sərgilədiyini görürük. Biz son dəfə Fransanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə töhfə verməyə səsləyirik".
4-04-2023, 13:19
Erməni deputatlar arasında gərgin ab-hava davam edirErmənistan parlamentdə ombudsman vəzifəsinə namizədlərin müzakirəsi gərgin şəraitdə gedir. Hakim partiya müxalifətdən olan komissiya rəhbərini iclas keçirmək səlahiyyətindən məhrum etməklə hədələyib. Belə ki, “Mülki müqavilə” partiyasının üzvləri insan hüquqlarının müdafiəsi komissiyasına rəhbərlik edən Taquhi Tovmasyanın iclası aparmasından narazıdır. Onların fikrincə, o, müxalifətin namizədi Edqar Kazaryanın təxribat xarakterli şərhlərinə cavab vermir. Müxalifət namizədi Edqar Kazaryanın hakimiyyəti “cinayətkar rejim” adlandırmasından sonra mübahisələr yenidən güclənib. İqtidar partiyasının katibi Artur Ovanisyan cavab olaraq onu “kloun” adlandırıb və hədələyib: “Bir də belə danışsan, peşman olacaqsan”. Hələlik ombudsman təyinatı ilə bağlı razılaşma əldə etmək mümkün olmayıb.
4-04-2023, 13:16
Tokayev energetika nazirini özünə müşavir təyin etdiQazaxıstan prezidenti Kasım-Jomart Tokayev energetika naziri Bolat Akçulakovu özünə müşavir təyin edib. Bu barədə o, müvafiq qərar imzalayıb. Prezident həmçinin energetika naziri postuna yeni təyinat gerçəkləşdirib. Belə ki, Almasadam Satkaliyev Qazaxıstanın energetika naziri təyin olunub.
Bolat Akçulakov
Almasadam Satkaliyev
4-04-2023, 13:11
“Elektron xəstəlik vərəqəsi” informasiya sistemi hazırlandıAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən “Elektron xəstəlik vərəqəsi” (e-bülleten) informasiya sistemini hazırlanıb. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında vərəqələrə dair məlumatların vahid elektron reyestrdə birləşdirilməsi, kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı böyük işdən uzaqlaşması, o cümlədən sığortaçıların xərclərinin azaldılması və dövlət büdcəsinin yükünə qənaət edilməsi məqsədi ilə həyata keçirilir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu təşəbbüsə əsasən, tibb müəssisəsi tərəfindən yazılan və müvafiq tibb işçisinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş elektron xəstəlik vərəqəsi müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinətlərin təyin edilməsi və ödənilməsi üçün əsas olacaq. İşəgötürənlər üçün e-bülleten Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemində, tibb işçiləri üçün isə “e-Səhiyyə” portalı və mobil tətbiqində əlçatan olacaq. Xəstəlik vərəqəsinin elektron sənəd şəklində formalaşdırılması müvafiq tibb müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və işəgötürənlər arasında məlumat mübadiləsi üçün avtomatlaşdırılmış məlumat mübadiləsi sistemindən istifadə etməklə həyata keçiriləcək. Proses iştirakçıları arasında qarşılıqlı informasiya mübadiləsi qaydaları bütün iştirakçılar üçün eyni olacaq və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi sənəd formasında təsdiq ediləcək. “Elektron xəstəlik vərəqəsi” sisteminə keçid sığorta dələduzluğu hallarının minimuma endirilməsi, analitik hesabatların və tibbi məlumatların etibarlılığının artırılması, bu növ müavinətlər üzrə ödənişlər üçün dövlətin maliyyə xərcləri ilə bağlı proqnozların keyfiyyətinin yüksəldilməsi, həmçinin xəstəlik vərəqəsinin statusu barədə məlumatların “online” formatda vətəndaşlar və işəgötürənlər üçün əlçatanlığını təmin edəcək. Elektron xəstəlik vərəqəsinin formalaşdırılması şərtləri və qaydaları səhiyyə sahəsində dövlət siyasətinin və hüquqi tənzimləmənin işlənib hazırlanması və həyata keçirilməsi funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılıb.
3-04-2023, 23:47
Ukrayna ərazisinin 20%-dən çoxu təlim poliqonuna çevrilib - QaribaşviliGürcüstanın ukraynalaşdırılması, ikinci sınaq meydançasına çevrilməsi planı iflasa uğrayıb. Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib. Onun sözlərinə görə, Ukraynada müharibəni dayandıracaq heç kim yoxdur və ölkə ərazisinin 20%-dən çoxu təlim poliqonuna çevrilib. “Ölkədə sülh və sabitlik olmadan heç nə baş verməyəcək. Dünya çox çətin vəziyyətdədir. İkinci Dünya Müharibəsindən sonra Avropada belə bir problem olmamışdı. Söhbət Ukraynada baş verənlərdən gedir və biz görürük ki, müharibə sadəcə olaraq dayanmır, Ukrayna ərazisinin 20%-dən çoxu təlim poliqonuna çevrilib və dağıdıcı müharibə gedir. Şəhərlər, kəndlər, rayonlar yerlə-yeksan edilib, buna mane olan yoxdur”, - Qaribaşvili bildirib.
3-04-2023, 23:44
İran hicabsız tələbələri təhsildən kənarlaşdıracaqİran universitetləri hicab qaydalarına əməl etməyən qadınlara təhsil verməkdən imtina edəcək. Bu barədə ISNA agentliyi İranın Təhsil və Təlim Nazirliyinə istinadən məlumat yayıb. Qeyd olunub ki, nazirliyin tabeliyində olan bütün ali təhsil müəssisələri islami geyim qaydalarına əməl etməyən tələbə qızlara təhsil xidmətləri göstərməkdən və sosial təminatların verilməsindən imtina edəcək.