3-04-2023, 13:26
İsrail Hərbi Hava Qüvvələri İran istehsalı PUA-nı məhv etdiİsrail Hərbi Hava Qüvvələri Suriyadan ölkənin hava məkanına daxil olmağa cəhd göstərən pilotsuz uçuş aparatını (PUA) məhv edib. İran istehsalı PUA-nın Hizbullaha məxsus olduğu iddia edilir. İsrail müdafiə qüvvələri ərazini mühasirəyə alaraq PUA-nı məhv edib. Hazırda PUA-nın hissələri axtarılır. Pilotsuz uçan aparatın kəşfiyyat və ya zərbə tipli olması hələlik məlum deyil.
3-04-2023, 00:33
Ukraynadakı döyüşlərdə iştirak edən azərbaycanlı hərbiçi həlak olduUkrayna ordusunun daha bir azərbaycanlı hərbçisi döyüşlərdə həlak olub. 35 yaşlı zabit Novruzov Elvin İlqar oğlunun meyiti cəbhədə itkin düşəndən bir müddət sonra tapılıb. Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukrayna vətəndaşıdır. O, Ukraynanın İvano Frankovsk vilayətinin Kaluş rayonunda yaşayıb. Ailəlidir, 1 övladı var.
3-04-2023, 00:29
Sabiq iqtisadiyyat naziri prezident seçildiMonteneqronda keçirilən prezident seçkilərinin ikinci turunda keçmiş iqtisadiyyat naziri Yakov Milatoviç qələbə qazanıb. Bu barədə paytaxt Podqoritsada yerləşən Monitorinq və Tədqiqat Mərkəzinin (CEMI) sorğusunda qeyd olunub. Bildirilib ki, hazırda hakimiyyətdə olan prezident Milo Cukanoviçə qalib gələn Milatoviç səslərin 60,1 faizini qazanıb. Cukanoviç ilk turda 35,3 faiz, Milatoviç isə 28,9 faiz səs toplayıb. Monteneqroda prezident hər 5 ildən bir seçilir. Hazırkı prezident Cukanoviç sonuncu dəfə 2018-ci ildə seçilmişdi.
3-04-2023, 00:27
Rusiya nüvə silahını Polşa ilə sərhədində yerləşdirəcəkRusiya nüvə silahını Belarusun Polşa ilə sərhədi yaxınlığında yerləşdirəcək. Bu barədə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov məlumat verib. Onun sözlərinə görə, iyulun 1-dək Belarusda nüvə silahlarının yerləşdirilməsi üçün yer hazırlanacaq. "Nüvə silahı qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq", - deyə səfir bildirib.
3-04-2023, 00:15
Həlak olan hərbiçimizlə bağlı məlumat əldə olunubXəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub. Hadisə Tərtər rayonunun azad olunmuş ərazisində baş verib. Hadisə zamanı həlak olan 2004-cü il təvəllüdlü əsgər Qəbələ rayonunun Nohurqışlaq kənd sakini olub. Qeyd edək ki, hərbçimizin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır.
3-04-2023, 00:10
Minaya düşən hərbiçimiz öldüTərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
2-04-2023, 23:46
Lavrov ABŞ-ın dövlət katibi arasında telefon danışığı baş tutubRusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Rusiya XİN söhbətin məzmununu açıqlayıb. Bildirilib ki, Lavrov Blinkenlə söhbətində Vaşinqtonun dövlət sirri təşkil edən məlumatları toplamağa çalışan jurnalist Evan Gerşkoviçin saxlanması ətrafında ajiotaj yaratmasının yolverilməz olduğunu vurğulayıb. "Onun sonrakı taleyini məhkəmə müəyyən edəcək", - Lavrov qeyd edib. ABŞ Dövlət Departamenti isə telefon danışığı barədə bildirib ki, Blinken Lavrovla söhbətində Gerşkoviçin azad olunmasını tələb edib.
2-04-2023, 23:42
Hərbiçimiz minaya düşübTərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb. Minaya düşən hərbiçimiz Tərtər mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
2-04-2023, 16:50
Hərbiçimiz minaya düşübTərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb. Minaya düşən hərbiçimiz Tərtər mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
2-04-2023, 16:46
İranın ölkəmizə yeni səfir göndərəcəyi iddia olunur
İranın Azərbaycana yeni səfir göndərəcəyi iddia olunur. Bu barədə SEPAH-ın teleqram kanalında məlumat paylaşılıb. Bildirilib ki, İranın Qazaxıstandakı keçmiş səfiri Müctəba Dəmirçilu Azərbaycana səfir təyin olunacaq. Dəmirçilu Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində çalışıb. O, XİN-də İdarə rəisidir. Qeyd edək ki, İranın Azərbaycana yeni səfir təyinatı barədə rəsmi açıqlama verilməyib. Onu da bildirək ki, İranın Bakıda fəaliyyət göstərən hazırki səfiri Seyid Abbas Musəvidir.