Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
21-03-2023, 16:32
Qaribaşvili azərbaycanlıları Novruz münasibətilə təbrik etdi


Qaribaşvili azərbaycanlıları Novruz münasibətilə təbrik etdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu ölkədə kompakt yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. O, Marneuliyə səfəri zamanı bu barədə danışıb. "Hər kəsi bu gün münasibətilə təbrik edir, sülh, firavanlıq, daha çox bərəkət, sevinc, sabitlik arzulayıram. Azərbaycanlı həmvətənlərimizə, zəhmətkeş və ziyalı insanlara böyük hörmət və məhəbbətimi bəyan edirəm", - deyə Gürcüstan baş naziri vurğulayıb.
21-03-2023, 16:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidməti qarşıdakı günlərdə bölgələrdə gözlənilən hava şəraitini açıqlayıb. Xidmətdən bildirilib ki, Qəbələ rayonunda bəzi yerlərdə az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 16-19° isti olacaq. Şahdağda havanın arabir az yağıntılı olacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-5° isti olacaq.İsmayıllı rayonunda arabir az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 15-18° isti olacaq. Lənkəran rayonunda arabir yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Şəki rayonunda arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 15-19° isti olacaq.
21-03-2023, 16:27
Rəsmi Kiyev Çin liderindən cavab gözləyir


Rəsmi Kiyev Çin liderindən cavab gözləyir

Rəsmi Kiyev Çin sədri Si Tsinpin və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığının təsdiqini gözləyir. Bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Ukrayna baş nazirinin müavini, işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk bildirib. O, telefon danışığının mütləq baş tutub-tutmayacağı ilə bağlı sualı cavablandırıb: "Bilmirəm, təsdiq gözləyirik". Bundan əvvəl "The Wall Street Journal" yazmışdı ki, Si Tsinpin Moskvaya səfərindən sonra Zelenski ilə danışmaq niyyətindədir.
21-03-2023, 16:24
Paşinyanın partiyası Qarabağla bağlı bəyanat layihəsinə yox dedi


Paşinyanın partiyası Qarabağla bağlı bəyanat layihəsinə yox dedi

Ermənistan parlamentində hakim "Mülki Müqavilə" partiyasının fraksiyası müxalifətin Qarabağla bağlı hazırladığı bəyanat layihəsinə növbəti dəfə səs verməyib. Nəticədə Azərbaycanın tənqid edildiyi sənəd gündəliyə daxil edilməyib. Qeyd edək ki, Paşinyanın partiyası bundan əvvəl də oxşar addım atmışdı və bu, müxalifətin tənqidlərinə səbəb olmuşdu.
21-03-2023, 16:19
Pakistanın sabiq baş nazirinə qarşı sui-qəsd təşkil olundu


Pakistanın sabiq baş nazirinə qarşı sui-qəsd təşkil olundu

Pakistanda sabiq baş nazir İmran Xanın lideri olduğu “Təhrik-ə-İnsaf” (“Ədalət uğrunda hərəkat”) partiyasının funksioneri Atif Münsif Xanın avtomobili atəşə tutulub. Sui-qəsd nəticəsində Atif Münsif Xan da daxil olmaqla 10 nəfər həyatını itirib. Polis hadisənin ədavət zəminində baş verdiyini ehtimal edir. Hadisənin kimlər tərəfindən törədilməsi barədə əlavə məlumat verilməyib. Qeyd edək ki, martın 18-də İmran Xanın tərəfdarları polislə toqquşub. Nəticədə 50-dən çox polis yaralanıb, polis postu, bir neçə avtomobil və motosiklet yandırılıb. Polis Xanın 59 tərəfdarını saxlayıb.
21-03-2023, 16:07
Türkiyəylə sərhədin açılması iqtisadiyyatımız üçün fürsətdir - Erməni nazir


Türkiyəylə sərhədin açılması iqtisadiyyatımız üçün fürsətdir - Erməni nazir

"Türkiyə ilə quru sərhədinin açılması Ermənistan iqtisadiyyatı üçün təhlükə deyil, fürsətdir". Bunu "Sputnik Armenia"ya müsahibəsində Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib. "İdxal üçün sərhədlər uzun müddətdir açıqdır və Türkiyə istehsalçılarının Ermənistanda satışla bağlı heç bir problemi yoxdur. İndi quru sərhədlərin açılması isə erməni şirkətlərinin Türkiyə bazarına daxil olmasına kömək edəcək. Hazırda əsas məsələ bu fürsətdən istifadə etməkdir. Müəssisələr məhsuldarlığı və səmərəliliyi artırmalıdır. Qonşu ölkədə qida, tekstil, zərgərlik, almaz istehsalı, yüksək texnologiyaya tələbat yüksəkdir", - deyə o bildirib.
21-03-2023, 16:04
Peruda sel fəlakəti 65 nəfərin həyatına son qoyub


Peruda sel fəlakəti 65 nəfərin həyatına son qoyub

Peruda tropik "Yaku" qasırğası güclü selə və böyük dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində 65 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb. Son məlumata görə, təbii fəlakətdən 66 min 853 nəfər zərər çəkib, 9677 evə ziyan dəyib, 1541 ev yararsız hala düşüb. Bundan başqa, 56 məktəb, 116 sağlamlıq mərkəzi, 239 körpü və 640 kilometrlik yol zədələnib.
21-03-2023, 16:00
Ölkəmizə yaz fəsli qədəm qoydu


Ölkəmizə yaz fəsli qədəm qoydu

Azərbaycana yaz fəsli qədəm qoyub. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib ki, yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:24-də daxil olub. Həmin vaxt gecə ilə gündüz bərabərləşib, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib. Beləliklə, şimal yarımkürəsində yaz fəsli başlayıb. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
21-03-2023, 15:56
ABŞ və Rusiya arasında gərginlik yaşanıb


ABŞ və Rusiya arasında gərginlik yaşanıb

Martın 20-da Baltik dənizi üzərində ABŞ və Rusiya arasında gərginlik yaşanıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Rusiyaya məxsus hava hücumundan müdafiə sistemləri Baltik dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinin 2 ədəd B-52N strateji bombardmançı təyyarəsinin uçduğunu müəyyən edib. Bundan sonra Rusiya Su-35 qırıcı təyyarəsini havaya qaldırıb. "Bombardmançı təyyarələr dövlət sərhədindən uzaqlaşdıqdan sonra qırıcı aerodroma qayıdıb. Rusiya qırıcısının uçuşu hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət olaraq həyata keçirilib", - açıqlamada deyilir.
21-03-2023, 15:32
ABŞ-dan Türkiyə və Suriyaya 50 milyon dollarlıq yardım


ABŞ-dan Türkiyə və Suriyaya 50 milyon dollarlıq yardım

ABŞ fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən şəxslərə əlavə 50 milyon dollar yardım edəcək. Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) bəyanatında bildirilir. "Belçikanın paytaxtı Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransında Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkmiş insanlara yardım üçün əlavə 50 milyon dollarlıq təcili humanitar yardım öhdəliyi qəbul edilib", - açıqlamada deyilir. Məlumatda vurğulanır ki, bununla da ABŞ-ın zəlzələ çərçivəsində göndərdiyi humanitar yardımın məbləği 235 milyon dollara çatıb. Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyası və Aİ-yə bu il sədrlik edən İsveçin təşkilatçılığı ilə Türkiyə və Suriyaya yardım üçün Beynəlxalq Donorlar Konfransı keçirilib. "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı beynəlxalq donorlar konfransında 7 milyard dollara yaxın yardım toplanılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!