Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
21-03-2023, 15:28
Şarl Mişeldən Novruz bayramıyla bağlı təbrik mesajı


Şarl Mişeldən Novruz bayramıyla bağlı təbrik mesajı

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Novruz bayramını qeyd edən hər kəsi təbrik edib. Bu barədə o, özünün "Twitter" səhifəsində paylaşım edib. "Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq ölkələri daxil olmaqla Novruz bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Baharın başlanğıcı bu çətin zamanlarda daha çox lazım olan yeni ümidlər gətirir. Bayramı qeyd edənlərə xoşbəxtlik, firavanlıq və hər şeydən əvvəl sülh arzulayıram", - Mişel yazıb.
21-03-2023, 00:04
Parlament Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürdü


Parlament Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürdü

Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyası müxalifətin formalaşdırdığı "Altılı masa"nı təmsil edən Kamal Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürüb. Fraksiyanın iclasında deputatlarla yanaşı Kılıçdaroğlunun özü də iştirak edib. İclasda keçirilən səsvermədə deputatlar Kılıçdaroğlunun prezidentliyə namizəd olmasına səs veriblər. Qeyd olunub ki, Kılıçdaroğlu çərşənbə günü namizədlik ərizəsini Ali Seçki Komissiyasına (YSK) təqdim edəcək.
21-03-2023, 00:01
Konfransda Türkiyə və Suriya üçün 7 milyard dollar toplandı


Konfransda Türkiyə və Suriya üçün 7 milyard dollar toplandı

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) Komissiyası və Aİ-yə bu il sədrlik edən İsveç tərəfindən təşkil edilən Beynəlxalq Donorlar Konfransı başa çatıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. İsveçin Baş naziri Ulf Kristerssonun məlumatına görə, "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı beynəlxalq donorlar konfransında 7 milyard dollara yaxın yardım toplanılıb. O, zəlzələlərdən zərər çəkənlərin tək olmadığını və dəstəyin davam edəcəyini bildirib. Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib ki, bu konfrans hələlik başlanğıcdır: "Bu gün beynəlxalq ictimaiyyətin Türkiyə və Suriyadakı yenidənqurma səylərini güclü şəkildə dəstəklədiyini görməkdən çox xoşbəxtəm. Bu konfrans yalnız başlanğıcdır. Qarşıda bizi çox iş gözləyir. Gələcək həftələr, aylar və illərdə də birlikdə işləməyə davam edəcəyik. Biz öhdəliklərin tam və vaxtında yerinə yetirilməsini təmin edəcəyik". Konfransa canlı bağlantı ilə qoşulan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ursula fon der Leyenə və Kristerssona təşəkkür edib. "Bu çətin günlərdə bütün dostlarımızın, qurumları, üzv və namizəd ölkələri ilə Avropa İttifaqının, Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların həmrəyliyini heç vaxt unutmayacağıq”. O, Türkiyədəki zəlzələlərin ölkə iqtisadiyyatına 100 milyard dollardan çox zərər vurduğunu bildirib. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da konfransda iştirak edib və ölkəmizin 100 milyon dollar yardım verəcəyini açıqlayıb.
20-03-2023, 23:59
Azərbaycandan Türkiyə və Suriyaya 100 milyon dollarlıq yardım


Azərbaycandan Türkiyə və Suriyaya 100 milyon dollarlıq yardım

Azərbaycan “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında yenidənqurma işləri üçün 100 milyon dollar məbləğində yardım ayırdığını elan edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub”, - rəsmi açıqlamada deyilir.
20-03-2023, 23:57
Ceyhun Bayramanov Beynəlxalq Donorlar Konfransında iştirak etdi


Ceyhun Bayramanov Beynəlxalq Donorlar Konfransında iştirak etdi

Martın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Brüssel şəhərində keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında iştirak edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Avropa İttifaqı (Aİ) üzvləri, qonşu və tərəfdaş ölkələr, İyirmilik Qrupu (G20), Körfəz Əməkdaşlığı Şurası ölkələri, Birləşmiş Millətlər Təşkilatı (BMT), digər beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq, habelə Avropa maliyyə institutlarının iştirakı ilə keçirilmiş konfrans Türkiyə və Suriyada baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına dəstək göstərilməsi məqsədilə təşkil olunub. Konfrans çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersonun və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımların göndərildiyi diqqətə çatdırılıb. Azərbaycanın bölgəyə 940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri göndərdiyi, bölgəyə 5 300 tondan artıq humanitar yük göndərildiyi, indiyə qədər Türkiyənin zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərildiyi vurğulanıb. Azərbaycanın bundan sonra da hər zaman olduğu kimi qardaş Türkiyənin yanında olacağı, bu xüsusda ölkəmizin zəlzələdən sonrakı bərpa və quruculuq işlərində nəticə yönümlü maddi və texniki dəstəyin göstərilməsini davam etdirəcəyi diqqətə çatdırılıb. Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub. Konfransın sonunda tədbirə ev sahibliyi edən Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson yekun bəyanatla çıxış ediblər. Video formatda çıxışlarından sonra Türkiyə hökuməti, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı və Aİ tərəfindən hazırlanmış Türkiyədə fəlakət sonrası ehtiyacların ilkin qiymətləndirilməsi təqdim edilib. Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun nitqindən sonra isə yardım vədləri sessiyası çərçivəsində Konfrans iştirakçılarının çıxışları dinlənilib. Konfransda çıxış edən nazir Ceyhun Bayramov baş vermiş dəhşətli fəlakətin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsinə istiqamətlənən konfransın təşkilinin təqdirəlayiq olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın baş vermiş dağıdıcı zəlzələlər nəticəsində böyük insan tələfatı, o cümlədən dağıntılar ilə üzləşən qardaş Türkiyə, habelə Suriya ilə həmrəylik ifadə olunub.
20-03-2023, 23:55
Şuşada Novruz tonqalı qalandı


Şuşada Novruz tonqalı qalandı

Martın 20-də Şuşada ekoaksiyanın iştirakçıları üçün Novruz şənliyi təşkil olunub. Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında bayram tonqalı qalanıb. “DJ Kənan Drums”ın iştirakı ilə vətənpərvərlik ruhunda, milli və xarici ruhda musiqi səsləndirilir. Aksiya iştirakçıları üçün, həmçinin bayram süfrəsi açılıb, Novruz təamları, o cümlədən kabab bişirilib. Novruz tonqalının yaxınlığında səməni atributu yerləşdirilib, açılan bayram çadırında səməni, xonça və digər Novruz atributları düzülüb. Ekofəallər bayram tonqalı ətrafında toplanıb, şən musiqi sədası altında rəqs edirlər. Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürür.
20-03-2023, 23:50
Blinken Paşinyanla telefon danışığı aparıb


Blinken Paşinyanla telefon danışığı aparıb

ABŞ Dövlət katibi Entoni Blinken Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub. Paşinyan və Blinken Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regionda kommunikasiya əlaqələrinin açılması barədə fikir mübadiləsi aparıblar.
20-03-2023, 23:43
Azərbaycan Ukraynaya növbəti humanitar yardım paketini yolladı


Azərbaycan Ukraynaya növbəti humanitar yardım paketini yolladı

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım paketi çatdırılıb. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün "Facebook" səhifəsində məlumat yayıb. Səfirin sözlərinə görə, dərman və tibbi ləvazimatlardan ibarət olan 13 ton humanitar yardımın ümumi dəyəri 350 min dollardır. "Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası - ümumi dəyəri 360 min ABŞ dollar olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir. Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə görə ürəkdən minnətdarıq", - səfir yazıb.
20-03-2023, 23:39
Təhsilimizi gücləndirmək üçün 45 min müəllim işə götürəcəyik - Ərdoğan


Təhsilimizi gücləndirmək üçün 45 min müəllim işə götürəcəyik - Ərdoğan

"Hörmətli vətəndaşlarım, dəyərli təhsil ictimaiyyətimizin nümayəndələri, burada sizinlə bir şad xəbəri bölüşmək istəyirəm. Təhsil sistemimizin keyfiyyətini yüksəltmək və kadrlarımızı daha da gücləndirmək üçün 45 min yeni müəllim işə götürəcəyik. Biz müəllimlərimizi fəlakət bölgələrinə ilk növbədə zəlzələnin yaralarını sağaltmaq üçün göndərəcəyik. Bütün müəllimlərimizi, onların ailələrini, tələbələri və təhsil ictimaiyyətimizə xeyirli olsun". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan twitter səhifəsində yazıb.
20-03-2023, 23:31
Qərb Cənubi Qafqazda 3+3 formatını sarsıtmağa çalışır - Lavrov


Qərb Cənubi Qafqazda 3+3 formatını sarsıtmağa çalışır - Lavrov

“Qərb öz xidmətlərini üç Cənubi Qafqaz ölkəsinə sırımağa çalışır və Cənubi Qafqazda 3+3 formatını sarsıtmağa çalışır. Bu, öz sərhədlərindən uzaqda, hər yerdə hökmranlıq etmək, öz hegemonluğunu təsdiq etmək üçün edilir". Bunu Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. "Qərb geosiyasi gündəmlərlə yanaşı, növbəti rəngli inqilaba hazırlıq adlandırıla biləcək fəaliyyətlərlə məşğul olan QHT-lərə müxtəlif dəstəkləri təbliğ edir. Biz regionda Qərblə dialoq üçün heç bir imkan və ehtiyac görmürük”, - deyə Lavrov əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!