Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
26-02-2023, 23:44
Alatava 1 qəsəbəsində söküntü işlərinə start verilir


Alatava 1 qəsəbəsində söküntü işlərinə start verilir

Alatava 1 qəsəbəsində (Alatava 1 – Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz) söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib. Bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib. İcra başçısının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb, yaxın vaxtlarda ərazidə söküntü işləri başlayacaq: “Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədləşdirmə işləri ilə məşğuldur. İşlər tamamladıqdan sonra sakinlərlə razılaşdırma işlərinə başlanılacaq”. Elşad Həsənov söküləcək ərazidə yaxın gələcəkdə yeni binaların inşa olunacağını qeyd edib.
26-02-2023, 23:34
İranda etiraz aksiyası keçirilib


İranda etiraz aksiyası keçirilib

Bu gün səhər saatlarında İranın Əhvaz şəhərində etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları polis qərargahına hücum edib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Hadisə nəticəsində polislər arasında ölənlərin olduğu bildirilir. İnsidentin detalları açıqlanmayıb.
26-02-2023, 23:33
Rusiya sülhməramlıları 49 əcnəbini Qarabağdan Ermənisatana aparıb


Rusiya sülhməramlıları 49 əcnəbini Qarabağdan Ermənisatana aparıb

Rusiya sülhməramlıları 49 əcnəbi vətəndaşı Qarabağ ərazisindən Ermənistana aparıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları əcnəbi vətəndaşların maneəsiz şəkildə Qarabağdan Ermənistana keçidini təmin ediblər.
26-02-2023, 23:30
Səudiyyə Ərəbistanından Ukraynaya 400 milyon dollarlıq dəstək


Səudiyyə Ərəbistanından Ukraynaya 400 milyon dollarlıq dəstək

Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollarlıq yardım göstərəcək. Səudiyyənin xarici işlər naziri Faysal bin Fərhan Əl Səudun Ukraynaya səfəri çərçivəsində iki sənəd imzalanıb. Sənədlərdən biri 100 milyon dollarlıq humanitar yardımı ehtiva edir. Digər müqavilə 300 milyon dollarlıq neft məhsullarına aiddir.
26-02-2023, 23:25
Çin Rusiyaya silah göndərməyi planlayır - ABŞ kəşfiyyatı


Çin Rusiyaya silah göndərməyi planlayır - ABŞ kəşfiyyatı

ABŞ əmindir ki, Çin Rusiyaya silah göndərməyi düşünür, lakin kəşfiyyat məlumatları Pekinin hələ yekun qərar vermədiyini göstərir. Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns "CBS News"a bildirib. "Biz öldürücü silahların faktiki çatdırılmasına dair sübut görmürük", - deyə Börns qeyd edib. Xatırladaq ki, bundan əvvəl CNN Çin hökumətinin Rusiyaya silah göndərmək istəməsi barədə məlumat yayıb.
26-02-2023, 23:21
Bolqarıstan Ukrayna üçün Sovet mərmiləri istehsal edəcək


Bolqarıstan Ukrayna üçün Sovet mərmiləri istehsal edəcək

Bolqarıstan Ukrayna Silahlı Qüvvələri üçün Sovet mərmilərinin istehsalını bərpa edəcək. Bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Bildirilir ki, 35 illik fasilədən sonra Bolqarıstanın Kostenets şəhərində mərmi istehsalı zavodu işə başlayacaq. Zavod sırf Ukrayna Silahlı Qüvvələri üçün 122 mm-lik mərmi istehsal edəcək.
26-02-2023, 23:19
Türkiyədə zəlzələ qurbanlarının sayı artıb


Türkiyədə zəlzələ qurbanlarının sayı artıb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 374 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib. Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Daha sonra Hatayda 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.
26-02-2023, 16:36
Selçuk Bayraktar Xocalı soyqırımıyla bağlı paylaşım edib


Selçuk Bayraktar Xocalı soyqırımıyla bağlı paylaşım edib

"Baykar" şirkətinin rəhbəri Selçuk Bayraktar Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib. O, twitter səhifəsində bu barədə yazıb. "Dünya 31 il öncə bu gün bəşəriyyət adına utanc verən bir qətlimata şahid və izləyici oldu. Biz qardaşlarımızın uğradığı Xocalı qətliamını unutmayacağıq. Şəhid edilən qardaşlarımızı rəhmətlə anıram", - deyə Bayraktar qeyd edib.
26-02-2023, 16:34
Putin türkiyəli həmkarına zəng etdi


Putin türkiyəli həmkarına zəng etdi

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kreml məlumat yayıb. Bildirilib ki, Putin Ərdoğanı doğum günü münasibətilə təbrik edib. Həmçinin vurğulanıb ki, söhbət zamanı tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
26-02-2023, 16:30
Akar azərbaycanlı həkimlərə təşəkkür etdi


Akar azərbaycanlı həkimlərə təşəkkür etdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələ bölgəsində fəaliyyət göstərən azərbaycanlı hərbi həkimlərlə görüşüb. Kahramanmaraşda səfərdə olan nazir azərbaycanlı həkimlərə təşəkkür edib. "İkinci Qarabağ müharibəsində birlikdə olduğumuz kimi, indi də mübarizəmizə birgə davam edirik. Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı. Çox sağ olun", - deyə Akar bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!