23-08-2022, 19:23
Rusiyaya mane olan ölkələr var - Türkiyə XİNUkrayna taxılının təhlükəsiz daşınmasının qarşılığında Rusiyanın da bəzi tələbləri var. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. "Rusiya bu yolda gübrə və taxılının yolunda əngəllərin aradan qalxmasını istəyir. Amma buna mane olan ölkələr var. Eyni zamanda iki ölkə arasında münasibətlərin normallaşmasını istəməyən qüvvələr də var. Türkiyə bu ölkələrlə də əlaqə qurmağa çalışır. Hazırda 33 gəmi Ukraynadan çıxıb, Afrikaya gedib", - XİN başçısı vurğulayıb.
23-08-2022, 19:20
İsrailə göndəriləcək səfiri Ərdoğan özü seçəcək
Önümüzdəki günlərdə İsrail ilə əlaqələrin normallaşmasını sürətləndirəcəyik. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. "Türkiyə tərəfdən İsrailə göndəriləcək səfir namizədlər artıq hazırdır. Yaxın günlərdə həmin siyahını cənab Ərdoğana təqdim edəcəyik. Deyə bilərik ki, yaxın günlərdə təsdiqlənən adlar bəlli olacaq. İsrailə uyğun olaraq həmin dostumuzu seçəcəyik. Fələstin də bizim İsrail ilə əlaqələrimizin normallşamasını istəyir", - XİN başçısı bildirib.
23-08-2022, 19:18
Nazir müəllimlərin maaşından danışdıAvqustun 23-də elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib.
Butov.az xəbər verir ki, brifinqdə elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə bəzi təhsil işçilərinin vəzifə maaşlarına aylıq əlavələrin təyin edilməsi barədə yeni qərara dair geniş təqdimatla çıxış edib. Ümumi təhsil müəssisələrinin rəhbər şəxslərinin vəzifə maaşlarına əlavələrin təyin edilməsinin mahiyyətindən danışan Emin Əmrullayev deyib ki, sözügedən qərar təxminən 865 direktor, 2343 direktor müavinini əhatə edir. Sertifikatlaşmadan keçən müəllimlərin vəzifə maaşlarına əlavələrdən də söz açan elm və təhsil naziri qeyd edib ki, sertifikasiya ilə bağlı həvəsləndirmə tədbiri olaraq keçid balı toplamış müəllimlərin əməkhaqqına 10 faiz, 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə ödəniləcək. Nazirin sözlərinə görə, sertifikatlaşma hazırda işləyən müəllimlərin peşəkar səviyyəsinin müəyyən olunmasına xidmət edir. Elm və təhsil naziri, həmçinin müəllimlərin işə qəbulu prosesi, 2022-2026-cı illər üzrə xaricdə təhsil üçün Dövlət Proqramı, Elm və Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.
22-08-2022, 22:06
3 ölkə “Şimal-Cənub” dəhlizinin onurğa sütunudur - İran səfiri İran, Azərbaycan və Rusiya “Şimal-Cənub” dəhlizinin onurğa sütununu təşkil edir. Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" səhifəsində yazıb. O bildirib ki, bu gün tranzitin asanlaşdırılması üçün imzalanmış üç tərəfli anlaşma memorandumu ölkənin xarici ticarətində sıçrayışın baş verməsindən xəbər verir. “3 ölkənin qonşuluq siyasəti kölgəsində Hindistanın da bu mexanizmə qoşulması yolun inkişafını daha da canlandıracaq”, - deyə səfir vurğulayıb.
22-08-2022, 22:04
Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna dövlət başçıları Vladimir Putinlə Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir.
Butov.az xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin toplantısından sonra mətbuata açıqlamasında deyib. Türkiyə lideri bildirib ki, prezidentlərin görüşü böhranı kökündən həll etmək üçün yol açmağa kömək edəcək. “Hədəfimiz yaxın tarixdə Putinlə Zelenski arasında İstanbulda görüş təşkil edərək, böhranı kökündən həll etməkdir”, - Ərdoğan vurğulayıb.
22-08-2022, 22:02
Şəmkirdə yanğın olubŞəmkir rayonunun Əliyaqublu kəndində ümumi sahəsi 6000 m² olan istixananın polietilendən ibarət üzlüyü 600 m² sahədə və yaxınlıqda 800 m² sahədə quru ot və kol-kos yanıb. FHN-dən verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
22-08-2022, 21:59
Rusiya Zaporojye ilə bağlı BMT-nin iclasını çağırdı
Rusiya Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) vəziyyətlə əlaqədar avqustun 23-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi ilə bağlı sorğu göndərib. Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib. Onun sözlərinə görə, təşkilatın baş katibi Antonio Quterreşdən iclasda çıxış etməsi xahiş olunub. “Biz BMT Təhlükəsizlik Şurasının gündəmdəki “beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” bəndi üzrə təcili iclasının keçirilməsini xahiş etdik”, – deyə Polyanski "Telegram" kanalında yazıb.
22-08-2022, 21:57
Rusiyanın 26 regionunda meşələr yanır
Qonşu Rusiyada meşə yanğınları davam edir.
Butov.az xəbər verir ki, hazırda 26 regionda yanğınla mübarizə tədbirləri davam etdirilir, 105 min 810 hektar sahədə 92 yanğın mənbəyi hələ də qalmaqdadır. Ryazan vilayətində meşə yanğınlarını söndürmək mümkün olmayıb. Moskva meri Sergey Sobyanin vəziyyətin mürəkkəb olduğunu deyib. Onun sözlərinə görə, Ryazanda yanğınla mübarizəyə 8 mindən çox insan cəlb olunub.
22-08-2022, 21:55
Taekvondoçularımız 9 medal qazandıEstoniyanın paytaxtı Tallində taekvondo üzrə klublararası Avropa çempionatına start verilib.
Butov.az xəbər verir ki, 5 gün davam edəcək yarışın ilk günü Azərbaycan komandaları üçün uğurlu alınıb. Taekvondoçular müxtəlif klubların heyətində 2 qızıl, 3 gümüş və 4 bürünc medal əldə ediblər. "Ümid"in yetirmələri baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında 4 dəfə fəxri kürsüyə yüksəlib. Bütün rəqiblərinə qalib gələn Sabir Məmmədli (27 kq) qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Coşqun Məmmədzadə (33 kq) ikinci yeri tutub. Rasim Qarayevlə (27 kq) Kənan Balayev (30 kq) bürünc medalla kifayətlənib. “Gədəbəy” İdman Klubunun taekvondoçusu Həsən Süleymanov da çempion tituluna sahib olub. Baş məşqçisi Beyrək Bağırovun 44 kq çəki dərəcəsində mübarizə aparan yetirməsi inamlı çıxışı ilə fərqlənib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Fortis"dən Mehman Qənbərov (27 kq) da adını mükafatçılar sırasına yazdırıb. O, medal kolleksiyasına bürünc medal əlavə edib. “Alov”un iki taekvondoçusu Azərbaycan bayrağını yüksəldib. Baş məşqçisi Asim Xudiyevin şans verdiyi idmançılardan Əli Hüseynli (44 kq) 2-ci, İsa Hüseynli (40 kq) 3-cü yeri tutub. Azərbaycanın aktivinə günün 9-cu medalını isə Vüqar Kərimov (68 kq) yazdırıb. O, veteranlar arasında baş tutan Avropa çempionatını ikinci pillədə başa vurub. Qeyd edək ki, qarşıdakı günlərdə gənc və böyük yaş qrupları üzrə taekvondoçular dayanq üzərinə çıxacaqlar.
22-08-2022, 21:53
54 yaşlı kişinin başına beton düşdü Sabirabadda başına beton düşən kişi ölüb.
Butov.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Sahib Safadur oğlu metal qəbulu məntəqəsində olarkən başına beton parçası düşüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.