Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
8-08-2022, 22:00
İranda bir gündə minlərlə yoluxma olub


İranda bir gündə minlərlə yoluxma olub

İranda ötən sutka ərzində 3379 nəfər koronavirusa yoluxub, 54 nəfər dünyasını dəyişib. Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib. İranda virusdan ölənlərin sayı 142 515 nəfərə çatıb, yoluxanların sayı 7,44 milyondan çoxdur. Virus daşıyıcılarından 1493 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Ölkədə indiyədək 7,1 milyonda çox şəxs koronavirusdan sağalıb, 53,4 milyondan çox diaqnoz testi həyata keçirilib. Ümumilikdə, İranda 153 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,3 milyon təşkil edir.
8-08-2022, 21:56
Orqan donorluğu ilə bağlı Mərkəz yaradıldı


Orqan donorluğu ilə bağlı Mərkəz yaradıldı

Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Butov.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin Nizamnaməsi və strukturu təsdiq edilib. Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib. Eyni zamanda, müəyyən edilib ki, Koordinasiya Mərkəzinin Nizamnamə Fondu 300 000 manat təşkil edir və qurumun əsas vəsaiti hesabına formalaşır.
8-08-2022, 21:49
Premyer Liqada ilk tura yekun vuruldu


Premyer Liqada ilk tura yekun vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub. Butov.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. 9 illik fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıdan “Turan Tovuz” klubu öz meydanında “Qəbələ”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “Qəbələ” 3 xalla üçüncü pillədə qərarlaşıb. “Sabah”, “Qarabağ”, “Zirə” və “Neftçi” də eyni xala malikdir. Xalı olmayan “Turan Tovuz” isə doqquzuncu sırada yer alıb.
8-08-2022, 21:44
Meymunçiçəyi bu ölkəyə də çatdı


Meymunçiçəyi bu ölkəyə də çatdı

Moldovada meymunçiçəyi virusuna ilk yoluxma halı aşkarlanıb. Butov.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Qeyd edək ki, Avropada 30-dan çox ölkədə 15 minə yaxın şəxs meymunçiçəyinə yoluxub.
8-08-2022, 21:41
ABŞ Ukraynaya yeni hərbi yardım ayırdı


ABŞ Ukraynaya yeni hərbi yardım ayırdı

ABŞ Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib. Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Paketin həcmi 1 milyard dollardır. Bununla da ABŞ-ın Ukraynaya ayırdığı hərbi yardımın həcmi 10 milyard dollara yaxınlaşıb. Yeni paketə aşağıdakı hərbi sistemlər daxildir:
- HIMARS raket sistemləri üçün sursatlar
- 155 mm çaplı artilleriya qurğuları üçün 75 min mərmi
- "Javelin" tank əleyhinə raket sistemləri üçün 1000 ədəd raket
- 20 ədəd minaatan qurğusu və 20 min ədəd 120 mm çaplı minaatan mərmisi
- NASAMS zenit-raket kompleksləri üçün sursatlar
- 50 ədəd tibbi zirehli maşın
- Müxtəlif təyinatlı minalar, partlayıcı qurğular
- Tibbi avadanlıqlar və s.
8-08-2022, 21:38
Putin BMT-yə getməyəcək, yerinə Lavrovu göndərir


Putin BMT-yə getməyəcək, yerinə Lavrovu göndərir

Rusiya Prezidenti Vladimir Putin BMT Baş Assambleyasında iştirak etməyəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Putin BMT-də çıxış etməyi planlaşdırmır.
Qeyd edək ki, BMT Baş Assambleyası bu ilin sentyabr ayında Nyu-Yorkda keçiriləcək. Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında (BA) Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!