5-08-2022, 18:24
Həlak olan əsgərlərə şəhid statusu veriləcəkAzərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğluna şəhid statusu veriləcək.
Butov.az xəbər verir ki, qanunvericiliyə əsasən hərbi qulluqçu xidməti vəzifəsini icra edəkən həlak olarsa, ona qanunla müəyyən olunmuş qaydada şəhid statusu verilir. Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Tahir Çingiz oğlu Əliyevin üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Digər əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
5-08-2022, 18:21
Yaralanan hərbçimiz də vəfat etdiAvqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Hadisə nəticəsində əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
5-08-2022, 18:13
Zakir Həsənovla Papikyan arasında əlaqə dayanıb“Azərbaycan və Ermənistan müdafiə nazirləri Zakir Həsənovla Suren Papikyan arasında hazırda operativ əlaqə yoxdur”. Bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Aram Torosyan bildirib. “Artıq bir neçə aydır ki, iki ölkənin müdafiə qurumlarının rəhbərləri arasında operativ əlaqə yoxdur”, - o əlavə edib. Müdafiə Nazirliyinin nümayəndəsi bunun nə vaxtdan davam etdiyini və səbəblərini açıqlamayıb.
5-08-2022, 18:11
Bu gün həlak olan 19 yaşlı əsgərin fotosuXəbər verdiyimiz kimi, avqustun 5-i Laçın rayonunda xidməti döyüş tapşırığını yerinə yetirən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğlu həlak olub. Müdafiə Nazirliyindən bildirilib ki, üzərinə sıldırım qayalıqlardan qopan qaya parçası düşən 2003-cü il təvəllüdlü hərbçimiz hadisə yerində həlak olub.
Butov.az xəbər verir ki, əslən Füzuli rayonundan olan S.Xudiyev Bakının Ramana qəsəbəsində yaşayıb.
5-08-2022, 18:08
49 minlik ziyanla bağlı cinayət işi açıldıBaş Prokurorluğa daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Lənkəran rayonunun Bürcəli kəndində, Balakən rayonunun Püştətala kəndində, Zərdab rayonu, İsaqbağı kəndində meşə fonduna daxil olmayan və Oğuz rayonu ərazisində meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 49 min manat ziyan dəyib. Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
5-08-2022, 16:05
Qazaxıstanın hərbi gəmiləri Bakıya gəldiBeynəlxalq Ordu Oyunları-2022 yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti avqustun 5-də ölkəmizə gəliblər.
Bu barədə
Butov.az-a Müdafiə Nazirliyindən məlumat verilib.