Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
5-08-2022, 08:34
“AND OLSUN QƏLƏMƏ” VƏ İNSAN ÖMRÜ

“AND OLSUN QƏLƏMƏ” VƏ İNSAN ÖMRÜ
(Ayətxan Ziyad İsgəndərov haqqında)
Bu göstərici Ayətxan Ziyadın peşəkar jurnalistikada ilk qələm nümunəsinin mətbuat səhifələrində göründüyü 1969-cu ilin avqust ayı deməkdir. Hansı ki, həmin il orta məktəbi bitirən 18 yaşlı Ayətxan Əlibayramlı “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ əldə etmiş və həmin fakültənin tələbəsi olmuşdur.
Əslində isə Ayətxan Ziyadı jurnalistikaya istiqamətləndirən yolun yaşı daha əvvəlki illərdən-orta məktəbdən bünövrə götürüb. Əvvəlcə oxuduğu sinfin, sonra isə şagirdi olduğu Hacıqabul 9 saylı dəmir yol orta məktəbin “Ədəbiyyat” divar qəzetinin redaktoru olub.
Ayətxan Ziyadın peşəkar yazıçı-jurnalist, tədqiqatçı ömrünü üç mərhələdə təsnifatlandırmaq olar:
- 1969-2001-ci illər. Bu illərin əhatəsində öncə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indi qapalı səhmdar cəmiyyət), sonra müxtəlif respublika qəzet və jurnallarda çalışmış, yaxud çap olunmuşdur;
- 2001-ci ildən yaradıcılığına kitab nəşri də daxil olmuşdur. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür” kitabı ilə açılan bu səhifə bu gün də uğurla davam etdirilməkdədir;
- 2015-ci ildən bu ömürə elmi tədqiqatla məşğul olmaq kimi bir missiya da əlavə olunmuşdur. Yola saldığı son 6 ildə 60-dan artıq beynəlxalq və respublika elmi konfransına qatılmış, oxucularına 6-dan artıq monoqrafiya və dərs vəsaiti ərməğan etmişdir.
Bir cəhəti xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ədəbiyyatında və jurnalistikasında “dissident ədəbiyyatı” və “Azərbaycan səlcuqları” mövzuları ilk dəfə A.Ziyad tərəfindən tədqiqata cəlb edilmişdir. “Heydər Əliyev-azad düşüncənin və milli təfəkkürün təəssübkeşi” məqaləsində ümummilli lider Heydər Əliyevin dissident ədəbiyyatı ilə bağlı düşüncələri və mövqeyi önə çıxarılmışdır. Məqalə “Paritet” qəzetinin, “İpək yolu” elmi jurnalının və “Azərbaycan” jurnalının 2008-ci il saylarında dərc olunandan sonra ilk dəfə “Space” TV (daha sonra digər TV-lər də) bu mövzuda verilişlər səsləndirməyə başlamışlar.
Bu məqam üçün gəlin tanış olaq:

Kimdir Ayətxan Ziyad İsgəndərov?
Bu sualı ilk olaraq “Bu mənəm-Ayətxan Ziyad” kitabında yazıçı-jurnalist, tədqiqatçının özü cavablandır¬mışdır. Kitab 5 bölümdən ibarətdir: 1. “Mən kiməm?”; 2. “Ayətxan Ziyad dostların, qələm yoldaşlarının deyimlərində”; 3. a) “Kitabları haqqında yazılmışdır”, b) “Haqqında söz yazdığı kitablar”; 4. “İnsanın doğum tarixinin sirləri” və “Yaddaşları yaşadır fotolar”.
QISA ARAYIŞ
1951-ci il oktyabrın 15-də Hacıqabul şəhərində anadan olmuş, 1969-cu ildə orta təhsilini başa çatdırmışdır. ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinin 1975-ci il məzunlarındandır. Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) ştatdankənar müxbiri (1970-1976) olaraq yaradıcılıqla məşğul olmuşdur. 1975-1976-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəşriyyatında, 1976-1994-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri vəzifələrində çalışmışdır. 1994-cü ilin yayından sonrakı zaman kəsiyində “Ədalət” qəzetində, “Azər¬bay¬can məktəbi” jurnalında, “Respub¬li¬ka”, “Naxçıvan” və “Yeni Naxçıvan”, “Həftə içi”, “Hakimiyyət və Xalq” qəze¬tlərində, 15.09.2004 - 03.04.2006-cı illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda elmi işçi və paralel olaraq institutun nəşri olan “Dir¬çəliş-XXI əsr” elmi jurnalında (analitik-İnformasiya Mərkə¬zi¬¬nin rəhbəri) çalışmışdır.
A.Ziyad İsgəndərovun 2007-ci ildən sonrakı fəaliyyəti ADPU ilə bağlı olmuşdur. Yanvar 2007 - fevral 2015-ci illərdə “Gənc müəllim” qəzetinin redaktoru olmuşdur. 2015-ci ilin martından ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidir.

AzTV-də işlədiyi 25 il müddətində Azərbaycan LKGİ MK (VLKSM MK) Komsomol Projek¬toru Qərargahının üzvü, AzTV Azad Həmkarlar Komitəsinin üzvü, AzTV Bağçılıq-bostançılıq təsərrüfatının sədri, AzTV DOSAAF-n sədri, AzTV Xalq Drujinası Qərargahının sədri və s. ictimai işlərdə çalışmışdır;
- 1979-cu ildə Gənc Jurna¬list¬lə¬rin II Ümumit¬ti¬faq Qurul¬tayının nü¬ma-yəndəsi olmuşdur (Moskva şə¬hə¬rində keçirilmişdir), Ümumittifaq Teleradio Veriliş¬ləri Komitəsində (Moskva) yaradıcılıq təcrübəsi keç¬mış, kosmonavtların Bayka¬nur Kosmodromunda (Moskva) olmuşdur;
- Qarabağ Müharibəsinin ilk günlərindən ATƏŞKƏSƏ qədər – 6 il sərasər hər ay 7-10 gün cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixləşdirən efir materialları ilə çıxış etmişdir.
- AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarıdır.
- 2000-ci il parlament seçkilərində deputat¬lı¬ğa namizəd olmuşdur.
- “XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır.
- Haqqında vikipediya yaradılmışdır.
1980-ci ildən SSRİ Jurnalistlər İtti¬faqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbay¬can Yazıçılar Birliyinin üzvüdür.
İki əsrin mükafatları:

- 1980-ci ildə Azərbaycan LKGİ MK-nın Fəxri Fər¬manını almışdır;
- Azərbaycanlı əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsa¬nə¬yə dönən ömür” adlı radio verilişi pul mükafatı və əmək kitab¬çasına yazılmaqla dəyərləndirilmiş, radio verilişinin məqalə variantı “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh: 60-67).
- Hərbi-vətənpərvərlik mövzusun¬da yazan jur¬nalistlərin yaradıcılıq müsabi¬qəsində “Ədalət” qəze¬tinin xüsusi mükafatını almışdır;
- 2012-ci ildə «Əsrin ziyalı¬ları» Xey¬riyyə İcti¬mai Birliyinin «İlin alimi - İlin ziyalı¬sı» diplomuna,
- 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomuna,
- 2021-ci ildə “Ziyadar” Mükafatına la¬yiq görülmüşdür.
Nəşr olunmuş 16 kitabdan 6-sı monoqrafiya, 1-i dərs vəsaitidir. Daha 2 monoqrafiya nəşr üçün hazırdır.
ETM-də uşlədiyi 6 il ərzində 60-dan artıq bey¬nə¬lxalq və respublika elmi konfransında, həmçinin 4 seminarda məruzə ilə çıxış etmiş, müvafiq sertifikatlara layiq görülmüşdür, elmi məqalələri konfrans materiallarında dərc edilmişdir. Seminarlardan biri AMEA-nın Dilşilik İnstitutunda olmuşdur.
İşıq üzü görmüş kitabları:
1. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür”. Ba¬kı-2001, 400 səh.
2. “Mən¬dən sonra...”. Şeir, hekayə, publisistika.
Bakı-“ULU”-2010, 616 səh.
3. “Qazyanlı Mir¬həbi ağa. ADPU-2010, 132 səh. (araşdirma xarakterlidir).
4. “Qaz¬yan¬lı Mirhəbi ağa” (təkrar nəşr). Bakı-“ULU”-2010, 149 səh. (araşdirma xarakterlidir)
5. “Hər hökmü za¬man verir”. Kiçik povestlər. Bakı-2010, 100 səh.
6. “Şamaxının Kürdə¬mic kəndi. Tarix, publi¬¬si¬s¬tika, rəvayət”.
Bakı-2014, 70x100 1/16, 536 səh. Monoqrafiya.
7. “ADPU-da qalan izim”. Bakı-2014, 400 səh.
8. “Heydər Əliyev - xalqının, dövlətinin qürur ünvanı”. Bakı-2018. 168 səh. Monoqrafiya.
9. “Dədə Qorqud” ün¬va¬¬nında sözüm” (el¬mi məqalələr. Mart 2015-2017-ci il).
Bakı-“ULU”-2018. 268 səh. Monoqrafiya.
10. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin... –
dövlətinin hamisi”. Bakı-2018. 104 səh. Dərs vəsaiti.
11. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin... –
dövlətinin hamisi”. Dərs vəsaiti. “LAMBERT Akademic Publishing” nəşriyyatı – 2018, 92
səh.; İSBN-13: 978-613-9-88091-1 və İSBN-10: 613-98800912.
12. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi. (heka¬yə,
povest, kino-ssenari, şeir)”. İKSAD yayın evi - 2019, 463 səh.
13. Zaur Ustacın uşaq dünyası. Bakı-2021, 58 səh. Elmi məqalələr.
14. Azərbaycan mətbuatı tarixi. Z.Xəlil, P.Soltanqızı,A.Z.İsgəndərov.
Bakı-“Elm və təhsil”- 2021, 132 səh. Monoqrafiya.
15. Bu mənəm – Ayətxan Ziyad. Bakı-2021. 400 səh.
16. Zahid Xəlilin poetik obrazları ədəbi tənqid müstəvisində. 200 səh. Monoqrafiya.
17. Elmi mübahisələr: mülahizələr, qənaətlər.
Nəşrə hazır daha 9 kitabı vəsait çatışmazlığına görə uzun illərdir işıq üzünə həsrət qalıb.
Ayətxan Ziyad İsgəndərov bu gün də sutkanın 16-18 saatını yorulub-usanmaq bilməyən enerji ilə qələmə sarılıdır. Bu, şablon, söz xatirinə deyilən söz deyil, söylənilənləri fakt olaraq Ayətxan Ziyadı tanıyıb-bilənlərin hamısı görür, bilir.
Bütün bu əzmkarlıq, qələmə fəda edilmiş 53 il qarşılığında imkanlarımız daxilində Ayətxan müəllimin fədakarlığını qiymətləndirməyə çalışmışıq. Beləki, tərəfimizdən elmi araşdırmaçılıq fəaliyyətinə görə “Vintsas”, 53 illik ədəbi-bədii yaradıcılığı nəzərə alınmaqla “Bayram Bayramov” Mükafatlarına layiq görülmüşdür. Yuxarıda yazımın “Qısa arayış” bölümündə qeyd olunduğu kimi Ayətxan müəllimin doğum günü 15 oktyabrda olacaq qarşıda qosqoca iki ay var bu münasibətlə imkanlı şəxsləri nəşrə hazır kitablarının çapına dəstək olmağa, əlaqədar təşkilat və qrumları isə onun qələmə, yazıya xərclədiyi günlərin xoş xatirəsi ola biləcək əlamətdar işlər görməyə çağırıram. Söna qədər həmsöhbət olduğunuza görə təşəkkür edir və söhbətimi artıq çoxdan Haqqın dərgahına varmış digər dəyərli ziyalımız Cabir Novruzun ibrətamiz misraları ilə bitirmək istəyirəm:
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...

30.07.2022. Bakı.
Zaur USTAC
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist
.

4-08-2022, 18:53
Ən qəzəbli ölkələr - Ermənistan dünyada üçüncüdür


Ən qəzəbli ölkələr - Ermənistan dünyada üçüncüdür

“Gallup International” təşkilatının 100 ölkədə apardığı sorğular əsasında dünyada əhalinin ən çox qəzəbli olduğu ölkələrin siyahısı hazırlanıb. Butov.az xəbər verir ki, hesabatda 2020-ci il avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra dərin böhran yaşayan Livan dünyanın ən əsəbi və qəzəbli ölkəsi olub. Belə ki, bu ölkədə respondentlərin 49 faizi hakimiyyətə qarşı qəzəblərini ifadə ediblər. Ermənistan ən qəzəbli ölkələr sırasında üçüncü yerdədir. Burada respondentlərin 46 faizi İkinci Qarabağ müharibəsində məğlubiyyət və ağır sosial-iqtisadi böhranla bağlı hakimiyyətə qarşı qəzəblidir. Siyahıda əhalinin ən qəzəbli olduğu ölkələr sırasında İordaniya, İraq, Əfqanıstan, Mali və Sierra-Leone də yer alıb.
4-08-2022, 18:50
Ərdoğan Ali Hərbi Şuranın iclasını çağırdı


Ərdoğan Ali Hərbi Şuranın iclasını çağırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Ali Hərbi Şurası toplanıb. Butov.az xəbər verir ki, toplantıya Şura üzvlərindən vitse-prezident Fuad Oktay, milli müdafiə naziri Hulusi Akar, ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, xəzinə və maliyyə naziri Nurəddin Nebati, milli təhsil naziri Mahmut Özer, Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz qatılıblar. Toplantıdan əvvəl Prezident Ərdoğanın başçılıq etdiyi Ali Hərbi Şura heyətinin üzvləri Anıtkabiri ziyarət edib. Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat davam edib.
4-08-2022, 18:46
“Qarabağdakı hadisələr Zəngəzur tərəfə keçəcək” – Sabiq nazir


“Qarabağdakı hadisələr Zəngəzur tərəfə keçəcək” – Sabiq nazir

“Ermənistanın əvvəlki mövqeyində qalmaq istədiyi hamıya bəlli idi. Yəni Ermənistan köhnə siyasətini yeni şəraitdə davam etdirmək niyyətindədir. Bu işğalçılıq siyasətidir. İndi bunu yeni formada həyata keçirirlər”. Bunu açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Son günlər Azərbaycan və Ermənistan arasında yaranmış gərginliyə münasibət bildirən eks-nazir hesab edir ki, bundan öncə Moskvada və Brüsseldə keçirilən görüşlər nəticəsiz yekunlaşıb: “Təbii ki, Azərbaycan vasitəçi olan dövlətdən istəyirdi ki, 2020-ci ilin 10 noyabr bəyannaməsində nəzərdə tutulan müddəalar həyata keçirilsin. Biz görürük ki, bunun nəticəsində təxribatlar silsiləsi baş verir. Azərbaycan indi “Qisas” əməliyyatı ilə göstərdi ki, istənilən vaxt, istənilən yerdə düşmənə zərbə endirə bilər”. Sabiq XİN başçısının sözlərinə görə, “Qisas” əməliyyatı Qarabağla bağlı əsas mövzuları yenidən gündəmə gətirib: “Birinci tələb Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və tez bir zamanda çıxarılmasıdır. İkinci tələb regionda təhlükəsizliyi təmin edən rus sülhməramlıları ilə bağlıdır. Hazırda onların nəzarəti altında olan ərazilərdə konstitusiyamıza zidd olan hərbi birləşmələr fəaliyyət göstərir. İndi bilinmir onlar ruslara yardımçıdırlar, yoxsa nədirlər? Başa düşmək olmur. Sülhməramlıların vəzifəsi 5 il ərzində sülhü təmin etməkdir. Bunu təmin etməlidirlər. Onlara imkan verməli deyillər ki, bizə qarşı təxribat törətsinlər. Burada 3-cü məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Bütün bunların hamısı həll olunmalıdır. Azərbaycan zərbələri ilə həm ermənilərə, həm də bu məsələdə 3-cü tərəf kimi çıxış edən oyunçulara öz siyasi iradəsini göstərib”. “Onu da qeyd etmək lazımdır ki, hadisələr Ermənistandakı gərgin qarşıdurmaların fonunda baş vermişdi. Yəni söhbət Rusiya-Qərb qarşıdurmasından gedir. Biz görürük ki, Ermənistanı ardıcıl şəkildə yüksək səviyyəli Rusiya və Qərb siyasətçiləri ziyarət edir. Həm Ermənistan siyasi elitası, həm də ictimaiyyəti Qərbyönümlü siyasəti seçmək istəyir. Məqsədləri Rusiyadan uzaqlaşmaqdır. Rusiya da bunu görür. Zəifləyən imkanları göstərir ki, Rusiya gec, ya tez uduzacaq”,- deyə keçmiş nazir vurğulayıb. T.Zülfüqarov Zəngəzur dəhlizi layihəsinin aqibətinə də toxunaraq, proqnozlarını dilə gətirib: “Astana üçlüyünün Tehranda görüşündən sonra bəlli olub ki, Rusiyanın strateji maraqları sanksiyalar dövründə cənub istiqamətində iqtisadi fəallığı artırmaqdan ibarətdir. Bunu təmin etmək üçün həm Türkiyə, həm İran, həm də o istiqamətdə olan Fars körfəzi dövlətləri, Pakistan və Hindistanla dəmiryolu bağlantısı lazımdır. Bunu nəzərə alanda gündəmə Zəngəzur dəhlizi gəlir. Çünki məhz bu bölgədə həm İran, həm Ermənistan, həm də Türkiyə ilə dəmiryolları bağlantısı mövcuddur. Söhbət ondan gedir ki, Rusiya əgər Ermənistanı Qərbə buraxsa, bunu Zəngəzurla edəcək, yoxsa yox? Çox maraqlı məsələdir. Hesab edirəm ki, gələcək dövrdə artıq Qarabağdakı əsas siyasi hadisələr Zəngəzur tərəfə keçəcək. Əslinə qalsa, Rusiyaya Zəngəzur dəhlizi sərf edir. Bu dəhliz nəinki Rusiyaya, həm də Azərbaycan, Türkiyə və İrana sərf edir. Ancaq Ermənistan Qərbə yönəlsə, Zəngəzur dəhlizi Qərbə lazım deyil. Qərbin Rusiya ilə qarşıdurması bu cür əlaqələrə təbii ki, mənfi təsir göstərəcək. Hər halda zaman proseslərin necə olacağını göstərəcək”.
4-08-2022, 18:40
Blinken Bakı və İrəvana təklif göndərdi


Blinken Bakı və İrəvana təklif göndərdi

Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Butov.az bildirir ki, ABŞ Dövlət Departamenti telefon danışığı barədə məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı Ukrayna və ikitərəfli əlaqələrlə yanaşı, Qarabağdakı vəziyyət də müzakirə olunub. Blinken Azərbaycan və Ermənistan arasında dialoqa və uzunmüddətli razılığın əldə olunmasına kömək etmək üçün səy göstərməyə hazır olduğunu qeyd edib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!