24-07-2022, 17:39
Azərbaycan beynəlxalq festivalda təmsil olunduTürkiyənin Malatya vilayətində keçirilən 25-ci Beynəlxalq Ərik Festivalında Azərbaycan da təmsil olunub. Tədbirdə Azərbaycan tərəfdən Türkiyədə fəaliyyət göstərən həmvətənimiz jurnalist Səidə Ömər çıxış edib. Bununla bağlı müsahibə verən Səidə Ömər festivala Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən dəvət olunduğunu qeyd edib. Uzun illərdir qardaş ölkədə Vətənimizi təmsil etdiyi üçün qürur hissi keçirdiyini deyən həmvətənimiz bildirib. “Festival çox möhtəşəm təşkil edilmişdi. Tədbirin ilk günü TÜRKSOY-un Baş katibi Sultan Rayevin rəhbərliyi ilə Malatya valisi Hulusi Şahinlə görüşdük. Görüşdə Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələr də iştirak edirdilər. Çox gözəl qarşılandıq və Hulusi Şahinə Bakını əks etdirən suvenir hədiyyə etdim. O, bu hədiyyəni çox böyük məmnuniyyətlə qəbul etdi. Görüş zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə yazdığı qəhrəmanlıq dastanı haqqında söhbət etdik. Bu Zəfərin bütün türk dünyasının Qələbəsi olduğu bir daha vurğulandı”. Festivalda həmyerlimizin “Sarı gəlin” rəqs kompozisiyası ilə çıxışı böyük rəğbətlə qarşılanıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Malatya Valiliyi və Böyükşəhər Bələdiyyəsi tərəfindən birgə təşkil olunan festival beş gün davam edib.
24-07-2022, 17:35
Arvadının evini yandırdı, azyaşlı qızını bıçaqladıButov.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gecə Bərdə rayonunun Əliyanlı kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırıb. Məlumata görə, Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşıdır. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verib. Bu səbəbdən Cəmilə Məmmədova boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib. Ötən gün saat 23 radələrində evə gələn Ş.Abdullayev həyat yoldaşına fiziki zor tətbiq edərək onu döyüb. Əri tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən qadın qonşuları köməyə çağırıb. Ş.Abdullayev Cəmilənin birinci həyat yoldaşından olan qızı 9 yaşlı Fatimə İsmayıl qızı Orucovanın sağ qoluna bıçaq xəsarəti endirib. Qonşuların köməyə gəldiyini görən Ş.Abdullayev hadisə yerindən qaçıb. Hadisə ilə bağlı hüquqi təhqiqat aparılması üçün hüquq mühafizə orqanlarına məlumat verilib.
24-07-2022, 17:29
Qonşu ölkə silkələndiİyulun 24-də Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsində yenidən zəlzələ baş verib.
Butov.az xəbər verir ki, yeraltı təkanlar Dmanisi rayonunun cənub-qərbində yerləşən Sameba kəndi yaxınlığında qeydə alınıb. Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələ Tbilisi vaxtı ilə saat 05:49-da 3,8 bal gücündə olub. Dmanisi bələdiyyəsində son bir neçə aydır ki, müntəzəm olaraq zəlzələ qeydə alınır.
24-07-2022, 17:23
Sabah da yağış yağacaq Sabahın hava proqnozu açıqlanıb.
Butov.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 14-18° isti olacaq.
24-07-2022, 08:25
Çin Ərdoğanın təşəbbüsünü “çox mənalı addım” adlandırdıRəsmi Pekin Ukrayna taxılının beynəlxalq bazarlara çıxarılmasına dair imzalanan sazişi alqışlayır.
Çinin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Can Cün tviter hesabında “Sazişin imalanmasına alqış! Çox mənalı addım!” sözləri ilə reaksiya verib. O, maraqlı tərəflərin dialoqun dinamikasını saxlayacağına və sülhün tezliklə bərpa olunmasına şərait yaradacaqlarına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, iyulun 21-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın daşınması ilə bağlı saziş imzalanıb. İmzalanma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Rusiya tərəfindən müdafiə naziri Sergey Şoyqu, Ukrayna tərəfdən isə infrastruktur naziri Aleksandr Kubrakovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər. Rusiya və Ukrayna ayrı-ayrılıqda Türkiyə və BMT ilə sənəd imzalayıblar. Saziş Ukraynanın Qara dəniz sahillərindəki Odessa, Çernomorsk və Yujnıy limanlarından taxılın beynəlxalq bazarlara çıxarılmasına imkan verəcək.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, Ukrayna dünyada ən çox taxıl ixrac edən ölkələrdən biridir. İldə dünya bazarına təxminən 45 milyon ton taxıl çıxaran Ukraynanın taxıl ixracında cari ilin fevralında başlayan müharibə ilə əlaqədar çətinlik yaranmışdı. BMT bu səbəbdən dünyada təxminən 800 milyon insanın aclıqla üzləşəmənin astanasında olduğunu açıqlayıb.
23-07-2022, 23:38
Məşhur amerikalıdan Dikə dəstək: Hər kəs "Təbriz"i oxuyurGör nə edibsən, Corc Dik! Hər kəs Təbriz haqqında oxuyur.
Bunu məşhur amerikalı analitik, Corc Buş hakimiyyəti dövrünün yüksəkvəzifəli məmuru Maykl Doran Tvitter hesabında yazıb.
Maykl Doran bununla İran səfiri Abbas Musəvi tərəfindən ölümlə təhdid olunan İsrailin Azərbaycandakı səfiri Corc Dikə dəstəyini bildirib.
Xatırladaq ki, iyulun 20-də İsrail səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşım edib. C.Dikin Təbrizin mədəniyyəti haqqında kitab oxuduğu yerdə foto paylaşmasından narahat olan İranın Azərbaycandakı səfiri Abbas Musəvi həmkarını ölümlə təhdid edib.
23-07-2022, 23:29
"Nur ocağı" Ramilə Əliyevanın şeirlərini təqdim edir:Yaşayırİnsanoğlu bu dünyaya gələndən,
Bir qəribə güman ömrü yaşayır.
Yüksəkləri fəth eləmək istəyir,
Zirvələrdə duman ömrü yaşayır.
*
Bitmir sözü, tükənməyir arzusu,
Çiçək açır xoş niyyəti, duyğusu.
Məyus olur, bəzən sözün doğrusu,
Parçalanmış talan ömrü yaşayır.
*
Cəhd eyləyər, yuva qurar həvəslə,
Çalış, vuruş bu yuvanı sən bəslə.
Anlamayan, dinləməyən bir kəslə,
Bəzən küskün, yalan ömrü yaşayır.
*
Xatirələr dilləndirər ruhunu,
Təhlil edər yanlış ilə doğrunu.
Sarsılanda bu illərin yorğunu,
Əzrayıldan aman ömrü yaşayır.
*
Arzu sonsuz, ömür qısa, yol yarı,
İnsan qəlbi hey vəsf edər baharı,
Qarlı qışa düşəndə arzuları,
Şaxta çovğun, boran ömrü yaşayır.
*
Sual edər əvvəlini, sonunu,
Hey axtarar taleyinin yönünü.
Tapmayanda, itirəndə yolunu,
Bəlkələrdə qalan ömrü yaşayır...BilinməzQəribə dünyanın sakinləriyik,
Gecəsi bilinməz, günü bilinməz.
Düyğular qarışıq, hislər rəngbərəng,
Arzunun, istəyin yönü bilinməz.
*
İsıqlı sabahdan güc alan kəsin,
Yıxılan dikələn, ucalan kəsin,
Hər gün qətrə-qətrə qocalan kəsin,
Ömrünün əvvəli, sonu bilinməz.
*
Var-dövlət sahibi olanlar getdi,
Arzusu gözündə qalanlar getdi,
Bağçası baharda solanlar getdi,
O gedən köçlərin önü bilinməz.
*
Dünyanın min cürə gərdişi varmış,
Hər qəlbin duyğusu,vərdişi varmış,
Xeyirxah əməldə mərd işi varmış,
Sədası duyular, ünü bilinməz.DüzəlmirBir bahar ömrünü yaşayır insan,
Taleyin boranı-qarı düzəlmir.
Qəlbində min arzu daşıyır insan,
Yarı düzəlsə də, yarı düzəlmir.
**
Dil açır qəlblərdə duyğu çələngi,
Dəyişir gözlərdə dünyanın rəngi,
Param-parça olmuş könlün ahəngi,
Yüz dəfə cilala, sarı düzəlmir.
**
Sevinc də, kədər də ömür payıdır,
Yorğun fikirlərim məni uyudur,
Ömrümüz bir karvan, sarvan yoludur,
Bağçamız xəzandır, barı düzəlmir.
**
Ey dünya, gəl durma mənim qəsdimə!
Ağrını-acını tökmə üstümə.
Mən qərib mehmanam, sənin qəsrinə,
Gəlmişəm sevincdən sarı,... düzəlmir.
**
Çalsın könüllərin xoş təranəsi,
Bürüsün ətrafı sevgi nəşəsi,
Qəlbində xoş niyyət daşıyan kəsin,
Deməsinlər heç vaxt halı düzəlmir.
Ucal AzərbaycanımAna yurdum, çiçəklənən diyarım,
Sənə bağlı duyğum, xoş arzularım,
Qoy var olsun elim, obam, mahalım,
Sabahından güc al, Azərbaycanım!
Ucaldıqca, ucal, Azərbaycanım!
Sən qəlbimin alovusan, odusan,
Sən eşqimin əzəl-axır adısan,
Sən dilimin bal damlayan dadısan,
Keçmişinlə qocal, Azərbaycanım!
Bu gününlə ucal, Azərbaycanım!
Dağlarının zirvəsində qar gözəl,
Yamaclarda gül toplayan yar gözəl,
Bağ-bağçanda heyva gözəl, nar gözəl,
Gözəllikdən bac al, Azərbaycanım!
Yüksəklərə ucal Azərbaycanım!
Çox yanlışlar durdu sənin qəsdinə,
Doğruları itirməyin qəsdi nə?
Mən qurbanam duruşuna, şəstinə,
Düşmənindən öc al, Azərbaycanım!
Sən tarix yaz, ucal Azərbaycanım!
Ey Vətənim, ey Yenilməz millətim,
Var-dövlətim, şan-şöhrətim, sərvətim,
Sənə bağlı saf duyğum, xoş niyyətim,
Zirvələrdə tac ol, Azərbaycanım!
Güdrətli ol, güc ol, Azərbaycanım!Qocalıram mənQəribə istəkdir, qəribə duyğu,
Hər an varlığından güc alıram mən.
Qara saçlarına bəyazlar düşür,
Sən yaşa dolursan, qocalıram mən.
*
Güllərin ətrini verir nəfəsin,
Sənlə gözəlləşir, duyğum, həvəsim.
Ay məni, hər kəsdən qoruyan kəsim,
Sən varsan göylərə ucalıram mən.
*
Bir ömür həsr etdin mənə dünyada,
Bilmirəm neyləyim sənə dünyada,
Könlüm qərib sahil, kimsəsiz ada,
Bu qəmli taledən öc alıram mən.
*
Baxışın ruhuma qol-qanad verir,
Sən varsan həyat da mənə dad verir,
Hər kəs bu dünyaya bir cür ad verir,
Dünyanın yükündən bac alıram mən.
*
Yaşa ey ömrümün yorğun mələyi,
Qayğın, məhəbbətin ruhum gərəyi,
Dərdlərə dərmandı ana ürəyi,
Məlhəmsən sağalıb güc alıram mən!
Sən yaşa dolursan, qocalıram mən.
AnaSən mənim ömrümün yorğun mələyi,
Sən mənim damarda qanımsan, ana.
Sənin yoxluğuna dözməz ürəyim,
Saçımda bəyazım, ağımsan, ana.
İsti nəfəsinlə dünyam isindi,
Sevginlə, qayğınla qəlbim sevind,i
Sənsiz bir dünyada olmaq çətindi,
Həyata bağlanan bağımsan, ana.
Birgə addımladıq bu yollarda biz,
Yoruldu fikrimiz, əməllərimiz.
Axı neyləyərəm dünyada sənsiz?
Həm sevinc, həm kədər çağımsan, ana.
Payızda yuvadan köç edər quşlar,
Bir ömür sonlanar, bir ömür başlar,
Yarpaqlar tökülər, yağar yağışlar,
Artıq xəzan görmüş bağımsan, ana
21.10.2021.ANA ÜRƏYİSevgidən yaranıb sevinc payımdır,
Şeirimdi,nəğməmdi, duyğularımdı,
Gündüzlər günəşim, gecə ayımdı,
Sirli Kəhkəşandır, ana ürəyi.
Qayğısı tükənməz, istəyi sönməz,
Bağçası ətirli, gülləri solmaz.
Çalışar, vuruşar, yoruldum deməz,
Bir sirli məkandır, ana ürəyi.
Sarsılsan, yorulsan, yanlışa uysan,
Bir anda hər şeyin fərqinə varsan,
Hüzura, sevgiyə ehtiyac duysan,
Ən doğru ünvandır, ana ürəyi.
Varlığı dünyanın özü qədərdir,
Yoxluğu hüzündür, qəmdir, kədərdir,
Sakit bir limandır, coşqun Xəzərdir,
Dalğalı ümmandır, ana ürəyi.
Laylası həzindir, duyğusu dərin,
Baxar, hey yollara qəmli gözlərin,
Nigaran baxışın, müdrik sözlərin,
Dərdlərə dərmandır, ana ürəyi.
Təbibdir, loğmandır, ana ürəyi.
Sevgisini səxavətlə paylayar,
Kədərini ürəyində saxlayar,
Gecə-gündüz ümman kimi çağlayar,
Şeirdi, dastandı, ana ürəyi.
Bütöv bir cahandı, ana ürəyi. 07.03.2022.
23-07-2022, 19:23
Şinzo Abeni güllələyən şəxs psixiatrik müayinədən keçəcək
Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qatilində şübhəli bilinən şəxs bu ilin sonuna qədər psixiatrik müayinədən keçəcək. Bu barədə Yaponiyanın "Nikkei" nəşri məlumat yayıb. Qərar Abenin güllələndiyi Nara bölgəsinin məhkəməsi tərəfindən verilib. Qeyd edək ki, 41 yaşlı Tetsuya Yamaqaminin iyulun 8-də küçədə seçki kampaniyası zamanı Yaponiyanın keçmiş baş naziri Abeni kustar üsullarla hazırlanmış silahla öldürüb.
23-07-2022, 19:20
Hərbçimiz Kəlbəcərdə İTKİN DÜŞDÜİyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb. Bu barədə Butov.az-a Müdafiə Nazirliyindən bildirilib. Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür. Hazırda faktla bağlı araşdırma aparılır.
23-07-2022, 19:17
Məşhur türk yazıçı vəfat etdiTürkiyənin məşhur yazıçısı Rasim Özdənörən 82 yaşında vəfat edib. Butov.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 1940-cı ildə Kahramanmaraş bölgəsində anadan olan yazıçı Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında dünyasını dəyişib. 30-a yaxın kitabın müəllifi olan Özdənörənin “Kirli şüşələr” adlı kitabı Azərbaycanda da nəşr olunub.