Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
24-04-2022, 19:17
Türkiyədən müjdə: Ukrayna böhranı həll edilir!

Türkiyədən müjdə: Ukrayna böhranı həll edilir!
Ukrayna və Rusiya tərəfləri birgə bəyannamə üzərində işləyirlər. Sənəd Ukraynadakı vəziyyəti həll etmək üçün hazırlanır.
Bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
"Birgə bəyannamədə əsas diqqət tərəfsizlik, təhlükəsizlik və təminatdır",- o bildirib.
O, sənədin hazırlanması ilə paralel olaraq pərdəarxası diplomatiyanın da işlədiyini diqqətə çatdırıb. Diplomat qeyd edib ki, son qərar Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putinin ixtiyarındadır.
24-04-2022, 19:10
Erməni diversiya qrupunun qarşısı alındı

Sərhəddə insident: Erməni diversiya qrupunun qarşısı alındı

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınmış və diversantlar geri çəkilməyə məcbur ediliblər.
"Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir. Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılıb. Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hal bir daha baş verərsə, tərəfimizdən daha ciddi tədbirlər görüləcəkdir", - məlumatda bildirilib.
24-04-2022, 17:36
“Sosial İslahatlara Dəstək” İctimai Birliyi layihəsini davam etdirir

“Sosial İslahatlara Dəstək” İctimai Birliyi layihəsini davam etdirir

“Sosial İslahatlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün məktəblərində təhsil alan yuxarı sinif şagirdləri arasında narkomaniyaya qarşı mübarizədə sosial layihələrin təşviqi məqsədi ilə maarifləndirici tədbirlərin və sosioloji sorğuların təşkili” layihəsi çərçivəsində fəaliyyət planına uyğun olaraq silsilə tədbirlərin
icrası davam edir.

Növbəti tədbirlərimiz 20, 21 aprel 2022-ci il tarixlərində Bakı şəhəri, Sabunçu rayonu Ramanı qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrindən olan 6,7 və 8-ci sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan QHT sədri Namiq İnşallahoğlu tədbir iştrakçıklarını salamladı və Qarabağın azadlığı uğrunda canlarından keçən şəhidlərin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Sonra layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verdi və bu mövzuda keçirilən tədbirin aktual və vacibliyindən bəhs etdi. Narkomaniya nədir? Narkomaniyadan qorunmaq üçün nə etməliyik sualları ətrafında fikirləri auditoriya ilə bölüşüldü. Daha sonra Sosial məsələlər üzrə mütəxəssis Sevinc Əliyeva " Narkomaniyaya yoluxma" və "onun zərərləri" haqda yeniyetmələrə ətraflı məlumat verdi. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığından danışan Sevinc xanım Əliyeva müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyindən bəhs etmiş, eləcə də narkomaniyanın gətirdiyi bəlalar, onun istifadəçilərinin qarşılaşdığı faciələr barədə məlumat vermişdir. Şagirdlərin narkomaniyadan uzaq durma mövqelərinin öyrənilməsi məqsədilə həmin mövzuda müzakirələr aparılmışdır. Tədbirin gedişatı zamanı şagirdlərin vermiş olduğu çoxsaylı suallar cavablandırıldı. Narkomainyanın dünyada və Azərbaycanda olan son statistik göstəriciləri şagirdlərin diqqətinə çatdırıldı. Tədbiri davam etdirən QHT sədri Namiq Qafarov yeniyetmələri sağlam həyat tərzi keçirməyə, təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağı, faydalı bilik və bacarıqlar öyrənməyi tövsiyə etdi.

Sosioloji tədbir 30 nəfər məcburi köçkün ailələrindən olan yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Layihə mövzusuna uyğun hazırlanmış olan buklet (30 ədəd) tədbir iştrakçılarına paylanılmış və bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin
vacibliyi diqqətə çatdırılmışdır.

Layihənin icra müddəti 01 fevral - 01 iyun 2022 -ci i tarixlərini əhatə edir.
24-04-2022, 08:08
"Müvəkkil Hüquq Mərkəzi layihəsinin yekun təqdimatını keçirib.

"Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsinin yekun təqdimatı keçirilib
Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Müvəkkil Hüquq Mərkəzinin "Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsinin yekun təqdimatı keçirilib.

Təqdimat mərasimində tanınmış ictimai-siyasi xadimlər, media təmsilçiləri, QHT nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov "Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsi barədə məlumat verib. Bildirib ki, layihə 1 fevral - 1 may 2022-ci ili əhatə edir.
“Layihə çərçivəsində Səs TV-də şəhid və müharibə iştirakçıları ilə bağlı 3 veriliş çəkilib. Həmin verilişlər şəhid statusunun verilməsi, şəhid adlarınının əbədiləşdirilməsi və müharibə veteranları, onların statusunun verilməsi, həmçinin imtiyazları haqqında qanun bazası, normativ hüquqi aktlar, eləcə də şəhid və veteran ailələrinin mənzillərlə təmin olunmasına həsr olunub. Bundan başqa Şabran, Siyəzən, Quba və Tərtər rayonlarında layihə çərçivəsində şəhid ailələri, müharibə veteranları və onların hüquqlarının təklifi ilə bağlı tədbirlər keçirmişik. Ümumilikdə bu görüşlərdə 100-ə yaxın şəxs iştirak edib”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Müvəkkil Hüquq Mərkəzinin ölkəmizdə mövcud olan təşkilatların böyük əksəriyyəti üçün təmənnasız xidmət göstərməsinə diqqət çəkib.

BAMF rəhbəri vətəndaş cəmiyyəti sektorunda fəaliyyət göstərən təşkilatlar üçün prioritet məsələnin vətənə və xalqa xidmət olduğunu vurğulayıb.
“Azərbaycanın gələcəyi vətəndaş cəmiyyəti sektorunun inkişafındadır. Bu, dövlət siyasətinin əsas tərkib hissəsidir. Qarabağın gülüstana çevrilməsi də bu sektorun inkişafı ilə bağlıdır".

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Müvəkkil Hüquq Mərkəzinin həyata keçirdiyi "Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsinin əhəmiyyətindən danışıb.

“1994-cü ildə şəhidlik statusu almayan bir çox şəhid və itkin düşən şəxslər vardı. Milli Məclisdə irəli sürdüyüm təklifə əsasən qanuna üç bənd əlavə olundu. Bu əlavəyə görə 6 ay müddətində haqında məlumat daxil olmayan hərbçi şəhid hesab edilir və şəhid ailələrinə aid edilən güzəştlər onun ailəsinə tətbiq olunurdu. O zaman irəli sürülən şəxsi təşəbbüs indi artıq ictimai əsasda həyata keçirilir və bu bizi çox sevindirir”.
Rauf Zeyninin sözlərinə görə hüquq sahəsində maarifləndirmə işlərinin görülməsinə ciddi ehtiyac var.

“Vətəndaşlarımız, o cümlədən şəhid ailələri, qazilər, müharibə əlilləri və veteranlarımız hüquqlarını hələ də lazımi səviyyədə bilmirlər”.
Layihənin eksperti, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, regionlara səfər çərçivəsində Müvəkkil Hüquq Mərkəzinin hüquqşünasları tərəfindən veteranlara, şəhid ailələrinə kifayət qədər hüquqi xidmətlər göstərilib.

“Müvəkkil Hüquq Mərkəzi layihənin olub-olmamasından asılı olmayaraq bu fəaliyyəti dövri olaraq həyata keçirir. Dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara uyğun onların dəstəklənməsi siyasəti hər zaman aparılır. Ölkədə uzun müddətdir ki, sosial dəstək mexanizmi işlənilir. Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə prezident seçiləndən sonra ilk fərmanı məhz şəhid ailələri ilə bağlı oldu. Dövlət tərəfindən 2018-ci və 2020-ci illəri müqayisəli götürsək şəhid ailələri və digər şəxslərin mənzil təminatı beş dəfə artıb. 2018-ci ildə 600 nəfərə yardım göstərilibsə, 2020-ci ildə 3000 nəfər bu kateqoriyadan olan insana mənzil verilib”.

Daha sonra digər çıxışlar olub.
23-04-2022, 22:55
Atatürk Mərkəzində “Zəfər duyğuları” kitabının təqdimatı olub

Atatürk Mərkəzində “Zəfər duyğuları” kitabının təqdimatı olub

Atatürk Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin həyata keçirdiyi “Zəfər duyğularının ədəbiyyatda və nəşrlərdə təzahürü” adlı layihənin yekun tədbiri və “Şuşa İli”nə həsr olunmuş “Zəfər duyğuları” adlı poeziya antologiyasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı layihəyə dəstək verən QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edərək layihənin məqsəd və məramı, görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin icrası zamanı xalqımızın taleyində, tarixində, ərazi bütövlüyümüzün bərpasında mühüm əhəmiyyətli Vətən müharibəsində qazandığımız böyük Zəfərin ölkəmizdə və türk dünyasında yaradılan müasir ədəbi-bədii əsərlərdə necə əksini tapması və milli özünüdərk prosesinə təsirləri araşdırılıb. “Toplanan materiallar və Vətən müharibəsində qazanılan qalibiyyətlər, əsgər obrazının, qəhrəmanlıqların böyük dəyəri olan müstəqilliyimizdə və vətəndaşlarımızın həmrəyliyində, gənclərin vətənpərvər ruhda formalaşmasında rolu məsələlərini əhatə edən əsərlər dəyərləndirilməyə cəlb olunub. Araşdırmalarımızın nəticəsi olaraq, Azərbaycanda, Türkiyədə, Gürcüstanda və digər regionlarda yaşayan müasir şairlərin Zəfər tariximiz, Qarabağ, əsgər obrazı mövzusunda yazdıqları əsərlərdən ibarət “Zəfər duyğuları” adlı poeziya antologiyası hazırlanıb nəşr edilib. Önəmli cəhət odur ki, kitab "Şuşa İli"nə həsr olunan ilk topludur. Layihənin icrasından qənaət budur ki, Azərbaycan xalqının müasir tarixində böyük dönüş yaradan Vətən müharibəsində qazanılan Zəfər XXI əsrin ən bariz, haqlı tarixi faktı olmaqla, bizim milli, o cümlədən mədəni düşüncəmizdə yeni, başlıca strateji paradiqmanı da müəyyənləşdirən hadisədir. Bu qürurlu tarixi olayların timsalında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü böyük siyasətin nəticəsi olaraq, qalib xalqın qalib mədəniyyəti, ədəbiyyatı, elmi yaranmalı, ədəbi-estetik cəhətdən əlaqəli şəkildə inkişaf etməlidir. Bu cür layihələri gələcəkdə də davam etdirməyi düşünürük”, - deyə layihə rəhbəri vurğulayıb.

Sonra tədbir işçi qrupun üzvü, şair-publisist, İlham Qəhrəmanın moderatorluğu ilə davam edib. Qeyd olunub ki, layihə daha çox ictimai, yaradıcı fəaliyyətlə məşğul olan insanları, tələbə və gəncləri, vətəndşlarımızın yeni nəslinə ünvanlanıb. Antologiyanın nəşrindən aydın olur ki, yeniləşən münasibətlər timsalında Azərbaycanın öz doğma Qarabağı erməni işğalından azad etməsi uğrunda haqlı mübarizəsinin əhəmiyyətliliyi müxtəlif məzmunlu əsərlərdə vətəndaş qüruruyla yüksək səviyyədə əks olunub. Bu kitabla Vətən müharibəsi, Zəfər tariximiz barədə əsərlərin vətəndaşlarımızın həyatındakı rolu barədə uyğun profilli insanlar və elmi, ictimai qurumlar əyani surətdə tanış ola biləcəklər.
Tədbirdə çıxış edənlər antologiyanın Zəfər tariximizə, Şuşa ilinə ədəbiyyatımızın mühüm töhfəsi, elmi araşdırmalar üçün qiymətli mənbə olduğu vurğulanıb. Bu cür təşəbbüslərin artırılmasına və dəstək verilməsinə ehtiyac duyulduğu vacib sayılıb.
Sonda kitabda əsərləri yer alan müəlliflər diplomlar və plaketlərlə təltif olunub, hədiyyələr verilib.
Qeyd edək ki, “Zəfər duyğuları” antologiyasında ümumilikdə Azərbaycandan, Türkiyədən, Gürcüstandan və digər bölgələrdən 46 tanınmış müəllifin əsərləri çap edilib. Nəfis şəkildə, 300 tirajla çap olunmuş 220 səhifəlik nəşrin məsləhətçisi akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, “Ön söz”ün müəllifi AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktorları, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı və filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayevadır.
Kitabın müəlliflərə, elmi dairələrə, kitabxanalara, ziyalılara və gənclərin daha çox təmsil olunduğu auditoriyalara, QHT-lərin nümayəndələrinə paylanılması nəzərdə tutulub.
23-04-2022, 21:52
“Ailələrə Sosial Dəstək” ictimai birliyi Quba rayonunda tədbirlər keçirib.

“Ailələrə Sosial Dəstək” ictimai birliyi Quba rayonunda tədbirlər keçirib.
Azərbaycan ailəsində vəhdət hissinin yaradılması və yaşadılması, valideyn-uşaq münasibətlərinin düzgün qurulması çox vacibdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ailələrə Sosial Dəstək” ictimai birliyi “Ailə institutunun inkişafında adət-ənənələrin rolu” layihəsi çərçivəsində Quba rayonunda tədbirlər keçirib.

Maarifləndirici tədbirlərdə layihə rəhbəri Esmira Rəhimova yeniyetmələrə ailə dəyərləri sisteminin formalaşdırılması, nümunəvi ailələrin təbliğ edilməsi, ailədə övladlar arasında ayrıseçkiliyin mənfi təsirləri və erkən nikahın fəsadları barədə məlumatlar verdi. Bildirdi ki, layihə çərçivəsində aparılan maarifləndirmə işi ailə institutunun inkişafında öz sözünü deyəcəkdir. Qədim tarixə malik Quba rayonunda müxtəlif xalqların nümayəndələri (tatlar, yəhudilər, ləzgilər, ruslar, tatarlar və digərləri) yaşayır. Onların yeniyetmə övladları da layihə vasitəsi ilə Azərbaycanın ailə dəyərləri, adət-ənənələri barədə maarifləndilər.
Layihənin eksperti yeniyetmələrə qurduqları ailədə sağlam mühitin formalaşması üçün milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxmağı tövsiyə edib.
[center]

Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləri, adətləridir. Adətlərimiz və dəyərlərimiz xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik və bu dəyərlərin, adət-ənənələrin gənc nəsillərə ötürülməsi qarşımızda duran əsas şərtlərdəndir. Milli dəyərlərimizin, ailə adətlərimizin qorunub saxlanılması sayəsində Azərbaycan ailəsi həmişə uzunömürlüyü ilə seçilib. Azərbaycanda kifayət qədər nümunəvi, uzun ömürlü, cəmiyyət üçün layiqli övladlar böyüdən ailələr var.
Bu gün qloballaşma və modernləşmə şəraitində ailələr texnoloji və iqtisadi inkişafın gətirdiyi müxtəlif problemlərlə qarşılaşır. Mənəvi dəyərlərin zəifləməsinə səbəb olan bu problemlər ailənin sosial statusuna təsir göstərir. Artıq ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, cəmiyyətin saflığının və əxlaqi dəyərlərinin qorunması, gələcək nəslə ötürülməsi aktual problemə cevrilir. Hazırda dövlət ailə siyasəti Azərbaycan Hökumətinin diqqətində olan mühüm məsələlərdəndir. Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazaya malikdir. Lakin, təəssüf ki, bu gün erkən nikah və təhsildən yayınma halları, tək valideynli, tək uşaqlı ailələrin sayı artıb. Azərbaycan ailəsində vəhdət hissinin yaradılması və yaşadılması, valideyn-uşaq münasibətlərinin düzgün qurulması çox vacibdir. Bu sahədə maarifləndirmə və düzgün təbliğat işi çox böyük rol oynayır.

Buna görə də layihənin icrası vasitəsi ilə ailə institutunun inkişafı istiqamətində düzgün təbliğat işi aparmaq niyyətindəyik və layihənin davamlı olması günün vacib şərtidir.

Esmira Rəhimova.





23-04-2022, 20:15

Türk ordusu erməni terrorçuları məhv etdi
Türk ordusu erməni terrorçuları məhv etdi
"Pəncə-Qıfıl" əməliyyatında məhv edilən 42 terrorçunun 8-i erməni, 5-i fransız, 7-si amerikalı, 3-ü ingilis, 2-si almandır.
Bu məlumatı türk ekspert Abdullah Çiftçi özünün Tvitter səhifəsində paylaşıb.
23-04-2022, 07:38
Sənəti O sənətə məftunlar yaşadır

Sənəti O sənətə məftunlar yaşadır
Aşıq sənəti milyonların ehtiramına layiqdir. El məclislərinin bəzəyi olan aşıqlarımız həm də milli mədəniyyətimizin və incəsənətimizin daşıyıcılarıdır. Hər kəs kimi mənim də Aşıq sənətinə böyük məhəbbətim var. Saz ifalarına, melodiyalı aşıq mahnılarına qulaq asanda könlüm durulur...
Bugünlərdə yolum Azərbaycan Aşıqlar Birliyinə düşmüşdü. Orada ilk olaraq qarşıma aşıq Şahniyar Mikayıloğlu çıxdı. Onunla görüşüb hal-əhval tutandan sonra dostum, Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu ilə görüşüb söhbət etdik. Sonra Musa müəllimlə birlikdə Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, şöhrət ordenli, professor Məhərrəm Qasımlı ilə görüşdüm, özümün "Sazın, sözün sehrində" kitabımı Məhərrəm müəllimə hədiyyə etdim. Məhərrəm müəllim kitabı vərəqlədi, bir neçə səhifəyə baxandan sonra dedi:
“Mən sənin yaradıcılığını sosial şəbəkələrdə, qəzet və jurnallarda izləyirəm. Görürəm, aşıq yaradıcılığına dərindən bələdsən. Aşıq Əkbər Cəfərov, aşıq Mikayıl Azaflı, aşıq İsfəndiyar Rüstəmov, aşıq Şəmşir Qurbanov, Molla Cümə, aşıq Ələsgər və başqa ustad aşıqlarımız haqqında silsilə yazıların gedir. Sizə bu yolda uğurlar arzulayıram. – Sonra o, Aşıq sənətinin keçdiyi yollar, aşıqlarımızın bizə miras qoyduqları havalar haqqında maraqlı sözlər dedi. Aramızda səmimi bir dialoq yarandı. Əvvəlcə mən Məhərrəm müəllimin aşıq sənətinə vurğunluğu barədə bir-iki kəlmə dedim. Bildirdim ki, rəhmətlik Hüseyn Arifdən sonra Azərbaycan Aşıq sənətində boşluq yaranmışdı. Ancaq Xalq şairi Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri seçiləndən sonra bu boşluq dolduruldu. Azərbaycan aşıqları yeni yaradıcılıq dövrünə qədəm qoydu. Çox şükürlər olsun ki, Zəlimxan Yaqub ənənəsini bu gün sizin kimi asiqşünas bir alim davam etdirir və yaşadır.
Məhərrəm müəllim fikirlərimi təsdiqlədi və Aşıq sənətinin hazırda daha yüksək zirvələr fəth etdiyini vurğuladı. Onu da əlavə etdi ki, aşıq yaradıcılığının ana xəttinin əsas qollarından biri də dastançılıqdır. Ancaq dastan söyləyən aşıqlarımız son vaxtlar barmaq sayı qədər qalmışdır. Deyərdim ki, gənç aşıqlar dastan söyləməkdən qaçırdılar. Allaha çox şükür olsun ki, bugünlərdə aşıq Vəli Şınıxlı, aşıq Elməddin Məmmədli, asiq Şəhriyar Qaraxanlı, aşıq Əli Zeynalabdin, Əli Tapdıqoğlu, aşıq Babək Şakirli, aşıq Nəbi, aşıq Nazim cütlüyü və neçə-neçə aşıq televiziya kanallarında dastan söyləyir, bu ənənəni davam etdirirlər.
Dastanların iki növü var: məhəbbət və qəhrəmanlıq dastanları. Bu dastanları yüz illərdir ustad aşıqlarımız bu günümüzə qədər gətirib çatdırmışlar. Bu da gənç aşıqlar üçün çox gözəl təbliğatdır.
Məhərrəm müəllim son illər görülən işlərdən, Tovuz rayonunda Aşıq Muzeyinin yeni binasının açılışından, Dədə Ələsgərin 200 illik yubileyinin Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyinin dəstəyi ilə yüksək səviyyədə keçirilməsindən geniş bəhs etdi, ded ki, bu işlərin görülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu əvəzsiz işlər həm Aşıq sənətinin, həm də incəsənətimizin inkişafına xidmət edir. Həmçinin, Aşıq sənətinin UNESCO-nun maddi-mədəni irs siyahısına salınmasında, beynəlxalq aləmdə Azərbaycanın mədəniyyətinin tanıdılmasında Mehriban xanımın böyük xidmətləri var, bunu danmaq olmaz.
Söhbət əsnasında Məhərrəm müəllimdən soruşdum ki, 2023-cü ildə aşıq Əkbər Cəfərovun 90 illik yubileyi olacaq. Bu tədbiri Aşıqlar Birliyi keçirəcəkmi?
Məhərrəm müəllim gülümsəyərək cavab verdi ki, Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyi aşıq Əkbər Cəfərovun 90 illik yubileyini həm Bakıda, həm də doğulub boya-başa çatdığı Tovuz rayonunda çox yüksək səviyyədə keçirəcək.
Bu xəbər mənə sevinc bəxş etdi, ayağa qalxıb professorun əlini sıxdım, ayrılmaq istəyəndə, dedi,- bir dəqiqə ayaq saxla. Mən də sənə bir neçə kitab verim. Otağındakı rəfdən mənə Azərbaycan Aşıqlar Birliyinin çox nəfis şəkildə tərtib etdiyi "Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası", "Əllərini uzat mənə" və bir neçə başqa kitab verdi.
Məlumat üçün bildirim ki, çağdaş Azərbaycan aşıqlarının antologiyasını Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, fəlsəfə doktoru Altay Məmmədli hazırlayıblar. Bu kitabda həm ustad aşıqlar, həm də gənc nəsildən olan yaradıcı aşıqların şeirləri yer alıb.
Ən çox diqqətimi çəkən isə "Əllərini uzat mənə" kitabı oldu. Kitabın müəllifi Orxan Paşa təxəllüslü şəxsdir. Kitabda onun müxtəlif illərdə qələmə aldığı şeirlər yer alıb. Müəllif doğulub boya-başa çatdığı Tovuz haqqında silsilə şeirlər də yazıb. Aşağıdakı şeir də elə bu silsilənin bir təzahürüdür:
Könül beşiyimsən, ay isti qucaq,
Sənə ürək deyim, göz deyim, Tovuz?!
Sirli gözəlliyin qoymur ki, heç vaxt
Adına yaraşan söz deyim, Tovuz!

Şeirin son bəndində deyilir:
Mən Orxan Paşayam, sazın kimiyəm,
Suyunam, otunam, yazın kimiyəm.
Ayrı oxşarım yox, özün kimiyəm -
Gərək bu gerçəyi düz deyim, Tovuz,
Adına yaraşan söz deyim, Tovuz!

Şairin bu şeirindən anlaşılır ki, bir parça yurd yerini də vəsf etmək çox çətindir, gərək şəninə elə tərif verəsən ki, quru alınmasın.
Şair "Ayrıldı" qoşmasını yaradıcı aşıq, məlahətli səsi ilə hər kəsin qəlbində özünə yer tapmış ustad aşıq Əkbər Cəfərovun unudulmaz xatirəsinə həsr edib. O, şeirdə yazır:
Yayın ortasında, yaylaq çağında,
Bülbüllər bülbülü bizdən ayrıldı.
Qəfil xəzan əsdi ömür bağında,
Çığırdan yığışdı, izdən ayrıldı.

Belə yaratmışdı onu Yaradan,
Sözü şəhdi-şəkər, özü nur adam.
Başı açılmazdı qonaq-qaradan,
Məclisdən çəkildi, sözdən ayrıldı.

Bənövşə duyğulu ürəyi vardı,
İlin hər çağında könlü bahardı.
Səsində bülbüllər cəh-cəh vurardı,
Heyif ki, tez soldu, yazdan ayrıldı.

Yanıb Orxan Paşa, qorda qalıbdı,
Həsrətlə gözləri yolda qalıbdı,
Tanrının insafı harda qalıbdı,
Əkbər köç eylədi, sazdan ayrıldı.

Bu şeirdə hətta Tanrıya asi düşmək məğzləri diqqət çəksə də, bir elin itirdiyinin sanbalı - aşıq Əkbər Cəfərov kimi dəyanətli bir aşığın erkən köç etməsi müəllifə haradasa haqq qazandırır.
Sənəti o sənətə məftunlar yaşadır. Allah dünyasını dəyişmiş ustadlara rəhmət eləsin. Qalanlar isə sənətimizin sütunlarıdır, Allah onları qorusun!

Hüseyn Məmmədov
AJB-nin üzvü
23-04-2022, 07:26
Həmişə  qalib sərhədçilər

Həmişə qalib sərhədçilər
Azərbaycan Respublikasının Prezidenti İl¬ham Əliyevin diqqə¬ti sayəsində dövlət siyasətində prioritet yer tutan, insan kapitalının inkişafı prosesinin ayrılmaz hissəsi olan idman sahəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu Diqqətin, qayğının nəticəsidir ki, Azərbaycan beynəlxalq səviyyəli nüfuzlu idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmiş, beynəlxalq idman ailəsində layiqli yerini tutmuşdur.
Həyata keçirilən fəaliyyətlərin məntiqi nəticəsi olaraq, özünün yüksəliş dövrünü yaşa¬yan Azərbaycan idmanının nailiyyətləri ölkəmizi dünyada təbliğ etməklə yanaşı, 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqımızı təmsil edir, cəmiyyətdə vətənpərvərlik hisslərinin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan sərhədçiləri də milli və beynəlxalq statuslu mötəbər idman yarışlarında ölkəmizi ən yüksək səviyyədə təmsil edərək bu sahəyə öz töhfələrini verirlər.

Aprel ayının 16-da son dövrdə milli və beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanmış “Sərhədçi” idman-olim¬piya mərkəzinin idman¬çıları ilə görüş keçirilmiş, əldə etdikləri nailiyyətlər münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi ge¬neral-polkovnik Elçin Quliyevin təbrikləri idmançılara çatdırılmışdır.2021-ci il ərzində mərkəzin idmançıları 58 müxtəlif yarışlarda iştirak edərək 154-ü qızıl, 70-i gümüş, 75-i bürünc olmaqla 299 medal qazandıqları qeyd olunmuş, yalnız 2022-ci ilin birinci rübündə idmançıların Azərbaycan, Avropa, Dünya çempionatları, beynəlxalq və yerli yarışlarda 164 medal qazandıqları, bunların 75-ni qızıl, 45-ni gümüş, 44-nü bürünc medallar təşkil etdiyi vurğulanmışdır. “Sərhədçi” idman-olimpiya mərkəzinin idmançılarının təkcə fiziki hazırlığına deyil, həmçinin təd¬risinə, Vətənə məhəbbət ruhunda tərbi¬yə¬sinə xüsusi diqqət yetiril¬diyi bildirilmişdir.
Görüşdə dövlət sərhədlərimizin keşiyində ayıq-sayıq duraraq milli maraq-larımızın müdafiəsini şərəflə təmin edən hərbi qulluq¬çularımız kimi sərhədçi-idmançıların da beynəlxalq yarışlarda ölkəmizi layiqli təmsil etdikləri vurğulan-mış, bu uğurların gələcəkdə də ən yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə olunmuşdur.

İdmançılar adından çıxış edən polkovnik Firdovsi Umudov göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İl¬ham Əliyevə dərin minnətdarlıq ifadə etmiş, yeni uğurlar və qələbələr ilə göstərilən etimadı doğruldacaq¬larına söz vermişdir.
Sonda Döv¬lət Sərhəd Xidməti rəisinin əmri ilə xidməti fəaliyyətlərində və mötəbər yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə etmiş idmançılar təltif olunmuşlar.
23-04-2022, 07:15
Müasir poeziyamızda "Qarabağ ağrıları”


QAÇQINLIQ, KÖÇKÜNLÜK TƏRK ETSİN BİZİ

(Müasir poeziyamızda "Qarabağ ağrıları” silsiləsindən)

Qənbər Şəmşiroğlunu ilk və son dəfə institutumuzun əməkdaşı fəls.ü.f.d. Rübabə Şirinovanın müdafiəsində görmüşəm. Şair olduğunu sonralar öyrəndim. Vəfat xəbərini də Rübabə xanımdan eşitdim. Mənə onun “Bir də görüşərik” adlı şeirlər kitabını bağışladı və “Mümkün olsa, haqqında yazarsan” dedi. Kitabı oxudum. Nikbin notlar içində ara-sıra Qarabağ ağrıları diqqətimi çəkdi. Yenicə başladığım silsiləyə uyğun bir yazı yazmaq keçdi içimdən. Saytlarda Qənbər müəllim haqqında olan məqalələri də nəzərdən keçirdim, Dədə Şəmşir ocağının yetirməsi olan ziyalımız haqqında yazılan dəyərli fikirləri də qeydə aldım. Gözəl şairimiz Adil Cəmil “Ədəbiyyat qəzeti”nin 2013-cü il 15 noyabr tarixli sayında dərc olun¬muş “Ləyaqətli varis” adlı məqaləsində günorta vaxtı əlində çıraq gəzən Diogenin “Adam¬lar için¬də insan axtarıram” sözünü xatırladaraq yazır: 1993-cü ilin gül nəfəsi yerinə güllə səsi gətirən müdhiş baharda-Kəlbəcərin işğal günlərində hamı Qənbər müəllimi axtarırdı. O yeganə insan idi ki, illərdən bəri yurddaşlarına yaxşı bəlli olan inamı, etibarı, kişilik əzmini saxlamışdı…
Yaxın tariximizin bu amansız dönəmində Dədə Şəmşir ocağının ləyaqətli varisi Qənbər müəllim müdrik ağsaqqal kimi bağrı didik-didik olan didərginləri bir araya gətirib onların Bakıda, Gəncəbasarda, eləcə də məmləkətimizin digər bölgələrində məskunlaşmağına maddi, mənəvi yardımını öyüd-nəsihəti ilə birgə əsirgəmədi. Mən göz açandan Qənbər müəllimi dövlət strukturlarında məsul vəzifələr daşıyan görmüşəm, onu da görmüşəm ki, bu sadə, təvazökar və səmimi insan sxematik məmurlardan olmayıb. Çünki qan yaddaşında mənsub olduğu qüdrətli şairlər, məhz bu irsi-genetik davamiyyətidir ki, Qənbər Şəmşiroğlunun son illərdə ardıcıl olaraq nəşr olunan müxtəlif janrlı, müxtəlif formatlı geniş oxucu auditoriyasının marağına və rəğbətinə səbəb olub”.
Qarabağ şikəstəsi” adlı şeirdə
İnciməsin xanəndələr,
Bu incini yaxşı bilən danəndələr.
Ötüb keçsə neçə illər,
Ötüb keçsə qərinələr
Təkrarlanmaz Xanın səsi,
Qarabağın şikəstəsi!

…Yadımızdan çıxarmayaq,
Həm də insafsız olmayaq.
Qarabağda “Heyratı”nı usta Yaqub,
Şikəstəni Xan oxuyub.
Şikəstəni Xan oxuyub!

yazan Şəmşiroğlunun Aşıq Sakit Köçərliyə ünvanladığı “Bir “Yurd yeri” çal” adlı şeirinin ilk misraları
Aşıq qardaş, canım yaman haldadır,
Titrəyir əllərim, bir “Yurd yeri” çal!
Nə qohum var, nə qonşu var, nə qardaş,
Dağılıb ellərim, bir “Yurd yeri” çal!

“Çiçəkli bağlarım xarabalıqdır, Susub bülbüllərim…” harayı, “Bəd gəldi illərim” fəryadı içimdə bir yanğı yaratdı. O illərə döndüm. Güllə yağışı altında Füzulinin kəndlərini keçdiyimiz anlar, Ağdamın kəndində qazmada əsgərlərlə görüşümüz bir-bir gözüm önündən gəlib keçdi…
Mənfur düşmənin xarabalığa çevirdiyi yurd yerləri bir ağrı-acı olub ürəklərə köçdü..Sazda çalınan “Yurd yeri” ilə təsəlli tapan insanların Qarabağ ağrıları misralanıb şeirləşdi, bəstələnib mahnılaşdı.
Düşmən tapdağında, düşmən önündə
Gərək ki olasan hazır-yaraq, sən!
Təlaş edib həyəcan da keçirmə,
Səbirli ol, deyilsən ki uşaq, sən!

“Sən" adlı bu şeirdə Qənbər Şəmşiroğlu bu qədər ağrı-açı içində yenə nikbin notlara tutunmuş, insanlara düşmən önündə səbrlə, vüqarla dayanmağı, bəxtdən, taledən küsməməyi, şərin, böhtanın boğazından yapışıb boğmağı, qohuma, dosta arxalanmağı, eldən güc almağı tövsiyə edir.
“Görüşdük” adlı şeirdə də Qənbər Şəmşiroğlunun keçmişə qayıtdığının, Göyçədə dostlarla görüşünü xatırladığının, xoşbəxt günlərdə keçirdikləri məclisləri yada saldıqca alışıb yandığının şahidi oluruq. Həmin dünyadan uzaq olduğunu təəssüflə vurğulayan, yenə də o çağlara qayıtmaq ümidilə yaşayan və Allahdan “Ay Allah, rəhm eylə, bir də qayıdaq, Sevinək ki, pir ocaqda görüşdük” diləyini istəyən müəllif yazır:
Qaçqınlıq, köçkünlük tərk etsin bizi,
Dağlar əks eyləsin gur səsimizi.
Doldur sevinc ilə sən qəlbimizi,
Sevinək ki, o dağlarda görüşdük.
Yada salaq, qardaş, harda görüşdük!

“Aşıq Şəmşir Mədəniyyət Ocağı”İctimai Birliyinin sədr müavini Həbib Misirov “Səs” qə¬ze¬ti¬nin 2016-cı il 16 noyabr tarixli sayında çap olunmuş “Kəlbəcər üçün döyünən ürək - Qən¬bər Şəm¬şiroğlu” adlı məqaləsində Kəlbəcər torpağının yetişdirdiyi, vətənə, torpağa ürəkdən bağlı olan, xalqını, millətini sonsuz məhəbbətlə sevən ziyalılarımızdan Dədə Şəmşir ocağının varisi Qur¬banov Qənbər Şəmşir oğlu haqqında dəyərli fikirlərini oxucularla bölüşür, Qənbər müəllimin həm özünün, həm də iki oğlunun Qarabağ uğurunda gedən döyüşlərdə fəal iştrak etdiyini, ha¬zır¬da onların müharibə vetranı olduğunu xüsusi olaraq vurğulayır və yazır: “Qənbər Şəmşiroğlu ulu babalarından süzülüb gələn yaradıcılıq bulağını öz ilhamı ilə qurumağa qoymamış, yaratdığı gözəl şeir nümunələri: qoşmalar, qəzəllər, gəraylılarla bu bulağın suyunu daha da gur etmişdir. Onun şeirlərində həyata, insana, təbiət gözəlliklərinə, ailə dəyərlərinə yüksək sevgi və ehtiramla yanaşı, dərin həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili vardır”.
Kəlbəcərin havasını, suyunu qanına, canına çəkən, “Bizə şair deməsinlər, Kəlbəcər özü şairdir” deyən, sərt qayaları, uca dağları, bulaqları şair sayan, küləklərin səsini, suların şırıltısını, çiçəklərin pıçıltısını, quşların nəğməsini, ən gözəl şeir nümunəsi hesab edən müəllifin ürəyində qövr edən yaralar var. Düşmən tapdağı olan Ağdabanın xarabalığa çevrilməsini, insanların çəkdikləri zülmləri misralamaq belə bu qanayan yaralara məlhəm olmur:
Onlar niyə bilmirlər ki,
On bir yaşlı Ülviyyəni
Diri-diri basdırdılar
Ağdabanda.
Musanı da yandırdılar
Yanar odda.
Bəs hardaydı haqq-ədalət
O zamanda?
Köçəryanın fitvasilə
Qarət olub yandırıldı
Böyük bir kənd Ağdabanda.

Qənbər Şəmşiroğlunun “Sübut eylə hünərinlə Soyqırımı nə deməkdir”, “Düşmən tapdağında qalanlarım var”, “İndi çoxdur erməniyə züy tutanlar”, “Onlar baxsa da görməzlər Xocalı faciəsini”, “Ağdabanda neçə ana Oğul deyib mələyirdi, Dağlar-daşlar Bu dəhşətli faciədən inləyirdi” kimi ağrı-acılı, ürək yandıran misraları çoxdur. Onun Qarabağ ağrıları ilə parçalanan, Kəlbəcər dərdilə yanan qəlbi misralara köçsə də yaraları köz tutmadı.
Qənbər Şəmşiroğlunun “Nə haldayıq” adlı şeirində Qarabağın düşmən tapdağında olan yurd yerlərinin halı təsvir olunur. Müəllif itirdiklərimizdən, gözü yolda qalanlardan bəhs edərək yazır:
Nə dərə var, nə alaçıq,
Qıraqda toz, yağsa palçıq.
Qovruluruq açıq-saçıq,
Od içində ocaqdayıq,
Sizlərdıən çox uzaqdayıq.

“Soruş” adlı şeirində “Yol gözləyir Göyçə yalı, gedib ondan olun halı”, “Dumanlıdırmı Keyti dağ, Bax dumana, çəndən soruş”, “Orda cövlan edir yağı, Nələr çəkir-eldən soruş” deyən Qənbər Şəmşiroğlunun yurd həsrəti, el dərdi obrazlı ifadələrlə oxucuya çatdırılmışdır. Kəlbəcərin qaçqınlığını ürək ağrısı ilə misralayan müəllif şeiri belə yekunlaşdırır:
Sözlərimi sayma əbəs,
Ürəyimdə arzu, həvəs.
Qulağına gələcək səs:
Olubmu Qənbər adlı kəs?
Hər igiddən, ərdən soruş.
Üz tut bütün elən soruş,
Qaçqın Kəlbəcərdən soruş.

Qaçqınlığın, köçkünlüyün fəsadlarını daim təəssüflə xatırlayan şair “Kəpəz” adlı şeirində də bu ağrı-acını misralamışdır. O, dostları ilə Kəpəzə qalxıb Kəpəzi elə əvvəlki kimi vüqarlı, əzəmətli, şax görür. Ona elə gəlir ki, Kəpəz onlara tərəf boylanıb, əl edib nəyisə soruşmaq istəyir. “Düşmənin boynuna endiriləcək Misri qılınc kimi sovlanır Kəpəz” deyən müəllif keçmişləri, həyatdan köçənləri xatırlayır, “hardadırlar” deyə sual edir və şeiri Kəpəzə müraciətlə belə yekunlaşdırır:
Bilsən başımıza gəlibdir nələr,
Əgər eşitdiyin deyərdi Qənbər.
Köçkün oldu, qaçqın oldu Kəlbəcər,
Soyadımız “Qaçqın!” söylənir, Kəpəz!

Dərdini dağlara söyləyir şair. Bu dərd çəkiləsi mümkün olmayan dərddir. Lakin Qənbər Şəmşiroğlunun Qarabağ ağrı-acılarını əks etdirən şeirlərində nə qədər dərd, ələm, həsrət, möhnət olsa da, hardasa bir ümid də, təsəlli də var. Bərdəli Hüseyn Aslanova ünvanlanmış şeirlərdə “Gözləyir, ümidlə gözləyir Qənbər, Bir gün olsun belə desin bu ellər: O dağlara yollar təzə açıqdır”, “Darıxma, ay lələ, səbrli ol sən, Gələr, Ağdabana yenə yaz gələr”, “Bizi məst eyləyər kəkliyin səsi, Çoban tütəyindən xoş avaz gələr” deyən müəllifin şeirlərində bir gün o yerlərə qayıdağımıza böyük inam, düşmənin məhv olacağına, torpaqlarımızın geri alınacağına, Qarabağın yenidən abad olacağına böyük ümid görürük. Müəllif şeiri belə bitirir:
Yəqin abadlaşar o yerlər yenə,
Yayılar dağlara şirin təranə.
Qohum görüşünə, dost görüşünə
Şəmşir övladları əldə saz gələr.

Bu ümid bir gün doğruldu. Lakin Zəfər gününü görsə də, Kəlbəcərin abad günlərini görmədi Qənbər Şəmşiroğlu...
Allah rəhmət eləsin. Ruhu şad olsun.

Sona Xəyal
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!