Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
23-03-2025, 20:36
Bakıda itkin düşmüş 3 rəfiqədən biri tapıldı


Bakıda itkin düşmüş 3 rəfiqədən biri tapıldı

Sosial şəbəkələrdə Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin itkin düşməsi ilə bağlı məlumat yayılıb.
İtkin düşmə kimi axtarış elan edilmiş yeniyetmələrdən biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
23-03-2025, 20:19
Roma Papasından Bakı-İrəvan razılaşmasına reaksiya


Roma Papasından Bakı-İrəvan razılaşmasına reaksiya

Roma Papası Fransisk Azərbaycan və Ermənistanın sülh sazişinin yekun mətni üzrə razılığa gəlməsini alqışlayıb.
Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.
"Ermənistan və Azərbaycanın sülh sazişinin yekun mətni üzrə razılaşmasından məmnunam. Bu sazişin mümkün qədər tez imzalanacağına və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına töhfə verəcəyinə ümid edirəm”, – o qeyd edib.
Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb.
ATƏT-in köhnəlmiş və qeyri-funksioonal Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb
Rəsmi Bakı sazişin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsinin labüd olduğunu bildirib.
23-03-2025, 19:35
İstanbul Böyükşəhər Bələdiyyəsi seçki tarixini açıqladı


İstanbul Böyükşəhər Bələdiyyəsi seçki tarixini açıqladı

İstanbul Valiliyi İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlu və Beylikdüzü Bələdiyyə başçısı Murat Çalığın fəaliyyətini dayandırması ilə əlaqədar martın 26-da hər iki qurumda şura iclasının keçiriləcəyini açıqlayıb.
İstanbul Valiliyinin açıqlamasında deyilir:
"İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlu və Beylikdüzü Bələdiyyə başçısı Murat Çalığın Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılması ilə əlaqədar olaraq 5393 saylı Bələdiyyə Qanununun 45-ci maddəsinin müddəalarına uyğun olaraq, İstanbul Böyükşəhər Bələdiyyəsi və Bəylikdüzü Bələdiyyə məclislərinin bələdiyyə başqanı vəkilinin seçilməsi üçün müvafiq qərar verilib. 26.03.2025-ci il saat 13:00-da İstanbul Böyükşəhər Bələdiyyəsi Məclis yığıncaq salonunda, 26.03.2025-ci il saat 09:00-da isə Beylikdüzü Bələdiyyəsi Məclis yığıncaq salonunda toplantı keçiriləcək".
23-03-2025, 19:20
Mingəçevirdə evdə partlayış - Ölən var


Mingəçevirdə evdə partlayış - Ölən var

Mingəçevir şəhərində bir nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.
1941-ci il təvəllüdlü Osmanova Rahilə Mingəçevirdə yaşadığı evdə qaz sızmasından baş vermiş partlayışda yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
23-03-2025, 18:59
50 mindən çox fələstinli ölüb


50 mindən çox fələstinli ölüb

2023-ci ilin oktyabrından bəri Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 50 min nəfəri keçib.
Bu barədə anklavın Səhiyyə Nazirliyi teleqramda bildirib.
“2023-ci ilin oktyabrından bəri İsrailin təcavüzü nəticəsində həlak olanların sayı 50 021-ə çatıb, daha 113 274 nəfər yaralanıb”, – nazirliyin hesabatında qeyd olunub.
Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində bölgədə 41 nəfərin öldüyünü, 61 nəfərin yaralandığını açıqlayıb.
23-03-2025, 18:47
Polşa Belarusla sərhədə əlavə əsgər toplayır


Polşa Belarusla sərhədə əlavə əsgər toplayır

Polşa Belarusla sərhədi möhkəmləndirmək üçün müəyyən ərazilərə əlavə sərhədçilər cəlb edəcək.
Bu barədə daxili işlər naziri Tomaş Siemonyak “X”dəki səhifəsində yazıb.
“Biz Polşa-Belarus sərhədini qoruyuruq. Fiziki hasarın möhkəmləndirilməsindən və elektron maneəni genişləndirdikdən, bufer zonası təşkil etdikdən və qanunsuz konduktorlarla amansızcasına mübarizə apardıqdan sonra, biz tezliklə yeni sərhəd xəttinin tikintisinə başlayacağıq”, - nazir bildirib.
Onun sözlərinə görə, bu il 500 işçi, sonra isə daha 1000 nəfər işə götürüləcək.
Nazir əlavə edib ki, hazırda Polşanın şərq sərhədində ümumilikdə 11 min sərhəd mühafizəsi əməkdaşı, Polşa ordusunun hərbçiləri və polis əməkdaşları xidmət edir.
23-03-2025, 18:23
İmamoğlu vəzifəsindən uzaqlaşdırıldı


İmamoğlu vəzifəsindən uzaqlaşdırıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık vəzifələrindən uzaqlaşdırılıblar.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əkrəm İmamoğlu Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti tədbir olaraq vəzifəsindən kənarlaşdırılıb. Belə ki, qərar müvəqqəti xarakter daşıyır və qeyd olunan şəxslər barəsində aparılan istintaq müddətini əhatə edir.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan məhkəmə prosesi başa çatıb. Məhkəmə aralarında İBB sədri Əkrəm İmamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib.
23-03-2025, 18:00
Abşeronda iki ev tamamilə yandı - Xəsarət alan var


Abşeronda iki ev tamamilə yandı - Xəsarət alan var

Abşeron rayonun Hökməli qəsəbəsində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Eyni zamanda Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
23-03-2025, 17:34
Evdə iynə vurulan qadın şoka düşərək öldü


Evdə iynə vurulan qadın şoka düşərək öldü

Qax rayonunda evdə iynə vurulan qadın şoka
düşərək ölüb. Hadisə ötən gün baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Qax rayonu, Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
23-03-2025, 17:20
Martın 25-dək hava yağıntılı və küləkli olacaq


Martın 25-dək hava yağıntılı və küləkli olacaq

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qusar, Xaçmaz, Altıağac, Siyəzən, Şabran, Qobustan, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan və Daşkəsəndə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!