Qəzzada ölənlərin sayı 66 mini keçdi .....                        Zəlzələyə görə İstanbulda uçuşlara fasilə verildi .....                        Məşhur aktyor jurnalisti söydü - Döyüldü .....                        Hindistanda izdiham: Ölənlərin sayı 40-a çatdı .....                        Ukraynanın itkiləri məlum oldu .....                        Moldovada parlament seçkiləri baş tutub - YENİLƏNİB .....                        Loran Blan istefaya göndərildi .....                        Şair Yavuz Bülent Bakiler vəfat etdi .....                        Türkiyədə güclü zəlzələ .....                       
12-01-2025, 13:44
Sabahın havası - Duman, güclü külək


Sabahın havası - Duman, güclü külək

Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-10° isti gözlənilir.
Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-14° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 4-9° isti olacaq.
12-01-2025, 13:26
Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış - 15 ölü, 67 yaralı


Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış - 15 ölü, 67 yaralı

Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb, azı 67 nəfər yaralanıb.
Bu barədə Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatının nəzarətində olan SABA agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Əl-Cəzirə telekanalı Husilərin nəzarətində olan Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ən azı 8 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirmişdi.
Əl Məşhədin məlumatına görə, Ez-Zaher bölgəsinin Əl-Məcriş bölgəsində dörd yanacaqdoldurma məntəqəsi partlayıb. Xəsarət alanların sayı 70 nəfəri ötüb, onlar tibb müəssisələrinə yerləşdirilib. Əs-Təvra xəstəxanası çoxlu sayda itki ilə əlaqədar yerli sakinləri qan verməyə çağırıb.
12-01-2025, 13:10
Qəzzada məktəblərin 88 %-i dağıdılıb


Qəzzada məktəblərin 88 %-i dağıdılıb

Qəzza zolağında məktəb binalarının azı 88 %-i İsrailin hücumları nəticəsində dağıdılıb və ya ciddi şəkildə zədələnib.
Bu barədə Qətərin "Al Jazeera" telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (HMƏİ) hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, Qəzza zolağında İsrailin hücumları nəticəsində 564 məktəb binasından 496-sı (88 %) dağıdılıb və ya ciddi şəkildə zədələnib. Eyni zamanda, Fələstin anklavında binaların təxminən 69 %-i dağıdılıb və ya zədələnib.
HMƏİ daha əvvəl bildirmişdi ki, BMT 2024-cü il oktyabrın 6-dan dekabrın 15-dək İsrailin Qəzzada məktəblərə 95 hücumunu sənədləşdirib. Bu binaların əksəriyyəti məcburi köçkün fələstinlilər üçün sığınacaq kimi xidmət edirdi.
12-01-2025, 13:00
Burun əməliyyatından sonra komaya düşən Nəzrin öldü


Burun əməliyyatından sonra komaya düşən Nəzrin öldü

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova komadan ayılmayıb və vəfat edib.
Bu barədə mərhumun ailəsi məlumat verib.
Ailənin sözlərinə görə, əməliyyatdan sonra Nəzrinin vəziyyəti sürətlə pisləşib və beyninə çirk yayılıb.
Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra onun vəziyyəti ağırlaşıb. Koma vəziyyətində xəstəxanaya yerləşdirilən Nəzrin Mansurovanın həyatı xilas etmək mümkün olmayıb.
Hazırda Nəzrin Mansurovanın ölümünün səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, bu, cərrah Sənan Mehdiyevin adı hallanan ilk hadisə deyil. 2015-ci ildə onun əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova da həyatını itirmişdi. Həmin vaxt həkimə qısa müddətə azadlıqdan məhrumetmə cəzası verilsə də, daha sonra ev dustaqlığı ilə cəzası dəyişdirilmişdi.
12-01-2025, 12:02
Barat Qoşun oğlu Hüseynov-80

Təbrik edirik!


Barat Qoşun oğlu Hüseynov-80

Barat Hüseynov 12 yanvar 1945- ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Oxtar kəndində anadan olub. Oxtar kənd 7 illik məktəbini bitirib. Sumqayıtda təhsilini davam etdirib. Sonra isə Sovet Ordusunda xidmət etmək üçün Almaniya Demokratik Respublikasına göndərilib. Yaxsı xidmət etdiyinə görə, komandanlıq tərərfindən “Faşizm üzərində qələbənin 20 illiyi” medalı ilə təltif olunub. Hərbi xidmətdən sonra Bakıya gəlib Səttarxan adına Maşınqayırma zavodunda çilingər kimi işə qəbul olunub. Siyasi aktivliyi nəticəsində zavod komsomol bürosunun üzvü seçilib. Əmək fəallığına görə, cox geridə qalmış “Xalq tələbat malları“ sexinə rəis təyin olunub.

Barat Hüseynovun qıssa müddətdə çoxlu səmərəli təklifləri nəticəsində sexin iş fəaliyyəti xeyli yuksəlmişdi və nəticədə zavod rəhbərliyi Barat müəllimin yuksək təskilatciligina görə ona V.I. Leninin 100 illiyi medalı təqdim etmişdi.
Hələ gənc yaşlarından Barat müəllim Nərimanov rayonunun ictimai- siyasi içlərində də aktiv iştirak edirdi. Rayon rəhbərliyi tərəfindən parlament seçkilərində məntəqə seçki komissiyasına sədr təyin olunub.
2000- ci ildə isə Barat Hüseynov Azəriqaz rəhbərliyi tərəfindən Nərimanov rayon qaz istismarı idarəsinə rəis müavini təyin edilmişdi. Sonrakı illərdə isə 20 saylı Nərimanov dairə seçki komissiyasına sədr təyin olunub. Barat müəllimin rəhbərliyi ilə 20- ci dairədə Prezident, parlament və bələdiyyə seçkiləri yüksək demokratik və beynəlxalq qaydalara uyğun kecirilmisdi. Daha sonrakı illərdə Barat Hüseynov Bakı Şəhəri Qaz İstismar İdarəsində aparıcı mühəndis işləmişdi.

Bu gün isə Barat Hüseynovun yubileyi münasibəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin rəhbərliyilə icra hakimiyyətində möhtəşəm tədbir təşkil olunmuşdu. Rayon Icra Hakimiyyətinin başçısı Elgin müəllim rayon ağsaqqallar şurasının fəalı Barat Hüseynova Fəxri fərman təqdim edib. Eyni zamanda YAP Nərimanov təskilatının sədri Elçin Quliyev də Barat Hüseynova Fxri fərman verib.
Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov Barat müəllim haqqında geniş çıxış edib, uğurlar arzulayıb və təbrik açiqlamasını təqdim edib. Biz də Qafan Şəhər İcması adından Barat müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı, Gülşən xanımla birlikdə ailə səadəti arzu edirik.
Barat Hüseynov, Allah sizə dogma Oxtarda doğum günü qeyd etmək qismət eləsin, biz də məmnuniyyətlə iştirak edək!
Hörmətlə:
Oqtay Süleyman oglu Camalov
P.S “Bütöv Azərbaycan” qəzetinin kollektivi də Barat müəllimi yubileyi münasibətilə təbrik edir, sağlam uzun ömür arzulayır.

11-01-2025, 19:22
"Liverpul" 4 qol vurdu


"Liverpul" 4 qol vurdu

"Liverpul" komandası İngiltərə Federasiya Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb.
Mersisayd təmsilçisi 1/32 finalda doğma meydanda "Akkrinqton"la qarşılaşıb.
Görüş ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Dioqo Jota, Trent Aleksandr-Arnold, Jaydon Danns və Federiko Kyeza vurublar. Bununla da, "Liverpul" komandası adını 1/16 final mərhələsinə yazdırıb.
11-01-2025, 18:40
Ukrayna koreyalı hərbçiləri əsir götürdü - FOTO


Ukrayna koreyalı hərbçiləri əsir götürdü - FOTO

Ukrayna Rusiyanın Kursk vilayətində Şimali Koreya hərbçilərini əsir götürüb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
O bildirib ki, iki əsgər yaralı olsa da, sağ qalıb və Kiyevə aparılıb:
“Bu asan məsələ deyil: Rusiya qüvvələri və Şimali Koreyanın digər hərbi qulluqçuları adətən Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakına dair sübutları silmək üçün yaralıları öldürürdülər. Bu iki şəxsi əsir götürən hərbçilərimizə minnətdaram. Bütün hərbi əsirlərə olduğu kimi, bu iki Şimali Koreya əsgərinə də lazımi tibbi yardım göstərilir. Mən Ukrayna Təhlükəsizlik Xidmətinə jurnalistlərin bu məhbuslarla görüşməsinə icazə verməyi tapşırmışam. Dünya baş verənlərlə bağlı həqiqəti bilməlidir”.




11-01-2025, 18:30
İrandan Azərbaycana qarşı növbəti təxribat


İrandan Azərbaycana qarşı növbəti təxribat

İranın şimalında yeni uzunmənzilli radarlar quraşdırılıb.
Bu barədə məlumat İranın rəsmi informasiya agentliklərində yayılıb.
Bildirilir ki, "Nazir" adlar radarlar 800 kilometrədək radiusda fəaliyyət göstərə biləcək.
Radarlar Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə səmalarını müşahidə edə biləcək. Azərbaycan, Ermənistan, şərqi Türkiyə, Gürcüstan, qərbi Türkmənistan, cənub-qərbi Qazaxıstan və bütün Xəzər dənizi üzərində hava məkanı İran hava hücumundan müdafiə sistemlərinin müşahidəsi altında olacaq.
İddia edilir ki, adar 30 km-dən çox yüksəklikdə hədəfləri aşkar edə, pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi aşağı radiolokasiya əksetməli hədəfləri müəyyən edə bilir.
Ekspertlər yeni radarların Ərdəbil şəhəri yaxınlığında quraşdırılmasını Azərbaycana qarşı təxribat kimi qiymətləndirir.

11-01-2025, 18:18
"Mercedes" kanala aşdı: yaralı var


"Mercedes" kanala
aşdı: yaralı var


Sabirabad rayonunda minik avtomobilinin su kanalına aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə bu gün 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən hissəsində baş verib.
"Mercedes" markalı avtomobilin idarə etmədən çıxaraq su kanalına aşması nəticəsində xəsarət alan şəxslər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunublar. Faktla bağlı araşdırma aparılır.
11-01-2025, 17:51
Onun hər addımı örnək idi...


Onun hər addımı örnək idi...

Özündən sonra təkcə sevdiklərinin, doğmalarının, əzizlərinin yox, onu tanıyan hər kəsin qəlbində bir boşluq qoyub gedən Fikrət Əliyevin işıqlı xatirəsini yad edir, onun ömür yolunun səhifələrini vərəqləyirik. Bu dünyada yollar çoxdur- əqidə yolu, şərəf yolu, ləyaqət yolu. İnsanları birləşdirən, ayıran yollar... Bu yolların ən çətini ürəklərə gedən yoldur. İnsanın tutduğu vəzifədən, ictimai mövqeyindən, titullarından daha ucada dayanan bir məqam varsa, o da qəlblərə gedən yolu tapmaq, o yolu qət etmək, könüllərdə əbədi taxt qurmaqdır. Bu yalnız seçilmiş insanlara nəsib olur.
Fikrət Əliyev də seçilmiş insanlardandır ki, cismani yoxluğundan illər ötsə də unudulmur, hələ də xatirələrdə, qəlblərdə yaşayır. İndi onu çoxları xatırlayır, həsrətini çoxları çəkir. Amma 30 illik ömür-gün yoldaşı Çimnaz Əliyeva bir an belə unuda bilmir. Arxam-dayağım Fikrətin 70 yaşı tamam olmalı idi,-deyir. Çox təəssüf ki, yanımda yoxdur. Biz onun həyatımızda olan hər gününü, hər saatını yadımıza salırıq. İstəyirik ötən günləri yenə də bir yerdə yaşayaq.
Yusif İsmizadə dostunu belə xarakterizə edir: Məğrur duruşu, yerişi insana qol-qanad verirdi. Heç kəsə biganə qala bilməzdi. Çox vətənpərvər, xalqına bağlı bir şəxsiyyət idi. Fikrətlə bizim dostluğumuz tələbəlik dövrünə təsadüf eləyir. Biz 5 dost olmuşuq. Fikrət içimizdə tamamilə fərqli- öz alicənablığı, daxili mədəniyyətilə seçilən bir şəxsiyyət idi. Yaxınlarına, ətrafına, doğmalarına, dostlarına daima yardım eləyib. Bu fikri bacısı Nigar xanım da təsdiqləyir:

“Bütün yaxınlarına, qohum-əqrabasına fərq qoymayıb, hamısına öz övladı kimi olub”.
Tələbə yoldaşı Rasim Şirəliyev: “Onun nə qədər yumşaqlığı, nə qədər həlimliyi vardısa, bir o qədər də ciddiliyi var idi. İşində çox tələbkar idi. Tələbə vaxtı tanış olanda Fikrət diqqətimi əvvəldən cəlb elədi. Yüksək mədəniyyətilə hiss olunurdu ki, gözəl ailə tərbiyəsi alıb. Heç vaxt ucadan danışmırdı, tərəf müqabilinin sözünü kəsmirdi, axıra qədər qulaq asırdı, o söhbət məntiqə uyğun olmasa, belə, sona qədər dinləyirdi. O xüsusiyyət hər adamda olmur.
Qudası Nurəddin Uluxanlı, qonşusu Zəfər Verdiyev onun gözəl insani keyfiyyətlərindən, şəxsiyyət mükəmməlliyindən söhbət açdılar. Dostunun oğlu, həmkarı Nadim Babayev Fikrət müəllimdən çox şey öyrəndim,-dedi. Dostluğa sadiqliyi, insanlara qarşı nəzakətli davranmağı. Elə sözləri varkı həqiqətən bu gün də mənim həyatımda həmin sözlər yolgöstərəndir.
Dayısı ilə qürur duyan Altay Tanrıverdiyev o bir şərəfli ömür yaşadı,- dedi. O, mənim üçün sadiq dost, ağsaqqal, yol göstərən idi. Onun hər addımı bir örnək idi insanlar üçün. Belə insanlar mən deyərdim ki, milyonda bir həyata gəlir.
Firuzə Kərimova (qızı): Atam qayğıkeş, məsuliyyətli və çox dəqiq idi. İlk təhsili tibb sahəsində olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib, həkim kimi Bakıda çalışıb. Sonra indiki Sanktpeterburq o vaxtkı Leninqrad şəhərindən aspiranturada təhsili davam eləmək üçün təklif alır, mən və ikinci bacım körpə olduğumuz üçün bizi qoyub gedə bilmir. Bu arzusu onun ürəyinin bir güşəsində həmişə yaşayırdı. 40 yaşında Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə qəbul oldu. Dedi,- eybi yox, müdafiəmi eləyə bilməsəm də, qismət olar balalarımın birinə. İndi mən 2 qat sevinirəm. Çünki həm özümün, həm də atamın arzusunu yerinə yetirdim. Paşa babamın arzusu Hüquq təhsili almaq imiş. Müəyyən səbəblərdən alınmayıb. Atam onun arzusunu həyata keçirdi deyə çox sevinirdi.
Qohumu Orxan Əfəndiyev, qızları Natəvan Uluxanlı, Aynurə Naibova və oğlu Paşa Fikrət Əliyevlə bağlı xatirələrini bölüşdülər. Həmişə atalarının adını uca tutmağa çalışdıqlarını bildirdilər.
Bu dünyada kimisinə qısa, kimisinə uzun biçilmiş bir yol da var-ömür yolu. Mirzə Cəlilin dediyi kimi, ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir.

Fikrət Paşa oğlu Əliyevin 53 illik ömür yolu 6 yanvar 1955-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Gığı kəndində başladı. Atası rayonun sayılıb seçilən, hörmət sahibi olan adamlarından idi. Yüksək mədəniyyəti, alicənablığı ilə seçilən Paşa Əliyev Gığı Kənd Sovetinin sədri olub. Ailədə Fikrətdən böyük 2 qardaşı 2 bacısı da var idi.
Gığı kənd orta məktəbini bitirən Fikrət 1970-ci ildə ATİ-nin Müalicə işi fakültəsinə daxil olur. Deyilənə görə insan çox vaxt öz xarakterinə, mənəviyyatına və daxili aləminə uyğun peşələr seçir. Fikrət həkim olmağa qərar vermişdi. Bu məsuliyyətli peşəni seçən insanın zəngin ruhu, insanlığa böyük sevgisi olmalıdır. Tələbəlik illəri ona mötəbər peşə və dərin biliklərlə yanaşı, həm də ömrünün sonuna qədər qoruyub saxlaya bildiyi möhkəm və sadiq dostlar qazandırdı. İnternaturada oxuduğu dövrdə Fikrət Əliyev Azərbaycanın məşhur cərrahı Mustafa bəy Topçubaşovun rəhbərliyi altında əməliyyatlara girir, böyük alimin təcrübəsindən yararlanırdı. Topçubaşov Fikrətin gələcəkdə yaxşı mütəxəssis olacağını deyirdi.
Kardioloq ixtisası ilə möcüzələr adası adlandırılan neft daşlarında işə başladı. 1982-1988-ci illərdə Fikrət Əliyev 6 nömrəli şəhər xəstəxanasında çalışdı. 1988-ci ildən Daxili İşlər Nazirliyinin Hərbi Hospitalında şöbə müdiri təyin edildi. Fikrət torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə də iştirak etdi, ön cəbhədə peşəkar həkim kimi əsgərlərimizə yardıma qoşuldu. 100-lərlə igidin həyatda qalmasına vəsilə oldu. Ön cəbhədə göstərdiyi fədakarlığa görə Qarabağ müharibəsi veteranıdır.
Fikrət Əliyev ikinci ali təhsili Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində aldı. Bununla o həm özünün, həm də atasının ən böyük arzularından birini gerşəkləşdirdi. 2008-ci ildən Ədliyə nazirliyində çalışan, tibb idarəsinin rəisi vəzifəsinə qədər yüksələn Fikrət Əliyev vicdanı, şərəfi və ləyaqətilə ünsiyyətdə olduğu insanların rəğbətini qazandı. Çalışdığı vəzifələrə hörmət və şöhrət gətirdi, ona etibar olunan mənsəbə ləyaqətlə qulluq etdi. Hər addımında, hər qərarında haqqı, ədaləti qorudu. Qanunun keşiyində durdu, xeyirxahlığı da əldən vermədi. Sadəliyi, təvazökarlığı, insanlığı onun tutduğu bütün vəzifələrdən yüksəkdə dururdu.
Ömür səhifəsinə gözəl əməllər yazan Fikrət Əliyev sanki qurub yaratmağa, dara düşənə dayaq, ümidsizə ümid olmağa gəlmişdi bu dünyaya. Qəlblərin memarına çevrilən bu insanla sadəcə dərdləşmək, söhbət etmək, belə, insana daxili rahatlıq, mənəvi dinclik gətirirdi. Bəli bu fani dünyada mərhəmət, sevgi qədər insanları bir-birinə bağlayan, yaxınlaşdıran bir qüvvə yoxdur. Qəlbləri sevindirmək, dərdi olanın dərdinə şərik çıxmaq, lazımi məqamda yanında olmağı bacarmaq hamıya verilən pay deyil. Tanrı yalnız sevimli bəndələrini bu cür mükafatlandırır. Allahın bizə əmanət etdiyi ömür payını təkcə özü, ailəsi, sevdikləri, yaxınları üçün yaşamayan, ömrünü elə obaya vətənə xalqa xidmətə həsr edən insanlar bir evin övladı olmaqdan çıxıb, bir elin övladı olurlar.
Fikrət Əliyev də elin övladı olmağı bacardı. Onun da ömür yolu enişlər, yoxuşlarla dolu olub, amma həyatda xoşbəxtliyin ona güldüyü məqamlar daha çox olub. 1979-cu il avqustun 26-da o öz taleyini ona arxa-dayaq, sirdaş, yoldaş olmağı bacaran Çimnaz xanımın taleyinə bağladı. Həm Fikrət müəllimin səbri, diqqəti, qayğıkeşliyi, ailə başcısı kimi nümayiş etdirdiyi müsbət keyfiyyətlər, həm də xanımının nəcibliyi bu ailənin möhkəmliyinə zəmin yaratdı.
Ən ali peşələrdən biri- müəllim adını daşıyan Çimnaz xanım birlikdə yaşadıqları 30 il ərzində daim Fikrət müəllimə inamı, səbri, təmkini, nəvazişi ilə dəstək oldu. Onlar ocaqlarının qapısını dost, tanış, doğmalar üçün daim açıq tutdular, halal zəhmətlə qazandıqlarını qonaqpərvərliklə süfrəyə düzdülər. Fikrət müəllim heç kəsi qapıdan ac, susuz, əli boş geri qaytarmayıb.

İçində var-dövlət, daş-qaş olan ev yox, hörmət, mərhəmət, məhəbbət olan ev zəngin sayılır. Bu baxımdan Fikrət müəllimin ocağında dünyaya gələn, onun tərbiyəsi, onun öyüd nəsihəti ilə böyüyən övladları da atalarının keyfiyyətlərinin çoxunu məmnuniyyətlə daşıyırlar. İnsanın cəmiyyət üçün, başqaları üçün görə biləcəyi ən yaxşı əməllərdən biri də öz ailəsində ləyaqətli uşaqlar tərbiyə etməkdir. Fikrət müəllim də Çimnaz xanımla birlikdə cəmiyyət üçün ləyaqətli şəxsiyyətlər yetişdirib. Onlara elmi, təhsili sevdirib hörmət, diqqət, xeyirxahlıq kimi insani keyfiyyətləri aşılıyıblar.
Valideynlərinə yüksək məhəbbət hissi bəsləyən, milli ruha, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik övladlar yetişdirmək hər ailənin arzusudur. Fikrət müəllimin bu arzusu da çin olub. Onun müqəddəs ailə çırağını bu gün 4 övladı və nəvələri yandırır.
Deyirlər zaman hər dərdə dərman, hər yaraya məlhəmdi, qəmi qüssəni unutdurur, acıları yüngülləşdirir. Bəzən isə zaman aldığının yerinə heç nə vermir. Zaman Fikrət Əliyevi sevdiklərindən ayırdı. Sanki ölüm də bilirdi ona yaraşmadığını. Ona görə də xəbər, ətərsiz qəlbinə girərək onu şah damarından vurdu. Mərhəmətli ürəyi bu zərbəyə tab gətirmədi. O, qəfil gedişilə bütün sevdiklərini, onu sevənləri sarsıtdı. Gedişi ilə qəlblərdə ağır iz qoyan Fikrət Əliyev heç vaxt unudulmayacaq.
Şux qamətli, boy buxunlu, nur simalı, şaqraq gülüşü ilə sevənlərinin yaddaşına əbədi həkk olunan bu insan sanki dünyaya özünü sevdirmək üçün gəlmişdi və onun gedişi ilə dünyanın işığı bir parça azaldı. İnsan var evdən gedər, insan var eldən gedər. O eldən getdi. Ömür boyu ömürlərə işıq daşıyan həssas ürəyi, kövrək qəlbilə neçə-neçə qəlbə məlhəm olan Fikrət Əliyev adında işıqlı bir insan keçib getdi bu dünyadan. Yalnız xoş xatirələri, xeyirxah əməlləri qaldı. Buna görə də Fikrət Əliyev onu sevənlər tərəfindən xatırlandığı ürəklərdə, yaddaşlarda qaldığı müddətcə var olacaq.
O, daim övladlarının, nəvələrinin baxışında, səsində, gülüşündə xeyirxah əməlində yaşayacaq. Onun əkib becərdiyi ağaclar hər bahar yaşıllaşanda, hər mövsüm bar verəndə, sevənləri hər dəfə onun xatirəsinin işığına toplaşanda Fikrət müəllimi yaşadacaqlar.

“Bütöv Azərbaycan” qəzeti
10 yanvar 2025
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!