Qəzzada ölənlərin sayı 66 mini keçdi .....                        Zəlzələyə görə İstanbulda uçuşlara fasilə verildi .....                        Məşhur aktyor jurnalisti söydü - Döyüldü .....                        Hindistanda izdiham: Ölənlərin sayı 40-a çatdı .....                        Ukraynanın itkiləri məlum oldu .....                        Moldovada parlament seçkiləri baş tutub - YENİLƏNİB .....                        Loran Blan istefaya göndərildi .....                        Şair Yavuz Bülent Bakiler vəfat etdi .....                        Türkiyədə güclü zəlzələ .....                       
10-01-2025, 20:40
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi - MƏBLƏĞ


Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi - MƏBLƏĞ

Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Nazirlik tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiş Əliyeva Hökumə Cəlil qızının, Kşnyakin İqor İvanoviçin, Kalyaninov Aleksandr Georgiyeviçin ailə üzvlərinə proaktiv qaydada Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
10-01-2025, 20:23
Üçüncü dəfə prezident seçildi


Üçüncü dəfə prezident seçildi

Venesuelanın hazırkı prezidenti Nikolas Maduro üçüncü dəfə dövlət başçısı vəzifəsinin icrasına başlayıb.
İnaqurasiya mərasimi yanvarın 10-da Karakasdakı Federal Qanunvericilik Sarayında baş tutub.
Mərasimdə Rusiyanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edib. Maduro 2031-ci ilə qədər Venesuela prezidenti vəzifəsini icra edəcək.
İnauqurasiya mərasimi ötən ilin iyulunda ölkədə keçirilən seçkilərdən beş ay sonra baş tutub. Rəsmi məlumatlara görə, Maduro 51,2% səslə qalib gəlib.
10-01-2025, 19:45
Tramp ABŞ tarixində ilk belə prezident olacaq


Tramp ABŞ tarixində ilk belə prezident olacaq

Nyu-York məhkəməsi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp barədə qərarını açıqlayıb.
Keçmiş porno aktrisa Stormi Danielsə pul ödədiyi biznes sənədlərini saxtalaşdırma işində məhkəmə onun qeyd-şərtsiz azadlığa buraxılması barədə qərar çıxarıb.
O, 34 ittiham üzrə təqsirli bilinib, yəni məhkumluq qüvvədə qalır, lakin Trampı cərimə və ya həbs cəzası gözləmir.
Donald Tramp ABŞ tarixində ağır cinayətdə ittiham olunaraq vəzifəyə gələn ilk prezident olacaq.
Trampın vəkilləri hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.
10-01-2025, 18:20
Kanslerin səlahiyyətlərini o icra edəcək


Kanslerin səlahiyyətlərini o icra edəcək

Bu gün Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq kanslerin səlahiyyətlərini icra edən şəxs qismində and içib.
Şallenberq ötən həftəsonu ifrat sağçılar olmadan mərkəzçi koalisiya hökuməti qurmaq cəhdi uğursuzluğa düçar olduqdan sonra istefa vermiş həmkarı mühafizəkar Karl Nehammeri əvəz edib.
Eyni zamanda, Aleksandr Şallenberq Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə davam edəcək. O, ifrat sağçı Avstriya Azadlıq Partiyası ilə yeni koalisiya hökuməti qurulana qədər kansler olaraq qalacaq.
Ötən gün Vyana və Avstriyanın digər şəhərlərində ifrat sağçıların hakimiyyətə gəlməsinin əleyhinə çıxış edən on minlərlə insanın iştirakı ilə nümayişlər olub. İlk olaraq Avstriya Xalq Partiyası (OVP) Avstriya Azadlıq Partiyasını (FPO) koalisiya hökumətinin tərkibinə buraxmamağı planlaşdırırdı, lakin Sosial Demokratlar və liberal NEOS ilə danışıqlar uğursuz oldu. Bununla əlaqədar Karl Nehammer kansler və Avstriya Xalq Partiyasının lideri vəzifəsindən istefa verib.
10-01-2025, 18:10
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı


Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 – 26 fevral tarixlərində aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 20 fevral – 5 mart tarixlərində aparılacaq.
Bildirilib ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may aylarında aparılacaq.
10-01-2025, 17:50
Magistr imtahanlarının I cəhdi bu tarixdə keçiriləcək


Magistr imtahanlarının I cəhdi bu tarixdə keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci ildə keçiriləcək bəzi imtahanların vaxtı açıqlanıb.
DİM magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdinin keçirləcəyi günü də elan edib.
Belə ki, magistraturaya qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək.
Bu imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı 13 – 27 yanvar tarixlərində aparılacaq.
Xatırladaq ki, DİM yanvarın 19-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçirəcək.
10-01-2025, 17:28
Polis Bakıda əməliyyatlar keçirib - 10 nəfər saxlanılıb


Polis Bakıda əməliyyatlar keçirib - 10 nəfər saxlanılıb

Polis Bakının Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir-neçə gün ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 10 fakt aşkarlanıb. Əməliyyatlar zamanı 42 yaşlı Babək Niftiyev, 34 yaşlı Saleh Salahov, 52 yaşlı Samir Mustafayev və daha 7 nəfər saxlanılıblar. Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın heroin, tərkibi pisxotrop maddələrlə zənginləşdirilmiş marixuana və metamfetamin aşkarlanıb.
Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı araşdırmalar aparılır.
Paytaxt və regionlarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.
10-01-2025, 17:18
Ən yaşlı namizəd bu bələdiyyənin sədridir - 85 yaşı var


Ən yaşlı namizəd bu bələdiyyənin sədridir - 85 yaşı var

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərində 16 mindən çox namizəd mübarizə aparacaq.
Namizədlərdən ən yaşlısı 85 yaşındadır.
O, Cəlilabad rayon Alar Bələdiyyəsinin sədri Bağış Mustafayevdir.
Onun namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülüb.

10-01-2025, 17:10
Azərbaycanda hava şəraitinin mülayim keçməsinin səbəbi açıqlandı - RƏSMİ


Azərbaycanda hava şəraitinin mülayim keçməsinin səbəbi açıqlandı - RƏSMİ

Son günlər ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Belə ki, atmosfer proseslərinin inkişafında isti hava kütlələrinin üstünlük təşkil etməsi hava şəraitinin mülayim keçməsinə səbəb olur.
Bu fikirləri Milli Hidrimeteorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.
Onun sözlərinə görə, yanvarın birinci ongünlüyündə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 13 dərəcə isti qeydə alınıb:
"Havanın temperaturu yanvarın 3-də Bakı və Abşeron yarımadasında iqlim normasından 5.6 dərəcə yüksək olub. Son 24 il ərzində isə 2007-ci il yanvarın 28-də və 2019-cu il yanvarın 16-da Bakıda havanın maksimal temperaturu müsbət 20.1 dərəcə təşkil edib".
G.Abbasova bildirib ki, yanvarın 11-i və 12-də istirahət günlərində ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 9-14, Aran rayonlarında 8-13, dağlıq rayonlarda isə 3-8 dərəcə isti olacağı gözlənilir".
10-01-2025, 16:43
"Tesla" yeni avtomobilini təqdim etdi - FOTO


"Tesla" yeni avtomobilini təqdim etdi - FOTO

ABŞ-nin "Tesla" şirkəti yenilənmiş "Model Y" krossoverini təqdim edib.
Krossoverin görünüşü dəyişib və daha uzun məsafəli olub.
"Tesla Model Y"nin ön hissəsi "Cybertruck" elektrik mühərrikli pikapının və "Cybercab" pilotsuz taksisinin görünüşünə uyğun hazırlanıb, yeni işıqlandırma avadanlığı, kapot və bamper quraşdırılıb.
Birinci mərhələdə yeni məhsul iki modifikasiyada təklif olunacaq. Avtomobil arxa ötürücülüdür və tam şarjla 593 km getməyə qadirdir.
Yenilənmiş "Tesla Model Y"nin tədarükləri bu ilin yazında başlayacaq.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!