Husilər də İran müharibəsinə qoşulurlar .....                        ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır - KİV .....                        Avropa Komissiyasının sədrinə ağır ittiham .....                        İlham Əliyev Müctəba Xameneyini təbrik etdi .....                        Rumıniya Azərbaycanı dəstəklədi .....                        Qətər əmiri: İran bizə xəyanət etdi .....                        Raket hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ .....                        Azərbaycan Türkiyəyə raket hücumuna ETİRAZ ETDİ .....                        Paşinyan İranın yeni Ali Liderinə məktub yazdı .....                       
14-06-2025, 16:26
İrandan Türkiyəyə gedən yük maşınında 77 kiloqram narkotik aşkarlandı


İrandan Türkiyəyə gedən yük maşınında 77 kiloqram narkotik aşkarlandı

İrandan Naxçıvan yolu ilə Türkiyəyə gedən yük maşınında 77 kiloqramdan çox narkotik vasitə aşkarlanıb.
Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “divar paneli” yükü aparan Türkiyə vətəndaşının idarə etdiyi yük maşını Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsasalı yoxlamaya cəlb olunub.
Yoxlama zamanı yük maşınında “divar paneli” yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda, gümüşü rəngli folqaya bükülmüş 24 ədəd bağlamada ümumi təmiz çəkisi 77 kq 150 qr olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırılma aparılır.
14-06-2025, 16:21
Ermənistan Konstitusiyasında “Miatsum”a çağırışlar var - Hikmət Hacıyev


Ermənistan Konstitusiyasında “Miatsum”a çağırışlar var - Hikmət Hacıyev

“Sülh razılaşmasının mətni Bakıda hazırlanıb. Onun fundamental prinsipləri də rəsmi Bakı tərəfindən tərtib olunub”.
Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” (The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) paneli zamanı söyləyib.
O Birləşmiş Krallıqla İrlandiya Respublikası arasında sənəd imzalanmazdan əvvəl Krallığın sonuncunu Konstitusiyanı dəyişdirilməsinə vadar etdiyini nümunə göstərib: “Layihə Ermənistan tərəfinə təqdim edilib. Bu, növbəti dəfə Azərbaycanın Cənubi Qafqaz regionunu transformasiya etmək istiqamətindəki siyasi hazırlığını göstərir. Bəli, Sülh müqaviləsinin mətninin layihəsini razılaşdırmışıq, lakin iki məsələ bizim üçün çox vacibdir. Biz başa düşürük ki, Konstitusiya istənilən ölkənin siyasi dinamizminin tərkib hissəsidir, lakin əgər Konstitusiyada digər ölkənin ərazisinə iddialar varsa, bu, artıq narahatlıq doğuran bir məsələdir. Çünki Ermənistanın Müstəqillik Bəyannaməsində və bu dövlətin Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var. “Miatsum” Qarabağın Ermənistana birləşdirilməsi deməkdir. Həmin sənəddə Şimali İrlandiyaya qarşı ərazi iddiaları mövcud idi. Nəticədə bu müddəa dəyişdirildi”.
Prezident köməkçisi həmçinin, Ermənistanın Minsk qrupunun ləğvi məsələsini uzatmasına da diqqəti yönəldib: “Sülhdən danışarkən, burada söhbət təkcə iki hökumət arasındakı deyil, Ermənistan və Azərbaycan xalqları arasındakı sülhdən də gedir. İkinci məsələ isə mühüm olmasa da, psixoloji anlam daşıyır. Söhbət tarixin qalığı olan Minsk qrupunun tamamilə ləğv olunmasından gedir. Mən hələ də Ermənistan tərəfinin bu məsələni nəyə görə uzatdığını anlamaqda çətinlik çəkirəm. Hesab edirəm ki, indi ATƏT-ə heç bir fəaliyyəti olmayan Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət etməyin vaxtıdır”.
14-06-2025, 16:14
Fidan Ceyhun Bayramovla danışdı


Fidan Ceyhun Bayramovla danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Misirdən olan həmkarları ilə İsrail-İran münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib.
"İyunun 14-də Türkiyənin XİN başçısı Hakan Fidan Azərbaycan və Misridən olan həmkarları Ceyhun Bayramov, eləcə də Bədr Abdel Atı ilə telefon danışığı aparıb.
Danışıqlar zamanı İsrailin İrana hücumu və digər regional məsələlər müzakirə olunub", - deyə mənbə bildirib.
14-06-2025, 15:58
Bakı–Təbriz–Bakı reysləri də ləğv edildi


Bakı–Təbriz–Bakı reysləri də ləğv edildi

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı –Təbriz–Bakı marşrutu üzrə reysləri iyun ayının sonunadək ləğv edib.
Qeyd edək ki, aviaşirkət bu ilin iyun ayının 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlamağı planlaşdırırdı. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetirilməsi gözlənilirdi.
14-06-2025, 15:25
Ceyhun Bayramov iranlı həmkarı ilə hücumları müzakirə etdi


Ceyhun Bayramov iranlı həmkarı ilə hücumları müzakirə etdi

14 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət müzakirə olunub.
İran İslam Respublikasının xarici işlər naziri İsrail Dövləti tərəfindən həyata keçirilmiş hücum, eləcə də İran tərəfindən atılan addımlar barədə məlumat verib.
Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Nüvə obyektlərinin ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğu vurğulanıb. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.
İranın hava məkanının bağlı olduğu nəzərə alınaraq, Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın nümayəndələrinə keçid üçün şərait yaradıldığı barədə məlumat verilib.
Münaqişənin geniş bölgəyə yayılması təhlükəsini nəzərə alaraq, diplomatik səylərin bərpa edilməsinin əhəmiyyəti bir daha qeyd olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
14-06-2025, 15:19
Hikmət Hacıyev İsrail-İran qarşıdurmasından danışdı


Hikmət Hacıyev İsrail-İran qarşıdurmasından danışdı

Azərbaycan özünü sanksiyaların tətbiq edildiyi qonşu dövlətlərə qarşı mümkün ssenarilərə hazırlayıb.
Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” (The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) paneli zamanı söyləyib.
O qeyd edib ki, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İsrail-İran hərbi qarşıdurması mövcuddur:
“Biz bunun baş verəcəyini ehtimal edirdik. Məhz o səbəbdən də Yaxın Şərqdən yönəlməsi mümkün olan yeni sunamilər də daxil olmaqla, qonşu ölkələrə istiqamətlənə biləcək mümkün ssenarilərə hazır idik”.
14-06-2025, 15:08
Narahatlıq, intiqam çağırışları və dağıntılar - Tehran küçələrində son durum


Narahatlıq, intiqam çağırışları və dağıntılar - Tehran küçələrində son durum

İsrailin iyunun 13-də İrana endirdiyi gözlənilməz raket zərbələri nəticəsində Tehranda vəziyyət hərbi rejimə keçib.
Yerli medianın verdiyi məlumata görə, hücumlar nəticəsində paytaxtda yerləşən yaşayış binasına zərbə endirilib və nəticədə 60 nəfər həlak olub.
Hücumlar zamanı, həmçinin İranın yüksək rütbəli hərbçilərinin və nüvə mütəxəssislərinin yaşadığı komplekslər də hədəfə alınıb.
İsrail kəşfiyyatı iranlı komandanları bir görüşə toplayaraq onları tələ şəklində birbaşa zərbə ilə öldürüb. Bu hadisədən sonra Qum şəhərində yerləşən Cəmkəran məscidinin üzərində “qırmızı qisas bayrağı” qaldırılıb.
Bu bayraq İranda müqəddəs sayılan və “qanlı intiqamın başlanğıcı” kimi qəbul edilən simvolik addım hesab edilir.
Tehran küçələrində narahatlıq hiss olunur. Şəhərdə yaşayan yerli jurnalist Həyal Muəzzinin sözlərinə görə, insanlar sakitliyini qorusa da, mitinqlər və intiqam çağırışları davam edir:
“Xalq meydanlara çıxır, məscidlərə toplaşır və intiqam tələb edir. Sanki səfərbərlik ruhu canlanıb. İnsanlar qətiyyətlidir. Bu, sadəcə hücum deyil, müharibənin başlanğıcıdır.”
Tehranda dövlət müəssisələri fəaliyyətini davam etdirir, marketlər açıqdır və gündəlik ehtiyacların qarşılanması hələlik təmin olunur. İranın xüsusi xidmət orqanlarının cavab əməliyyatları başladığı və qarşı tərəfdən toplanmış məlumatlara əsaslanaraq yeni strategiyalar üzərində çalışdığı bildirilib.
İnternetə giriş məhdudlaşdırılıb, ölkəni tərk etmək çətindir
Həmçinin, ölkənin bəzi bölgələrində, o cümlədən Şiraz şəhərində də partlayış səsləri eşidilib. Orada yaşayan Rusiya vətəndaşı Anna “Kommersant”a verdiyi açıqlamada bildirib ki, hava məkanının bağlanması səbəbilə ölkəni tərk edə bilmir. Onun sözlərinə görə, gənc kişilər hərbi xidmətdə olmadan xarici pasport ala bilmədiyi üçün ölkədən çıxışları çətinləşib.
“İran öz ərzaq məhsullarını istehsal edə bilir, bu baxımdan yaxın müddətdə qıtlıq gözlənilmir. Amma hansı infrastrukturun zərər gördüyü hələ dəqiq bilinmir. İnternetin sürəti isə xeyli zəifləyib”, – deyə o bildirib.
Hazırda bölgədə vəziyyət son dərəcə gərgindir. Bəzi səfər marşrutlarının təhlükəli olması səbəbilə vətəndaşlar alternativ yollarla ölkəni tərk etməyə çalışır.
14-06-2025, 14:51
Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı cavab gözləyir


Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı cavab gözləyir

Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” panel müzakirəsində çıxışı zamanı səsləndirib.
O bildirib ki, Azərbaycan regionda təhlükəsizlik və sabitliyi təmin edib: “Biz regionda tam təhlükəsizlik və sabitlik yaratmışıq. Ermənistan da regional əməkdaşlıq və nəqliyyat bağlantılarının bir hissəsinə çevrilə bilər”.
Hikmət Hacıyev qeyd edib ki, hazırda Ermənistanla da danışıqlar aparılır və Azərbaycanın məqsədi regionda heç kimi təcrid etmək və ya kənarda saxlamaq deyil. “Lakin bu prosesdə Ermənistan tərəfindən də konkret addımlar atılmalıdır. Ermənistan Naxçıvanı 30 il müddətində blokadada saxlayıb. Biz gözləyirik ki, Ermənistan ilk növbədə Zəngəzur dəhlizi istiqamətində mühüm bir addım atsın. Bilirəm ki, erməni tərəfi dəhliz sözündən narahat olur. Həmişə zarafatla deyirəm ki, mən Azərbaycanın bütün ərazisinin dəhlizə çevrilməsini istərdim. İstəsinlər yol desinlər, keçid desinlər, fərq etməz, amma əsas məsələ Naxçıvanla birbaşa bağlantının qurulmasıdır”,- deyə o vurğulayıb.
Prezidentin köməkçisi əlavə edib ki, Naxçıvana nəqliyyat bağlantısı yaradıldıqdan sonra bu, Ermənistan üçün də yeni imkanların açılmasına səbəb ola bilər: “Biz istəyirik ki, Ermənistan da regional nəqliyyat şəbəkəsinin əsas axınının bir hissəsinə çevrilsin”,- deyə Hacıyev bildirib.
14-06-2025, 14:40
İsrail nazirindən sərt bəyanat: Tehran yandırılacaq!


İsrail nazirindən sərt bəyanat: Tehran yandırılacaq!

İsrailin müdafiə naziri İsrael Katz sərt bəyanatla çıxış edib.
O, Tel-Əviv və Tehran arasında artmaqda olan gərginlik fonunda bildirib ki, əgər İran İsrail ərazisini raket atəşinə tutmağa davam edərsə, Tehran yandırılacaq.
İsrael Katz İranın ali lideri Ayətullah Əli Xamenei barədə danışaraq qeyd edib ki, o, İran vətəndaşlarını girova çevirir:
"Elə bir ssenari həyata keçirir ki, bunun nəticəsində xalq, xüsusilə də Tehran sakinləri, İsrail vətəndaşlarına qarşı törədilən ziyanın əvəzini baha şəkildə ödəməli olacaqlar".
14-06-2025, 14:33
“Sualım budur ki, Avropa İttifaqı haradadır?”


“Sualım budur ki, Avropa İttifaqı haradadır?”

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə başlayanda Avropa və Amerika fondları bu layihəyə maliyyə ayırmaqdan imtina etdilər. Biz isə qərara gəldik ki, bu işi öz vəsaitimizlə görəcəyik. Biz bu layihəni həyata keçirdik.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı səsləndirib.
Prezidentin köməkçisi bildirib ki, bölgədə dayanıqlı ticarət və nəqliyyat əlaqələrinin qurulması üçün əməkdaşlıq və tərəfdaşlıq əsas şərtdir. “Bizim investisiya imkanlarımız var və bölgədəki qardaş və tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edirik”,- deyə Hikmət Hacıyev vurğulayıb.
O əlavə edib ki, Azərbaycan bütün əsas nəqliyyat infrastrukturunu Mərkəzi Asiya ölkələri ilə birləşdirib. H.Hacıyev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə bölgədə üzərlərinə düşən işi yerinə yetirir və Mərkəzi Asiya ölkələri ilə əlaqələri genişləndirirlər. O, həmçinin qeyd edib ki, Çin və Qırğızıstan hazırda 900 kilometrlik yeni dəmir yolu xətti inşa edirlər və bu infrastruktur Mərkəzi Asiyaya daha qısa marşrutla çıxış imkanı verəcək. Transxəzər vasitəsilə biz bu proseslərin hamısını bir-biri ilə əlaqələndiririk.
“Sualım budur ki, Avropa İttifaqı haradadır? Bəli, siz tərəfdaş kimi bizə qoşula bilərsiniz, amma hələ də Aİ-nin bu məsələdə nə istədiyi tam aydın deyil. Biz hələ də bunu görə bilmirik”, - deyə o vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!