Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
15-03-2025, 18:40
Ukrayna ordusu Kurskda mühasirəyə düşüb? - Zelenskidən reaksiya


Ukrayna ordusu Kurskda mühasirəyə düşüb? - Zelenskidən reaksiya

Rusiya Ukrayna qüvvələrini Kurskdan tamamilə çıxarmağa hazırlaşır.
Bu barədə hərbi analitiklər bildiriblər.
Bölgədəki vəziyyət ABŞ prezidenti Donald Trampın narahatlığına səbəb olub. O bildirib ki, minlərlə Ukrayna əsgəri tam mühasirəyə düşüb.
Zelenski isə Kurskda ukraynalı əsgərlərin mühasirəyə düşmədiyini deyib. O, Moskvanın bölgədə qoşun toplayaraq Sumı bölgəsinə yeni hücuma hazırlaşdığını qeyd edib. “Biz bu təhlükədən xəbərdarıq və buna qarşı tədbirlər görəcəyik,” – deyə Zelenski əlavə edib.
O qeyd edib ki, Ukrayna ordusu hələ də Rusiyanın Kursk bölgəsində Rusiya və Şimali Koreya qüvvələrinə qarşı müdafiə olunur.
Zelenski, həmçinin Qərb tərəfdaşlarını Rusiyanın planlarından xəbərdar olmağa çağırıb. O, Rusiya prezidenti Vladimir Putinin müharibəni uzatmaq niyyətində olduğunu vurğulayıb.
Putin cümə axşamı bəyan edib ki, Trampın Ukrayna ilə 30 günlük atəşkəs təklifi ilə prinsipcə razıdır. Lakin o, bəzi şərtlər yerinə yetirilməyincə döyüşlərin davam edəcəyini bildirib.
Zelenski qeyd edib ki, Rusiya qüvvələrinin toplanması Moskvanın diplomatiyanı görməzlikdən gəldiyini göstərir. Onun sözlərinə görə, Rusiya müharibəni uzatmaqda israrlıdır.
O, həmçinin bildirib ki, Ukraynanın şərqində yerləşən strateji Pokrovsk şəhəri yaxınlığındakı vəziyyət sabitləşib. Bundan əlavə, Ukrayna ordusu döyüşlərdə ilk dəfə olaraq yeni, yerli istehsal olunan uzun mənzilli raketdən istifadə edib.
Zelenski qeyd edib ki, Ukrayna müdafiə sənayesini gücləndirməyə çalışır. Bunun əsas məqsədi Qərb ölkələrindən gələn hərbi yardımlardan asılılığı azaltmaqdır. Ukraynanın yeni “Uzun Neptun” raketi 1000 kilometr məsafəni vura bilir.
15-03-2025, 18:09
"Çelsi"nin yeni transferi


"Çelsi"nin yeni transferi

İngiltərənin “Çelsi” komandası daha bir futbolçu ilə anlaşıb.
London təmsilçisi Portuqaliyanın “Sportinq” klubundan 20 yaşlı yarımmüdafiəçi Dariu Essouqu ilə razılığa gəlib. “Zadəganlar” bu keçid üçün qarşı tərəfə 22 milyon avro ödəyəcək.
“Çelsi” daha əvvəl “Sportinq”in digər futbolçusu Jovani Kendanın keçidi üçün anlaşma əldə edib.
15-03-2025, 17:43
Ukrayna Kurskun bu şəhərindən geri çəkildi


Ukrayna Kurskun bu şəhərindən geri çəkildi

Ukrayna müdafiə qüvvələri Kursk vilayətindəki Suca rayon mərkəzini tərk edərək Rusiya-Ukrayna sərhədinə yaxınlaşıb.
Bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün dərc etdiyi Kursk istiqamətindəki xəritəyə əsasən məlum olub.
Suca rayonunda Ukrayna bölmələrinin nəzarətində sərhəddən təxminən 5-6 km məsafədə yerləşən Oleşnya və Qoqolevka yaşayış məntəqələri qalır.
"Son sutka ərzində Kursk istiqamətində 20 toqquşma baş verib. Düşmən 19 aviasiya zərbəsi endirib, 28 idarə olunan bomba atıb, 232 artilleriya atəşi açıb ki, bunun üçü reaktiv yaylım atəş sistemlərindən açılan atəşdir", - Baş Qərargahın məlumatında bildirilib.
15-03-2025, 16:36
Bakıda sexdə yanğın


Bakıda sexdə yanğın

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli sexin yanar konstruksiyaları, içərisində olan 5 ədəd dəzgah və 180 ədəd plastikdən ibarət boru yanıb.
Digər borular yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
15-03-2025, 16:14
Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərdi


Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərdi

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin 2025-ci il martın 13-də qəbul etdiyi qətnamə ilə əlaqədar Avropa Parlamentinə etiraz məktubu göndərib.
Bu barədə Milli Məclisdən bildirilib.
Biz Avropa Parlamentinin 2025-ci il martın 13-də qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Suverenlik, qanunun aliliyi və ədalət prinsiplərinin saya alınmadığı bu qətnamədə Azərbaycanın ağır cinayətlərdə iştirak etmiş şəxsləri məhkəmə qaydasında təqib etmək kimi qanuni hüququ tanınmır. Bundan əlavə, qətnamədə son otuz il ərzində mövcud olmuş tarixi şəraitə və Ermənistanın qanunsuz hərəkətləri nəticəsində Azərbaycan xalqının çəkdiyi böyük iztirablara bilərəkdən göz yumulur.
Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış, dinc Azərbaycan vətəndaşlarına qarşı saysız-hesabsız müharibə cinayətləri törətmişdir. Bu cinayətlərə etnik təmizləmə, insan hüquqlarının ciddi pozuntuları və Azərbaycanın mirasının sistemli şəkildə məhv edilməsi də daxildir. Avropa Parlamenti bu vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barəsində daim susmağa üstünlük vermişdir. Bu soyqırımı aktı zamanı erməni silahlı qüvvələri uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, 613 günahsız insanı qəddarcasına qətlə yetirmişlər. Azərbaycanın itkin düşmüş 4 minə yaxın dinc sakininin taleyi hələ də məlum deyil, lakin selektiv və qərəzli yanaşmaya əsaslanan Avropa Parlamenti bu cinayətləri görməzdən gəlir, çünki Azərbaycana qarşı haqsız və saxta iddiaları üstün tutur.
Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan silahlı separatçılıq, sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir. Qətnamədə Azərbaycanın 2023-cü ildə "blokada" və "etnik təmizləmə" həyata keçirməsi barədə irəli sürülən ittihamlar başqa bir şey deyil, diqqəti haqsızlığın əsl günahkarlarından – onilliklər ərzində Azərbaycan torpaqlarını işğal etmiş, 750 min azərbaycanlını zorla yurdlarından qovmuş və işğal altında saxladıqları bütün şəhər və kəndləri yerlə-yeksan etmiş Ermənistan silahlı qüvvələrindən yayındırmağa yönələn siyasi motivli uydurmalardır.
Qeyd edilməlidir ki, Qarabağ bölgəsinin Azərbaycanın Konstitusiya çərçivəsinə yenidən inteqrasiyası beynəlxalq hüquqa tam uyğun həyata keçirilmişdir. Erməni milliyyətli sakinlərin böyük əksəriyyəti könüllü olaraq köçmək qərarına gəlmişlər və Azərbaycan hələ də onların hüquq və təhlükəsizliyini təmin etməyə hazırdır. Bu baxımdan Avropa Parlamentinin "sanksiyalar", sazişlərin "dayandırılması" və diplomatik məhdudiyyətlər barədə çağırışları Azərbaycanın daxili işlərinə qarışmaq üçün göstərilən qəbuledilməz cəhdlərdir. Bu cür siyasi motivli hərəkətlər regionda sabitliyə xidmət etmir, əksinə, yalnız gərginliyi artırır və davamlı sülhə nail olmaq perspektivlərini sarsıdır.
Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiq olaraq qalır. Heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham bizi qanunun aliliyini qorumaqdan və ölkəmizə qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirə bilməz. Hazırda məhkəmə qarşısına çıxarılan şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunvericiliyini pozmuş, ədalətli və şəffaf məhkəmə prosesi çərçivəsində məsuliyyətə cəlb edilməli olan cinayətkarlardır. Bütün tərəflər belə bir reallığı qəbul etməlidirlər ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və silahlı separatizmdən qorumaq kimi suveren hüququnu həyata keçirir. Beləliklə, Avropa Parlamentinin qətnaməsi sülhü və ya ədaləti deyil, düşmənçiliyi qızışdırmaq və birtərəfli siyasi gündəliyi təşviq etmək cəhdidir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Avropa Parlamentini sülhə və barışığa qarşı yönələn siyasi motivli hərəkətlərə yol verməkdənsə, ədalət və suverenlik prinsiplərinə hörmət bəsləməyə çağırırıq. Yalnız haqq-ədalət və qarşılıqlı anlaşma sayəsində Cənubi Qafqazda həqiqi sabitlik əldə edilə bilər.
15-03-2025, 16:06
Antibiotiklərin reseptsiz satışı qadağandır - Nazir


Antibiotiklərin reseptsiz satışı qadağandır - Nazir

Antibiotiklərin reseptsiz satışı və istifadəsi qanun pozuntusu hesab edilir.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
“Antibiotiklərin reseptsiz satışı qadağandır. Pasiyentlər həkimdən elektron reseptin istifadəsini tələb etsə, bu problem aradan qalxacaq”, - nazir qeyd edib.
15-03-2025, 16:06
Antibiotiklərin reseptsiz satışı qadağandır - Nazir


Antibiotiklərin reseptsiz satışı qadağandır - Nazir

Antibiotiklərin reseptsiz satışı və istifadəsi qanun pozuntusu hesab edilir.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
“Antibiotiklərin reseptsiz satışı qadağandır. Pasiyentlər həkimdən elektron reseptin istifadəsini tələb etsə, bu problem aradan qalxacaq”, - nazir qeyd edib.
15-03-2025, 16:00
Şəmkirdə müəllimi döyən şəxs tutuldu


Şəmkirdə müəllimi döyən şəxs tutuldu

Şəmkirdə müəllimi döyməkdə şübhəli bilinən şəxslər saxlanıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.
O. Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
15-03-2025, 15:41
Şavkat Mirziyoyev Azərbaycanla bağlı sazişi TƏSDİQLƏDİ


Şavkat Mirziyoyev Azərbaycanla bağlı sazişi TƏSDİQLƏDİ

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiqlənməsi barədə qərar imzalayıb.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
15-03-2025, 15:05
Maliyyə naziri Baş katiblə görüşdü


Maliyyə naziri Baş katiblə görüşdü

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə, həmçinin bu təşkilata üzv olan ölkələrlə əməkdaşlığa böyük əhəmiyyət verir və təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.
Bunu nazir İƏT-in Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Qonaq Azərbaycanın İƏT-in fəal üzvlərindən olduğunu, ölkəmizin təşkilatın fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif təşəbbüslərlə çıxış etməsindən məmnunluğunu ifadə edib.
Görüş zamanı üzv ölkələr arasında ticarət, nəqliyyat, maliyyə, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində İƏT-in mühüm rol oynaya biləcəyi qeyd edilib, sahəvi nazirlərinin, o cümlədən maliyyə nazirlərinin toplantılarının, həmçinin üzv ölkələrin iş adamlarının iştirakı ilə biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, İƏT Ticarət və İnkişaf Bankının rolunun daha da artırılmasının, Bank tərəfindən regionda ticarət və nəqliyyat əlaqələrinin, həmçinin üzv ölkələrin iqtisadi inkişafına töhfə verəcək layihələrin maliyyələşdirilməsində yaxından iştirakının vacibliyi qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!