Nazirlik Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verdi .....                        Metronun 5 stansiyasının qapıları yenilənəcək .....                        Cabir İmanov zala daxil oldu, bir neçə dəqiqə sonra yıxıldı... .....                        “Dünən toyda biryerdə idik” .....                        Hər üç dost eyni səbəbdən HƏYATINI İTİRİB .....                        Azərbaycanda bu hərbçilərin yaş həddi artırılır .....                        Din adı altında gizli təbliğat: keşişlərə tapşırıq verildi .....                        Nazirlik ürək xəstəliklərinin qarşısının alınması üçün mərkəz yaratdı .....                        Putin fərman imzaladı - 135 min rusiyalı orduya çağırılacaq .....                       
4-01-2025, 19:45
Bakıda klinika 20 min manat cərimələndi


Bakıda klinika 20 min manat cərimələndi

Bakıda lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olan "VMR Medical Center" MMC ilə bağlı məhkəmə qərar verib.
Səhiyyə Nazirliyi tərəfindən Nərimanov rayonunda fəaliyyət göstərən "VMR Medical Center" MMC-də yoxlama aparılıb.
Aparılan yoxlama zamanı "VMR Medical Center"də lisenziya olmadan kosmetoloji fəaliyyətlə məşğul olma faktı aşkar olunub.
MMC-nin baş direktoru və qanuni təmsilçisi Həsənov Vüsal Şükür oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə "VMR Medical Center" MMC-nin baş direktoru İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20.000 manat məbləğində cərimə olunub.
4-01-2025, 19:37
Azərbaycan bizim üçün etibarlı tərəfdaşdır


Azərbaycan bizim üçün etibarlı tərəfdaşdır

Azərbaycan təbii qaz təchizatında Serbiya üçün etibarlı tərəfdaşdır.
Bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətin iclasında deyib.
Prezident hazırda ölkədə qaz istehlakının gündəlik 13,5-14,5 milyon kubmetr civarında olduğunu bildirib. Bu günə həm Serbiyadakı, həm də Macarıstandakı yeraltı anbarlarda təxminən 430 milyon kubmetr qaz ehtiyatı var.
Qeyd edək ki, Serbiya Azərbaycan qazı ilə təchiz edilən sayca 8-ci ölkə olub. Hazırda Azərbaycandan gündəlik 2,5 milyon kubmetrədək təbii qaz idxal edilir.
4-01-2025, 18:18
Azərbaycanın veteran gimnastı vəfat etdi


Azərbaycanın veteran gimnastı vəfat etdi

Azərbaycanın veteran gimnastı Faiq Rəcəbov vəfat edib.
O, 91 yaşında dünyasını dəyişib. F.Rəcəbov yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olub. Gimnastika üzrə SSRİ idman ustası olan F.Rəcəbov Azərbaycanın yığma komandasının üzvü kimi SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub. O, 1980-1990-cı illərdə Azərbaycan Gimnastikası Federasiyasının prezidenti, 1994-1997-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü kimi çalışıb.
F.Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi fəxri adı ilə təltif edilib.
Qeyd edək ki, F.Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.
4-01-2025, 17:36
Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı


Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı

Goranboy Rayon Polis Şöbəsinə rayonun Aşağı Ağcakənd qəsəbəsi və Ağcakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Polis əməkdaşları həmin ünvanlara gedərək müvafiq tədbirlər həyata keçirib və ümumilikdə iki ədəd “Kalaşnikov” markalı avtomat, üç ədəd avtomat darağı, 60 ədəd 7,62 çaplı avtomat patronu və 100 ədəd RPK patronu aşkar edərək götürüblər.
Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.
4-01-2025, 17:17
Azərbaycan təyyarəsinin vurulduğunu sübut edən yeni FOTOLAR


Azərbaycan təyyarəsinin vurulduğunu sübut edən yeni FOTOLAR

2024-cü ilin dekabrında Aktau yaxınlığında qəza enişi edən "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin yeni fotoları yayılıb.
Fotolar "AnewZ" telekanalının vebsaytında təqdim edilib.
Təyyarənin gövdəsinin daxilindən çəkilmiş fotoşəkillərdə kənar müdaxilə ilə uyğun gələn xəsarət əlamətləri aydın görünür.
O cümlədən qəlpə izləri aydın görünür ki, bu da quşların turbinə girməsi və ya təyyarənin yanacaq çəninin partlaması kimi ilkin versiyaları şübhə altına salır.
Telekanal qeyd edir ki, Azərbaycan hökumətindəki mənbələrin məlumatına görə, ilkin araşdırmalar təyyarənin Qroznıya yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemindən atılan raketlə vurulduğunu göstərir.
Daha əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev raket zərbəsinin olduğunu təsdiqləsə də, raketin növü məlum deyil.
Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində bildirib ki, təyyarə Rusiya ərazisi üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən bilmədən vurulub. O, Rusiya tərəfindən təqsiri tam etiraf etməyi, günahkarların cəzalandırılmasını, həlak olanlara və onların ailələrinə təzminat ödənilməsini tələb edib.
38 nəfərin öldüyü insident ilə bağlı istintaq davam edir.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.









4-01-2025, 17:10
Marketdə yanğın 8 nəfərin həyatına son qoydu


Marketdə yanğın 8 nəfərin həyatına son qoydu

Çinin Hıbey əyalətində marketdə baş verən yanğın nəticəsində 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Yanğın Canciakou şəhərində səhər saatlarında baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən saat yarımdan sonra yanğını nəzarət altına alıblar. Axtarış-xilasetmə işləri başa çatıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
4-01-2025, 17:05
“Xətai” metrosunda eskalator dayandı


“Xətai” metrosunda eskalator dayandı

Dünən saat 19:25-də “Xətai” stansiyasında sərnişinin eskalatorun “Stop” açarını sıxması nəticəsində eskalatorun dayandırılmasının və nəticədə qarşısında sıxlıq yaranmasının səbəblərinin araşdırılmasına başlanılıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin bu gün yaydığı məlumatında deyilir.
Bildirilir ki, eskalatorun dayanması səbəbini müəyyən etmək məqsədilə dərhal idarəetmə panelinə baxış keçirilib: “Baxış nəticəsində texniki problem olmadığı, dayanmanın “Stop” açarının sıxılması səbəbindən baş verdiyi müəyyən edilib. Daha sonra eskalatorun fəaliyyəti bərpa olunub. Qeyd edilməlidir ki, “Stop” açarı fövqəladə hallarda, təcili və təxirəsalınmaz zərurət olduqda, eskalatorun dayandırılmasını təmin edir”.
QSC qeyd edir ki, hadisə ilə bağlı müvafiq araşdırmaların aparılması və tədbirlərin görülməsi üçün Bakı Metropolitenində Polis İdarəsinə müraciət edilib.
Xatırladırıq ki, “Stop” düyməsinin əsassız sıxılması İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə uyğun olaraq məsuliyyət yaradır.
“Sərnişinlərdən rica edirik ki, eskalatorlarda təhlükəsizlik, istifadə qaydalarına və tələblərinə zidd olan hallara yol verməsinlər, uşaqlara nəzarət etsinlər. Eskalatordan düzgün istifadə olunmazsa, bu, sərnişin təhlükəsizliyinə ciddi təhlükə mənbəyinə çevrilə bilər. Bir sərnişinin yanlışlığı onun özünün, eləcə də ətrafında olan digər sərnişinlərin narahatlığını, xəsarət almasını və digər bədbəxt hadisələrin baş verməsini qaçılmaz edə bilər.
Həmçinin eskalatora tullantı atmaq, sürahini çıxarmaq və onun üstünə əşya qoymaq İnzibati Xətalar Məcəlləsinə görə müvafiq qaydada məsuliyyət yaradır”, -- "Bakı Metropoliteni" qeyd edir.
4-01-2025, 16:47
Türkiyə xalqı Ferdi Tayfurla vidalaşır


Türkiyə xalqı Ferdi Tayfurla vidalaşır

İstanbulda Türkiyə musiqisinin olduqca sevilən nümayəndələrindən biri, bəstəkar, yazıçı, film rejissoru və aktyor Ferdi Tayfurla vida mərasimi keçirilib.
Mərasim İstanbulun ən böyük mədəniyyət məkanlarından olan Atatürk Mədəniyyət Mərkəzində baş tutub.
Böyük izdihamın yaşandığı vida mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy başda olmaqla bir sıra dövlət rəsmiləri, incəsənət xadimləri və digərləri iştirak ediblər.
Ferdi Tayfurla bağlı fikirlərini bölüşən nazir bu sənətçinin bir dövrün insanlarının kədərlərini bütün hissləri ilə dilə gətirdiyini, onun simasında bir adın ağırlığının hər şeydən önə keçdiyini gördüklərini, çox dəyərli bir sənətçini itirdiklərini deyib.
Sənətçi fəaliyyəti boyu 30-dan artıq musiqi albomu çıxarıb və 30-dan çox filmdə rol alıb.
Ferdi Tayfurun 1993-cü ildə İstanbulun Günhane parkında keçirilən konsertində 200 mindən artıq izləyici iştirak edib.
Xalq arasında “Ferdi baba” olaraq bilinən, əsil adı Ferdi Tayfur Turanbayburt olan sənətçi 1945-ci ildə Adana şəhərində dünyaya gəlib.
O, yanvarın 2-də Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
4-01-2025, 15:43
Erməni general 44 günlük müharibəyə görə həbs edildi


Erməni general 44 günlük müharibəyə görə həbs edildi

Ermənistan ordusunun ehtiyatda olan generalı Tiran Xaçatryan saxlanılıb.
Bu barədə onun vəkili Varazdat Arutyunyan "Sputnik"ə bildirib.
Ona qarşı 44 günlük müharibənin bəzi epizodları ilə bağlı ittiham irəli sürülüb.
Generalın həbs olunması ilə bağlı məhkəməyə vəsatət verilib.
Qeyd edək ki, Xaçatryan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin keçmiş müavinidir. O, 2020-ci il iyunun 15-dən 2021-ci il fevralın 24-dək bu vəzifədə işləyib.
O, bundan əvvəl qanunsuz silah gəzdirmə, xuliqanlıq və bədən xəsarəti yetirməkdə ittiham olunub.
4-01-2025, 14:22
Bakıda avtomobilin qaz balonu partladı - Sürücü yaralandı


Bakıda avtomobilin qaz balonu partladı - Sürücü yaralandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobildə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq "CHEVROLET COBALT" markalı avtomobildə quraşdırılmış həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayışla əlaqədar yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış avtomobilin sürücüsü İlqar Rzayev təcili tibbi yardım briqadasına təhvil verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!