Nazirlik Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verdi .....                        Metronun 5 stansiyasının qapıları yenilənəcək .....                        Cabir İmanov zala daxil oldu, bir neçə dəqiqə sonra yıxıldı... .....                        “Dünən toyda biryerdə idik” .....                        Hər üç dost eyni səbəbdən HƏYATINI İTİRİB .....                        Azərbaycanda bu hərbçilərin yaş həddi artırılır .....                        Din adı altında gizli təbliğat: keşişlərə tapşırıq verildi .....                        Nazirlik ürək xəstəliklərinin qarşısının alınması üçün mərkəz yaratdı .....                        Putin fərman imzaladı - 135 min rusiyalı orduya çağırılacaq .....                       
3-01-2025, 17:36
Məşhur filmin çəkildiyi malikanə 5,25 milyona satıldı


Məşhur filmin çəkildiyi malikanə 5,25 milyona satıldı

Dünyaca məşhur "Evdə tək" filminin çəkildiyi malikanə 5,25 milyon dollara satılıb.
Satış Milad bayramından öncə baş tutub.
1990-cı ildə "Evdə tək" filmi və 1992-ci ildə çəkilən "Evdə tək 2" filmlərində nümayiş olunan Çikaqonun şəhərətrafı malikanəsi may ayında sarışa çıxarılıb. 2012-ci ildə bir alıcı ev üçün 1,58 milyon dollar ödəyib.
İki mərtəbəli kərpic ev 2018-ci ildə müasir üslub nəzərə alınmaqla təmir edilib.
850 m²-lik malikanədə dörd kamin, beş yataq otağı, altı vanna otağı, iki camaşırxana, qaraj, istirahət zonası, idman zalı, kinoteatr otağı və qapalı idman meydançası var.

3-01-2025, 17:25
Müəllimlər üçün güzəştli kartlar nə zaman hazırlanacaq?- AÇIQLAMA


Müəllimlər üçün güzəştli kartlar nə zaman hazırlanacaq?- AÇIQLAMA

Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətirilməsi ilə bağlı xəbərlər paylaşılıb.
Həmin kartların müəllimlər üçün hansı üstünlükləri olacaq?
Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova qeyd edib ki, tələbə plus layihəsi çərçivəsində artıq 20 ali təhsil müəssisəsinin 170 min tələbəsinə kartlar verilib:
“Buraya həm Bakıda, həm də regionlarda yerləşən ali təhsil müəssisələri daxildir. İlk mərhələdə yalnız Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri bu layihəyə qoşulub. Artıq nazirliyin tabeliyində olmayan universitetlər və özəl ali məktəblərlə də müqavilələr imzalanır. Bundan əlavə, növbəti mərhələdə kolleclərdə və peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün də “Tələbə Plus” kartlarının verilməsi planlaşdırılır.
Bu, təxminən 70 min tələbəni əhatə edəcək. Proses yekunlaşdıqdan sonra növbəti ildən etibarən “Təhsil Kartı” layihəsinə start verilməsi planlaşdırılır.
Lakin layihə çərçivəsində görüləcək işlər hələ çoxdur. Hazırda “Təhsil Kartı” müzakirə mərhələsindədir. Layihə təsdiqlənsə də, onunla bağlı konkret addımlar hələ atılmayıb. 2025-ci ildən etibarən “Təhsil Kartı”nın icrasına başlanılacağı gözlənilir,” – deyə qeyd edilib.
3-01-2025, 17:24
Balakəndəki yanğında xəsarət alan şəxsin kimliyi açıqlandı


Balakəndəki yanğında xəsarət alan şəxsin kimliyi açıqlandı

Balakəndə baş verən yanğın zamanı bir nəfər xəsarət alıb.
Yanğın Balakən rayonu Hənifə kəndində 1987-ci il təvəllüdlü Məcid Məmmədova məxsus evdə qeydə alınıb.
Yanğın zamanı ev sahibinin həyat yoldaşı 1994-cü il təvəllüdlü Dilarə Məmmədova yanıq xəsarətləri alıb.
3-01-2025, 17:06
Dostu Azər Baxşəliyevin son durumunu açıqladı


Dostu Azər Baxşəliyevin son durumunu açıqladı

“Azər Baxşəliyevin son durumu kritik olaraq qalır. Hazırda süni tənəffüs aparatına qoşulub”.
Bu barədə aktyorun həmkarı və dostu İlkin Həsəni məlumat paylaşıb.
“Həyatın ən çətin anlarında belə möcüzələrə inanmaqdan başqa çarəmiz qalmır” , - İ.Həsəni qeyd edib.
Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev iki gün əvvəl günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Dünən axşam saatlarında onun vəfatı ilə bağlı məlumatlar yayılsa da, daha sonra ATU-dan sorğumuza cavab olaraq bildirib ki, həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
3-01-2025, 16:49
Rusiya ilə sərhəddə 100-ə yaxın maşın toqquşdu


Rusiya ilə sərhəddə 100-ə yaxın maşın toqquşdu

Qazaxıstanın Rusiya ilə sərhədində yerləşən Akmola vilayətində sürücülərin sürət rejimini və məsafəni pozması nəticəsində 95 avtomobilin iştirakı ilə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Janatalap kəndi yaxınlığında, yolun 153-cü kilometrliyində baş verib.
Hazırda hadisə yerində polis və fövqəladə hallar xidmətinin əməkdaşları tədbirlər görür. Avtomobillərin təxliyəsi və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi həyata keçirilir.
Daha əvvəl təcili yardım xidmətləri bölgədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq etmiş və bütün sürücülərə, xüsusilə şəhərkənarı yollarda səyahətdən çəkinməyi tövsiyə etmişdi.
3-01-2025, 16:38
Əsəddən sonra ölkəsinə qayıdan suriyalıların sayı - BMT AÇIQLADI


Əsəddən sonra ölkəsinə qayıdan suriyalıların sayı - BMT AÇIQLADI

Ölkəsinə qayıdan suriyalıların sayı məlum olub.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat paylaşıb.
Bildirilib ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra qonşu ölkələrdə yaşayan 115 mindən artıq suriyalı ölkələrinə geri qayıdıb.
3-01-2025, 16:13
Balakəndə ev yandı - Xəsarət alan var


Balakəndə ev yandı - Xəsarət alan var

Balakən rayonunun Hənifə kəndində yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
3-01-2025, 15:35
Bu paytaxt sakinləri ictimai nəqliyyatdan pulsuz istifadə edəcək


Bu paytaxt sakinləri ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

Serbiyanın paytaxtı Belqradda ictimai nəqliyyatla bağlı yeni qərar verilib.
Yanvarın 1-dən etibarən paytaxt sakinləri ictimai nəqliyyatdan ödənişsiz istifadə etməyə başlayıb.
Belqrad bələdiyyəsinin sədri Aleksandr Sapic bir müddət əvvəl mətbuata açıqlamasında ictimai nəqliyyatla bağlı qərarın şəhərin nəqliyyat sistemini modernizazsiya etməyi hədəfləyən əhatəli strategiyanın tərkib hissəsi olduğunu bildirib.
Belqrad üç il içərisində ictimai nəqliyyat arsenalını yeniləməyi və bütün vasitələri dəyişdirməyi plnalaşıdırır. Bələdiyyə sədrinin sözlərinə görə, 2025-ci ilin sonuna qədər fəaliyyətdə olan bütün nəqliyyat vasitələri iki yaşdan balaca olacaq.
Lakin bəziləri qərara etiraz ediblər. Nəqliyyatın maliyyələşdirilməsinin yüksək vergilər hesabına olacağını və praktikada ödənişsiz olan xidmətin əslində pulsuz olmayacağını deyənlər də var.
3-01-2025, 15:27
"Telegram" cərimələndi


"Telegram" cərimələndi

Moskvanın Taqanski Məhkəməsi "Telegram" messencerini İŞİD terror təşkilatının təbliğatını aparan kanalları, habelə saxta sənədlərin satışı ilə bağlı məlumatı silməkdən imtina etdiyinə görə 4 milyon rubl cərimələyib.
Bu barədə TASS məlumat yayıb.
"Telegram"ın məlumatları silməkdən imtina etməsindən sonra məhkəmə tərəfindən şirkətə 4 milyon rubl dəyərində cərimə kəsilib.
3-01-2025, 14:48
ABŞ Çinin elektromobil sənayesindən narahatdır


ABŞ Çinin elektromobil sənayesindən narahatdır

ABŞ Çinin elektrikli avtomobil sənayesinin inkişafı üçün lazım olan texnologiyanın ixracını məhdudlaşdırmağı planlaşdırır.
Məlumata görə, Pekinlə texnoloji rəqabətin kəskinləşməsi fonunda Vaşinqton bu ölkəyə batareya katod texnologiyasının ixracını qadağan etməyi düşünür.
Çinin bu təklifi litiumun qlobal emalı üzrə 70% nəzarətini saxlamağa da kömək edəcək.
Beynəlxalq Enerji Agentliyi isə bildirir ki, dünya 2035-ci ilə qədər litium tələbatının yalnız 50%-ni qarşılaya biləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!