Rusiyada helikopter qəzası: ölənlər var .....                        4 kəndin Azərbaycana qaytarılmasının birinci ili .....                        Putinlə Zelenskinin görüşü üzərində iş gedir .....                        Serj Sarkisyan haqqında daha bir cinayət işi .....                        Nazirdən “Son zəng”lə bağlı yeni tapşırıq .....                        Ayaz Salayev: “Röyanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur” .....                        Millimiz Sloveniyanı darmadağın etdi .....                        Komandirlərdən biri qardaşım olub - İşğal etirafları .....                        Arayik bugünkü məhkəmədə nələr danışdı... .....                       
29-08-2024, 14:50
Mirzoyan erməni diplomatları Azərbaycanla sərhədə gətirdi


Mirzoyan erməni diplomatları Azərbaycanla sərhədə gətirdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni diplomatlarına Tavuş vilayətinin Kirants kəndində Azərbaycanla yeni sərhədin necə olduğunu göstərib.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd olunub ki, Ermənistanın digər ölkələrdə akkreditə olunmuş səfirləri Dilcandakı iki günlük toplantıdan sonra delimitasiyanın nəticələri ilə tanış olmaq üçün sərhədə aparılıb.
29-08-2024, 14:43
Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşüb


Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə yunanıstanlı həmkarı Giorgos Gerapetritis ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, nazirlər Avropa İttifaqının xarici işlər nazirlərinin qeyri- rəsmi iclası çərçivəsində bir araya gəliblər.
Onların hansı məsələləri müzakirə etdikləri hələ ki açıqlanmayıb.
29-08-2024, 14:31
Azərbaycan xaricə daha qoyun əti satmır


Azərbaycan xaricə daha qoyun əti satmır

2023-cü ildə Azərbaycandan xaricə qoyun və keçi ətinin ixracı qeydə alınmayıb.
Dövlət Statistika Komitəsinə xəbər verir ki, 2019-cu illə müqayisədə 2022-ci ildə qoyun və keçi ətinin ixracı 171 dəfə azalaraq 1 tona düşüb. 2023-cü ildə isə ümumiyyətdə ixrac olmayıb.
Ötən il 89 min ton qoyun və keçi əti istehsal edilib, 4,8 min ton məhsul da idxal olunub.
2023-cü ildə qoyun əti ixracı qeydə alınmasa da 605 ton ət itkiyə gedib.
29-08-2024, 14:22
Ermənistan konstitusiyasını dəyişir - Tarix açıqlandı


Ermənistan konstitusiyasını dəyişir - Tarix açıqlandı

Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan jurnalistlərə bildirib.
Konstitusiya komissiyasının növbəti iclası sentyabrın 5-də baş tutacaq. Eyni zamanda, Konstitusiyanın ilk 3 maddəsinə edilən dəyişikliklər və Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması məsələsi müzakirə olunmur.
"Biz müzakirə etdik və konsensusa gəldik - bizə konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya lazımdır. Hazırda əsas diqqət sabit parlament çoxluğu mövzusuna yönəlib və konstitusiya islahatlarının təşəbbüskarları bu normanı gələcək Konstitusiyada təsbit etmək istəyirlər", - nazir vurğulayıb.
29-08-2024, 13:59
"Formula 1"ə görə bu küçələr bağlanacaq


"Formula 1"ə görə bu küçələr bağlanacaq

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-də, gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-da, gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə
Tel: (012) 497-35-89

Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4
Xəqani küçəsi 26/32
Tel: (012) 498 88 06

Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58
İstiqlaliyyət küçəsi 5
Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 29 avqust tarixindən başlayıb 13 sentyabradək davam edəcək.

Hər il olduğu kimi, bu il də yarış müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq.
29-08-2024, 13:47
Durov hələ də Rusiya vətəndaşıdır - Peskov


Durov hələ də Rusiya vətəndaşıdır - Peskov

"Telegram"ın həmtəsisçisi Pavel Durov hələ də Rusiya Federasiyasının vətəndaşıdır və Kreml onun neçə başqa ölkənin vətəndaşlığına malik olduğunu bilmir.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Durov hələ də Rusiya vətəndaşıdır və Fransa vətəndaşlığını almağa gəlincə, biz burada heç nə bilmirik, bu, bizim işimiz deyil", - Kremlin sözçüsü bildirib.
29-08-2024, 13:02
"Kəpəz"in baş məşqçi istefa verdi


"Kəpəz"in baş məşqçi istefa verdi

Azərbaycan Premyer Liqasının 2024-2025-ci illər mövsümündə ilk baş məşqçi istefası reallaşıb.
"Kəpəz" klubunun çalışdırıcısı Adil Şükürov vəzifəsini tərk edib.
Gəncə təmsilçisi 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, "Kəpəz" bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub və qol vura bilməyib.
29-08-2024, 12:58
İctimai TV 19 yaşını qeyd edir


İctimai TV 19 yaşını qeyd edir

29 avqust 2005-ci ildən fəaliyyətə başlayan İctimai Televiziyanın (İTV) 19 yaşı tamam olur.
İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni və rəngarəng dönəmə qədəm qoyub.
19 illik fəaliyyəti dövründə böyük inkişaf yolu keçən, bir-birindən maraqlı layihələrə imza atan telekanal bu gün tamaşaçıların sevgisini qazanmağı bacarıb.
Azərbaycan vətəndaşlarının marağına xidmət edən televiziya milli-mənəvi dəyərləri qorumaq, plüralizmi inkişaf etdirmək yolunda səylərini davam etdirməkdədir. Ölkədə yayımlanan digər telekanallarla müqayisədə bu gün İTV ona olan etimadı, bütün ümidləri doğruldub.
İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli - ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdüb. Belə ki, mötəbər idman yarışları, Futbol üzrə Avropa Çempionatı, Olimpiada və Paralimpiya Oyunları İTV-də nümayiş olunub. Kanal həm də dünyada məşhur olan serialları alıb səsləndirərək tamaşaçılara təqdim edir.
İTV-nin efirindəki bütün filmlər və cizgi filmləri lisenziya əsasında yayımlanır. Kanalda xüsusi yeri beynəlxalq lisenziyalı verilişlər - "Maska", "Milyonçu", "Camaat nə deyir?", "Səs Azərbaycan" tutur.
44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsinin ilk sıralarda yer alıb.
Yeni mövsümdə də İTV tamaşaçını təəccübləndirməyə, məlumatlandırmağa və maarifləndirməyə davam edəcək.
29-08-2024, 12:55
Müsavatdan Nəsiman Yaqubla bağlı açıqlama: İnanırıq ki, əsl səbəb üzə çıxacaq!


Müsavatdan Nəsiman Yaqubla bağlı açıqlama: İnanırıq ki, əsl səbəb üzə çıxacaq!

"Professor Nəsiman Yaqublunun uğradığı yol qəzasının əsl səbəbinin məlum olacağına inanmaq istəyirik".
Bunu açıqlamasında Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı bildirib.
"Namizədlərimizdən biri olan professor Nəsiman Yaqublu müəmmalı şəkildə dünyasını dəyişdi. İnanmaq istəyirik ki, hüquq-mühafizə orqanları bu yol qəzasının əsil səbəbini ortaya qoya biləcəkdir".
Xatırladaq ki, tarixçi alim, Bakı Dövlət Universitetinin professoru, Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi Nəsiman Yaqublu avqustun 25-də seçicilərlə görüşdən Bakıya qayıdarkən Cəbrayıl rayonu ərazisində yol qəzasına düşərək həyatını itirib. Mərhumun maşında tək olduğu bildirilir.
28-08-2024, 23:25
DİN-dən vətəndaşlara çağırış


DİN-dən vətəndaşlara çağırış

Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
"Necə təşkil olunur? Saxta sosial şəbəkə səhifə və profillərin storilərində forex vasitəsilə yüksək məbləğlərdə — 10000, 20000, 40000, 50000 min manat uduş əldə etdiklərinə görə hansısa naməlum şəxslərə təşəkkür mətnləri yazılır.
Guya həmin şəxs ona pul qazanmağa yardım edib. Bunu görən bir başqa vətəndaş dərhal həmin şəxsdən kömək istəyir, ona da qazanmaq üçün fürsət yaradılmasını xahiş edir. Beləliklə, naməlum adam israrlı xahişlərdən sonra ondan şəxsi bank kart məlumatlarını alır, ilkin yatırım üçün kartda bəlli bir vəsaitin olacağı təqdirdə ona kömək edəcəyini vəd edir.

Elşad Hacıyev

İlkin olaraq xırda məbləğlər köçürüldükdən sonra daha böyük məbləğlər tələb olunur. Xırda məbləğləri könüllü olaraq köçürən vətəndaşımıza bildirilir ki, pul azdır, faiz ödənişləri artıb, sizi oyuna daxil edə bilmirik, əlavə vəsait köçürülməlidir. Vətəndaşımız həmin hesaba pulun köçürülməsi üçün naməlum şəxsə bank kartı məlumatlarını, göndərilən məxfi şifrəni verdikdən sonra kartında olan bütün vəsaiti oğurlanır.
Bir daha vətəndaşlarımıza çağırış edirik, sosial şəbəkə səhifələrində cəlbedici qazanc təklifləri ilə bağlı paylaşımlara həssas yanaşın, heç bir halda şəxsi məlumatları naməlum şəxslərə verməyin, verməyin, verməyin. Təhlükə var, sən də tələyə düşə bilərsən, Diqqətli ol!"- deyə DİN-nin sözcüsü qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!