"Qarabağ" 5 qol vurdu .....                        FHN əhaliyə müraciət etdi .....                        Keçmiş sovet ölkələrinə xəbərdarlıq edildi .....                        Naxçıvanın keçmiş fövqəladə hallar naziri vəfat etdi .....                        14 yaşlı qızı avtomobil vurdu .....                        Lazaya gedən yol buz bağladı .....                        Pənah Hüseyn partiya sədrliyindən İSTEFA VERDİ .....                        Yol polisindən sürücülərə XƏBƏRDARLIQ .....                        Qusarda ağır qəza - 2 ölü, 4 yaralı .....                       
12-03-2025, 18:26
Bayramov iranlı həmkarı ilə danışdı


Bayramov iranlı həmkarı ilə danışdı

12 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli və regional münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov mövcud Azərbaycan-İran əlaqələrinin inkişafında siyasi dialoqun əhəmiyyətini vurğulayıb.
Azərbaycan və İran arasında enerji, nəqliyyat və investisiya sahələrində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Xüsusilə, İran ərazisindən keçən nəqliyyat dəhlizlərinin, eləcə də Azərbaycanın qərb regionları ilə onun Naxçıvan Muxtar Respublikasını birləşdirəcək infrastruktur layihələrinin region üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
Tərəflər, həmçinin iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafı məqsədilə hökumətlərarası iqtisadi komissiyanın rolu qeyd olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
12-03-2025, 18:19
Heç birimiz ruslara güvənmirik - Zelenski


Heç birimiz ruslara güvənmirik - Zelenski

“Mən dəfələrlə vurğulamışam: heç birimiz ruslara güvənmirik".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.
O, ABŞ-ın Rusiya-Ukrayna müharibəsində 30 günlük atəşkəs ideyası ilə razılaşdığını, “sülh istəyinin olmaması” iddialarının əsasüız olduğunu açıqlayıb.
"Ancaq Rusiyanın bütün dünyaya yaydığı, müharibənin bitməsini istəmədiyimiz hekayələri ilə oynamayacağıq. Mən çox ciddiyəm və müharibəni bitirmək mənim üçün vacibdir. Mən istəyirəm ki, ABŞ prezidenti bunu görsün, amerikalılar bunu görüb hiss etsinlər. Və beləliklə, Avropa və hər kəs Rusiyanı bu müharibəni dayandırmağa məcbur etmək üçün hər şeyi etməsi lazımdır”, - Zelenski qeyd edib.
Moskva da razılaşarsa, 30 günlük atəşkəsin nə vaxt başlaya biləcəyi ilə bağlı sualı cavablandıran Zelenski deyib ki, bu, indi Rusiyadan asılıdır.
“Bu gün hər şey Rusiyanın atəşkəs və susqunluq istəyib-istəməməsindən asılıdır... Amerika öz addımlarını və mövqeyini nümayiş etdirdi, Ukrayna öz mövqeyini heç bir fərqli şərh olmadan, çox birbaşa nümayiş etdirdi”, - deyə prezident bildirib.
12-03-2025, 18:02
İlham Əliyev Baş katibi qəbul edib


İlham Əliyev Baş katibi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
12-03-2025, 17:57
Ərdoğandan DEM partiyaya mesaj: “...istəsələr, razılıq verərəm”


Ərdoğandan DEM partiyaya mesaj: “...istəsələr, razılıq verərəm”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana jurnalistlərin "DEM partiyasının heyəti ilə görüşəcəksinizmi" sualına cavab verib.
Ərdoğan bu sualı “görüş istəsələr, razılıq verərəm”, - deyə cavablandırıb.
DEM partiyasının nümayəndə heyəti martın 17-də parlamentdə AK Partiya və MHP deputatları ilə görüşəcək.
12-03-2025, 17:50
Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırdır - Xüsusi elçi


Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırdır - Xüsusi elçi

Türkiyənin NTV telekanalı Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi elçi Ruben Rubinyanın iştirakı ilə reportaj yayımlayıb.
Reportajda Rubinyan bildirib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa tam hazırdır və İrəvanın bu məsələyə yanaşması prosesin əvvəlindən dəyişməyib.
“Biz Türkiyə ilə diplomatik münasibətlərin normallaşdırılması və Ermənistanın quru sərhədinin açılmasını ehtiva edən münasibətlərin tam həllini gözləyirik”, - o deyib.
Ermənistanın xüsusi nümayəndəsi nizamlanma prosesindən danışarkən bir daha vurğulayıb ki, İrəvan heç bir ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazırdır. Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə sərhədi açmağa, dünən də, bu gün də, sabah da münasibətlərin tam nizamlanmasına hazırdır və əgər Türkiyənin siyasi iradəsi olsa, o zaman hər şey çox sürətlə həyata keçiriləcək.
Rubinyan daha sonra qeyd edib ki, Ermənistan sərhədlərin açılması məsələsində Türkiyənin addımlarını gözləyir. Bu kontekstdə o, Ermənistan tərəfdəki Marqara keçid məntəqəsinin təmir olunaraq hazır vəziyyətə gətirildiyini və türk tərəfdaşlarından da bunu gözlədiyini vurğulayıb. Sərhəddə yerləşən körpünün təmiri və ya yenidən qurulması ilə bağlı da razılıq əldə olunub.
"Bu günə qədər ən mühüm razılaşma 2022-ci ildə əldə edilmiş üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasıdır", - Rubinyan fikrini yekunlaşdırıb.
12-03-2025, 17:33
Hökumə Əliyevanın adı verilən zirehli maşın sülhməramlı zonaya göndəriləcək - FOTO


Hökumə Əliyevanın adı verilən zirehli maşın sülhməramlı zonaya göndəriləcək - FOTO

Qazaxıstanda istehsal olunan və keçən ilin dekabrında Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin bort bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın şərəfinə adlandırılmış zirehli tibbi maşın xaricdəki sülhməramlı fəaliyyət zonasına göndəriləcək.
Bbu barədə zirehli tibbi maşının istehsal olunduğu müəssisəni ziyarət edən Azərbaycanın Qazaxıstandakı hərbi attaşe aparatının nümayəndələrinə müəssisənin texniki direktoru Muxtar Əlmuxanov bildirib.
Müəssisənin mühəndisləri qeyd ediblər ki, bu maşın sülhməramlı missiyalar zamanı tibbi evakuasiya imkanlarını genişləndirmək üçün nəzərdə tutulub.
Layihənin baş mühəndisi Olcazbek Kartqujakov bildirib ki, bu, sülhməramlı fəaliyyət zonasına göndəriləcək ikinci belə nümunədir. Lakin sülhməramlı fəaliyyət zonasına göndəriləcək Hökumə Əliyevanın adının verildiyi ilk maşın olacaq. “İlk nümunə keçən il Qolan təpələrində sülhməramlı missiyanın icrası üçün göndərilmişdi", – deyə o əlavə edib.
Onun sözlərinə görə, maşının konstruksiyasında əsaslı dəyişikliklər edilməyib, lakin Qazaxıstan Müdafiə Nazirliyinin tibb idarəsinin tələbinə uyğun olaraq sanitar avtomobil kimi təkmilləşdirilib.
"Bu, "Arlan" zirehli maşın bazasında hazırlanmış tibbi avtomobildir. Maşının iki konfiqurasiyası mövcuddur: ya altı yüngül yaralını, ya da iki ağır yaralı və üç yüngül yaralını daşıya bilər", – deyə mühəndis məlumat verib. Bildirib ki, bu maşın 8 kiloqram trotil ekvivalentli minanın partlayışına davam gətirə bilir.
Qeyd edək ki, zirehli tibbi maşının Hökumə Əliyevanın şərəfinə adlandırılması təşəbbüsü nəqliyyat vasitəsinin istehsal edildiyi "Kazakhstan Paramount Engineering" şirkətinin təsisçisi Aybek Barısa məxsusdur.
Xatırladaq ki, ötən il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL şirkətinə məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.




12-03-2025, 17:05
Xankəndidə qondarma hökumət evinin binası sökülür - VİDEO


Xankəndidə qondarma hökumət evinin binası sökülür - VİDEO

Xankəndidə bir vaxtlar separatçıların yuvası olan qondarma hökumət evi sökülür.
Söküntü işləri artıq iki həftədən çoxdur ki, davam edir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı faktı təsdiqləyib.
“Sözügedən binada Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Bərpa-Tikinti İdarəetmə Xidməti fəaliyyət göstərib. Hazırda söküntü işləri aparıldığı üçün əməkdaşlar digər binada yerləşdiriliblər.
Binanın sökülməsinə səbəb isə onun istifadəyə yararsız olmasıdır. Təmir-bərpa işlərinin aparılmasına uyğun gəlmədiyi üçün sökülməsinə qərar verilib. Sökülən binanın yerində yeni, inzibati məqsədlər üçün istifadə olunacaq bina tikiləcək”, - deyə A.Telmanqızı bildirib.

12-03-2025, 16:47
Şimali Makedoniya Prezidenti “Atəşgah məbədi”ndə - FOTO


Şimali Makedoniya Prezidenti “Atəşgah məbədi”ndə - FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 12-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub.
Məbədlə tanışlıq zamanı ali qonağa bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verildi.
Qeyd edildi ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” demək olar bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda sitayiş etmək üçün buraya gəliblər.
Diqqətə çatdırıldı ki, XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.
Məlumat verildi ki, 2012-ci ilin sentyabrından Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib.




12-03-2025, 16:42
Yaşıllıqları məhv etdilər - Təbiətə 381 min manatlıq ziyan vuruldu


Yaşıllıqları məhv etdilər - Təbiətə 381 min manatlıq ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Salyan və Göyçay rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən AMEA Genetik Ehtiyatları İnstitutunun həyətyanı ərazisində, Yasamal rayonu İbrahim Əbilov küçəsində yerləşən “City Life” MMC-yə məxsus ərazidə, Nərimanov rayonu F.X.Xoyski və Ə.Rəcəbli küçələrində, Nəsimi rayonu Novruzov Qardaşları küçəsində yerləşən “Pilot-16” MMC-yə məxsus ərazidə, Binəqədi rayonu A.Kunanbayev küçəsi 1B ünvanında, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən köhnə “Mədəniyyət Evi”nin qarşısında, Sumqayıt şəhəri Bakı küçəsi 37 ünvanında yerləşən “Term” kompaniyasına məxsus ərazidə, Abşeron rayonu Mehdiabad qəsəbəsi, 28 May küçəsində, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində, Salyan rayonu Qaraçala bələdiyyəsinin və Göyçay rayonu Qarayazı kəndinin inzibati ərazisində yaşıllıqların kəsilməsi faktları ilə bağlı təbiətə 381 000 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
12-03-2025, 16:23
Hərbi helikopterlər havaya qaldırıldı


Hərbi helikopterlər havaya qaldırıldı

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.
Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.
Daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər. Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar təlim-məşq uçuşlarının planına uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.
Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!