Kobaxidze sərt danışdı: “Heç kimə imkan verməyəcəyik!” .....                        Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov .....                        Hər üç ölümdən birinin səbəbi ürək-damar xəstəliyidir... .....                        III MDB Oyunları: Azərbaycan komandası 8 medal qazandı .....                        Netanyahu Qətərə zəng edib üzr istədi .....                        Sumqayıtda 350 min manata yol cizgiləri çəkiləcək .....                        Ramiz Quliyevin vəziyyəti pisləşib - Oğlu danışdı .....                        Əsas məsələ yalnız bilik əldə etmək deyil - Nazir .....                        Qalib gələcəyimizə əminəm - Paşinyan .....                       
28-12-2024, 16:50
İlham Əliyev pilotların şücaətindən danışdı


İlham Əliyev pilotların şücaətindən danışdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AZAL-ın qəzaya uğramış “Embraer 190” təyyarəsinin pilotlarının qəhrəmanlığından danışıb.
Prezident İlham Əliyev bu barədə dekabrın 28-də Rusiya Federasiyasının lideri Vladimir Putinlə telefon danışığı zamanı bəhs edib.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib.
Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.
Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını çatdırıb.
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları”na məxsus "Embraer 190" təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.
Rusiya tərəfi izin itirilməsi məqsədilə "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.
"Embraer 190"ın ekipajı böyük şücaət göstərərək, təyyarəni Xəzər dənizinə düşməkdən xilas edərək, onu Aktau şəhərinə çatdıra bilib.
Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Həlak olanlardan 25-i Azərbaycan vətəndaşıdır.
Məhz pilotların gərgin səyləri nəticəsində 29 nəfər olaydan sağ qurtula bilib.
Pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva isə partlayış zamanı həlak olublar.
Xatırladaq ki, "Embraer 190" təyyarəsinin 5 nəfərlik ekipaj üzvündən 2-si sağ qalıb. Sağ qalan bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimlidir.
28-12-2024, 16:37
Müalicəsi davam edən yaralıların son durumu açıqlandı


Müalicəsi davam edən yaralıların son durumu açıqlandı

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilən 12 nəfərin (8 kişi, 3 qadın) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Qeyd olunub ki, yaralanan şəxslər TƏBİB-in tabeliyindəki Yeni Klinikaya hospitalizasiya olunub:
"Tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müayinə olunan xəstələrdən bir nəfər Reanimasiya, digərləri isə müvafiq şöbələrə yerləşdirilib. Hazırda 12 nəfərin (8 kişi cinsli, 3 qadın cinsli) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir. Bir nəfərin (qadın) vəziyyəti orta ağır, daha bir nəfərin (kişi) vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir".
Pasiyentlərə əsasən müxtəlif bədən nahiyələrinin sınığı, əzilməsi, travması, eləcə də tənəffüs çatışmazlığı, pnevmotoraks diaqnozları təyin edilib.
Məlumata görə, üst damaq, baldır və çanaq nahiyəsində sınıq qeydə alınan şəxs (kişi cinsli) üzərində cərrahi əməliyyat uğurla icra olunub. Xarici fiksator cihazı ilə osteosintez əməliyyatı olunan xəstənin vəziyyəti stabildir.
Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
28-12-2024, 16:24
Sərhədin 13 km-nin delimitasiyası aparılıb - RƏSMİ


Sərhədin 13 km-nin delimitasiyası aparılıb - RƏSMİ

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Bildirilib ki, tərəflər arasında aparılan ikitərəfli danışıqlar nəticəsində sazişin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilib:
"Nəticə etibarilə sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb. İl ərzində sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib. İki ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə məşğul olan komissiyaların əldə etdiyi razılığa əsasən, Azərbaycanın Ermənistanın işğalı altında olan Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycanın suveren nəzarətinə qaytarılması təmin edilməklə, dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb".
Diqqətə çatdırılıb ki, sözügedən razılıq Ermənistan tərəfindən işğal altında olan ərazilərin ikitərəfli danışıqlar yolu ilə qaytarılması və iki dövlət arasında rəsmi dövlət sərhədinin bir qisminin delimitasiya və demarkasiyasını təsbit edən ilk nəticə kimi əlamətdar olub.
"Bundan əlavə, sərhədin delimitasiyası xüsusunda daha bir ciddi irəliləyiş hər iki tərəfdən müvafiq komissiyalarının əsasnamələrinin razılaşdırılması olub ki, bu da komissiyaların növbəti mərhələdə birgə işini tənzimləyərək, prosesin irəli aparılması baxımından mühüm əhəmiyyət kəsb edir",-məlumatda qeyd edilib.
28-12-2024, 16:18
Suriyadan Azərbaycana 224 nəfər gətirilib - RƏSMİ


Suriyadan Azərbaycana 224 nəfər gətirilib - RƏSMİ

2020-2024-cü illər ərzində Suriyadan Azərbaycana repatriasiya olunmuş vətəndaşların sayı 172 nəfəri uşaq və 52 nəfəri qadın olmaqla çatıb.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”na uyğun olaraq 2024-cü il ərzində də Azərbaycan vətəndaşlarının repatriasiyası davam etdirilib.
"1990-cı illərdən etibarən Türkiyəyə köçmüş və hazırda orada yaşayan Azərbaycan vətəndaşı olması ehtimal olunan şəxslər, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş şəxslərin ailə üzvləri ilə bağlı müvafiq iş davam etdirilib, digər tədbirlərlə yanaşı, müvafiq müraciətlər əsasında 3567 ədəd ümumvətəndaş pasportu çap olunub, onlardan 3461-i vətəndaşlara təqdim edilib. Həmçinin Suriyada Əsəd rejiminin çökməsindən sonra orada Azərbaycan vətəndaşlarının dəqiq sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır",-məlumatda qeyd edilib.
28-12-2024, 16:07
Ermənistanla sülh prosesinin irəlilədilməsi olub


Ermənistanla sülh prosesinin irəlilədilməsi olub

Cari ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edilərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin yaradılması və sülh prosesinin irəlilədilməsi ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub.
Bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
Bilidirilib ki, Ali səviyyədə verilmiş tapşırıqlara uyğun olaraq, Xarici İşlər Nazirlikləri səviyyəsində dövlətlərarası münasibətlərin hüquqi əsasını təşkil edəcək ikitərəfli sazişin razılaşdırılması üzrə müvafiq təmaslar davam etdirilib, normallaşma gündəliyi üzrə əhəmiyyətli irəliləyişə nail olunub.
28-12-2024, 15:43
Bayram günlərində bankların iş qrafiki


Bayram günlərində bankların iş qrafiki

Azərbaycan Mərkəzi Bankı (AMB) bayram günlərində bankların iş qrafikini açıqlayıb.
AMB-dən bildirilib ki, 30 dekabr 2024 – 5 yanvar 2025–ci tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
"Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 13 bankın 97 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək"- AMB əlavə edib.
28-12-2024, 15:14
Bazar günü üçün qatarların iş qrafiki açıqlandı


Bazar günü üçün qatarların iş qrafiki açıqlandı

Dekabrın 29-da Bakı metropolitenində qatarlar iş günlərinə uyğun qrafiklə fəaliyyət göstərəcək.
Bazar günü gur saatlarda, yəni səhər 07:00-dan 10:00-dək, axşam isə saat 17:30-dan 19:30-dək “28 May-Əhmədli” xəttlərində interval 2 dəqiqə, “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” xəttlərində 4 dəqiqə təşkil edəcək. Bu iki xətt “28 May” stansiyasında birləşir.
"Bakmil iistiqamətində hərəkət edən sərnişinlərdən iş günlərinin cədvəlinə uyğun hərəkət etmələri xahiş olunur", - məlumatda deyilir.
28-12-2024, 14:57
Sabah parklanma xidməti ödənişsiz olacaq - AYNA


Sabah parklanma xidməti ödənişsiz olacaq - AYNA

Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanma xidməti ödənişsizdir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb: "Nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur".
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.
Yeni ilin ilk iş günü yanvarın 6-na təsadüf edəcək.
28-12-2024, 14:47
Saraydan “20 Yanvar"a yeni marşrut xətti açılır


Saraydan “20 Yanvar"a yeni marşrut xətti açılır

Vətəndaş müraciətləri nəzərə alınaraq Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatının təmin olunması məqsədilə 29 dekabr tarixindən yeni 508 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, Saray qəsəbəsini “20 Yanvar” metro stansiyası ilə əlaqələndirən marşrut üzrə sərnişin daşımaları "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. 12-13 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək marşrutda gediş haqqı 0.55 AZN müəyyən edilib.
Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində paytaxtın və ətraf ərazilərin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib, əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və tətbiqinə başlanılıb.
Optimallaşdırma işləri çərçivəsində sərnişin tələbatına uyğun olaraq AYNA tərəfindən yeni marşrutların yaradılması davam etdiriləcək.

28-12-2024, 14:36
Paşinyan koronavirusdan sağaldı


Paşinyan koronavirusdan sağaldı

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusdan sağaldığını bildirib.
Bu barədə baş nazirin özü sosial şəbəkə hesabında yazıb.
“COVID testimin cavabı nəhayət neqativ çıxdı”, - deyə Paşinyan qeyd edib.
Bununla yanaşı, o, şərhinin yanına gülüş smayliki də əlavə edib.
Bir çoxları Paşinyanın koronavirusa yoluxduğu barədə söylədiklərinə inanmır. İddia olunur ki, Nikol Paşinyan delabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirlən MDB liderlərinin qeyri-rəsmi sammitində və Avrasiya İqtisadi İttifaqının iclasında iştirakdan yayınmaq üşün bu variantdan istifadə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!