Kobaxidze sərt danışdı: “Heç kimə imkan verməyəcəyik!” .....                        Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov .....                        Hər üç ölümdən birinin səbəbi ürək-damar xəstəliyidir... .....                        III MDB Oyunları: Azərbaycan komandası 8 medal qazandı .....                        Netanyahu Qətərə zəng edib üzr istədi .....                        Sumqayıtda 350 min manata yol cizgiləri çəkiləcək .....                        Ramiz Quliyevin vəziyyəti pisləşib - Oğlu danışdı .....                        Əsas məsələ yalnız bilik əldə etmək deyil - Nazir .....                        Qalib gələcəyimizə əminəm - Paşinyan .....                       
22-12-2024, 14:40
Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər


Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər

Türkiyə beynəlxalq aktorları Suriyadakı yeni hakimiyyəti dəstəkləməyə çağırıb.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər videokonfrans zamanı çıxışında deyib.
O, bildirib ki, Suriyada əliqanlı rejim süquta uğrayıb və artıq yeni mərhələ başlayıb: “Suriyada söz sahibi artıq xalqdır. Bu günə qədər olduğu kimi, bundan sonra da Suriya xalqının yanında olmağa davam edəcəyik. Suriyanın ərazi bütövlüyü, siyasi birliyi, təhlükəsizlik və sabitliyinin təmin olunması üçün yeni hakimiyyətlə koordinasiyalı şəkildə işləyəcəyik”.
Nazirin sözlərinə görə, Türkiyə Suriyada sabitliyin bərpası və qaçqınların ölkələrinə qayıdışı üçün öhdəsinə düşəni edəcək: “Bölgədə təsirə malik aktorlar da artıq Türkiyənin proseslərdəki açar rolunu qəbul edirlər”.
Y.Gülər bildirib ki, Suriyada PKK, YPG, İŞİD kimi terror təşkilatlarının yeri yoxdur:
“Ölkəmizin və Suriyanın təhlükəsizliyini təhdid edən bu təşkilatların addımları diqqətlə izlənilir, onlara qarşı qabaqlayıcı tədbirlər görülür. Terror təşkilatlarının ərazidəki sabitsizlikdən sui-istifadə etməsinə icazə verilməyəcək. Əməliyyatlarımız planladığımız kimi və artan templə davam edəcək. Terrorçuların olduğu hər yer Türkiyə Silahlı Qüvvələrinin qanuni hədəfidir”.
22-12-2024, 14:25
Ukraynada müharibə 2025-ci ildə bitməyəcək


Ukraynada müharibə 2025-ci ildə bitməyəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri Ukrayna üçün neqativ ssenari ilə bağlı memorandumu yeniləyiblər.
Bu barədə UNİAN məlumat yayıb.
Məlumata görə, Ukrayna üçün 2026-cı ilin ortalarına qədər davam edəcək daha şiddətli müharibə vəziyyəti gözlənilir. Sənəddə qeyd edildiyi kimi, mənfi ssenariyə əsasən, daha uzun və gərgin müharibə nəzərdə tutulur.
Bu, vəziyyət ölkə iqtisadiyyatında daha uzun və daha güclü şoka səbəb olacaq.
Beləliklə, mənfi ssenariyə əsasən, Ukraynanın ümumi xarici maliyyə kəsirinin 177,2 milyard dollara qədər artacağı proqnozlaşdırılır. Həmçinin ekspertlər qeyd edirlər ki, bu halda inflyasiya daha yüksək və sabit olacaq.
BVF hesablamalarına görə, şok vəziyyət 2025-ci ilin birinci rübündə başlayacaq. Qeyd edilən mənfi ssenariyə həmçinin enerji infrastrukturuna daha geniş ziyan dəyməsi və elektrik enerjisinin kəsilməsi daxildir.
22-12-2024, 14:04
Trampın gəlini Senata namizədliyini geri götürdü


Trampın gəlini Senata namizədliyini geri götürdü

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatından senator vəzifəsinə namizədliyini geri götürüb.
Bu barədə onun “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib. "Düşündükdən sonra ABŞ Senatına namizədliyimi geri götürmək qərarına gəldim", - Lara Tramp yazıb.
O, bundan əvvəl Senatda yer tutmağı düşündüyünü deyib.
Noyabrın 6-da Tramp birinci prezidentlik müddətindən fərqli olaraq, qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerin əhəmiyyətli müşavir olduqlarını, lakin yeni idarəçilikdə övladlarının yer almayacağını bildirib.
ABŞ prezidentinin andiçmə mərasimi gələn ilin 20 yanvarında Vaşinqtonda Kapitolidə keçiriləcək. Tramp and içəcək, bundan sonra ona söz veriləcək.
Mərasimdən sonra təntənəli parad və inauqurasiya balı keçiriləcək.
22-12-2024, 13:42
Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var


Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.
Qəza zamanı habelə sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
22-12-2024, 13:30
Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması


Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması

Bir müddət əvvəl, Türkiyədə vaxtilə bir sıra yüksək vəzifələri icra etmiş Əhməd Davudoğlu maraqlı çıxış edib. Hazırda Gələcək Partiyasının sədri olan Əhməd Davudoğlu vaxtilə üzvü olduğu hakim Ədalət və İnkişaf Partiyasından ruhunun qopmadığını deyib.
Bəs Əhməd Davudoğlu yenidən AK Partiyaya qayıtmaqmı istəyir? Əgər o belə müraciət etsə, partiyanın cavabı nə olacaq?
Məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisində AK Partiyanı təmsil edən Adəm Yıldırım bildirib ki, son sözü Prezident Rəcəb Tayyib Ərdoğan deyə bilər:
"Partiyanın Əhməd Davudoğlunu yenidən qəbul etməsi asan olmaz. Lakin son sözü Prezidentimiz deyə bilər. Prezidentimiz son sözü söyləmədən hər hansı şərh verməyimiz doğru olmaz. Cənab Davudoğlunun mesajı da birbaşa Prezidentimizədir".
A.Yıldırım vurğulayıb ki, Əhməd Davudoğlunun partiya qurmağı düzgün addım deyildi:
"Prezidentli respublika idarə üsuluna keçdikdən sonra irili-xırdalı bu qədər partiyanın meydana çıxmağını düzgün saymayanlardanam. Türkiyədə bu gün 4 əsas partiya - AK Partiya, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və DEM var. Digər partiyalar bu əsas partiyalardan hansı ilə siyasi baxımdan yaxındısa, qoy onunla bir yerdə olub, siyasətlərini burada davam etdirsinlər. İrili-xırdalı bu qədər partiyanın Türkiyəyə xeyirdən çox zərər gətirəcəyini düşünürəm. Nəticə etibarilə, yeni partiya qurduqdan sonra AK Partiya qarşısında siyasi fəaliyyət göstərməyinə baxmayaraq, mənim ruhum AK Partiyadan qopmayıb deyə bilirsə, deməli, ortada siyasi baxımdan çox böyük fərq yoxdur. Partiya qurmaqları səhv idi".
22-12-2024, 12:41
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mülayim cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacaq.
22-12-2024, 12:27
Ermənistanda kütləvi zəhərlənmə


Ermənistanda kütləvi zəhərlənmə

Ermənistanın Vanadzor şəhərində kütləvi zəhərlənmə olub.
Hadisə nəticəsində 10 nəfər zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində zərərçəkənlərin Vanadzor mərkəzi bazarının ərazisindəki fərdi sahibkar Rudik Alaverdyana məxsus iaşə məntəqəsində qidadan zəhərləndikləri məlum olub. Ərzaq məhsullarından nümunələr götürülüb, laboratoriya müayinəsi aparılıb. Yoxlama zamanı obyektin təsdiq edilmiş sanitariya və gigiyena normalarının pozulması ilə işlədiyi də məlum olub.
Obyektin fəaliyyəti dayandırılıb.
Qeyd edilir ki, laboratoriya analizinin nəticələri barədə əlavə məlumat veriləcək.
Araşdırma aparılır.
22-12-2024, 11:59
Türkiyədə faciə: Helikopter xəstəxanaya çırpıldı


Türkiyədə faciə: Helikopter xəstəxanaya çırpıldı

Türkiyədə helikopter Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılıb.
Hadisə Muğla şəhərində qeydə alınıb.
Xəstəxana binasına çırpılan helikopter qəzadan sonra yerə düşüb.
Hadisə yerində axtarış-xilasetmə tədbirləri başlayıb.
22-12-2024, 11:30
ABŞ ilə münasibətləri normallaşdırmağa hazırıq - Putin


ABŞ ilə münasibətləri normallaşdırmağa hazırıq - Putin

Rusiya ABŞ və digər Qərb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin yerli mətbuata müsahibəsində deyib.
Putin Rusiya - ABŞ münasibətlərinin bərpası barədə danışarkən söyləyib ki, istək olsa, hər şey mümkündür.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə hər şey dəyişir, yalnız maraqlar dəyişməz qalır: "Başqa ölkələrlə əlaqələr qurmaq üçün imkanlar və perspektivlər var. Biz buna hazırıq. Amma bu, Rusiyanın maraqlarına zidd olmamalıdır".
21-12-2024, 22:36
İstanbul silkələndi


İstanbul silkələndi

Türkiyənin İstanbul şəhərində zəlzələ qeydə alınıb.
Bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, şəhərin Avcılar baş verən yeraltı təkan Rixter şkalası ilə 2.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 9.82 kilometr dərinliyində yerləşən zəlzələ hiss edilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!