İtaliya bu dostluqdan çox fərəhlənir - Sercio Mattarella .....                        Putindən çox məyus oldum .....                        İş adamından rüşvət alan general SAXLANILDI .....                        Məktəb binası uçdu - 38 nəfər dağıntılar altında qaldı .....                        İtaliya və Azərbaycan strateji tərəfdaşdır .....                        Liderlər geniş tərkibdə görüşdü .....                        Baş katibin müavini Hikmət Hacıyevin qəbulunda .....                        Prezidentlərin təkbətək görüşü keçirildi .....                        İtaliya Prezidentinin qarşılaşma mərasimi olub .....                       
15-12-2024, 10:30
Əsədin əsgərləri İraqa qaçıb


Əsədin əsgərləri İraqa qaçıb

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya ordusunun 2100 hərbçisi İraqın Ənbar vilayətinin Rutba rayonuna qaçıb.
Bunu İraqın Suriya sərhədində yerləşən Ənbar vilayətinin Rutba rayonunun rəhbəri İmad əl-Duleymi bildirib.
Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə rejim əsgərləri İraqa qaçmağa davam edir.
Həmin hərbçilərin vəziyyəti ilə bağlı məlumat verən əl-Duleymi, əsgərlərin Rutba rayonunun 70 kilometrliyindəki Marsanat hava limanına yerləşdirildiyini deyib.
Qaçan hərbçilərin çadırlara sığındığını, bölgədə elektrik, su və istilik imkanlarının kifayət qədər olmadığını vurğulayan əl-Duleymi, onların əksəriyyətinin ölkələrinə qayıtmaq istədiklərini bildirib.
15-12-2024, 10:09
Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı


Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Bəşər Əsəd rejiminin süqutundan sonra Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayını açıqlayıb.
Bu barədə nazir sosial şəbəkədə yazıb.
Yerlikaya “Suriyanın azadlığına qovuşmasından öncə” Türkiyədən ölkəsinə qayıdan suriyalıların dekabrın 6-da 310, dekabrın 7-də 176 və dekabrın 8-də isə 240 nəfər olduğunu qeyd edib.
DİN rəhbəri sonrakı günlərdə kəskin artım olduğuna diqqət çəkib. Belə ki, onun sözlərinə görə, dekabrın 9-da 1 259, dekabrın 10-da 1 669, dekabrın 11-də 1 293, dekabrın 12-də 1 553, dekabrın 13-də 1 847 suriyalı vətəninə qayıdıb.
Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər.
15-12-2024, 09:41
Türkiyədən Suriyaya humanitar yardım


Türkiyədən Suriyaya humanitar yardım

Türkiyə Suriyaya humanitar yardım göndərib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, terrordan xilas edilən Tel-Rıfat bölgəsində yaşayan 625 ailəyə ərzaq bağlamaları çatdırılıb.
Qeyd olunub ki, Türkiyə suriyalıların təhlükəsiz və ləyaqətli şəkildə ölkələrinə qayıdışına da kömək edəcək.
15-12-2024, 09:23
Fransada atışma - Ölənlər var


Fransada atışma - Ölənlər var

Fransanın Dunkerk kommunasında atışmada təhlükəsizlik orqanlarının iki işçisi də daxil olmaqla dörd nəfər öldürülüb.
Bu barədə BFM TV telekanalı məlumat yayıb.
Məlumata görə, atışma nəticəsində ərazidə patrul xidmətini həyata keçirən iki təhlükəsizlik işçisi və iki miqrant həlak olub. Şübhəli şəxs jandarmaya özü gedib.
Onun dekabrın 14-dən əvvəl bu kommunada aşkar edilmiş başqa şəxsin ölümündə də iştirak etdiyi güman olunur.
Hadisənin səbəbləri barədə məlumat verilmir.
15-12-2024, 00:27
"Bavariya" bu mövsüm ilk dəfə məğlub oldu


"Bavariya" bu mövsüm ilk dəfə məğlub oldu

Münxenin “Bavariya” klubu futbol üzrə Almaniya çempionatının - Bundesliqanın 14-cü turu çərçivəsində ilk dəfə məğlub olub.
Münxenlilər dekabrın 14-də səfərdə "Maynts 05” komandasına 1:2 hesabı ilə uduzublar. Ev sahiblərinin heyətində cənubi koreyalı Li Jae-Sunq matçın 41-ci və 60-cı dəqiqələrində dubl edib. “Bavariya” ancaq oyunun sonunda – 87-ci dəqiqədə Leroy Sanenin qolu ilə hesab arasındakı fərqi azalda bilib. Bu, Münxen təmsilçisinin cari mövsümdə Bundesliqada ilk məğlubiyyəti olub.
Bundesliqanın 14-cü turunun digər qarşılaşmalarında “Bayer Leverkuzen” səfərdə “Auqsburq”un qapısından iki cavabsız top keçirib. “Borussiya Münxenqladbax” ev oyununda “Holştayn Kiel”i 4:1 hesabı ilə məğlub edib. “Union Berlin” – “Boxum” matçında qalib müəyyənləşməyib – 1:1. Günün sonuncu görüşündə isə “Verder Bremen” səfərdə “St. Pauli” komandasına 2:0 hesabı ilə qalib gəlib.
Tura dekabrın 15-də keçiriləcək “Haydenhaym” – “Ştutqart”, “Borussiya Dortmund” – “Hoffenhaym” və “Leyptsiq – “Ayntraxt Frankfurt” görüşləri ilə yekun vurulacaq.
Xatırladaq ki, turun ötən gün oynanılan açılış matçında “Frayburq” doğma meydanda “Volfsburq”u 3:2 hesabı ilə məğlub edib.
Məğlubiyyətə baxmayaraq, “Bavariya” 33 xalla Bundesliqada liderliyini davam etdirir. Münxen təmsilçisindən dörd xal geri qalan “Bayer Leverkuzen” ikinci pillədədir. Sabah üz-üzə gələcək “Ayntraxt Frankfurt” 27 xalla üçüncü, “Leyptsiq” isə 24 xalla dördüncü sıradadır.
14-12-2024, 22:50
Qaxda avtomobil yanaraq sıradan çıxdı


Qaxda avtomobil yanaraq sıradan çıxdı

Qax rayonunda avtomobil yanıb.
Yanğın hadisəsi Qax-Qorağan avtomobil yolunun Turaclı kəndi ərazisindən keçən hissəsində baş verib.
Yanğın yerinə Qax rayon YMH nin yanğınsöndürənləri cəlb olunub.
Hadisə zamanı 1981-ci il təvəllüdlü Abbasov Taleh Tahir oğluna məxsus "Opel Astra"markalı minik avtomobilinin dəmir konstruksiyaları tamamilə yanıb.
14-12-2024, 22:36
Üsyançı lider Suriya prezidenti olmaq istəyir


Üsyançı lider Suriya prezidenti olmaq istəyir

Suriyada hakimiyyəti ələ alan silahlı qrupların lideri Əhməd əl-Şaraa (ləqəbi Əbu Məhəmməd əl-Culani) ölkə başçısı olmaq niyyətindədir.
Bu barədə “Al Araby” telekanalı məlumat yayıb.
O bildirib ki, Suriya vətəndaşları və ya onun ətrafındakılar xahiş edərsə, Suriya prezidentliyinə namizədliyini irəli sürməyə hazırdır.
“Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, Suriya Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm”, - deyə “Heyət Təhrir əl-Şam” qruplaşmasının lideri söyləyib.
Qeyd edək ki, noyabrın 27-də hücuma başlayan “Heyət Təhrir əl-Şam” (HTŞ) silahlı qruplaşması 12 gün ərzində paytaxt Dəməşqə çatıb. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb.
14-12-2024, 22:12
Türkiyə kanalının əməkdaşı öldürüldü


Türkiyə kanalının əməkdaşı öldürüldü

Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Muharrem Can Kurtuluş silahlı hücumda həyatını itirib.
Bu barədə telekanalın məlumatında bildirilib.
Qeyd edilib ki, Kurtuluşa hücum edən 4 şübhəli qısa müddətdə saxlanılıb.
Məlumata görə, "Haber Global"ın əməkdaşı avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, kafeyə gedərkən dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb. O, tərəfləri sakitləşdirməyə çalışıb.
Sonradan dostu ilə kafedən çıxan Muharrem Can Kurtuluş maşınına minib və dayanacaqdan çıxarkən mübahisə etdiyi 4 şübhəli maşının qarşısını kəsib. Onlar maşından düşən "Haber Global"in əməkdaşını güllələyiblər və hadisə yerindən qaçıblar. Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.
Polis bildirib ki, şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 ədəd tərəzi və 1 kilo 200 qram narkotik vasitə götürülüb.
14-12-2024, 22:02
Gürcüstanda dəhşət: 12 nəfərin meyiti tapıldı


Gürcüstanda dəhşət: 12 nəfərin meyiti tapıldı

Gürcüstanın Qudauri bölgəsində yerləşən hind restoranında 12 nəfərin meyiti tapılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Kurort zonasında fəaliyyət göstərən Hindistan restoranının ikinci mərtəbəsindəki yataq otağında 12 nəfərin meyiti tapılıb. Ölənlərdən biri Gürcüstan vətəndaşı, 11-i isə əcnəbidir. Onların hamısının restoranın işçiləri olduğu iddia edilir.
Versiyalardan birinə görə, 12 nəfərin ölümünə səbəb dəm qazıdır.
İstintaqın məlumatına əsasən, ölənlərin meyitlərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.
Hadisə yerində məhkəmə-tibbi ekspertiza cəlb olunub.
14-12-2024, 21:39
İdmançımız dünya ikincisi oldu


İdmançımız dünya ikincisi oldu

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında gümüş medal qazanıb.
109 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan idmançı birdən qaldırma hərəkətində 183 kiloqramı ram edib və bu hərəkətdə 4-cü olub.
Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə mundialın gümüş mükafatına sahib çıxıb.
Dadaşbəyli cəmi 404 kiloqram (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.
Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticə nail olan ağırlıqqaldıran olmuşdu.
Qeyd edək ki, mundiala dekabrın 15-də yekun vurulacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!