Mərkəzi Bankın valyuta ehtiyatları 11,3 mlrd. dolları ötüb .....                        BTQ üzrə yeni əməkdaşlıq sənədi imzalandı .....                        Azərbaycanda klub prezidenti futboldan uzaqlaşdırıldı .....                        "Kəpəz" klubuna yeni baş məşqçi təyin olunub .....                        Xankəndi məktəbinin direktoru vəzifəsindən AZAD EDİLDİ .....                        Sabiq prokurora yeni vəzifə verildi .....                        Bakıda məktəblər birləşdirildi - RƏSMİ .....                        Türkiyədə Azərbaycanla bağlı dezinformasiya yayanlar araşdırılır .....                        Ukraynaya daha 4 milyard avro verildi .....                       
3-12-2024, 16:20
Konstitusiya Məhkəməsi prezident və müxalifətin tələbini rədd etdi


Konstitusiya Məhkəməsi prezident və müxalifətin tələbini rədd etdi

Gürcüstanın Konstitusiya Məhkəməsi prezident və
müxalifətin oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı iddiasını qəbul etməyib.
Bu barədə “Sputnik Gürcüstan”ın məlumatında bildirilib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 26 oktyabr tarixli parlament seçkiləri nəticəsində qanunverici orqandakı 150 yer aşağıdakı kimi bölüşdürülüb:


“Gürcü Arzusu” – 89 yer;

"Dəyişiklik Koalisiyası" – 19 yer;

“Birlik – milli hərəkat” – 16 yer;

“Güclü Gürcüstan” – 14 yer;

“Gürcüstan üçün” – 12 yer.

Müxalifət bu nəticələrə etiraz əlaməti olaraq parlamenti boykot edib. Prezidnt Salome Zurabişvili də müxalifəti dəstəkləyib.
Gürcüstanda yeni etiraz dalğası noyabrın 28-də hakim “Gürcü arzusu”nun Avropa İttifaqına üzvlüklə bağlı müzakirələrin başlanmasını 2028-ci ilin sonuna qədər təxirə salmaq qərarından sonra başlayıb.
3-12-2024, 16:16
Ceyhun Bayramov İranın XİN rəhbəri ilə görüşüb


Ceyhun Bayramov İranın XİN rəhbəri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Məşhəddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 28-ci Nazirlər Şurası çərçivəsində İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazirlər Azərbaycan-İran əməkdaşlığından irəli gələn iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiya, enerji təhlükəsizliyi sahələrindəki məsələləri, eləcə də birgə təşəbbüslər və layihələri müzakirə ediblər.
Görüşdə həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında kommunikasi xətlərinin ən qısa zamanda başa çatdırılmasının və əldə olunan razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
3-12-2024, 15:46
Lalə Şövkət hərəkət qabiliyyətini itirdi


Lalə Şövkət hərəkət qabiliyyətini itirdi

“Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur”.
Bu sözləri “Teleqraf.com”a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.
“Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa səhhəti daha da pisləşər”, - deyə o əlavə edib.
Sidqi Şövkət anasının kənar yardım olmadan sərbəst hərəkət edə bilmədiyini bildirib: “Səhhətinə görə mütləq ona kənardan kömək edilir ki, o, ev şəraitində gəzə bilsin”.
3-12-2024, 15:45
İki təhlükəli asteroid Yerə yaxınlaşır


İki təhlükəli asteroid Yerə yaxınlaşır

2024-cü il dekabrın 3 və 4-də iki böyük asteroid Yerin yanından keçəcək.
Onların hər birinin ölçüsü dünyanın ən böyük binaları ilə müqayisə olunur.
Mütəxəssislər hər iki asteroidi ölçülərinə və Yerin orbitinə yaxınlığına görə "potensial təhlükəli" kimi təsnif edirlər. Bununla belə, NASA toqquşma təhlükəsinin olmadığını bildirib.
3-12-2024, 15:21
Rusiya ilə Azərbaycanı birləşdirən yol 4 zolaqlı olacaq


Rusiya ilə Azərbaycanı birləşdirən yol 4 zolaqlı olacaq

Krasnodar diyarının Pavlovskaya kəndindən Azərbaycanla sərhədə aparan R-217 “Qafqaz” federal əhəmiyyətli avtomobil yolu 2030-cu ilə qədər dörd zolağa qədər genişləndiriləcək.
Bu barədə Rusiyanın Federal Avtomobil Yolları Agentliyinin “Qafqaz” Federal avtomobil yolları Departamentinin rəhbəri Aleksandr Lukaşuk TASS-da keçirdiyi mətbuat konfransında bildirib.
“Bu günə bizim prioritetimiz Rusiya Federasiyasının subyektlərini və xarici dövlətləri birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan R-217 “Qafqaz” yoludur. Bu yol ilə ən ağır trafik, o cümlədən yük daşımaları həyata keçirilir, ona görə də bu istiqamətə xüsusi diqqət yetirilir. 2030-cu ilə qədər bütün R-217 avtomobil yolu nəqliyyat axınının ayrılması ilə dörd zolaqlı olacaq”, - deyə o bildirib.
Lukaşuk qeyd edib ki, magistralın dörd zolağa qədər genişləndirilməsi qarşıdan gələn nəqliyyat axınını ayırmağa imkan verəcək. Bu, xüsusilə ciddi nəticələri olan qəzaların qarşısını almağa kömək edəcək.
3-12-2024, 14:52
Dövlət qulluğu imtahanının nəticələri açıqlandı


Dövlət qulluğu imtahanının nəticələri açıqlandı

Dövlət qulluğuna qəbul olmaq üçün dekabrın 1-də keçirilən test imtahanının nəticəsi elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Məlumatda bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 3338 namizəddən 67 nəfər imtahana gəlməyib.
İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 8 nəfər, BA2 altqrupu üzrə 21 nəfər, BA3 altqrupu üzrə 52 nəfər, BA4 altqrupu üzrə 93 nəfər, BB1 altqrupu üzrə 125 nəfər, BB2 altqrupu üzrə 152 nəfər, BB3 altqrupu üzrə 229 nəfər, BB4 altqrupu üzrə 346 nəfər olmaqla, ümumilikdə 1026 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün 2024-cü il dekabrın 4-dən 17-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

· ali təhsil haqqında sənədin surəti;

· əmək kitabçasının surəti (olduğu halda).

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 dekabr saat 10:00-dan 6 dekabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2024-cü il dekabrın 1-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.
3-12-2024, 14:46
Litva Gürcüstan prezidentinə sığınacaq verə bilər


Litva Gürcüstan prezidentinə sığınacaq verə bilər

"Litva lazım gələrsə, Gürcüstan prezidentinə sığınacaq verəcək".
Bunu Litva prezidenti Gitanas Nausedanın baş məsləhətçisi Aasta Skysgyryte deyib.
Onun sözlərinə görə, Litva Gürcüstan prezidenti Salome Zurabişviliyə sığınacaq verə bilər.
"Əgər belə bir ehtiyac olarsa, Litvanın sığınacaq verməsi təbiidir, lakin hazırda prezident Zurabişvili açıq şəkildə bildirib ki, o, öz xalqı ilə Tbilisidə olacaq", - Skysgiryte deyib.
Bundan əvvəl üç Baltikyanı ölkə - Litva, Latviya və Estoniya "Gürcüstanda qanuni etirazların yatırılmasında iştirak edənlərə" qarşı milli sanksiyaların tətbiqi barədə birgə razılığa gəliblər.
Xatırladaq ki, hakim "Gürcü arzusu" partiyası bəyan edib ki, dekabrın 14-də Gürcüstana yeni prezident seçiləcək.
Gürcüstan müxalifəti isə etiraz aksiyası keiçirir. Hazırkı prezident S.Zurabişvili də bu aksiyaları dəstəkləyir.
3-12-2024, 14:23
Ağadadaş Ağayevin balta atdığı mühafizəçinin istintaqı başa çatdı


Ağadadaş Ağayevin balta atdığı mühafizəçinin istintaqı başa çatdı

Xalq artisti Ağadadaş Ağayevin balta atdığı “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun da ibtidai istintaqı başa çatıb.
Toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
N.Cəlilova da 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Bu maddənin sanksiya həddində 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, insidentə görə cinayət işləri ayrı-ayrılıqda icraata götürülüb. Digər işdə Ağadadaş Ağayev müttəhimdir.
3-12-2024, 14:15
“Valideynlərimin vəziyyəti ağırdır” - Vüqar Həşimovun bacısı


“Valideynlərimin vəziyyəti ağırdır” - Vüqar Həşimovun bacısı

“Hazırda həm atamın, həm də anamın vəziyyəti ağırdır”.
Bunu mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva partlayışda xəsarət alan valideynlərindən danışarkən bildirib.
Onun sözlərinə görə, hazırda valideynlərini xəstəxanaya yerləşdirməklə məşğuldurlar: “Hər ikisinin vəziyyəti ağırdır. Amma hansı dərəcəli xəsarətlər aldığı barədə tam məlumatım yoxdur”.
Qeyd edək ki, bu gün səhər saatlarında baş verən partlayışda mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıb.
3-12-2024, 14:10
Prezident rektor təyin etdi


Prezident rektor təyin etdi

Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycanda rektorlar 5 il müddətinə təyin edilir. Elbrus İsayev 2019-cu ilin 3 dekabr tarixində Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib və bu gün səlahiyyət müddəti bitib.
Ölkəmizdə qanunvericiliyin geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!