Onlar Saakaşvilini hakimiyyətə gətirmək istəyir .....                        "Qarabağ"dan ilk qol .....                        Yunanlar 13 saat işləmək istəmir .....                        Paşinyan da İlham Əliyevin qatıldığı sammitə getdi .....                        Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq - ADY sədri .....                        Paşinyanla daşnaklar arasında sərt polemika .....                        Naxçıvanda 3 maşın toqquşdu - 4 yaralı var .....                        "Euronews" Bakı Təhlükəsizlik Forumundan süjet hazırladı - VİDEO .....                        Prezident və birinci xanım Danimarkada .....                       
26-11-2024, 14:47
BƏƏ Azərbaycanda minatəmizləməyə dəstək verəcək


BƏƏ Azərbaycanda minatəmizləməyə dəstək verəcək

Birləşmiş Ərəb Əmirlikləri Hökuməti həmin ölkənin Azərbaycan Respublikasındakı Səfirliyi vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.
Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında deyilir.
Məlumata görə, bu məqsədlə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında Anlaşma Memorandumu imzalanıb.
Fəaliyyət çərçivəsində Agentliyin müvafiq minatəmizləmə fəaliyyətinin dəstəklənməsi, texniki potensialının gücləndirilməsi, zəruri avadanlıqların alınması, habelə keçmiş təmas xətti boyu yerləşən ərazilərdə mina təhlükəsinə qarşı maarifləndirmə tədbirlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
İmzalanma mərasimi çərçivəsində tərəflər arasında görüş keçirilib. Vüqar Süleymanov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətləri üçün töhfəsinə görə qarşı tərəfə təşəkkür edib.
Görüşdə qonağa işğaldan azad olunmuş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənmə miqyası, mövcud problemin aradan qaldırılması istiqamətində icra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin, Azərbaycanın üzləşdiyi mina problemi ilə mübarizədə beynəlxalq resursların cəlb olunmasının önəmi və tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.
Səfir Məhəmməd Əl Bluşi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göstərilən bu yardımı dost Azərbaycan Respublikasının humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.
Görüş zamanı həmçinin tərəflər arasında mina təhlükəsi ilə mübarizə fəaliyyətinə göstərilən dəstək və bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
26-11-2024, 14:23
Hasilatçı şirkət Gədəbəydə filiz emalını tam bərpa edib


Hasilatçı şirkət Gədəbəydə filiz emalını tam bərpa edib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” (AAM) şirkəti “Gədəbəy” yatağında filiz emalı güclərinin fəaliyyətini tam həcmdə bərpa edib.
“Gədəbəy mədənində flotasiya qurğusu normal fəaliyyətini bərpa edib. Eyni zamanda, emal üçün həm ehtiyatdakı filiz, həm də əsas açıq karxanadan təzə çıxarılan filizdən istifadə olunur”, – məlumatda qeyd edilib.
Bildirilir ki, 2024-cü ilin sentyabr ayında qələvi üsulu ilə filizlərin emalı zavodu yenidən işə salınıb.
“Beləliklə, Gədəbəydə bütün emal müəssisələri tam fəaliyyətini bərpa edib. Bu, şirkətə tam istehsal gücünə qayıtmağa və 2028-ci ilə qədər orta səviyyəli çox aktiv mis və qızıl istehsalçısına çevrilməyə imkan verir”, – məlumatda vurğulanıb.
26-11-2024, 14:14
Narkotikin təsiri altında qəza törədən sürücü həbs olundu


Narkotikin təsiri altında qəza törədən sürücü həbs olundu

Şamaxıda narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olunub.
Qobustan rayon sakini Rövşən Quliyev idarə etdiyi “VAZ-2114” markalı avtomobillə Şamaxı şəhərində yol nəqliyyat hadisəsi törədib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.
R.Quliyev barəsində toplanan material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay inzibati qaydada həbs olunub.


26-11-2024, 13:57
Bu qurumun adı dəyişdirilir - Prezidentdən sərəncam


Bu qurumun adı dəyişdirilir - Prezidentdən sərəncam

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adı dəyişdirilir.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılacaq.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
26-11-2024, 13:46
"Boz kardinal”dan İran-Azərbaycan birgə hərbi təliminə reaksiya


"Boz kardinal”dan İran-Azərbaycan birgə hərbi təliminə reaksiya

İran İslam Respublikası ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti hazırda İran və Azərbaycan arasında keçirilən birgə hərbi təlimi yüksək qiymətləndirib.
Vilayəti hərbi təlimlər barədə deyib: “İki ölkə arasında qarşılıqlı etimadın artdığını göstərən bu təlimlər dönüş olacaq. Təlimlər Allahın izni ilə bu həssas bölgənin tarixində və sülh və təhlükəsizliyin bərqərar olmasında bir nöqtədir”.
"İran və Azərbaycan arasında birgə təlimin əhəmiyyəti nədir?" - Vilayəti sualı cavablandırarkən deyib:
“İran və Azərbaycan arasında keçirilən birgə hərbi təlim ali rəhbərin Cənubi Qafqazla bağlı ehtiyatlı siyasətinin nəticəsi olan mühüm hadisədir. Bu təlimlər İran və Azərbaycan arasında qardaşlıq və mehriban qonşuluq münasibətlərinin getdikcə möhkəmləndiyini göstərir".
Vilayəti sözlərini belə davam etdirib: “İran və Azərbaycan kimi çox az xalq bu qədər yaxındır, çünki bu iki ölkənin tarixi, dini, dili, mədəniyyəti, ənənəsi və ortaq maraqları var”.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları və Azərbaycan Silahlı Qüvvələrinin xüsusi əməliyyat bölmələri dünən İranın Ərdəbil əyalətinin Aslandüz sərhəd rayonunda birgə hərbi təlimlərə başlayıblar.
Bu təlimin keçirilməsində məqsəd ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, mütəşəkkil qeyri-qanuni silahlı birləşmələrlə mübarizədə birgə əməkdaşlıq, ümumi sərhədlərin təhlükəsizliyi, hərbi potensialın artırılması və müdafiə sahəsində əməkdaşlığın taktiki-operativ səviyyədə genişləndirilməsidir.
Əli Əkbər Vilayəti 1981-ci ildən 1997-ci ilədək İranın xarici işlər naziri olub. O, İranın anti-türk siyasətçilərindən biri kimi tanınıb. Qərb mətbuatı onu İranın “boz kardinal”ı adlandırır.
26-11-2024, 13:38
Türkiyədəki səfirimiz Dövlət Bağçalı ilə görüşdü - FOTO


Türkiyədəki səfirimiz Dövlət Bağçalı ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.
Bu barədə səfir feysbuk hesabında paylaşım edib.
Görüş MHP-nin qərargahında baş tutub.
"Türk dünyasına, türklüyünə bağlı, türk idealına bağlı olan cənab başqanla söhbətimizdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətt üzrə getməsindən məmnunluğumuzu ifadə etdik. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə strateji müttəfiq olan qardaş ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə davam etdirilməsinin vacibliyini vurğuladıq", - səfir qeyd edib.

26-11-2024, 13:34
Azərbaycanlılar arasında kütləvi dava - 7 nəfər bıçaqlandı


Azərbaycanlılar arasında kütləvi dava - 7 nəfər bıçaqlandı

Gürcüstanın Bolnisi bölgəsində yaşayan azərbaycanlılar arasında dava düşüb.
Nəlumata görə, Dəllər kəndində baş verən toy zamanı gənclər arasında mübahisə kütləvi davaya çevrilib.
Hadisə zamanı 9 nəfər yaralanıb. Onların 7-si bıçaqlanıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.
Qeyd olunur ki, bıçaqlanma hadisəsi ilə bağlı polis iki nəfəri həbs edib. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin sağlamlığa ağır zərər vurma maddəsi ilə araşdırma aparılır.
26-11-2024, 13:29
Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək


Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək

Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək.
Bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində mühüm addımlar atılmaqdadır:
"Bu addımlardan biri kimi torpaq sahələri üzrə icarənin ƏDV-yə cəlb edilməməsini qeyd edə bilərəm.
Hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqı ƏDV-dən azad edilir. Eyni zamanda, ƏDV-nin vergitutma obyekti ilə bağlı Vergi Məcəlləsinin normaları arasında uzlaşdırma aparılır".
"Qeyd edim ki, fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Bu səbəbdən icarə haqqı ƏDV-yə cəlb edilmir", - deyə o əlavə edib.
26-11-2024, 13:23
Kəlbəcər Şəhər Günü qeyd edilib - FOTO


Kəlbəcər Şəhər Günü qeyd edilib - FOTO

YAP Kəlbəcər rayon təşkilatı 25 noyabr 2024-cü il tarixində Kəlbəcər şəhər gününə həsr olunmuş "Azadlığın mübarək Kəlbəcər" adlı tədbir keçirib.
İlk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın büyövlüyü uğurunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları Kəlbəcərə həsr olunmuş video çarxı izlədilər.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, idarə müəsissə rəhbərləri, Ərazi Partiya təşkilatının sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Kəlbəcər şəhər günü münasibəti ilə təbriklərini çatdıraraq qeyd etdi ki, Ulu öndər Heydər Əliyev: “Heç şübhə yoxdur ki, o gün gələcəkdir ki, Kəlbəcər rayonu erməni silahlı qüvvələrinin işğalından azad olacaqdır və Kəlbəcərin vətəndaşları, Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqdır”.
Ulu Öndər Heydər Əliyevin Kəlbəcərlə bağlı tarixi fikirləri, Layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu hərbi və diplomatik siyasəti nəticəsində o, tarixi sözlər rayonla birgə əbədi olaraq xalqına qovuşdu. Ali Baş Komandan həm ata vəsiyyətini yerinə yetirdi, həm də Ümummilli Lider Heydər Əliyevin arzularını reallaşdırdı. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Həmin gün Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, həmin şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Çıxış edənlərdən Vətən Müharibəsi Qəhramanı Şəhid Anar Əliyevin atası Vaqif Əliyev, TİAHİ Kəlbəcər komitəsinin sədri Məhiyəddin Abdurəhmanov, Dövlət İşçiləri həmkarlar komitəsinin sədri Əli Bağırov, “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs”-nin direktoru Ənvər İmaməliyev, Kəlbəcər Gənclər- idman sektorunun müdiri Musa Mamedov, Statistika idarəsinin rəisi Ramil Salmanov, DSFM Publik hüquqi şəxsinin Şərqi Zəngəzur Regional filialının direktoru Amil Salmanov, Təhsil sektorunun inspektoru Müzəffər Orucov, Su-kanal idarəsinin kadr işləri üzrə məsləhətçisi Səminə Şükürova, 109 saylı Kəlbəcər orta məktəbin direktor müavini Şikar Baxışov, 69 saylı Kəlbəcər rayon orta məktəbinin müəllimi Yeganə Həsənova çıxış edərək bildirdilər ki, bu gün otuz illik işğaldan sonra yenidən öz əzəli və əbədi sahiblərinə qovuşmuş həmin torpaqlar dirçəlir, canlanır. Dövlət başçısının tarixi torpaqlarımıza hər səfərində əzəli yurd yerlərimizdə daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, təməllər qoyulur. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfərləri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibi ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə aydın təsəvvür yaradır. Bu gün işğaldan azad edilən hər bir şəhər və rayonumuz kimi, Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır. Özünün quruculuq-abadlıq dövrünü yaşayan Kəlbəcərdə yaradılan infrastruktur tezliklə kəlbəcərlilərin də dədə-baba yurdlarına qayıdacağından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub. Bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə olunacaq. Kəlbəcərdə həyata keçirilən layihələr, görülən işlər bir daha deməyə imkan verir ki, işğaldan azad olunan ərazilərimiz müasir standartlara uyğun olaraq qurulur. Kəlbəcərdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.



26-11-2024, 13:15
Nazir rəisi işdən çıxardı - Yeni təyinat


Nazir rəisi işdən çıxardı - Yeni təyinat

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Nazirin əmrinə əsasən, Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Quliyev Elmir Rövşən oğlu vəzifəsindən xaric edilib.
Nazirin digər əmri ilə polkovnik-leytinat Ağayev Əlfağa Ramazan oğlu bu vəzifəyə təyin olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!