Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
16-01-2025, 12:54
Gənc əsgərlərlə görüş dayandırıldı


Gənc əsgərlərlə görüş dayandırıldı

Ölkəmizdə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır:
"Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.
Respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik".
16-01-2025, 12:27
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Yanvarın 17-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
16-01-2025, 12:27
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Yanvarın 17-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
16-01-2025, 12:26
Professor Flora Davud qızı Mustafayeva - 80

Professor Flora Davud qızı Mustafayeva - 80

Sözə ədəbiyyata mistik bağlılığı olan Qazax torpağı Azərbaycan elminə ədəbiyyatına bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Bu insanlardan biri də professor Flora Davudqızıdır. Flora xanımın atası Salahlı kəndindən olan Davud müəllimdir. Anası isə Azərbaycanın ən köklü ailələrindən olan vəkilovlar nəslinin nümayəndəsidir. Anası Fatma Həsən ağa qızı Vəkilova Azərbaycan xalqına ilk xalq şairi Səməd Vurğun, Azərbaycan milli istiqlal hərakatının parlaq şəxsiyyətləri, Cümhuriyyət hökümətinin parlament üzvləri və hökümət təmsilçiləri Mustafa bəy Vəkilov, Doktor Məmmədrza ağa Vəkilov(Azərbaycanın ilk həkimi), yeganə topoqrafiya generalı İbrahim ağa Vəkilov, İstiqlal bəyannaməsinin mətninin müaəllifi Rəhim bəy Vəkilov, Xalq qəhrəmanı Balo bəy Vəkilov, ilk hüquq professoru Mustafa ağa Vəkilov, görkəmli dövlət xadimi İlyas bəy Vəkilov və.s şəxsləri bəxş etmiş vəkilovlar nəslinin nümayəndəsidir.
Professor Flora Davud qızı Mustafayeva 13 yanavar 1945-ci ildə anadan olmuşdur. O,1960-cı ildə Ağstafada 22 saylı orta məktəbi bitirmişdir. 1966-cı ildə isə M. F. Axundov adına APDİ-ni alman-Azərbaycan dilləri müəllimi ixtisası üzrə əla qiymətlərlə bitirmişdir. Uzun illər elmi pedaqoji fəaliyyətlə məşğul olmuş 1984-cü ildə "Azərbaycan folkloru alman dilində" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2008-ci ildə isə ""Kitabi-Dədə Qorqud" dastanlarının alman dilinə tərcüməsi və tədqiqi" adlı doktorluq dissertasiyasını müdafiə edib filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. ADİU-nin Xarici dil kafedrasına uzun illər (1988-2000) rəhbərlik etmiş 2012-ci ildən işlədiyi kafedranın professoru olmuşdur. Flora Davud qızı Mustafayeva təşəbbüskar, vətənpərvər, demokratik fikirli bir ziyalıdır. O, 100-ə yaxın elmi-metodiki məqalənin, 10 monoqrafiya, kitab və dərs vəsaitinin müəllifidir. Almaniyada və Türkiyədə elmi məqalələri çapdan çıxmışdır.
Elmi yaradıcılığı ilə əlaqədar dəfələrlə Almaniyada olmuş, Berlin, Halle, Bonn, Köln, Maqdeburq, Drezden kitabxanalarında axtarışlar aparmış, Azərbaycan folklorşünaslıq üçün mühüm əhəmiyyət daşıyan Dədə Qorqud eposunun Berlin nüsxəsi üzərində tədqiqat aparmışdır.
"Kitabi Dədə Qorqud" dastanının alman dilinə tərcümə sənətkarlığı" adlı monoqrafiyası elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Professor Flora Davudqızının elmi irsinə qiymət verərkən Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin mayasını təşkil edən “Dədə Qorqud” eposunun tədqiqi mühüm yer tutur. Eposun Azərbaycan xalqının mədəniyyətində yeri barəsində Ümummili lider Heydər Əliyevin söylədiyi bu fikirlər mədəniyyət nümunəsinin xalqımızın düşüncəsində nə qədər böyük yer tutduğunu təsdiq edir.
Heydər Əliyev: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər də çox sevəcəkdir”
Bəli görkəmli alim Flora Davudqızı elmi irsinin əsasını məhz “Dədə Qorqud” eposunun tədqiqi və Avropa dillərinə tərcüməsi tutur. Bu eposun alman dilinə tərcümə edilməsi folklorşünas alimlər tərəfindən yüksək qiymətləndirilməkdədir.
Bu il, 21 may 2015-ci ildə dünyadan köçən, görkəmli folklorşünas alim Flora Davudqızının 80 illik yubileyidir. Bu məqalə onun parlaq xatirəsinə kiçik bir töhfədir.

Səməd Vəkilov
Tədqiqatçı-hüquqşünas
Sevil Yusifova
İTV Yayım Şurasının üzvü, folklorşünas
16-01-2025, 00:08
Saxta içkiyə görə həyatını itirənlər artıb


Saxta içkiyə görə həyatını itirənlər artıb

İstanbulda saxta spirtli içkidən zəhərlənmə nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
Bu barədə İstanbul valiliyi məlumat yayıb.
"Son 48 saat ərzində ümumilikdə 66 alkoqol zəhərlənməsi hadisəsi baş verib, zəhərlənənlərdən 23-ü dünyasını dəyişib. 32 nəfərin reanimasiyada müalicəsi davam etdirilir", - məlumatda deyilir.
Bundan əvvəl İstanbulda saxta spirtli içkidən zəhərlənmə nəticəsində 19 nəfərin öldüyü bildirilirdi.
15-01-2025, 23:00
Rusiyada vurulan Azərbaycan təyyarəsi ilə bağlı ekspertiza təyin olundu


Rusiyada vurulan Azərbaycan təyyarəsi ilə bağlı ekspertiza təyin olundu

Rusiya İstintaq Komitəsi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertizası təyin edib.
Bu barədə Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
O qeyd edib ki, dispetçer xidmətləri, hava hərəkətinin təşkili sistemi, hava hücumundan müdafiə qüvvələrinin vəzifəli şəxslərinin hərəkətlərini qiymətləndirmək üçün kompleks komissiya təşkilati və texniki məhkəmə ekspertizası təyin edilib..
Qurum rəsmisi qeyd edib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir.
"Qroznı, Mahaçqala və “Mineralnıye Vodı”nın dispetçerləri ilə təyyarə komandiri arasında danışıqlar təhlil edilir. Kompleks aviasiya texniki ekspertizası təyin olunub", - Petrenko qeyd edib.
Onun sözlərinə görə, hava gəmisinin bütün sistemlərinin vəziyyəti, eləcə də maddi sübutlar öyrənilir.
"İstintaq Azərbaycan və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən hava gəmisinin qeydiyyat aparatlarından alınan məlumatlar tədqiq olunur”, - İstintaq Komitəsinin nümayəndəsi bildirib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
15-01-2025, 21:33
Qəzaya düşən şəxs öldü: Fərhad Əhmədovun mühafizəçi olubmuş


Qəzaya düşən şəxs öldü: Fərhad Əhmədovun mühafizəçi olubmuş

Milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olmuş Kamil Binnətov dünyasını dəyişib.
Kamil Binnətov avtomobil qəzasında aldığı xəsarətlərdən sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qəza Ağdaşda baş verib. Kamil Binnətov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı onun səhhətində ciddi problem olmadığı bildirilib. Kamil Binnətov da özünü yaxşı hiss etdiyini bildirib. Lakin onun daxili qanaxma keçirdiyi müəyyən edilməyib.
Kamil Binnətov yerləşdirildiyi xəstəxanada bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun nəşi Sabunçuda yaşadığı evinə gətirilib.
Bildirək ki, Kamil Binnətov uzun müddət Bakı Bulvar İdarəsində, “Park Bulvar Mall” ticarət mərkəzində mühafizə xidmətinin rəisi işləyib. O, həmçinin göyçalı milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olub.
15-01-2025, 21:22
Razılıq əldə edildi: Qəzzada atəşkəs elan olunur


Razılıq əldə edildi: Qəzzada atəşkəs elan olunur

İsrail və HƏMAS atəşkəs barədə razılığa gəlib. Razılıq Qətərdə əldə edilib.
Tərəflər girovların azad edilməsi və Qəzza zolağında atəşkəsin yaradılması ilə bağlı razılığa gəliblər.
Hələlik rəsmi olaraq elan olunmayan razılaşma altı həftəlik ilkin atəşkəs mərhələsini, İsrail qüvvələrinin Qəzzadan tədricən çıxarılmasını, girov və məhbusların sərbəst buraxılmasını nəzərdə tutur.
ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp bəyan edib ki, yaxın zamanda HƏMAS-ın saxladığı israilli girovlar azad ediləcək.
Qəzzada atəşkəs razılaşmasına əsasən ilkin olaraq girov götürülmüş 33 İsrail vətəndaşı azad olunacaq.
15-01-2025, 21:18
İlon Mask məhkəməyə verildi


İlon Mask məhkəməyə verildi

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) İlon Maskı məhkəməyə verib.
Qurum milyarderi "Twitter" səhmlərinin satın alınması ilə bağlı açıqlama verməməkdə ittiham edir.
Bildirilib ki, bu, İlon Maska səhmləri “süni aşağı qiymətlərlə” almağa imkan verib.
Maskın vəkilləri iddianı saxtakarlıq adlandırıblar. SEC qeyd edir ki, Maskın bu addımı maliyyə bazarlarının etik normalarını pozub.
SEC-in məlumatına görə, Mask səhmlərinin 5%-i keçdiyini bəyan etmədiyi üçün qaydaları pozub. O, bunu 10 gün ərzində açıqlamalı idi, lakin Mask bunu müqavilədən 21 gün sonra açıqlayıb. Nəticədə o, 150 milyon dollara qənaət edib.
Qeyd edək ki, Mask 2022-ci ildə "Twitter"i 44 milyard dollara alıb.
15-01-2025, 20:40
Türkiyədə dəhşət: polis 5 ailə üzvünü öldürdü


Türkiyədə dəhşət: polis 5 ailə üzvünü öldürdü

Türkiyədə bir polis əməkdaşı qətliam törədib.
Bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, Mersində əvvəlcə həyat yoldaşını və baldızını öldürən polis əməkdaşı daha sonra Adanada qayınanasının və qayınatasının boğazını kəsib, baldızını isə ürəyindən bıçaqlayıb.
Şübhəli şəxs digər şəhərə daha bir qətl törətməyə gedərkən yaxalanıb. Polis əməkdaşının 15 yaşlı oğlunun intiharına görə ailəsini günahkar hesab etdiyi üçün qətlləri törətdiyi bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!