Yarım tonluq kosmik aparat Yerə yaxınlaşır - Siyahıda Azərbaycan da var .....                        Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü - VİDEO .....                        Turçinin Azərbaycana səfəri başa çatdı .....                        Güclü yağışa görə bu yolda problem yarandı .....                        Pezeşkiandan sonra Netanyahu ilə danışdı .....                        İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verdi .....                        Almaniyada yeni kansler .....                        Bakıda yaşayış binasında yanğın söndürüldü .....                        Avropadan Rusiyaya yeni sanksiyalar .....                       
22-05-2024, 16:11
Sahibə Qafarova türkiyəli deputatlarla görüşüb


Sahibə Qafarova türkiyəli deputatlarla görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğu qeyd edilərək, xalqlarımızı birləşdirən ortaq tarixi, dil, dini, milli-mənəvi dəyərlərin münasibətlərimizin əsasında dayandığı, xalqlarımızın hər zaman bir yerdə olduğu vurğulanıb. Qeyd edilib ki, ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu var. Qardaş ölkələrimizin rəhbərlərinin qarşılıqlı səfərləri bu baxımdan böyük əhəmiyyət kəsb edir.
Söhbət zamanı dövlət başcılarımızın liderliyi ilə ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Qeyd edilib ki, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı hörmətə və etimada əsaslanan qardaşlıq münasibətləri, siyasi iradəsi və qətiyyəti Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafında və müttəfiqlik səviyyəsinə çatmasında çox mühüm rol oynayır.
Milli Məclisin sədri Azərbaycan Prezidentinin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladaraq, ölkələrimizin türk dövlətləri arasında da münasibətlərin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Sədr bu sahədə parlamentlərin də üzərinə mühüm vəzifələrin düşdüyünü söyləyib.
Görüşdə parlamentlərimizin də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına dəstək və töhfələr verdiyi, hazırda qanunvericilik orqanlarımızın əməkdaşlığının da yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, bu gün Milli Məclis ilə TBMM arasında çoxşaxəli ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli və çoxtərəfli formatlarda da işbirliyi mövcuddur. Həmçinin parlamentlərimiz beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir və bütün məsələlərdə ortaq mövqedən çıxış edirlər.
Sahibə Qafarova xatırladıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb və bu sənəd parlamentlərimiz arasında bir çox sahələrdə əlaqələrin daha da dərinləşməsini özündə ehtiva edir. Saziş Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizmdir. Bu mənada parlament komitələri, dostluq qrupları arasındakı əlaqələr çox önəmlidir.
Azərbaycana səfərindən və Milli Məclisdə olmağından məmnunluğunu ifadə edən TBMM-nin komissiya sədri Mahmut Özər cari il mayın əvvəlində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olduğunu və tədbirin çox yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.
Görüşdə qardaş ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də geniş əlaqələrin olduğu bildirilib.
Parlamentin sədri gənc nəslin tərbiyəsində, ailə dəyərlərimizin qorunmasında təhsilin xüsusi rolunu vurğulayıb. O deyib ki, gənc nəslin milli dəyərlərimizə bağlı, qardaşlıq münasibətlərimizə sadiqlik ruhunda yetişdirilməsi böyük əhəmiyyət kəsb edir.
Söhbət əsnasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından məmnunluq ifadə edilib, bunun ölkələrimiz arasında qardaşlığın təzahürü olduğu vurğulanıb. Qeyd edilib ki, bu universitet gənclərimizin daha yaxşı təhsil almasına və gələcək inkişafına töhfə verəcək.
Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, TBMM üzvləri Nazım Maviş, Mehmet Emin Öz, Nurten Yontar, Şenol Sunat, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
22-05-2024, 16:02
Prezident Administrasiyasına yeni şöbə müdiri təyin edildi


Prezident Administrasiyasına yeni şöbə müdiri təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev administrasiyanın Hərbi məsələlər şöbəsinə müdir təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Bu vəzifəyə Fərid Mirmufid oğlu Seyidov təyin edilib.
Qeyd edək ki, 2023-cü ilin dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.
21-05-2024, 23:32
Avropa çempionatında 2 qızıl, 2 bürünc


Avropa çempionatında 2 qızıl, 2 bürünc

Güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, ikinci yarış gününün axşam seansında yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da medalçılar müəyyənləşdirib.
Millimiz hesabına 2 qızıl və 2 bürünc medal yazdırıb.
Rəşad Məmmədov (55 kq) ukraynalı İvan Stefanskiyə 7:0 hesabıyla qalib gələrək medal hesabımızı açıb və fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Ziya Babaşov (63 kq) gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında moldovalı Vitali Yeriomenkonu minimal fərqlə (3:2) üstələyərək U-23 Avropa çempionatının qalibi olub.
Xasay Həsənli (77 kq) də ona bəslənən ümidləri doğruldub. Həlledici görüşdə türkiyəli Yüksel Sarıçiçekə (10:1) heç bir şans tanımayan həmyerlimiz 2-ci dəfə U-23 Avropa çempionatında baş mükafata yiyələnib.
Gündüz seansında təsəlliverici görüşdə rumıniyalı Patrik Qordanı (4:3) mübarizədən kənarlaşdıran Laçın Vəliyev (87 kq) son qarşılaşmada belaruslu İlya Mialeşçikin (4:1) də öhdəsindən gəlməklə növbəti analoji yarışda bürünc medal qazanıb.
21-05-2024, 23:15
Rusiyada nüvə silahı ilə təlimlər


Rusiyada nüvə silahı ilə təlimlər

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi altında qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlərin birinci mərhələsi başlayıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Birinci mərhələdə “İsgəndər” kompleksləri üçün nüvə sursatının təchizatı və aviasiyanın nüvə başlıqlı raketlərlə, o cümlədən xüsusi yığılmış “Kinjal” raketləri ilə təchiz edilməsi sınaqdan keçirilir.
Təlimlər Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə keçirilir.
21-05-2024, 22:08
Ana özünü və üç uşağını zəhərlədi


Ana özünü və üç uşağını zəhərlədi

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.
Hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.
Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.
Zəhərlənən uşaqlar 2007-ci il təvəllüdlü N. Süleymanova, 2016-ci il təvəllüdlü N. Süleymanov və 2017-ci il təvəllüdlü Y. Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.
Ananın vəziyyəti qənaətbəxş olsa da azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşadırma aparılır.
21-05-2024, 21:50
Kadırov böyük oğlunu nazir təyin etdi


Kadırov böyük oğlunu nazir təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Axmat Kadırov respublikanın bədən tərbiyəsi və idman naziri təyin edilib.
Bu barədə Kadırovun özü məlumat yayıb.
O, 2024-cü ilin fevral ayından gənclərlə iş üzrə nazirdir. İndi bu vəzifəni 2022-ci ilin fevralından “Axmat” respublika idman klubuna rəhbərlik edən Ramzan Vismuradov icra edəcək.
“Mən tam əminəm ki, yüksək vəzifələrə irəli sürülənlərin hər biri ona göstərilən etimadı tam doğruldacaq. Onların hamısı komandanın layiqli üzvləridir”, - Ramzan Kadırov kanalında yazıb .
2022-ci ildən 18 yaşlı Axmat Kadırov Çeçenistan rəhbərinin müşaviri, Rusiya Uşaq və Gənclər Hərəkatının regional sədri vəzifəsini tutub. 2023-cü ilin noyabrında o , Çeçenistanın bədən tərbiyəsi nazirinin müavini, fevralda isə gənclərlə iş üzrə nazir təyin edilib.
21-05-2024, 21:25
Azərbaycanda un bahalaşdı - VİDEO


Azərbaycanda un bahalaşdı - VİDEO

Azərbaycanda un bahalaşıb.
Aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.
Qiymət artımını satıcılar da təsdiqləyirlər. Qiymət artımına əsas səbəb isə məhsulun azlığı göstərilir.
İqdisadçı Xalid Kərimli deyir ki, Azərbaycan buğdaya olan tələbatı əsasən idxal hesabına qarşılayır. Onun sözlərinə görə, Ukrayna və Rusya arasında gərginliyin davam etməsi və məhsuldarlıqda yaranan narahatlıq qiymətlərə təsir edən əsas amillərdəndir.
Ekspert hesab edir ki, məhsul yığımındakı çətinliklər aradan qalxmasa, qiymətlərin enəcəyi real görünmür.
Mövzu ilə bağlı daha ətraflı aşağıdakı süjetdə:

21-05-2024, 21:12
Zelenski İlham Əliyevə zəng etdi


Zelenski İlham Əliyevə zəng etdi

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib.
21-05-2024, 19:54
6-cı sinif şagirdinin ölümü ilə bağlı açıqlama


6-cı sinif şagirdinin ölümü ilə bağlı açıqlama

TƏBİB Hacıqabulda 6-cı sinif şagirdinin ölməsi ilə bağlı açıqlama yayıb.
Qurumdan verilən məlumata görə, 16.05.2024-cü il tarixində saat 20:31-də 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.
"Daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl keçirtdiyi ensefalitdən sonrakı ağırlaşma, aspirasion pnevmoniya təyin edilib.
Bakı şəhərindəki tibb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin səylərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb", - deyə qurumdan bildirilib.
21-05-2024, 18:49
Bayraktaroğlu Bakıda generallarla görüşdü - FOTO


Bayraktaroğlu Bakıda generallarla görüşdü - FOTO

Mayın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyinidən məlumat verilib.
Görüşdən əvvəl Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları, eləcə də Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub, əklil və gül dəstələri qoyularaq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov Türkiyə nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan və Türkiyə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrindən danışıb.
Ordu generalı S.Bayraktaroğlu isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Hər iki qardaş ölkənin hərbi əməkdaşlığının inkişafı istiqamətində bu cür görüşlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Görüşdə, həmçinin hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Sonra Türkiyə nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşlər zamanı qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırki vəziyyətindən məmnunluq ifadə edilib.
Türkiyəli qonaqlar rəsmi səfər çərçivəsində Quru Qoşunların qərargahını ziyarət ediblər. Qərargahda təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılması, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb və bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.








����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!