Bakıda qəza zamanı 3 nəfər ölməsi xəbəri yanlışdır - RƏSMİ .....                        Cəbrayıl 5 ildir ki AZADDIR .....                        İstanbulun tarixi körpüsü TDT bayrağının rəngi ilə işıqlandırıldı .....                        ABŞ Venezuela gəmisini vurdu .....                        4 nəfər dövlətə xəyanətdə ittiham olunur: biri hərbçidir .....                        Ərdoğandan Naxçıvan anlaşması ilə bağlı paylaşım .....                        Tarif Şurasından YENİ QƏRAR .....                        İmtahan nəticələri açıqlandı .....                        Viktor Orban: Biz Ukrayna üçün ölmək istəmirik! .....                       
28-10-2024, 17:09
Portuqaliya - Azərbaycan oyununun hakimləri açıqlandı


Portuqaliya - Azərbaycan oyununun hakimləri açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının I pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.
Oktyabrın 29-da Vizela şəhərində baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcəklər.
Baş hakim Şona Şukrulaya Martina Bur və Eşli de Haan kömək edəcəklər. Culia van Es dördüncü hakim, Yohem Kampхheys və Edvin van de Qraf isə VAR hakimi funksiyasını yerinə yetirəcəklər.
28-10-2024, 17:00
Qərb Gürcüstanda sabitliyi pozmağa çalışacaq - Rusiyadan açıqlama


Qərb Gürcüstanda sabitliyi pozmağa çalışacaq - Rusiyadan açıqlama

Artıq Gürcüstanda parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. Mərkəzi Seçki Komissiyası (MSK) məlumatına görə, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim “Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb.
Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; “Vahidlik – Milli Hərəkat” 10,16 %; “Güclü Gürcüstan” 8,81 %; “Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs toplayıb.
Beləliklə “Gürcü Arzusu” Partiyası yenidən qələbəni təmin edib.
Prezident Salome Zurabişvili isə seçkilərin nəticələrini tanımadığını bildirib, müxalifət də parlamentin işində iştirak etməyəcəklərini bəyan edib.
Gürcüstandakı seçkilərlə bağlı rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix bildirib ki, seçkilərlə bağlı Qərbin niyyəti fərqli idi:
“Gürcüstandakı vəziyyət bütövlükdə Cənubi Qafqaza konstruktiv təsirdən daha çox təsir edəcək. Bundan sonra anti-Rusiya şüarları azalacaq, Ermənistan və Azərbaycanla münasibətlər yaxşılaşacaq.
Gürcüstandakı seçki prosesindən sonra deyə bilərik ki, bunu qəbullanmayan qüvvələr olacaq. Belə ki, Qərb sabitliyi pozmağa çalışacaq. Biz bunu artıq Gürcüstan prezidentinin bəyanatlarından da görürük. Amma bu, əksinə, Amerika QHT-lərinin və USAD-nin ölkədən sıxışdırılması istiqamətində bir addım olacaq”.
28-10-2024, 16:48
Bakıda binanın balkonu uçub


Bakıda binanın balkonu uçub

Bakıda binanın balkonu uçub.
Hadisə Səbail rayonu ərazisində, Qoşa qala qapısının yaxınlığında baş verib.
Binanın balkonu uşaraq “Hyundai” markalı avtomobilin üzərinə düşüb.


28-10-2024, 16:36
69 yaşlı qadın, qızı və nəvəsi dəm qazından zəhərləndi


69 yaşlı qadın, qızı və nəvəsi dəm qazından zəhərləndi

Oktyabrın 28-də saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
Bu barədə Sumqayıt Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.
2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

28-10-2024, 16:28
Bayden bu gün prezident seçkisində səs verəcək


Bayden bu gün prezident seçkisində səs verəcək

Bu gün, oktyabrın 28-də ABŞ prezidenti Co Bayden Ağ Evin dərc etdiyi cədvələ əsasən prezident seçkilərində vaxtından əvvəl səs verəcək.
Bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Bayden seçkilərdə namizəd kimi iştirakdan imtina etmişdi.
Əvəzində Demokratların namizədi vitse-prezident Kamala Harris olub.
Respublikaçılar Partiyasının namizədi keçmiş prezident Donald Trampdır.
28-10-2024, 16:12
Bakı və Abşerondakı leysanın səbəbi


Bakı və Abşerondakı leysanın səbəbi

Bakıda və Abşeron yarımadasında bu gün səhər saatlarından etibarən fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilib. Yarımadanın bəzi ərazilərində yağıntı leysan xarakterli və qısamüddətli olub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.
Onun sözlərinə görə payız fəslində yağıntılar adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü böyük olduğu üçün daha geniş əraziləri əhatə edir:
"Lakin topa-yağış buludları da müşahidə edilir ki, bu zaman üfüqi ölçüləri kiçik olduğundan daha məhdud ərazini əhatə edən lokal xarakterli yağıntılar yaranır. Səhər saatlarında sinoptik şəraitlə əlaqədar olaraq Bakı və Abşeron yarımadası üzərində laylı-yağış buludları ilə yanaşı, topa-yağış buludları da müşahidə edilib ki, bu da yarımadanın bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağışın yağmasına səbəb olub".
28-10-2024, 16:04
Ermənistan, ABŞ və Fransa Hindistanın əsas silah idxalçısına çevrilib


Ermənistan, ABŞ və Fransa Hindistanın əsas silah idxalçısına çevrilib

Ermənistan, ABŞ və Fransa 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçısına çevrilib.
Bu barədə “The Times of India” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatlara görə, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Ötən il satışların həcmi 2,6 milyard dollar təşkil edib.
ABŞ-a ixrac əsasən alt sistemlərdən ibarətdir. Benefisiarlar sırasına qlobal təchizat zəncirlərinin bir hissəsi olaraq Hindistandan füzelajlar, qanadlar və digər təyyarə və vertolyot hissələri alan “Boeing” və “Lockheed Martin” kimi qlobal müdafiə nəhəngləri də daxildir.
“Fransa, öz növbəsində, böyük miqdarda proqram təminatı və elektron avadanlıq idxal edir”, - mənbə qeyd edib.
Nəşrin məlumatına görə, son dörd il ərzində Ermənistan Hindistanla raketlər, artilleriya, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə döyüş sursatları və artilleriya idxalı üçün bir neçə müqavilə imzalayıb. Ermənistan Hindistan istehsalı olan “Akaş” zenit-raket komplekslərinin ilk xarici alıcısı olub.
Braziliya “Akaş” sisteminin təkmilləşdirilmiş versiyalarının birgə istehsalı və birgə hazırlanmasında maraqlı olduğunu bildirib.
28-10-2024, 15:41
Ağalının azad edilməsindən 4 il keçir - VİDEO


Ağalının azad edilməsindən 4 il keçir - VİDEO

Şanlı Zəfər tariximizin bu günü Zəngilanın Ağalı kəndinin azad edilməsi ilə bağlıdır. 4 il öncə məhz bu gün, oktyabrın 28-də Ağalı kəndi işğaldan azad edilmiş digər yurd yerlərimizin sırasına qoşuldu. Qələbədən sonra tez bir zamanda Ağalının sakinləri öz doğma-yurd yuvalarına qovuşub, yeni evlərində yeni həyata başladılar.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi Ağalı ilə bağlı videorolik hazırlayıb. Həmin videonu təqdim edirik:

28-10-2024, 15:25
“Hizbullah” yenə İsrailə hücum etdi


“Hizbullah” yenə İsrailə hücum etdi

Livanın “Hizbullah” qruplaşması İsrail ərazisinə növbəti zərbələr endirdiyini açıqlayıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunur ki, İsrailin şimal-qərbindəki Akko şəhəri yaxınlığında yerləşən hərbi-sənaye müəssisəsi pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Bundan başqa, yəhudi dövlətinin şimalında, Livanla sərhədə yaxın Kiryat Şmona şəhərinə də bir neçə raket atılıb. Hücumların nəticələri barədə məlumat verilmir.
28-10-2024, 15:12
Türkiyə ordusu şəhid verdi


Türkiyə ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Pənçə-Kilit əməliyyat bölgəsində iştirak edən hərbçisi şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Kander Babür adlı hərbçinin səhhəti oktyabrın 25-də pisləşib. O yerləşdirildiyi xəstəxanada bu gün şəhid olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!