Samir Şərifov Suriya Prezidenti ilə görüşdü .....                        DİN-dən saxta səhifələrlə bağlı XƏBƏRDARLIQ .....                        Kəmaləddin Heydərovdan iranlı nazirə başsağlığı .....                        Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq - Ərdoğan .....                        Rəsmi Bakı Badamova görə Moskvadan izahat gözləyir .....                        Həmkarından Azər Badamovun deportuna reaksiya: Azərbaycan bəyanat verməlidir .....                        Rezidenturaya qəbul imtahanı keçirildi .....                        CHP sədrinə yumruqla hücum .....                        Ukrayna Rusiyanın “Strela” zavodunu məhv etdi .....                       
6-05-2024, 16:39
Dünən keçirilən imtahanın cavabları açıqlandı


Dünən keçirilən imtahanın cavabları açıqlandı

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 5 may tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib.
DİM-dən bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1274 namizəddən 35 nəfəri imtahana gəlməyib.
252 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.
Müsabiqə şərtini ödəyənlərdən 128 nəfər 4 və ya 5-ci kurs tələbələridir.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.
Mayın 5-də keçirilən imtahanda 71 nəfər bu ilin, 53 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 124 namizəd ikinci mərhələyə buraxılıb.
Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 376 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 7 may saat 10:00-dan 8 may saat 17:00-dək müraciət edə bilərlər.
Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 23-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 10 – 19 may 2024-cü il tarixlərində DİM-in saytında internet vasitəsilə aparılacaq.
Qeyd 2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 4-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.
6-05-2024, 15:56
Ermənistanın Azərbaycanla sərhədində torpaq sürüşməsi oldu


Ermənistanın Azərbaycanla sərhədində torpaq sürüşməsi oldu

Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Kirants (Güney) kəndində torpaq sürüşməsi baş verib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə torpaq qatının necə çökdüyünü və aşağı sürüşdüyünü göstərən videokadrlar var.
6-05-2024, 15:14
Polşa da Putinin andiçməsini boykot edəcək


Polşa da Putinin andiçməsini boykot edəcək

Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.
Bu barədə respublikanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Qeyd edək ki, bundan əvvəl Almaniya tərəfi də mərasimə qatılmayacağını elan edib.
Putin 7 mayda and içəcək.
6-05-2024, 14:40
Almaniyadan Putinin andiçməsinə gedən olmayacaq


Almaniyadan Putinin andiçməsinə gedən olmayacaq

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi Almaniya nümayəndələri olmadan baş tutacaq.
Bunu Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.
Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskvada keçiriləcək. Bu, onun hakimiyyətdə beşinci müddəti olacaq - 2030-cu ilə qədər.
Xatırladaq ki, bundan əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın da andiçməyə getməyəcəyi məlum olub.
6-05-2024, 14:29
Daha bir rayonda sümük fraqmentləri tapıldı


Daha bir rayonda sümük fraqmentləri tapıldı

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilir ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zamanı da insana məxsus olması ehtimal edilən sümük fraqmentləri tapılıb.
6-05-2024, 14:24
Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək


Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq.
Onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.
Qayımov Elşad Şirin oğlu Xaçmaz rayonunun Hacıqurbanoba kəndində, Səfərov Asim Nadir oğlu Qəbələ rayonunun Qəmərvan kəndində, Həsənov Vüqar Telman oğlu Sabirabad rayonunun Muğangəncəli kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edən G.Dadaşov, E.Qayımov və A.Səfərov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi basdırılmışdı.
Bundan başqa, V.Həsənovun qalıqları isə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.
6-05-2024, 14:08
Qubad İbadoğluya elektron qandal taxıldı


Qubad İbadoğluya elektron qandal taxıldı

Sumqayıt polisi barəsində secilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənmiş Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun yaşadığı ünvana gələrək onun ayağına elektron qandal taxıb.
Bu barədə İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.
Qubad İbadoğlunun ayağına elektron qandal taxılması məhkəmənin qərarını əsasında icra edilib. Bu, onun hərəkətlərinə məsafədən aramsız nəzarət etməyə imkan verəcək.
Qubad İbadoğlu ötən ilin iyul ayında həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Bu il aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Q.İbadoğlu ev dustaqlığına buraxılıb.
Ardınca Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib.
6-05-2024, 13:33
Mirzoyan Ceyhun Bayramovla Almatı görüşündən gözləntiləri açıqladı


Mirzoyan Ceyhun Bayramovla Almatı görüşündən gözləntiləri açıqladı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıdakı danışıqlarda İrəvan və Bakının öhdəliklərinin yazılı şəkildə qeydə alınacağına ümid etdiyini bildirib.
Bunu Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla mayın 10-da Almatıda keçiriləcək görüşü barədə danışarkən deyib.
"Biz inanırıq ki, Almatıda danışıqlar zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə qeyd etmək imkanı olacaq", - Mirzoyan Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə keçirdiyi mətbuat konfransında deyib.
O, həmçinin danışıqların “irəli addım” olacağına, “hər iki tərəfin öz öhdəliklərinə sadiq qalacağına”, işçi qrupların Ermənistan və Azərbaycan üçün vacib olan məsələlərin təfərrüatlarını müzakirə etməyə davam edəcəyinə ümidli olduğunu söyləyib.
Mirzoyan onu da qeyd edib ki, Ermənistan Almatıdakı danışıqlarda Azərbaycanla iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etməyi gözləyir.
“Hər iki ölkənin marağı ən mühüm mövzular arasında Almatı müqaviləsi çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı şəkildə tanıması məsələsini müzakirə etməkdir”.
Ararat Mirzoyan bildirib ki, Ermənistan Almatı danışıqlarında regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması məsələsində Azərbaycanla nizamlanmanı müzakirə etmək niyyətindədi
“Biz nəqliyyat infrastrukturunu blokadadan azad etmək istərdik, amma hələlik ümumi razılıq yoxdur. Ermənistanın niyyəti heç bir məhdudiyyət olmadan yolları və ticarət marşrutlarını açmaqdır”, - deyə Mirzoyan vurğulayıb
Onun sözlərinə görə, ikitərəfli komissiyalar sərhədlərin delimitasiyası ilə bağlı detalların müzakirəsini davam etdirir.
6-05-2024, 12:58
Suqovuşanda sümük qalıqları aşkarlandı


Suqovuşanda sümük qalıqları aşkarlandı

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilir ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
6-05-2024, 11:47
Qarabağ Universitetinin hər bir tələbəsinə kompüter bağışlanacaq


Qarabağ Universitetinin hər bir tələbəsinə kompüter bağışlanacaq

Bu il Xankəndidəki Qarabağ Universitetinə qəbul olunacaq tələbələri sürpriz gözləyir.
Belə ki, hər bir tələbənin ilk il olduğu üçün universitet adından kompüterlə təmin olunması planlaşdırılır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
O bildirib ki, tədris proqramları elə formalaşdırılıb ki, hər bir tələbənin kompüteri olmalıdır və bunu ilk ildə dövlət qarşılayacaq:
"Qarabağ Universiteti hər bir azərbaycanlı və hər bir azərbaycanlı təhsil işçisi üçün qürur mənbəyi olan bir layihədir. Texniki və menecment baxımından biz təxminən 10 ay ərzində ali təhsil müəssisəsi qurmaqdan danışırıq. Bu müddət ərzində ali təhsil müəssisəsi qurmaq özü özlüyündə çox ambisiyalı bir məqsəddir. Ümidvaram ki, bunun öhdəsindən gələ biləcəyik. Hazırda hər şey plana uyğun gedir və plandan geri qalmırıq. Bir neçə istiqamətdə iş aparılır. Əsas istiqamət infrastrukturun müvafiq hazırlıq səviyyəsinə gətirib çıxarılmasıdır. Orada tədris və yataqxana binaları müəyyən edilib. Həmçinin tələbələrin asudə vaxtlarını düzgün şəkildə keçirmələri üçün də işlər görürük".
Emin Əmrullayev bildirib ki, gələcəkdə Qarabağ Universitetinin incəsənət və turizm yönümlü ixtisasları Şuşada tədris olunacaq.
"İstəyirik ki, gənclərimiz Qarabağ Universitetinin mənəvi elementini anlasınlar. Həmçinin keyfiyyətli təhsil üçün ən yüksək nəticə göstərən tələbələri qəbul edək. İlkin olaraq 6 fakültə üzrə qəbul aparılması planlaşdırılır. Bunlar pedaqogika, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, turizm və incəsənətdir".
Emin Əmrullayev onu da qeyd edib ki, bütün tələbələr üçün Qarabağ Universitetində təhsil ödənişsiz olacaq:
"Tələbələr üçün bir sıra güzəştlər də nəzərdə tutulub. Dövlət təqaüdü ilə yanaşı, yüksək bal toplamış tələbələrə əlavə təqaüd də veriləcək. Növbəti illərdə hər il 1500-2000 tələbəni qəbul etməklə yaxın 3-4 il ərzində tələbə sayını 5000-ə qaldırmağı düşünürük. Bütün qüvvələrimizi səfərbər etməklə Qarabağ Universitetini qısa zaman ərzində Azərbaycan təhsilinin yeni bir səhifəsinə çevirmək niyyətindəyik".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!