Türküstan poeziyası .....                        Özünü axtaran şair, təbrik edirik! .....                        Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTO .....                        Sumqayıtda silah-sursat tapıldı .....                        Ərdoğan Şimali Kiprdə .....                        Netanyahu Azərbaycana səfərini təxirə saldı .....                        Bakıda 8 bıçaq yarası alan kişi öldü - Şübhəli oğludur .....                        Türkiyədən Netanyahu ilə bağlı təkzib .....                        Azərbaycan komandası birinci oldu, Ərdoğan mükafat verdi .....                       
3-05-2024, 13:59
Ağdamın mədəni irsi talan edilib - Nazir müavini


Ağdamın mədəni irsi talan edilib - Nazir müavini

30 illik işğal ərzində Ağdamın zəngin mədəni irsi dağıdılıb, talan edilib və oğurlanıb. Hazırda bura xarabalıqlar şəhəridir.
Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdamda keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda keçirilən xüsusi sessiyada deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Ağdam şəhəri yüksək standartlara uyğun şəkildə bərpa edilir.
Nazir müavini minaların mədəni irsə təsirindən danışarkən xatırladıb ki, UNESCO-nun bununla bağlı xüsusi konvensiyası var:
"Rəsmi rəqəmlərə görə dünya üzrə 110 milyondan çox mina quraşdırılıb. Azərbaycan isə mina problemi ilə bağlı əziyyət çəkən ölkələr siyahısında öndədir. Təkcə Ağdamda 1,5 milyona yaxın mina quraşdırılıb”.
3-05-2024, 13:01
İranın yanaşması düzgün deyil - Yaşar Gülərdən sərt  tənqid


İranın yanaşması düzgün deyil - Yaşar Gülərdən sərt

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İranı tənqid edib.
İranın terrorçulara münasibətinin birmənalı olmadığını dilə gətirib.
Gülərin sözlərinə görə, İran sərhədində PKK üzvlərinə qarşı əməliyyatlar zamanı terrorçular sərhədi keçərək qaçırlar.
“İranlı dostlarımızla danışırıq, deyirik ki, bu nöqtədən qarşıya keçdilər, ora getdilər, biz də izlədik. PUA-dan baxırıq, görürük. Amma iranlı dostlarımız cavab verirlər ki, baxdıq, orada heç kim yoxdur. Əlbəttə ki, narahatıq. Dostlarımızın yanaşması xoş deyil”, - deyə müdafiə naziri vurğulayıb.
3-05-2024, 12:33
Ağdamın bu kəndlərinə ilin sonuna kimi köç başlayacaq


Ağdamın bu kəndlərinə ilin sonuna kimi köç başlayacaq

Bu gün biz azad olunmuş əraziləri minalardan və partlamamış sursatlardan təmizləməkdəyik.
Bu fikirləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.
“Düşmənin ölü zonaya çevirdiyi Ağdam xarabalıqları üzərində infrastruktur yaradılır, mədəni abidələr bərpa edilir. Bu ilin sonuna qədər Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə köç başlayacaqdır”, - o bildirib.
Onun sözlərinə görə, bu ilin sonun qədər Kəngərli kəndinə 292 ailə, Xıdırlı kəndinə 719 ailə, Sarıcalı kəndinə isə 203 ailə köçürüləcək.
Bəşir Hacıyev qeyd edib ki, hazırda Ağdam Sənaye parkında 27 rezident mövcuddur.
Onun sözlərinə görə, bu istiqamətdə təkliflər davam edir: “Burada böyük zavod və fabriklər inşa edilir. Bütün bunların sayəsində köçürülən əhalinin işlə təmin edilməsi baş tutacaqdır”.
3-05-2024, 12:23
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağışsuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya xidmətindən verilən məlumata görə, lakin gecə qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 % gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yağıntılı havanın arabir yağıntısı gözlənilir. Ayrı-ayrı arabir leysan xarakterli intensiv olacaq, şimşək çaxacağı, dolu düşəcəyi, tam dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər saatlarında arabir duman olacaq. Qərb küləyi bəzi güclə güclənəcək.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.
3-05-2024, 12:23
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağışsuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya xidmətindən verilən məlumata görə, lakin gecə qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 % gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yağıntılı havanın arabir yağıntısı gözlənilir. Ayrı-ayrı arabir leysan xarakterli intensiv olacaq, şimşək çaxacağı, dolu düşəcəyi, tam dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər saatlarında arabir duman olacaq. Qərb küləyi bəzi güclə güclənəcək.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.
3-05-2024, 00:28
Türkiyə İsrail ilə ticarəti tam dayandırıb


Türkiyə İsrail ilə ticarəti tam dayandırıb

Türkiyə İsraildən bütün mal idxalını və ixracını dayandırıb.
Bu barədə "Bloomberg" agentliyi adı açıqlanmayan iki türk rəsmisinə istinadən məlumat yayıb.
Türkiyə Statistika Qurumunun məlumatlarına görə, 2023-cü ildə Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib. Bu məbləğin 76%-i Türkiyə ixracatı olub.
Agentliyin iddiasına nə Türkiyə, nə də İsrail tərəfi münasibət bildirməyib. Lakin ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin İsraillə ticarət əlaqələrini daha inkişaf etdirmədiyini bildirib.
Aprelin 9-da Türkiyənin Sənaye və Ticarət Nazirliyi polad və alüminium məhsulları, elektrik kabelləri, boyalar, laklar, aviasiya yanacağı, yağlar, bəzi növ gübrələr və sənaye avadanlıqları da daxil olmaqla 54 kateqoriya malın İsrailə ixracını məhdudlaşdırıb.
2-05-2024, 23:26
Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi


Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kupmanla görüşüb
Bu barədə Avropa Komissiyasının rəsmisi "X" hesabında məlumat yayıb.
"COP29, minatəmizləmə və digər məsələlər sahəsində Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığı müzakirə etmək üçün Azərbaycandayam. Prezidentin köməkçisi Hikmət Haciyev və xarici işlər nazirinin müavini Fariz Rzayevlə məhsuldar görüşlərim baş tutdu. Cənubi Qafqazda yaşıl enerji, regional əlaqə və sülhlə bağlı müsbət gündəm yaratmaq üçün mühüm fürsətdir", - diplomat vurğulayıb.
2-05-2024, 23:08
OTAYLI-BUTAYLI  FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR


OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR

Azərbaycan Yazıçılar Birliyində “Güney Azərbaycan folkloru” (16 cilddə), “Təbriz folklor mühiti” və “Qaşqay folklor örnəkləri. I cild” kitablarının təqdimat mərasimi keçirildi.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda bir çox şöbələr fəaliyyət göstərir ki, bunlar arasında “Cənubi Azərbaycan folkloru” şöbəsinin adı hər zaman xüsusi rəğbətlə çəkilir. Belə ki, yarandığı on illik zaman kəsiyində şöbədə Güneydə yaşayan çoxsaylı soydaşlarımızın dilindən yazıya alınmış çeşidli ağız ədəbiyyatı nümunələrinin, aşıq yaradıcılığı sahəsində fəaliyyət göstərən ozanlarımızın ifa etdikləri aşıq havaları və dastanların yazıya alınaraq kitablaşdırılması nəticəsində ortaya qoyulmuş 16 cildlik “Güney Azərbaycan folklor örnəkləri” toplularının təqdimatı da görülən möhtəşəm işin və gərgin zəhmətin bəhrəsi ilə elmi və ədəbi ictimaiyyəri tanış etmək məqsədi daşıyırdı. Bir növ hesabat xarakteri daşıyan bu görüşə təşrif buyuran çox hörmətli söz və qələm adamları, yaradıcı ziyalılarımız, görkəmli alim və tədqiqatçılarımızın da hər biri öz çıxışında milli folklorumuzu elin yaratdığı və elin dilində-ağzında yaşayan yaradıcılıq sahəsi kimi xarakterizə etməklə yanaşı, bu sahədə mövcud olan xalq yaradıcılığı nümunələrinin toplanması, tədqiqi, araşdırılması və nəşri sahəsində fədakarlıqla çalışan elm adamlarının boynuna düşən çətin missiyanın öhdəsindən necə şərəflə gəldiklərini dilə gətirərək təqdir etdilər.
Təqdimat mərasimini giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi “Cənubi Azərbaycan” şöbəsinin rəhbəri, şair Sayman Aruz açaraq, Güneyimizdə yaşayan soyadaşlarımızın dildən-dilə, ağızdan-ağıza ötürərək yaşatdıqları çox zəngin folklor xəzinəsinin mövcudluğundan danışdı, Folklor İnstitutunda son illər ərzində həmin folklor örnəklərinin toplanaraq nəşrinə nail olunmasını mühüm dövlət əhəmiyyətli milli məsələ kimi dəyərləndirdi. “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiri Mətanət Abbasovaya və şöbə əməkdaşlarına bu çətin və şərəfli işlərində daha böyük uğurlar arzuladı. Mətanət xanım da öz növbəsində Sayman bəyə təşəkkür etdi, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun layihəsi əsasında bir-birinin ardınca çap olunmuş 16 cildlik “Cənubi Azərbaycan folklor örnəkləri” seriyasından olan kitablar və burada toplanmış folklor materiallarının janr özəllikləri, toplanma arealı, zaman, məkan və sosial-siyasi şərtlər çərçivəsində necə böyük zəhmətlə ərsəyə gəlməsi barədə məlumat verdi. Qeyd etdi ki, “Güney Azərbaycan folklor örnəkləri” seriyasından sonuncu XVI cildin materiallarını toplayan və önsözün müəllifi dəyərli folklor tədqiqatçısı – Güney əsilli soydaşımız Aqşin Ağkəmərlidir. M.Abbasova bu cildin ərsəyə gəlməsində xüsusi əməyi olan Aqşin bəyə minnətdarlığını bildirdi, bugünədək şöbə əməkdaşlarının gərgin əməyi və fədakarlığı hesabına işıq üzü görmüş 16 cildlik Güney folklor nümunlərinin, ayrıca nəşr olunmuş “Qaşqay folklor örnəkləri”, eləcə də müəllifi olduğu “Təbriz folklor mühiti” kitablarının nəşrə hazırlanması və işıq üzü görməsinin sevincini bölüşdü. İnstitutun direktoru, akademik Muxtar İmanova, əldə olunan mətnləri mənbələrdən transliterasiya etməklə və səsli fayllardan dinləməklə dastanları yazıya alan şöbə əməkdaşlarına ayrı-ayrılıqda dərin təşəkkürünü bildirdi. Bu sahədə işin davamlı olaraq və sistemli şəkildə aparıldığı haqda məlumat verdi.
Tədqiqatçı Aqşin Ağkəmərli çıxışında Folklor İnstitutu ilə əməkdaşlığından qürur duyduğunu və toplama işini zövqlə yerinə yetirdiyini dilə gətirərək, Mətanət xanıma və şöbənin sayğıdəyər işçilərinə minnətdarlıq etdi.
Mərasim iştirakçılarına cidlərdən nümunələr paylandı. Toplulardakı folklor örnəkləri ilə tanış olan alimlər və ziyalılarımız öz çıxışlarını bu nümunələrin təhlili üzərində quraraq, görülən işin əhəmiyyətini yüksək dəyərləndirdilər, milli dövlətçiliyimiz, milli birliyimiz yolunda aparılan bu mücadilədə institut əməkdaşlarına yeni-yeni uğurlar arzuladılar.
Mərasim İnstitutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, şair Qiymət Məhərrəmlinin aparıcılığı ilə davam etdirildi. AMEA Tarix İnstitutunun əməkdaşları, professorlar Şahin Fazil və Eynulla Mədətli, tanınmış ictimai xadim Zəlimxan Məmmədli, respublikanın xalq artisti Eldost Bayram, professor Minaxanım Təkəli, Azərbaycan Teleradio Verilişləri Şirkətinin əməkdaşları Zərnişan Ağayeva, Tahir Talıblı, Atatürk Mərkəzinin şöbə müdiri, folklorşünas, dosent Nazir Əhmədli, AzərTac-ın müxbiri Zərəngiz Dəmirçi, ADPU-nun müəllimi Fazilə Yəhya, şair-tərcüməçi Giya Paçxataşvili, qocaman jurnalist Rəhim Hüseynzadə, şairlərdən Maşallah Məftun, Zaməddin Ziyadoğlu, Rafail İncəyurd, Folklor İnstitutunun əməkdaşları Ləman Süleymanova və Atəş Əhmədli, dəyərli ziyalımız Etibar Əliyev, AHB TV-nin əməkdaşı Rüfət Muradlı, Təbriz əsilli ziyalımız Cavad Həssas, ustad aşıq Cahangir Quliyev, hərbçi, bədii qiraətçi Cəbrayıl Qənbər, muğam ifaçısı Hüsniyyə İsmayıllı və digər iştirakçılar çıxış edərək, Güney Azərbaycan mövzusunu günümüzün ən ağrılı, ən kövrək və həssas bir məsələ kimi səciyyələndirdilər, xatirələr dilə gəldi, folklor nümunləri, şeirlər və muğam parçaları səsləndirildi.
Folklorumuza, dilimizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, kökümüzə, soyumuza dəyər verə bilən insanların bir yerə toplandığı bu mərasimdə Güney həsrətinin, Güney intizarının sona yetəcəyi günə inamını bildirən hər kəsin ürəyindən bu nida qopurdu: “Sən türksən kirpikdən-qaşacan, Təbriz”!

Qiymət Məhərrəmli,
Filologiya üzrə fəlsəfə doktoru, şair.












2-05-2024, 18:41
Mirzoyan Kuleba ilə danışıqlar apardı


Mirzoyan Kuleba ilə danışıqlar apardı

Ukrayna və Ermənistanın xarici işlər nazirləri Dmitri Kuleba ilə Ararat Mirzoyan telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Bu barədə ukraynalı nazir “X” sosial şəbəkəsində paylaşım edib.
Onlar, həmçinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi ətrafında fikir mübadiləsi aparıblar.
Mirzoyan Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq üçün səyləri vurğulayaraq, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının vacibliyini qeyd edib.
2-05-2024, 18:10
Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi


Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Həbs olunmuş şəxs Əşrəf Vüqar oğlu Əşrəfliyə qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı dolmaların içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 2,070 qram marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!